Ay parası (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 037
Səs ver:
(səs: 1)
Aradan keçən 5 gün ...
Evdə Ayla ilə tək başına idim. Hamı bir yerlərə dağılmışdı. O gecədən sonra birdə elə böyük tutması baş verməmişdi. O gün nə olduğunu, hələdə bilmirdim... Düzün desəm, o günün hələdə təsir altında idim. Ona nəsə olacaq düşüncəsi ağlımdan çıxmırdı. Hansı ara beynimin içinə bu qədər yerləşib, qaldığını bilmirdim. Zaman sürətlə keçirdi... Onu tanıdığım ilk əvvələr sadecə günlər keçirdi. Sonra günlər həftələr oldu. İndi isə o həftələr ay olmuşdu. Həyatımın tam mərkəzinə oturmuşdu. İndidə yuxarı otağa çıxıb barbi kuklasını götürüb aşağı düşəcəkdi. Məndə onu gözləyirdim... Onun aşağı düşməsini gözləyərəkən qapının zəngi çalındı. Yəqin gələn bizlərdən biri idi. Ayağa qalxıb qapını açdım. Qapıda gördüyüm şəxs isə bizimkilərdən biri deyil, Şəms idi...
Onun burda nə işi var idi? Həmdə bu saatda... İlk ağlıma bu düşüncə gəldi.
Şəms "Məni birinci dəfədi görürsən?" dediyində düşüncələrimdən ayıldım.
Onun burda olmaması lazım idi. "Nə işin var burda?"dedim kobudcasına.
Bağışlayın, amma evdə Ayla varkən ona hec xoş üz göstərə bilməzdim. "Qonağı belə qarşılayırlar canım mənim?" deyərək təklif etmədən içəri daxil oldu.
Mən onu içəri dəvət etmədim...
Ayla onu görsə, nə düşüncəyini belə təxmin etmək istəməzdim. Getməli idi...
"Şəms, evdə başqa biri yoxdu. Getəsən yaxşı olacaq"dedim. "Rahat ol bir az... Məndə sənin üçün gəlmişəm. O birilərini görməyə maraqlı deyiləm"dedi əli ilə üzümə toxunmaq istəyərkən...
Əlindən tutub aşağı saldım.
"Nə badə, birdə bunu təkrar edəsən! İndi isə getmək vaxtıdı... İstəmirəm..."dedim qərarımdan hec dönməyərək.
Etdiyi hərəkətin cavabını sonra verəcəkdi. Amma indi deyil...
"Niyə beləsən? Mənə bir səbəb göstər"dedikdə Ayla piləkanlardan aşağı düşməyə başladı. Mənim isə gözüm onda idi. Şəmsdə dönüb arxaya baxdıqda Aylanı gördü. Ayla isə əlində tutduğu kuklasını möhkəmcə sıxmağa başladı.
Bu sırada Şəms mənə dönüb "Səbəbi gördüm..." dedi.

İndi Aylaya nəyi necə başa salım?
"Şəms səndə gedirdin hə? Qapı bu tərəfdədi" dedim gülməyə çalışıb. Dönüb yenidən Aylaya baxaraq qulağıma "Bu dəfəlik belə olsun..." deyib qapıya tərəf yaxınlaşdı. O evdən çıxdıqdan sonra Aylanın yanına gəldim. Kuklasını sıxaraq elə bir qıraqda oturub baxışlarını yerə dikmişdi...

"O... Şəkildə gördüyüm qızdı... Yaxından daha gözəl imiş..."

Yarı yarıya dediyi sözlər bu idi. "Sən daha gözəlsən"dedim.

Asand deyildi...
Nə deyəcəyimi bilmirdim...
Dilim dolaşmışdı sanki...

"O, bir şizofren deyil..."dedi yavaşca...

Ürəyimə bir xəncər batsaydı daha yaxşı olardı.
"Körpəm... Sən onu yaddan çıxart. Lazımsız biridi O. Amma sən mənə lazımsan... Səninlə yenidən var olmuşam mən"deyib yanına gəldim.

Yanına gəldiyimi görüb bir az daha divanın küncünə sığışdı.

"O qızla danışmağını istəmirəm mən" deyərək baxışlarını yerdən qaldırıb göz altı mənə baxdı.

"Söz, danışmayacam. Yanımda var olmağın bəs edir mənə. Belə seyləri düşünmə sən. Mən hər zaman sənin yanındayam"

Kuklanı əlindən divana atıb qollarını boynuma dolayıb anidən məni qucaqladı. Məndə onu...
Körpəmin, körpə qoxusunu içimə çəkdikdən sonra əlimi saclarına gətirib sığal çəkdim.
Məni daha möhkəm qucaqlayıb "Ay'ı sevməyə başladım..."dedim.
Gözlərimi yumdum...
Sonra gülümsədim...
Ona ay'ı sevdirə bilmişdim...

"Bəs günəş?"dedim

"O istilik verir... Külək, yağış olanda o göyüzünü tərk edir. Ay isə küləyin, yağışın olmağına baxmayaraq həmişə gecələri göy üzündə olur. Eynən sənin kimi..."dedi.

Ayla mənim, dünya isə sizin olsunmu?

"Mən Ay'ın başqaları tərəfindən sevilməyini istəmirəm"deyə dərin nəfəs alıb əlavə etdi.

"Ay öz körpəsini hec nəyə dəyişməz. Sən hec nədən qorxma..."dedim.


Məndən ayrıldı. Üzü isə gülürdü...
"Hər sey yaxşıdısa mən hamama gedirəm. Gələcəm"deyib ayağa qalxdı. Hər hərəkəti ani idi. Öyrəşmişdim buna. O yuxarı çıxdıqdan sonra telefonumu əlimə alıb Şəmsə mesaj yazmağa başladım.

"Sən durduq yerə niyə bizim evimizə gəldin?! Mənə cavab ver sonra həyatımdan rədd ol!"

Mesajımı yazdığım saniyə oxudu. Bu işin içindəndə bir iş çıxacaqdı...

"Rədd ol sözünə yaxşı öyrəşmisən ha! O yanındaki uşaq səni istəməyəndə mənim yanıma qayıdacaqsan! Ona görə yerini bil!"

Yanımdaki uşaq hə?
Ağılsız qız...

"Səni özünü onunla müqayisə edə bilməzsən! Çünki, O müqayisə olunmazdı! Birdə mənim qarşıma çıxma! Canıma yapışıb qalma!"

Mesajı yazıb telefonun ekranın bağladım. Canımı sıxmışdı mənim... Bu necə üzsüzlük idi? Telefona mesaj gəldiyini gördükdə dayana bilməyib yenidən telefona baxdım.

"Çox böyük danışırsan. Bir gün bu sözlərinin altında qalacaqsan! Məni evindən qovdun... Nə məsələn varsa Elvinlə həll et! Arxandan iş çevirən odu!"

Bu aralar hər daşın altından Elvin çıxmasaydı olmazdı... "Elvin nə əlaqə?" yazıb göndərdim.
Cavabını bilirdim...
Amma yenədə yanılmaq istəyirdim...

"Sən 2 həftə əvvəl clubda olarkən məni yanına Elvin göndərdi. İndidə Atilla pisdi onun yanına evə get dedi. Gəldim... Sən isə məni qəbul etmədin... Hər ikinizdə mənimlə oynayırsız!"

Yanılmaq istəmişdim... Dost dediyim adam bu qədərinidə etməz demişdim... Amma edirmiş... Arxamdan bu işləri çevirmiş... Bir cavabı yox idi bu mesajın. Cavabı Elvin verməli idi. Oda məni təhtid etməsə... Ayla meyvə şirəsini içmədim deyə məndən küsmüşdü... Onu ilk əvvəl istəmədiyimi bilsə, məni hec danışdırmazdı. Öz özümə nə qədər fikirləşdim. Dəqiqlər keçdiycə, Ayladanda bir səs çıxmamışdı...
Dayana bilməyib otağa girib baxdım. Otaqda yox idi...
Narahat olduğumdan hamamın qapısını döydüm. 2 dəfə döydüm amma bir səs belə verməmişdi. Narahat olmağa başlamışdım...

"Ayla... Ayla yaxşısan sən?"dedim.

Yenə bir cavab yox idi... Qapını yenə döyməyə başladım.

"Bax Ayla mənə cavab verməsən, içəri girəcəm ha yoxsa"dedim.

Lənətə gəlsin! İndi dəli olacaqdım...
İşin qəribə tərəfi suyun belə səsi gəlmirdi...
Qapının qlupun aşağı çəkdim. Qapı açılmadı... Çox güman içəridən kilətləmişdi...

"Aylaaa yalvarıram mənə bir cavab ver!"deyib qapıya bir təpik atdım amma açılmadı. Yenə bir təpik atdım, yenə açılmadı... Bir seylər fikirləş, Atilla... Qaçaraq aşağı düşüb mətbəxin çəkməcələrini qarışdırdım. Qapıların acarları burda olmalı idi. Əlimə keçən bütün açarları götürüb qapını açmağa çalışdım. 4 acarla qapını açmağa çalışdım amma hec birində açılmırdı. Əlim isə titrəyirdi... Mənim başqa yolum yox idi. İçəri girməli idim... 5 ci açarda qapı açıldı. Qapını açıb içəri girdikdə su ilə dolu vannada mavi saclar gördüm. Düşündüyüm sey olmasın...
Qapıdan asılmış hamam dəsmalını əlimə götürüb gözlərimi yumaraq vannaya yaxınlaşıb dəsmalı onun üstünə atıb gözlərimi açaraq onu qucağıma alıb vannadan çıxartdım. Gözlərini yummuşdu...

"Ayla gözlərini aç... Gözlərini aç..."deyərək başını dik tutmağa çalışıb kürəyindən yavaşca vurmağa başladım. Bir necə dəqiqədən sonra öskürməyə başlayıb, udduğu suyu ağzından tökməyə başladı.

"Ölürdüm..."dedi gözlərini aralayaraq. Onu özümə tərəf sıxdım. Gözümdən axan yaşa hec fikir vermədim. Uşaq kimi ağlamaq istəyirdim... Ömrümdən rahatlıqla 10 il getmişdi, deyə bilərdim sizə... Ya qapını vaxtında açmasaydım... Dəsmalı üstünə daha möhkəm dolayıb onu qucağıma aldım. Ayaqlarım yerdən kəsilmişdi sanki. Hər addım atdıqca bir boşluğa düşürdülər kimi hiss edirdim. Onu otağa gətirib çarpayıya uzatdım. Yorğun düşdüyündən, özündə deyildi...

1 saat əvvəl yanımda məni qucaqlayan qız dəqiqələr əvvəl ölümün pəncəsində idi... Yenə ağlına hardan gəlmişdi, bu düşüncə...
Belə qalsa xəstə olacaqdı. Hamama qayıdıb geyinəcəyi paltarları əlimə aldım. Gözümü yumub paltarların geyindirməyə başladım. And verə bilərəmki, gözümün ucu ilə belə ona baxmadım... Birini sevmək, toxunmaq deyildi...
Yaş olan saclarını dəsmal ilə qurlayıb üstünü örtərək taxtına bir yanına çökdüm. İçimdə qalsaydı bu hiss, məni öldürəcəkdi...
Əlimi yumruq edib dişlərimin arasına alıb sıxmağa başladım. Gözümdən yaşlar isə qeyri ixtiyari axmağa başlamaşdı. Səssiz - səssiz içimə ataraq ağlayırdım. Ona dönüb baxdım...

"Bulud ol..."dedim

Dərin nəfəs alıb "Bulud ol hava gözəl olanda göyüzündə ol. Hava pis olanda isə göy üzünün arxasında gizlən və it... Amma hec vaxt göy üzünü tərk etmə..."dedim.

Bölüm sonu

Müəllif: Goncha

Ps. Bəzən yazacaq çox sözü olar insanın amma iki söz deyib bütün sözlərin üstündən xət çəkər. Məsələm "Bulud ol" kimi... Kiminə adi 2 söz... Kiminə isə dərin məna...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri