Ay parası (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 5 322
Səs ver:
(səs: 0)
Dibnot: Ön yarğınızı bir kənara ataraq oxuyun. Qadın olduğunuzdan, heç vaxt utanmayın!

O gün o şəkil söhbətini bildiyimi nə Elvinə nə də Şəmsə açıqlamamışdım... Çünki, zamanı deyildi... Zamanı olduqda, mənə qarşı niyə belə etdiklərini acıqlayacaqdılar. Elvinin etdiyi hərəkət isə hec düz deyildi. Aradan kecən 2 həftədə özünü daha aydın mənə biruzə verməyə çalışırdı. Məsələm, Ayla ilə söhbət etdikdə əlində bir işi olsa belə, atıb bizim yanımıza gələrək Aylanı yanımdan uzaqlaşdırırdı. Gecələr hamsı yanında qaldıqda bir tək mənə icazə vermirdi. Məni Aylaya qarşı qısqanırdımı, bilmirdim... Elə olmasınıda istəmirdim... İnsan dost dediyi insanı hecmi tanımaz? Tanıya bilmirdim artıq...
Hər günümüz eyni amma fərqli şəkildə keçməyə davam edirdi. Gecə düşmüşdü. Özümdə güc toplayıb clubdan çıxaraq evə gəldim. Saat 11 - ə qalardı ya yox. Bu dəfə ətrafda hec kimi görmədim. Hamısı otaqlarına çəkilmişdilər. Canım hec nə yemək istəmədiyindən bir başa yuxarı çıxdım. Öz otağıma doğru getmək istədikdə Aylanın "Bu gündə yanımda Ati qalsın" deməsi ilə ayağımı saxladım. Elvinin otağından gəlirdi səsi... Addımı saxlayıb Elvinin cavab verməsini gözlədim.

"Juliet, Atinin başı qarışıqdı O sənin yanında yata bilməz. Həm sən məni istəmirsən?" dedi

İşə bax, mənim adımdan cavab verilir...
Aylanın "Mənə nə... Mənə nəəəə! O qalsın bu gün yanımda. Get mənə onu tap gətir! Yoxsa qışqıracam!" deməsi ilə addımlarımı səssizcə atıb aşağı düşüdüm yenidən. Elvinin otaqdan çıxdığını gördükdə piləkana yeni gəlmiş kimi ayağımı qoyub yuxarı çıxmağa başladım. Elvində məni görəndə tərs - tərs mənə baxıb "Bu gün Aylanın yanında sən qalacaqsan. O qıza nə deyib, beynin qarışdırırsan? Durduq yerə niyə yanında səni istəyir?"dedi. Bunun cavabın özüm bilə bilmirdim... Ayla mənə niyə bağlı idi bu qədər?

"Sözlərinə fikir ver! Siz necə rəftar edirsizsə, məndə ona qarşı elə təftar etməyə çalışıram. Onun beynini qarışdıran mən yox sənsən..."

Sözümü deyib qoluna dəyərək yuxarı çıxdım. Bu vəziyyət məni çox sıxırdı...
Otağın qapısını döyüb içəri keçdikdə Aylanı arxası qapıya dönük tərəfə uzandığını gördüm.
"Elvin səni istəmirəm, çıx çölə"dedi burnun çəkə - çəkə. Addımı atıb ona tərəf yaxınlaşdım.
"Sənə gəlmə dedim. İstəmirəm!"deyib özünü döndərdi. Məni görməyi gözləmirdi... Bulanıqlaşmış gözlərini silib "Gəldin..."dedi

"Gəldim, körpəm..."dedim.

Üzü gülüməyə başladı. Gülüşü mənimdə üzümü güldürdü...

"Gəldiyimə görə yatmağa çalış. Birdə gözlərini nəmli görməyim"deyib alnına düşən islaq saclarını geri çəkdim. Ayağa qalxıb yerinə girməsi üçün bir az geri çəkildim. Oda düşündüyüm kimi yorğanın altına girdi. İndi rahatlıqla yata bilərdim. İşığı söndürüb divana keçərək məndə uzandım. Dərmanlara görə yata biləcəyini ümüd edirəm. Xəstəliyi haqqında internetdən maraqlanmışdım. Bir çoxunda eyni sözlər yazılmışdı. Məndə onlara əməl etməyə çalışırdım...
Gecənin bitməsi səhərin açılması ilə gözlərimi bir andaca açdım. Ağlıma ilk gələn sey isə Ayla oldu. Bir az dikəlib çarpayıya baxdıqda Aylanın oyaq olduğunu gördüm. Ayılanda hər zaman ayağa qalxardı axı... Gözlərimi ovuşdurub ayağa qalxıb yanına gəldim.

"Körpəm, rahat yata bilmisən axşam?"dedim

Başını 'Hə' mənasında aşağı yuxarı edib yorğanı boğazına qədər çəkdi.

"Onda ayağa qalx, aşağı düşək"dedim

Yorğanı dahada yuxarı çəkib "Qalxa bilmərəm mən"dedi. Bu da yeni çıxmışdı? Yorğanı aşağı çəkməyə başlayıb "Niyə qalxa bilmirsən?" dedim. Gözlərini məndən qaçırdıb yorğanı tam başına çəkərək "Sey... seyy olmuşam"dedi.
Nə olmuşdu? Hec nə başa düşmədim mən...

"Məni qorxutma, nə olub sənə?"dedim təkrarən. Axı nə olmuşdu ona?
Yorğanı bir az aşağı endirib gözlərini tam yığıb sıxaraq "Qadın xəstəliyi desəm başa düşərsən? Bezimdə yoxdu..."dedi. Ah, indi aydın olmuşdu mənə...
"Körpəm, gözlərini aç. Və bundan utanma... Mən indi marketə gedib sənə lazım olan seyi alıb gətirəcəm"deyib yanından ayağa qalxdım.

"Mən çox utanıram... Gözlərimi aça bilmərəm..." dedi. Normal, bir sey idi...

"Mən 5 dəqiqəyə gələcəm"deyərək otaqdan çıxdım. Evin yaxınlığında bir market vardı. Amma ordan belə bir sey almaqda, başıma ilk dəfə idi gəlirdi... Yenicə açılmış marketə daxil olub ən bahalı bezdən 5 - 6 ədəd alıb marketdən çıxdım. Hər ehtimala qarşı almışdım... Satıcı qızında yersiz baxışlarına məruz qalmışdım...
Evə gəlib otağa daxil oldum. Ayla hələdə yerində idi...

"Belə edirik, sən bu mərtəbədəki hamama daxil olub işini gör. Məndə pasteli dəyişib aşağı düşüb paltaryuyan maşını qoşum"dedim.

Başa düşülən, bir insan olmağa çalışırdım...

Ayla "Hec kimin xəbəri olmasın ha"deyərək yavaş - yavaş ayağa qalxmağa başladı. Ayağa qalxsada çarpayının yanından tərpənmədi. Daha başa düşülən bir insan olmalı idim... Elvinin geyim şkafını açıb əlimə keçən adi uzun qol bir düyməli köynəyini götürüb Aylanın yanına gələrək köynəyi bel hissəsinə bağladım.
Deyəsən, razı qalmışdı... Özünə lazım olan seyləri götürüb otaqdan çıxdıqdan sonra məndə pastelleri dəyişib aşağı düşdüm. Bu gün onu gözümdən kənara qoymayacaqdım...
Ayla üstünü dəyişib aşağı düşərkən arxasıycada Rəhim gəlirdi. Yuxudan ayılmaq vaxtı idi.

"Şirin qız həmişə bizdən tez durur"deyə aşağı düşməyə başladılar. Aylanın üzündəki gülüş isə diqqətimi çəkmədi, deyildi...
Hər kəs durduqdan sonra səhər yeməyimizi yeyib ayağa qalxdıq. Bu gün nə edəcəyimiz haqqında hec bir fikirə sahib deyildim. Saatlar irəllədikcə yenə Elvin Aylanın yanında idi. Mənədə onlara baxmaq düşürdü. Aylanın isə məlum səbəbdən əziyyət çəkdiyini görürdüm. Bir ara Rəhim ilə Nicat sevgillərinə, Ayla haqqında məlumat verməli olduğunu bildirdilər.
Əslində, haqqlı idilər... Bilməyə haqqları vardı.
Günü beləcə yola verərkən, axşam düşmüşdü. Bu gün Ayla ilə Rəhim qalmaq istəsədə Ayla yenə qəbul etməyib, yanında məni istəmişdi...
Bu gecəlik qala bilərdim... Ayla otağa çıxarkən, məndə mətbəxə keçib Nicata bir az kömək elədim. Bu sırada yanıma Elvin gəlib, qabları sildiyim yerdə qulağıma "Ona qarşı bir səhv hərəkətini görsəm, o birisi Elvinlə qarşılaşmalı olacaqsan" deyə pıçıldadı. Artıq, qarşılaşmışdım xəbəri yox idi...
Dərindən nəfəs alıb, ya səbr çəkdim. Nəyə görə dözdüyümüdə, bilmirdim...
Əsəbimlə yuxarı çıxıb, otağa daxil oldum. Ayla yerinə girmişdi. Bu yaxşıya işarət idi. Çünki, mənimdə yuxum gəlirdi...

"Rahat yat, körpəm"deyib işığı söndürdüm.
Divana uzanarkən "Ağrım var"dedi.
Uzana bilmədim...

"Ağrının keçməsi üçün nə edə bilərəm?"dedim

Ağlıma ilk gələn sey, çay idi. Onuda Ayla içmirdi...

"Masaj edə bilərsən..."dedi yavaşca

İş başa düşmüşdü yenə. Çarpayının boş qalan yanına keçib bardaş quraraq əlimi yavaşca qarın nahiyəsinə gətirib masaj etməyə başladım.

"Bu mənə yaxşı gələcək. Mən mahnı dinləyərək yatmağa çalışacam"dedi

Ayla dediyini edib mahnı dinləməyə başladı, məndə masajı davam etməyə. Yorulduğum üçün əlimi tez - tez dəyişməli olurdum. Amma masajı dayandırmırdım. Nəfəs alış verişinin səsini eşitdikdə yatdığını başa düşüb mahnını söndürərək yenidən masaj etməyə davam etdim. Saatın necə olduğundan xəbərim yox idi. Gözlərimdəndə yuxu tökülürdü... Qırpınan göz bəbəklərimi güclə açıq tutmağa çalışırdım. Daha çox dayana bilməyib başımı Aylanın yanına qoydum. Burnuma dolan körpə qoxusu ilə yuxuya daldım.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 5 322
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri