Oyuncaq (26-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 595
Səs ver:
(səs: 1)
Açsammı? Açmasammı...
Əlim əsərək zəngi açdım.
İlk öncə Yusifin dərindən nəfəs alış verişini eşitdim. Daha sonra isə telefon arxasından belə hiss edə bildiyim, gülümsəmə səsini...

"Məndən xoşlanırsan hə? Dəqiqdi hə bu?" dedi sevincli səsi ilə...

Titrək səs tempim ilə "Həə"dedim.

Utanırdım mən...
Utandığımı hiss etmiş olacaqki "Utanma dünyam mənim. Hər sey bir gün daha çox gözəl olacaq"dedi.

Hər sey onsuzda, gözəl idi... Daha çox olmasına ehtiyyac yox idi. Yanımda onun olması hər seyə dəyərdi...

"Yusif, sən mənim bu həyatda yaxşıkı varımsan dediklərimdənsən... Bizim dünyamızda sadecə sən və mən olaq. Mən başqalarını istəmirəm. Mənim sevgilim olarsan?"

Son sözümdən sonra Yusifdən bir səs gəlməmişdi. Yenə şoka düşmüşdü? Mənim təklif etməyimdə qəribə bir sey yox idi... Yusifində içindən bunun keçdiyini bilirdim. Amma mənə verdiyi sözlərə görə, mənə belə bir təklif edə bilməzdi...

"Yusif... Yusif eşidirsən məni" dedikdə "Həə eşidirəm. Səənn... Sənn mənə sonuncu dəfə nə dedin?"dedi.

Güldüm...
Və "Mənim sevgilim olarsan?"dedim.

Sözümü bitirdiyim an "Həəə, həəə"deyə qışqırdı. Telefonu bir az qulağımdan aralı tutdum. Çünki, səsindən kar ola bilərdim. Səsi kəsildikdə yenidən telefonu qulağıma yaxınlaşdırıb "Ürəyin falan getmədiki? Bax yoxsa sonra başıma qalarsan mənim"dedim onu güldürməyə çalışıb.

Daha qorxusuz sevəcəkdim...
Hec kimdən aslı olmadan, ürəyimdən keçən kimi hərəkət edəcəkdim. Bəzən utanacaqdım, bəzənsə dəlilik edəcəkdim. Yeri gəlsə, ona bir daha sarılacaqdım. Birdə, ondan qopmayacaqdım.

"Kaş bunu yanımda olanda deyərdin. Səni sabah görəndə qucaqlamaq mənə borc olsun. Başıma gələn ən gözəl seysen. Səni sevirəm"

Mən o 2 sözü deyə bilməzdim...

Sadecə gülümsünüb "Gecən xeirə, ikinci mən" deyə fısıldayaraq telefonu söndürdüm. İlk dəfə üçün o qədərdə pis deyildi...
Əlimi ürəyimin üstünə gətirib, döyüntüsünü dinlədim. Sürətli atırdı... Ürəyimin, ritmi dəyişmişdi... Bu ilk vaxtlarda da olmuşdu... Onda başa düşməmişdim... Ya da başa düşmək istəməmişdim... Amma indi, damarlarımdan axan qanın axışı kimi hiss edə bilirdim, keçirtdiyim duyğuları... İçimdə gizlətdiyim o saf hissləri... Tərifsiz hisslər idi bunlar.
Bu gün rahatlıqla yatacaqdım.
Mənim kefimi hec nə pozmayacaqdı...
Dünənki sevincli axşamdan sonra səhər açılmışdı. Ayağa qalxıb hazırlaşaraq evdən çıxdım. Bu arada Yusif "Sabahın xeir dünyam mənim" mesajını səhər saat 6 dan atmışdı. Sevincdən yata bilmədiyini düşünürəm mən. Yəqin sizdə elə düşünərsiz. Uniyə çatdıqda qapı kənarında məni gözləyən Yusifi gördüm. Dünənki telefon danışıqlarımızı xatırladım. İndi isə üz üzə idik... 'Utanma, Alisa' deyən iç səsimə bir az haqq verdim.

Yusifin yanına yaxınlaşdıqda, Yusif gülərək "Səni bir az daha gözləsəydim, qapının kənarında ağac olub qalacaqdım" dedi.

Bu sözünə mənidə gülmək tutdu. Onu tanıdıqca onu daha çox istəməyə başlayırdım. Amma etiraf edim, zarafatları çox şit idi.

Gülüşümü kəsərək "Qadınlar gözlətməyi sevir" dedim.

"Bir ömür boyu gözləyərəm mən. Niyə icazə vermədin evdən alım səni? Səni qucaqlayacaqdım axı mən"dedi.

Yadındanda hec nə çıxmazmış...

"Sən borcunu nə tez istəyirsən? Borcdu dedin... Bir az gözləməli olacaqsan. İndi isə mən dərsə getməliyəm. Görüşənə qədər" deyib yanından ayrıldım. Amma arxamca gəlməyə başladı. Sevimli idi...
Şükür bu günündə dərsləri bitmişdi. Qalmışdı, işə getmək... Onuda gedirdim. Yusifin maşnında idim. Bir birimizə baxıb gülümsünürdük. İşim olmasaydı, öz məhlələrinə getmək istəyirdim. Səbəb isə gül satmaq istəməyim idi.

"Sənə bu yaxınlarda bir süprizim olacaq"

Nə süpriz?
Süpriz edəcəkdisə, niyə deyirdi?
İndi süprizə qədər düşün dur...

"Yusif insan hec süpriz edəcəyini dəyər? Nə mənası qaldı indi bunun?"dedim.

"Süpriz edəcəyimi dedim. Nə süpriz olduğun demədimki"dedi çoxbilmişcəsinə.

Ax birdə bunun çoxbilmişlikləri vardı...
Əslində, bunuda sevirdim...

Balaca uşaqlar tək "Olsun, yenədə deməməli idin. İndi mən bütün günü fikirləşəcəmki mənə nə almısan"dedim.

"Sevəcəyin bir sey olacaq canımın içi...
Bu arada hava proqnozuna əsasən, sabah hava soyumağa başlayacaq. İsti geyimlərin var geyinməyə?"dedi.

Amanda, məni nə çox düşünərmiş...

"Var... Varda amma anamın yanında. Atamın yanına yayda gəldiyim üçün yay geyimləridi"

Bu sözüm ilə mağazaya çatmışdıq. Yusifdə maşını saxlayıb mənə döndü.

"Yaxşı onda sən işinə get. Axşamda mən gəlməmiş hec yerə getmə"dedi.

Yaxşı mənasında başımı sallayıb maşından aşağı endim. Mağazaya daxil olub, işimin başına keçdim. Bu gün o qədər yorucu bir gün olmuşdu. Bir ton yeni paltarlar gəlmişdi. Məndə onları yerləşdirmişdim. Bahalı bir mağaza olduğundan, hər tipdə adam gəlirdi. Pulu olan bəzi insanlar, nəyə görə yuxardan aşağıya baxırdı adama? Hamı, hər seyə məcbur qala bilərdi...
İş vaxtı bitdikdə mağazadan çıxdım. Maşınına söykənib məni gözləyən Yusifi gördüm. Dediyi kimi var idi. Hava bir az soyuqlamışdı...
Üşütmüş bir şəkildə yanına gəldim.

"Bu soyuqda çöldə niyə gözləyirsən?"dedim səsimin tonun qaldırıb.

Hə, əsəbləşmişdim...

"Maşından səni görə bilmirdim. Onun üçün məcbur olub aşağı endim. Əsəbləşmə gözəlim" deyib burnumu sıxdı.

"Birdə olmasın" deyərək maşının qapısını açıb içəri mindim. Oda maşına minərkən, gözüm güzgüdən arxa oturacağa sataşdı. Nə qədər geyim poşetləri vardı... Düşündüyüm olmasın...

Əlimi arxaya işarət edib "Onlar nədi?"dedim.

"Onlar sənindi. Sabah geynirəsən"dedi.

Sevmirdim, axı mən belə seyləri...

"Yusif birdə belə bir sey olmasın."dedim ona baxmadan.

"Alisa, burda əsəbləşəcək nə var? Sevgilimə hədiyyədə almayım? Səni düşünməyim qəbahətdi ya nə?"dedi.

İlk gündən söz söhbəti düşən, sevgilillər...

"Mən belə seyə öyrəşməmişəm"dedim böyük əsəbim ilə...

Yusif "Öyrəş onda! Bundan sonra belədi..." deyib maşını işə saldı...
Off...
Bir - iki paltar olsa, hə qəbul edərdim bəlkə. Amma orda 2 illik geyim vardı... İnsan bir insanı nə qədər düşünə bilər axı? Daha doğrusu bu qədər çox...
Üzümü asıb, səssiz qalaraq yolumuza davam etdik. Evədə gəlib çatdıqda maşından aşağı enib, evə qədər aldıqlarını yuxarı gətirdi. İç səsim 'Təşəkkür etsəydin, hec olmaya' dedi.
Yenə, haqqlı idi...

"Yusif, bir az sərt danışdım... Təşəkkür edirəm" dedim bu anı yola verməyə çalışıb.

"Mən incmirəm, amma səndə özünü incitmə. İndi içəri keç, yemək ye. Hələlik birdənəm" deyərək piləkanlardan aşağı endi. Məndə aldıqlarını otağıma gətirdim. Dərin bir oh çəkdikdə telefonuma mesaj gəldi. İndi getmişdi. Nə ara yazdı Yusif?
Telefona baxdıqda bir nömrədən mesaj gəldiyini gördüm. Təxmin edə bilirdim kimdi...
Hec qorxmadan, mesaja daxil oldum.

"Nəhayət, səni tapa bildim. Darıxmısan mənim üçün? Mən sənin üçün çox darıxmışam..."

Sakit ol, Alisa...
Niyyəti oyun oynamaqdı...
Bu oyuna, gəlmə...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 595
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri