Ay parası (20-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 794
Səs ver:
(səs: 0)
3 ay sonra

Qışdan çıxmışdıq artıq. Aramsız yağan yaz yağşı, ilə aprel ayına daxil olmuşduq. Saatlarla yağışın altında qalıb islanırdım. Daha yaşamağın bir mənası yox idiki, mənim üçün...
Onsuz keçən hər gün, ölümdən daha betər idi. Biri var bir gün öləsən, onunla hər sey bitə...
Biridə var hər gün öləsən... Boşuna nəfəs alasan, amma nəfəssiz qaldığını düşünəsən. Məndə də eyni vəziyyət belə idi...
Aylanın nəfəsini tutduğu gündən bu günə qədər nə gözümə bir düz əmməli yuxu getmişdi, nə də boğazımdan bir tikə çörək keçmişdi...
İndi isə Aylanın yatdığı palatanın qarşısında idim. Şüşə arxasından onun ruhsuz bədəninə baxırdım. O gün onu güclə bu xəstəxanaya gətirmişdik. Nəfəsini tutub nəfəssiz qaldığına görə ayıldıqdan ilk 20 saniyə sonra komaya düşmüşdü. Və hələdə ayılmamışdı...
Mənsə hər gün bu şüşə arxasında durub onun ayılmağı üçün dua edirdim. Nəfəsini tutması, ölmək istəmə səbəbi hələdə mənə qaranlıq qalmışdı. Axı hər sey yaxşı gedirdi...
Ya da mən yaxşı olduğunu hesab edirdim. Amma məyərsə onun gözümün qarşısında ölmək istəməsini görməmişəm...
Elvinin dediyinə görə, Ayla ona hər mesaj yazdıqda mesajı bir dəqiqə gecikdirib yazırdı. Bu onun diqqətindən yayınmamışdı. Onunla tanışdığı gün ilə nəfəsini tutduğu dəqiqələri hesabladıqda dəqiqələr "00:00" göstərirdi...
Bəlkədə, Lali belə istəmişdi... Laliyə qulaq asmışdı yenə... Onu qorumağı bacara bilməmişdim. Gözümdən axan bir damla yaşı əlimin tərsi ilə sildim. Ağlamaqdan gözümün yaşı qurmuşdu... Gözlərim ağrıyırdı... Ətrafı isə qaralmışdı...
Kişilər ağlamazmış...
Boş bir söhbət...
Sevdiyin qadın gözünün qabağında can çəkişirsə, ağlamamaq əldə deyildi...

Əlimi şüşəyə yaslayıb "Qalx ayağa, artıq körpəm"dedim.

Boğazım quruduğundan səsim belə çıxmırdı...
O biri dünyada cəhənnəmi yaşamağıma ehtiyyac qalmamışdı daha...
Bu 3 ayda cəhənnəm əzabı çəkirdim.
Onsuz mən bitmişdim...
Sadecə basdıranım yox idi...

"Atilla, daha bəsdi gəl evə gedək bir az yat dincəl" dedi yanımda olan kimsə. Bulanıqlamış gözlərimi silib yanımdakı insana baxdım. Rəhim idi...Beynimin içində o qədər Ayla vardıki, insanları belə səsindən tanımaz hala gəlmişdim.

"Rəhim əl çək məndən mən burda qalacam gecəni"dedim səsimi dik tutmağa çalışıb. Amma səsimi nəyinki dik tutmaq, yorğunluqdan hec çıxmamışdı belə...

Rəhim "Vəziyyətin hec yaxşı deyil sənin. Mənə qulaq as. Gedirik evə" deyib qolumdan tutub məni sürükləməyə başladı. Gücüm yox idi mənim... Qolumu əlindən çəkməyə çalışdım. Bilirəm, mənim yaxşılığımı istəyirdi. Amma bu vəziyyətdə mən özümü düşünə bilməzdim...

"Rəhim qolumu burax! Mən Aylanın yanında qalıram! Məni ondan ayırma..."dedim var gücüm ilə. Son sözümdən sonra qolumda olan əllərini yavaşca boşaldmağa başladı. Məndə qolumu əlindən çəkdim.

"Səni ondan hec kim ayıra bilməz. Amma özünə az əzab ver! Bu hec kimin günahı deyildi! Bəsdi... Özünə bu əzabı yaşatma! Dostum sən günü gündən gözümün qarşısında məhv olub gedirsən! Sən necə Aylanı çox sevirsənsə, məndə səni elə çox istəyirəm... Hec olmaya 1 saatlıq yat... Çox yox, bircə saatlıq... Söz mən Aylaya nəzarət edəcəm"dedi.

Necə qoyum gedimki, onu burda...
Başımı yox mənasında yelləyib addımı ataraq yenə şüşədən onu izləməyə başladım. Mavi sacları getdikcə ağarmağa başlayırdı. Rəngidə solmuşdu...

"Komadan çıx... Bitsin daha bu işgəncə..."dedim dilimin ucunda.

Şüşədən baxmağı kəsib kürəyimi divara yaslayaraq aşağı çökdüm. Rəhimdə yanıma gəlib oda mənim kimi edərək yanıma oturdu.
Mən boş divara baxarkən aramızda yaranan səsizliyi pozub "Çoxmu sevirsən onu?"dedi.

Sevmək hec nəyə yetmirdiki... Əlimdən gözləməkdən başqa hec nə gəlmədikdən, sonra...

"Həmdə necə...
Onun yerinə, mən komada yatacaq qədər..."

Nəyə yarayırdıki, bu ifadələr...
Ürəyimi, içimi incidən dəlik - deşik edən başqa seylər idi...

"Ayla onu sevdiyini bilirdimi bəs?"dedi.

Gözümü divardan çəkib, onu bulanıq görən gözlərim ilə ona baxdım. Azacıq bir təbəssüm etdim...

"Bilmirdi...
Ona sevdiyimi ay işığının altında demək istəyirdim. Ay para çıxdıqda onu necə çox sevdiyimi ona deyəcəkdim... Amma indisə mənə qalan göyüzündəki para aydı..."

Rəhimi bulanıq göz ilə görmürdüm daha. Gözümün qarşısı qaralardı. Gözümü ondan çəkib aşağı salaraq ovuşdurmağa başladım. Amma keçmədi...

"Rəhim... Rəhim, mən yaxşı deyiləm"dedim onun çiyninə əlimi qoyub ayağa qalxamağa çalışaraq.
Məndən möhkəmcəsinə tutub "Atilla inad eləmə gəl gedək bir seylər ye! Səhərdən gecəyə qədər bir su bardağı ilə ayaqda qalmaq olar!" deyə mənə hirsləndi. Ayağa qalxarkən yenə Aylaya baxmağa başladım. Gözümün qaraltısı keçmirdi... İrəli bir addım atmaq istədikdə ayağım sanki axsadı. Gözümün qarşısı ilə tamami ilə qaralamağa başladı. Hiss etdiyim tək sey özümdən gedib, yerə yıxılmağım oldu.

Gözümü açdıqda bir palatada olduğumu gördüm. Qolumda hiss etdiyim ağrı ilə qoluma baxdım. Sistem altında idim...
Qolumda olan sistemi gözümü yumub, ağrı çəkərək çıxartdım. Mənə bu sistem lazım deyildi. Ayağa qalxmağa çalışarkən, qapı açıldı. Nicatda gəlmişdi...
Mənim durduğumu görüb "Özünü uşaq kimi aparma!"dedi yanıma gələrək.
Məni hec kim başa düşmürdü...
Hec kim başa düşmək istəmirdi...
İçəridən yatan qız canımın bir parçası idi...
İnsanın canı, hec yarım qalarmı?
"Qolunuda qanatmısan!"deyib yanımdaki kicik masadan pambıq alaraq azacıq axan qanı təmizlədi.

"Ayla hələdə yerindədi? Həkimlər başqa nəsə deməyibki?"dedim.

Qorxum bu idi...
3 ay idi Ayla komada idi...
Qorxum, onu bir gün aparatdan ayırmaq istəmələri idi...

"Hər sey eyni vəziyyətdədi. Atilla, canına bax! Belə etmə dostum!"dedi.

Başımı bir sey demədən aşağı əydim. Bu sırada qapı yenidən açıldı. İçəri təlaşlı bir şəkildə Rəhim daxil oldu. Ağlımdan ilk keçən sey, Aylaya nəsə olması idi...
Tənginəfəs bir şəkildə "Atilla.... Aylaaa"dedi.

Yox hazır deyildim mən bunu eşitməyə. Əlim ilə qulaqlarımı tutub "Yox! Yox ona hec nə olmasın! Tanrım əgər varsansa, ona hec olmasın..."dedim.
Rəhim "Ayla, işarət barmağını tərpətdi"dedi gülərək. Düz eşitdim mən hər halda?

Əlimi qulaqlarımdan çəkib "Dediyini bir daha təkrar et"dedim.

Yanıma gəlib məni qucaqlayaraq "Ayla, işarət barmağını tərpədib dəli!"dedi.

Yox, bu dəfə səhv eşidə bilməzdim...

Aylanın dilindən davam

Dəqiqələrin həyatımda böyük yeri var idi. Lalinində böyük hökümü...
Mən onunla yaşamağa öyrənə bilmədim. Onu qəbullanmağım böyük vaxt aldı. Bu vaxtında bədəlini komada qalmaqla ödədim..
Kənardan baxmaq, kənardan durub insanların həyatlarına müdaxilə etmək daha asandır. Amma birdə gəlin, içimdə baş verən fırtınaları görün. Bu fırtına dayanmaq bilmir...
Dağlaları çox sürətlidi. Və məndə hər dəfə o dalğaların altında qalıram...
Çox vaxt boğuluram...
Çox vaxtda məni boğulmaqdan xilas edirlər.
Bu dəfəki xilaskarım yenə Atilla olmuşdu.
Ona necə bir hiss bəslədiyimi tam olaraq bilmirdim. Çünki, mən şizofren bir qız idim...
Hisslərim çox vaxt məni yanıldırdı. Ya da işin içində Lalinin olduğunu düşünürdünm. Onun üçün bu barədə sizinlə danışa bilmərəm...
Sadecə, kicik bir sirr verim. Mən Ay'ı sevməyə başlamışam... Daha əvvəlki tək qorxmuram ondan... Qəbul etmişəmki, gözyüzü tək günəşdən ibarət deyil...
O gün gözlərimi həyata yenidən açdıqda dilimdən bir adamın adı düşmüşdü... Oda Atilla idi...
Ölsəydim, onu bu dünyada tək qoymuş olacaqdım. İlk dəfə idi ölmədiyim üçün sevinmişdim... Ölsəydim, birdə onu görməyəcəkdim...
Yanıma gəldikdə bir qıraqda durub səssizcə göz yaşı tökürdü. Məndə yumulmaq istəyən gözlərimi güclə acıb ona baxmağa çalışmışdım.
Söz tutmayan dilim ilə "Uzaqda qalma" demişdim. Bu sözüm ilə yanıma yaxınlaşmağa başlayıb, gözlərindəki yaşı silməyə çalışırdı. Yorğun düşmüş bədənini görməmək üçün kor olmaq lazım idi. Onu belə bir vəziyyətə qoyduğum üçün utanmışdım. Bir daha onu bu vəziyyətdə görməyəcəkdim. Elə o an bir qərar verdim. Həyatımı tamami ilə dəyişəcək o qərarı verdim. Bir insana görə...
Birdə gözündə o yaşı görməmək üçün. Birdə ona bu acını, ağrını yaşatmayım deyə...
O ruhi dispansere yatacaqdım...
Sağalana qədər, özümlə barışana qədərdə ordan çıxmayacaqdım.

2 həftə sonra
Əlimdəki orta boylu çamadanı arxamca sürüyüb, nəzarətcinin ardıyca gedirdim. Məni otağıma aparırdı...
Dispanserin görnüşü filmlərdəki tək idi. Amma qayda qanunlarını deyə bilməzdim...

Bir otağın qarşısında dayandıqda, qapını açıb "Ayla, bura sənin otağındır. Sən otağına yerləş mən sənə 1 saatdan sonra baş çəkəcəm. Mənsiz hec yerə çıxma"dedi.

Xəstə olmayan adamın, xəstə olmağı gəlirdi...
İçəri keçib qapını bağlayıb otağa nəzər yetirdim. Otaqda bir pəncərə vardı. Amma dəmir barmaqlarala örtülü idi çöldən. Pəncərədən bir az aralı divar küncündə bir çarpayı vardı. Qapı tərəf girişdə də kicik masa və stul vardı. Qıraq tərəfdə də geyim yığılması üçün şkaf adlandıra biləcəyim bir əşya vardı.
Tam xəstə otağı...
Çamadanı arxamca sürüyüb çarpayının yanına gələrək aşağı çöküb çamadanı açdım. İlk əvvəl içindən Atillanın mənə aldığı barbi kuklanı çıxardıb çarpayının üstünə qoydum. Sonra ikimizin birlikdə olan şəkilini əlimə alıb "Sənə görə, bacaracam..."dedim. Şəkilini öpüb, yastığımın altına qoydum. Daha sonra ayağa qalxıb geyimlərimi şfanerə yerləşdirməyə başladım. İçimdə yaranmış olan burğunluq keçmirdi. Atilla məni buraxmaq istəməmişdi...
Ona daha çox zülüm verməyim deyə gəldim mən bura. Burda necə olacağını, isə hec bilmirdim...
Telefon işlətməyə icazə yox idi. Hər gün axşam özləri 5 dəqiqəlik telefon danışığına icazə verirdilər... 5 dəqiqə yetərdimi mənə? Həm ailəm vardı, həm Atilla... Həmdə məni çox istəyən O, üç insan...
Bunları düşündükcə burdan qaçmaq istəyirdim. Onsuzda çox düşünmək mənə ziyan idi. Beynim çox yükləndikdə etdiyim hərəkətlərimi bilməzdim mən.

1 saat sonra

Nəzarətci yanıma gəlmişdi. Əlimə bir kağız parçası verib mənə buranın necə bir yer olduğunu başa saldıqdan sonra 'Sənə yenidən baş çəkəcəm' deyib yanımdan getmişdi.
Mən isə indi əlimdə olan kağıza baxırdım.
Yemək saatları, gündəlik veriləcək dərman saatları, telefon ilə danışma vaxtı yazılmışdı. Hər gün 1 saat bağçada yanımda adam olmaqla gəzişə bilərəmmişəm...
Hər həftə bağçada gül əkilirmiş, təmizlik işləri aparılırmış, bir otaqda yığışılıb film izlənirmiş. Və bir necə belə bir sey...
Düşündüyüm qədər pis bir yer deyil imiş. Canımı sıxan qalan boş saatlar idi. O baş saatlarda hec nə yazılmamışdı. O boş saatlarda antideprasanlara görə yatacaqdım...
Pəncərəni açıb çölə baxdım. Günəş ətrafa böyük işıq saçmışdı. Ətrafda isə bir neçə insan vardı. Bəzisi top oynayırdı, bəziləridə əlləri ilə başlarına vurub gülürdü...
Bir az daha vaxt keçdikdən sonra nəzarətci qadın yenə yanıma gəlmişdi. Məni otaqdan çıxardıb, ətrafı mənə gəzdirirdi. Hətda rəsm otağıda var imiş...
Hər yeni şey öyrəndikdə bir az daha təcüblənirdim. Dəhlizin sonuna gəldikdə dayandıq. Qapının kənarında yeməkxana yazısını gördüm. Acmışdım... Tam zamanı...

"Ayla burada yeməkxanamaz. Hər mərtəbənin öz yeməkxanası var. Səndə 3 cü mərtəbədə olduğun üçün artıq yeməklərini burda yeyəcəksən"dedi gülər üzü ilə.

Qolundakı saata baxaraq "5 dəqiqə qalıb. 5 dəqiqədən sonra şam yeməyinin vaxtıdı. Gəl içəri kecək"deyib içəri keçdik.

20 - 30 nəfər rahatlıqla bura sığışardı. Yeməklərin olduğu yerə gəldikdə orta yaşlı 2 qadın vardı. Bir az kilosu çox olan qadın "Nə gözəl qızsan sən. Yenisən burda?"dedi. Başımı aşağı salıb "Hə..."dedim qısaca. Səmimiyyət sevməzdimki, mən...
Başımı yerdən qaldırdıqda içəri insanlar girməyə başladı. Hamsı şizofren idi görəsən? Ya başqa xəstəlikləri vardı... Onlara baxmadan yeməyimi almağa başladım. Yeni olduğumdan mənə yeməyi bir az çox tökmüşdülər. Yeməyimi alıb pəncərə tərəfdə olan masaya tərəf keçdim. Mərci şorbası, birdə 2 katlet vardı...
Hec birini sevməzdim. Yeməli idim amma...
Bir insana sözüm vardı...
Dediyim kimi 20 ya da ondan az olan insanlar masaların ətrafına yığılmışdı. Bir çoxunun gözüdə üstümdə idi. Yaşlarını isə deməyimə hər halda ehtiyyca yox idi. 17 ya da 25 yaş arası idilər...
Gözlərimi ətrafdan çəkib yeməyimə baxdım. Katleti nə ilə yeyəcəkdim? Çəngəl yox idi...
İndi yanımda Atilla olsaydı, buna bir çarə tapıb, üzümü güldürərdi. Bunu düşündükcə üzüm gülməyə başladı. Tam bu sırada "Nəyə gülürsən yeni qız"deyən bir qız qarşımdaki masada əyləşdi. Bir sey demədim...

"Biz burda hamımız bir ailəyik. Rahat ol"dedi yenidən.

Zil qarası olan qulaq ardına qədər kəsilmiş olan səlqəsiz qısa saclara baxdım. Gözlərinin altına qara çəkmişdi. Üzü isə gülürdü...
Buranın cana yaxın qızı...
Olurda, yeni bir məktəbə gedirsən. Saf bir qız yanına gəlir həmişə. Onunla dost olursan, sonrasında. Bu qızda elə idi...

"Ayla..."dedim əlimi ona uzadıb.

"Nigar"dedi əlimi sıxıb.

Yad planetli olmayacaqdım. Ən azından elə rəftar etməyə çalışmayacaqdım. Verdiyim sözləri unutmayıb, tutmağa çalışacaqdım.

"Katleti nə ilə yeyirsiz?"dedim bir söhbət açmağa çalışıb.

"Ya qaşıq ilə ya da əl ilə. Başqa secim varmı ki?"deyə kateleti əlinə alıb yeməyə başladı.

Mən axı pəri qızıyam...
Bu qədərini düşünə bilmədim...

"Çəngəl niyə yoxdu bəs?"dedim marağıma əngəl ola bilməyib.

Katleti əlindən yerə qoyub son tikəsini udqunaraq, əli ilə ağzının kənarını silib arxaya döndü.

"Divar tərəfdə olan ən son tək oturan qara geyimli oğlanı görürsən?"dedi.

Dediyi yerə baxdıqda, başını aşağı salıb eləcə yeməyinə baxan başdan ayağa qara geyinən bir oğlan gördüm. Nigar mənə tərəf dönüb
"Bax, O oğlana görə keçən aydan bu yana çəngəl istifadə etmirik. Keçən ay özündən çıxıb çəngəli yanındakı oğlanın əlinə batırmışdı. Buranın ən təhlükəsi odu. Adı Anardı... Məşhur iş adamlarından birinin oğludu. Anar Sərdarlı...
Onu harda görsən qaç"dedi.

Eşitdiklərimlə ona baxdım. O an baxışları məni tapdı. Burdan belə çənə sümüyünün necə çıxdığını görə bilirdim. Baxışlarımı tez ondan çəkdim. Qaşığı əlimə alıb şorbadan içməyə çalışdım. Amma əllərim əsirdi mənim... Baxışları çox kəsgin və itici idi...
Nigar yanımdan bir anda ayağa qalxıb "Ayla mən indi gedirəm. Reymen harda olsa mənə zəng edək indi"dedi gülərək.
Yalandan gülümsünməyə çalışıb "Həə, get onu gözlətmə"dedim.
Başa düşdüyüm xəyal dünyasında Reymenin olması idi.
Gözüm Nigarın gedişində qalarkən, adını yenicə öyrəndiyim Anarda ayağa qalxdı. Ondan həqiqətən qorxurdular? Hamsının başı aşağı idi... Mən axmaq niyə ona baxırdım?!

Əllərini gur saclarının arasına keçirib "Hey sən, mənə az bax! Yad planetli deyiləm mən!" deyə qışqırdı birdən.

Nə etməli olduğumu, bilmirdim mən.

Çünki, məndə bir şizofren idim.
Və şizofrenlər başa düşülməz idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri