Ay parası (21-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 973
Səs ver:
(səs: 0)
Eləcə durub baxdım ona. Gözlərində yaranmış olan mənzərini görməmək üçün kor olmaq gərək idi. Niyə bu qədər qorxuducu baxırdı adama?

"Lalsan ya kar?!"deyə ürkütcü bir səsdə dilləndi yenə.

Bu qədər əsəbləşəcək nə vardı...
Yenə səssiz qaldım. Bu vaxt bir səs "Anar, Ayla burda yenidi. Üstünə çox gəlmə"dedi. Səsin gəldiyi yerə baxdım. Mənim yanımda olan nəzarətci Sevil xanım idi. Qapı kənarında durub gözlərini Anara zilləmişdi. Anar ona doğru addın atmağa başlayıb, yanına gəldikdə "Onda səndə ona başa sal ki, mənə birdə elə baxmasın! Yenidisə yeniliyini bilsin!"dedi. Bir göz qırpında yeməkxanadan çıxdı.
Mən hara düşmüşdüm belə?
Ürəyim əsmədi, deyil...
Möhkəmcəsinə çırpınırdı...
Qabımda olan yeməklərə baxdım. Bir az olan iştahımda küsdü...
Öz otağıma gəldim. Yastığımın altında olan şəkili əlimə alıb şəkilə baxmağa başladım. Ah, Atilla... Yanımda olsaydın "Körpəm"deyərdin mənə. O sözü o qədər çox sevirdimki...
Bir insanın körpəsi olmaq, gözəl bir hiss idi. Hələ səni necə varsansa elədə qəbul edən bir insanın olmasını demirəm...
Qapının döyüldüyünü görüb şəkili tez bir şəkildə yastığın altına qoydum. İçəri isə Sevil xanım daxil olmuşdu. Əlindəki dərman ilə bardaqdaki suyu mənə uzatdı. Bunları atıb yatacaqdım...
Dərmanı atdıqdan sonra mənə 'gecən xeirə' deyib otaqdan çıxdı. Bu aralar özümü yaxşı hiss edirdim nəsə. Bunun böyük fəsadlar törədəcəyini bilirdim amma...
Başımı yastığıma qoyub kuklamı qucaqlayaraq gözümü yumdum. Özümü yuxuya təslim etmək istəyəndə, açılan qapının səsinə gözlərimi açdım. Qapının yanında Anar vardı...
Onun nə işi vardı burda? Ən azı adam bir qapı döyər...
Çarpayımdan ayağa qalxıb yanına gəldim. Eləcə, mənə baxırdı...
Mənə baxmağa gəlmişdi bura?

Nəhayət səssizliyinin ardından "Gəldim deyəmki, gecə yatarkən bu qapını arxadan kilitlə"dedi.

Başa düşülməz gözlər ilə baxmağa çalışdım.

"Mənim gecə durub nə edəcəyim bəlli olmur. Canının rahatlığı üçün bu qapını bağla. Birdə gözümə görsənmə"deyib otağımdan çıxdı.

Bu nə idi indi?
Əlimi sürətli atan qəlbimə qoydum. Qorxmuşdum...
Qorxmağa haqqım var deyə, düşünürəm...
Dediyi kimi edib qapını arxadan bağladım.
Yaşadığım bu anı düşünmək istəyirdim. Amma gözlərim mənim sözümə baxmır, yumulmaq istəyirdi. Onun üçün hec nə düşünmədən gözlərimi yumub özümü yuxuya təslim etdim.

Bitən dünənki gecənin səhərində yeməkxanada idi. Dünənki kimi yenə yanımda Nigarda vardı. Ona dünən axşamdan bəhs etmək istəyirdim. Lakin, istəyim ilə qaldım...
Qarşımdaki pendir dilimini ağzıma atarkən, Nigar yalnızca sadə çörək yeyirdi.

"Niyə başqa seylər yemirsən?"dedim dayana bilməyib.

"Çörək hardan bilə bilərki, mən onunla nə yeyirəm ya da yox. Başını alladıb deyirməki səninlə səhər - səhər kabab yeyirəm"dedi gülərək.

Çörəyin onunla danışdığını hesab edirdi? Özüm qarışıq hec kimin ağılı yox idi burda... Bunun əksini düşünən dəli idi...

Sakitcə durub yeməyimi yeməyə davam etdim.
Oda çörəyi tikələrə ayırıb yeyirdi.

"Ayla, sevdiyin biri var?"dedi əlindəki son qalan çörəyidə ağzına atıb.

Sevdiyim biri?
Həmdə, mənim?

"Yox yoxdu sevdiyim"dedim

Nəsə bu sevmək mövzusunu sevmədim...

"Bəs səni sevən?"dedi.

Başımı 'Yox' mənasında yellədim.
Mən sevgiyə aid hec nə bilmirdim.

"Sap imişsənki sən. Amma məni Reymen sevir. Məndə onu sevirəm"dedi.

Nigarın, beynindən istəyirəm...
Necədə rahat idi belə olmaq. Yoxsa mənim kimi hər seyi düşünməkdən, dəli olurdum sonda.
"Sizə xoşbəxtliklər"dedim onun xəyal dünyasını davam etdirib.

Səhər yeməyini bitirdikdən sonra çıxan günəş ilə aşağı bağcaya düşmüşdük. Gözümə hələdə Anar görsənməmişdi... Onu görmək istədiyimdən deyil, onu gördükdə özümü necə aparmaq lazım olduğundan çəkinirdim. Bir necə yeni qız və oğlanlarla tanış etmişdi məni Nigar. Onlarla daha burda çox vaxt keçirəcəkdim. Səmimiyyəti sevməmə rəğmən...
Elə istəyirdim indi Atillanı görüm. Ağlımdan hec çıxmırdı...
Bu gün ona zəng edəcəkdim. İlk onun səsini eşitmək istəyirdim. Çıxan günəşə inad, ayı sevməyə davam edəcəkdim mən. Gözüm ətrafı gəzəndə piləkanlardan aşağı düşən Anara sataşdı. Ona görməyim ilə baxışlarımı tez yerə saldım. Bu qədər sirrli, bu qədər gizli olmağın nə mənası var idi? Niyə qaralara bürünürdü?
Nigardan onun haqqında soruşmaq istəsəmdə, hələki susmuşdum. Hamı ondan uzaq qaçırdı...
Göz altı ona baxmağa başladıqda ağacların yanında olan skamekaların birində oturdu. Hec yerə baxmır, sadecə dizlərini titrətməklə məşğul olurdu...

Əlini dizinin üstünə qoyub titrətməsini dayandırmağa çalışdı. Baxışlarını yerdən qaldırıb ətrafa baxdıqda, məni gördü. Bu gecə məni öldürəcəyi dəqiq idi. Damarına - damarına basırdım, adamın...

Yenə gözlərində yaranmış olan mənzərəni görməmək üçün gözlərimi ondan çəkdim. Bu sırada Sevil xanımın yanımıza gəldiyini gördüm.

"Ayla, sənə bir zəng var"deyib əlindəki telefonu mənə uzatdı. Bu qaydalara zidd hərəkət idi axı...

Əlindəki telefonu alıb boş olan bir yer axtardım. Bir tək Anarın yanında olan sahə boş idi. Məcbur orda danışacaqdım. Ağacların altına keçib "Alo..."dedim. Kimin zəng etdiyini belə bilmirdim...

"Körpəm..."deyə bir səs eşitdim telefon arxasından.

İçim getdi...

"Atilla mən sənin üçün çox darıxmışam"dedim çarəsiz bir şəkildə qalaraq.

"Məndə..."deyib dərin bir nəfəs alıb yenidən davam etdi.

"1 gün mənə bir əsr kimi gəlir... Öyrəşə bildin? Bir çətinliyin yoxduki?"dedi.

Ağacın altından Anara baxdım. Atillaya nəsə desəydim, məni burda bir gün qalmağada qoymazdı.

"Hər sey yaxşıdı. Burda özümə yeni dostlarda tapmışam hətda. Bir tək səni görməmək incidir məni"dedim.

Bu sözüm ilə Anarın üzündə bilmədiyim bir kinayəli gülüş yarandı. Sevil xanımın isə yanıma doğru gəldiyini gördüm. Deyəsən, vaxt bitmişdi.

"Mənim üçün darıxdıqda gecələr göyüzünə bax. Mən həmişə ordan sənə baxmış olacam. Birdə yanında mən var imişəmki kuklanı qucaqla. Öpürəm, o körpə qoxundan..."dedi.

Bununlada telefon danışığımız bitdi. Telefonu Sevil xanıma uzatdım. Son cümləsi...
Əlim üzümdəki gülüşə getdi. Əlimi üzümdən çəkdikdə yanımda bitən Anarı gördüm. Yanından getmək üçün irəli addım atdıqda

"Sevgilində varmış sənin?"dedi.

"Sənə nə?!"dedim.

"Şizofren bir qızı, normal bir oğlan sevir. Sonra onlar sevgili olur. Bütün hər seyə qalib gələcəklərini hesab edirlər... Mən bu hekayənin sonunu bilirəm..."deyib mənə göz vurdu.

Nə danışırdı bu oğlan?!
Üzünü döndərib, yanımdan getdikdə qaçaraq yanıma Nigar gəldi. Nəfəsini düzəltməyə çalışıb "Anar sənə nə deyirdi? Kiminlə danışırdın sən?"dedi.

"Nigar, Anar niyə belə olub?"dedim hələdə onun gedişinə baxarkən...

"Çünki, sevdiyi qız qollarında can verib..."dedi.

Niyə ağlıma ilk Atilla ilə özüm gəldim?
Mən nə qədər öləcəkdim, o qollarda?

Bölüm sonu...

Müəllif:Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 973
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri