Ay parası (22-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 288
Səs ver:
(səs: 0)
İndi isə axşam düşmüşdü...
Onu bu saata qədər görməmişdim.
Onu beynimə çox taxmağımın səbəbi nə idi? Ondan nə öyrənmək istəyirdim...
Sonumun necə olacağını, bilmək istəyirdim məndə. Mənim hekayəmdə kim öləcək, kim qalacaqdı? Hər son xoşbəxt bitməzdi...
Mən hekayələrin xoşbəxt bitəcəyinə ümüd etmişdim. Amma ümüdlərdə sonda ölərdimi?
Beynimin içində olan bu səs, hec vaxt susmayıb ömrümün axrına qədər mənə əzab verəcəkdi...
Onun hekayəsinin nəydən ibarət olduğunu tam bilmirdim. Lakin, gözlərində olan qorxu onun hec də asand bir seylər yaşamadığının bariz nümunəsi idi. Beynimdən keçən hər seyi bir anlığına kənara atdım. Kitab oxumaq saatı gəlmişdi. Otağımdan çıxıb, 1 ci mərtəbəyə aşağıya düşdüm. Dəhlizin solunda Kitabxana yazısını gördükdə qapını yavaşca açaraq içəri daxil oldum. İçəri bir xeyli dolu idi. Amma gördüyüm üzlər tanıdıq deyildi. Rəflərə doğru gedib kitablara baxmağa başladım. Hec biri oxuyacağım bir tərzdə deyildi... Onun üçün bir az irəli rafa doğru getdim. Gözüm kitapların üz qapğında idi. Hər kəsdə belədi, üzü gözəl olmayanın, içi ilə maraqlanmırıq. Bunu boynunuza alın...
Gözüm ən yuxarı rəfdə olan tünd mavi qapaqlı bir kitaba sataşdı. Rəngini sevmişdim...
Əlimi uzadıb kitabı almaq istəsəmdə, boyum çatmamışdı. Niyə, çox istədiyimiz hər sey, bizim əlimizin çatmadığı yerlərdə idi? Əlim çatmırdı...
Barmaq uclarında dayanmağa çalışıb, kitabı almağa çalışdım. Əlim azacıq ucuna dəymişdi, amma yenə bacara bilməmişdi.

"Of! Offf! Bir kitaba belə boyum çatmır!" deyib rafa tərs - tərs baxdım. Bu sırada arxamdan uzanan bir qol, əlini həmin o kitaba uzatdı. Kitabı rəfdən çəkib "Kök yeməyə davam et, bəlkə balaca boyunu uzada"dedi.

Üzümü ona tərəf döndərdim. Anar ilə aramda olan məsafa çox az idi. Əlində tutduğu kitaba baxdım. Sonrada ona...

Bir addım geri gedib "Al oxu... Təşəkkür etmə amma. Təşəkkürləri sevmirəm"dedi kitabı mənə uzadıb. Əlimi kitaba doğru uzadıb kitabı aldım.

"Çox sağ ol, desəm olar?"dedim bir az çəkinərəy.

"Kitabını oxu"deyib gözü ilə kitabı ima edərək yanımdan iri addımlar ilə uzaqlaşdı.
Oda oxuyacaqdı bir kitab?
Əlimdə olan kitaba baxdım.
"Kutup Yıldızı" idi kitabın adı. Adını eşitmişdim. Oxumağ üçün boş yer axtarmağa başladım. Gözüm Anarın yanında qalan boş yerə sataşdı. Qarşına bir kitab qoyub, kitabın üz qabığına baxırdı. Bəlkədə, içini oxuduğunu hesab edirdi...
Ondan qaçmaq əvəzinə, onun yanında olmaq istəyirdim. Dünənin əksinə, bu gün qorxmurdum...
Üstümdə olan gözlərə fikir verməyib yanına əyləşdim. Dönüb ona baxmadan kitabın ilk səhifəsini açmağa başladım. Onun mənə göz altı baxdığını hiss edə bilirdim. Niyə burda oturmuşdum? Çünki, hekayəmin necə bitəcəyini bilmək istəyirdim...
Bu sualıma bir cavab idi.

"Oturmağa başqa yer yox idi?" deyib qarşımda olan kitabı örtdü.

Səsimi dik tutmağa çalışıb "Bura boş idi deyə bura oturdum"dedim.

Masada olan kitabı əlinə alıb, təkrarən mənə uzatdı.

"Bura boş deyil! Yanımda Leyla var... Məndə Leylaya kitab oxuyucam! Qalx indi burdan ayağa!"deyə son cümləsində möhkəmdən qışqırdı.

Səsində olan hökümü görüb kitabı əlindən almadan ayağa qalxdım. Mənə baxan gözlərə tək - tək baxdım. Nə həddimə idi axı? Onun yanında oturmaq...
Leyla'sı yox idi...
Leyla'sı ölü idi...
Ortalıqda isə Leyla'sına kitab oxuyan bir adam vardı. O, biri şizofren deyildi...
O, hamıdan uzaq qaçmaq üçün bu paltara bürünüb, özünü manyak kimi göstərən yazığın biri idi... Ya da dəli kimi sevən, bir aşiq...

Dünən gecədən sonra özümü güclə ayaqda tutmağa çalışırdım. Səhər açılmışdı mən isə otaqdan çıxmaq üçün özümdə bir güc axtarırdım. Qapının kilindini açıb, əlimi qapının çəftəsinə yaxınlaşdırdım. Nəydən çəkinirdimki? Dünən qorxmadan onun yanına oturan mən idim. Gülünc idim bir az...
Qapını açıb irəli addım atmaq istədikdə, gözümə yerdə olan bir vərəq parçası sataşdı. Mənim qapıma buraxılmış, bir vərəq...
Aşağı əyilib qatlanmış vərəyi əlimə alaraq açdım.

Kağızda böyük həriflərlə "BAĞIŞLA" yazılmışdı...

Bunun kimdən gəldiyini təxmin etmək o qədərdə çətin deyildi. Həm yanından qovur, həmdə bağışla deyir...

Kağızı qaltlayıb cibimə qoyaraq yeməxanaya gəldim. İlk girişdə gözüm ona sataşdı. Sıraya girib yeməyimi alaraq Nigarın yanına gəldim.
Əyləşir əyləşməz "Dünən sən kitabxanada Anarın yanında oturmusan?"dedi. Təsdiq edərmişcəsinə başımı aşağı salladım.

"Sənə nəsə eləmədiyinə dua elə! Özünə bəla axtarırsan sən?! O manyakın biridi!"dedi fısıltı ilə üzümə doğru. Hər kəs eyni seyi deyib, dururdu...

"Nigar hec nə olmadı. Hec nə etmədi mənə. Qorxma"dedim.

Amma içimə bir şühbə düşmədi deyil...

"Ayla O, hələdə yanında Leylanın var olduğunu düşünür. Ona bax gör yemək yeyir? Yox...
Leyla çünki səhərlər yemək yeməzmiş... İndi qarşında Leylanın olduğunu, düşündüyü üçündə hec nə yemir"dedi.

Bu şizofrenliyi aşan bir sey idi...
Dəli olan, beynim dahada dəli olmağa başlayırdı. Belə idisə, niyə mənə 'Bağışla' deyə bir söz yazıb qapıma buraxmışdı?
Bu sualın cavabı məndə deyil, onda idi. O isə ayağa qalxıb yeməkxanadan çıxırdı.
Lali "O səni öldürəcək" dedi.
Sənə qulaq asmayacaqdım! Mən onsuz dəfələrlə ölmüşdüm...!
Ayağa qalxıb yeməkxanadan çıxaraq qaçaraq onun ardıyca getməyə başladım.

"Anar dayan!" deyib qıqşırdım öz otağına girmək istəyərkən.

Mənə tərəf dönüb baxdıqdaq cibimdə olan kağızı çıxardıb ona doğru gələrək "Bu nədi?!"dedim

Vecsiz bir şəkildə "Kağızdı..."dedi.

O, deməsəydi bilməyəcəkdim...
Ona 'Sən ciddisən' baxışını atdım.

"Məndən uzaq dur. Canını incitməyim səni" deyib qapısını açdı.

"Sənə dayan dedim, Anar Sərdarlı!"deyə qışqırdım.

Açdığı qapını möhkəmcı çırpıb "Nə var?! Məndən nə istəyirsən sən?! Hamı kimi uzaq dura bilmirsən məndən?!"dedi böyük hirs ilə.

"Bilmək istəyirəm... Leylana nə oldu, bilmək istəyirəm..."dedim qarşına dikilib.

Kinayəli bir şəkildə gülməyə başladı. Bir anda üstümə doğru gəldikdə arxa - arxaya gedib divara yapışdım. Əlindəki yumruğu görəndə gözlərimi yumdum. Qulağımın dibində hiss etdiyim səs iləsə, gözümü yumduğum kimidə açdım. Əlini divara çırpmışdı...

"Birdə, mənə yaxın durma! Leyla haqqında hec nə soruşma! İnanki gələn dəfə hirsmi bu divardan deyil, səndən çıxaram!"deyərək məni möhkəmcə itələdi.

Üzü üstə yerə düşərkən, qapısını açıb içəri keçdi. Gözümdən axan bir damlanı silib, ayağa qalxmağa çalışdım.
Mənim gördüyüm tək sey Leyla'sının yasını tutan adam idi. İnsanların canını incitmək istəyən biri deyil...

3 gün sonra

Bu gün 3 cü gün olmaqla onu görmürdüm. Ya da gözümə görsənmirdi... Həddim olmayan bir seyler dedim. Amma sonuna qədər dediklərmin arxasında dururam. Artıq bura öyrəşmişəm. Hətda bir necə insan ilədə yaxından tanış olmuşam. Şizofren biri olmağımızın, tanışılığa və dostluğa əngəl olmadığını öyrəndim. Eşq'ə desəniz? Onu tam olaraq hələdə bilmirəm...
Olanlarında sonu bəllidi...
Aşağı düşmək saatı gəldiyi üçün otağımdan çıxıb aşağı düşdüm. Hava günəşli idi...
Yanımdan keçən insanlar mənə salam verirdi. Məndə onlara əl edərək salam deyirdim. Bəzi seylərin dəyişməyin vaxtı olduğunu düşünürdüm. Təbiki Nigar yanımdan və məndən hec əl çəkmirdi... Məni gördükdə, danışdığı bir necə insan arasından çıxıb mənə doğru gəlməyə başladı.

"Nəhayət, aşağı düşə bildin. Bu gün səni bir necə insan ilədə tanış edəcəm. Gəl bəri"deyib qolumdan tutaraq məni arxasıyca doğru sürüklədi. Bu qızın, bu tanışlıqları hec bitməyəcəkdi...

Məni 2 qız 2 oğlan olmaqla bir skamekanın yanına gətirib "Tanış olun bu bizim mərtəbədən Ayladı"dedi.

Qarşımdakı insanların üzündə kicik bir gülümsəmə yarandı. Bunun sacımla əlaqəli olduğunu bilirdim. Çünki, gülməli görsənirdim... Daha rəng qoymadığımdan, sacımın bəzi hissələri mavi, bəzi hissələri isə qaralmışdı.

Mən bunu fikirləşərkən qulağıma "Körpəm"deyə bir səs gəldi. Atillanın səsi daha qulağımada gəlirdi... Yenidən "Körpəm" deyə bir səs eşitdim. Bu dəfədə qulağıma gəldi bu səs? Ola biləciyi qədər yaxından? Nigar daxil olmaqla, qarşımdakı 4 insanda arxama doğru baxdıqda, məndə arxama doğru döndüm. Olduğum yerdən bir az aralıda həyitin ortasında durmuş Atillanı gördüm. Mən düz görürdüm hə?

"Mən gördüyümü sizdə görürsüz?"dedim gördüyüm seyin həqiqət olduğunu başa düşümək üçün. Nigar əlini dodaqlarına götürüb "Bunu görməmək üçün kor olmaq lazımdı. Bu nə yaraşıqlılıqdı"dedi. Bu qədərinidə deməsini istəmirdim. Atillanın üzündəki gülüşü gördükdə, hec kimə fikir vermədən ona tərəf qacmağa başladım. Oda qollarını iki yana açdıqda möhkəmcə bir birimizə sarıldıq. O qədər darıxmışdımki...

"Həsrətinə daha çox dözə bilmədim"dedi belimdə olan bir əlini çəkib, sacımı oxşamağa başlayaraq.

"Yaxşıki dözməmisən... Mən çox darıxmışdım..." dedim aramıza azca məsafə qoyub.

Bunu dediyim an gözüm qapının kənarında durub bizə baxan Anara sataşdı. Niyə onu indi görməli idim? Baxışlarımı ondan çəkib Atillaya baxdım.

"Danışmaq istəmirəm. Ancaq sənə baxmaq istəyirəm..."dedi.

Atilla buranın müdürü ilə danışıb icazə aldığı üçün rahat idim. İndi onu otağıma gətirmişdim. O, barbi kuklamı əlində tutaraq çarpayıda oturmuşdu. Məndə qapıya yaslanıb "Burasa xəstə otağım"dedim. Qaşlarının çatıldığını gördüm. Olanı demişdim, mən...

"Xəstə otağı deyil. Mübarizə aparmaq istəyən bir qızın otağıdı. Əgər burda xoşbəxt deyilsənsə, əlini ver bərabər çıxaq burdan. Özünü hec kimə acındırma. Sən hamıdan güclüsən..."dedi.

Anar olmasaydı, xoşbəxt ola bilərdim... O, uşaq mənim ağılımı qarışdırdı. Həmdə, olmayan ağlımı...

"Mənəm güclü? Daima ağlında ölmək fikri olan qızdı güclü? Mən Lalinin dediyi hər seyi edirəm! Ona qarşı çıxa bilmirəm! Lənət olası hisslər məni tərk etmir!"dedim.

Ayağa qalxıb qarşıma dikildi. Mən gözlərindəki bu kədəri görmək istəmirdim...

"Onda niyə burdasan?! Niyə burda olmaq istədin?!"dedi.

İlk dəfə idi məndən belə suallar soruşurdu. Cababı isə sadə idi... Ona görə, burda idim... Onun gözündəki, bu kədəri, bu məyusluq ifadəsini görməmək üçün burda idim...
Başa düşə bilmədiyim, sevgi hissi ilə tək başına çabalamaq istədiyim üçün burda idim...

"Sənə görə..."deyib baxışlarımı yerə saldım.

Qopsun tufan...
Bir gün mənimdə həyatım, yarım qalacaqdı onsuz. Ya ölərkən, ya da nəfəs alıb ölmək istəyərkən... Bir fərqi yox idi...

"Baxışlarını, yerdən qaldır mənə bax"dedi.

Qaldırmadım... Başımı aşağıya doğru əydim.
Əlini yavaşca çənəmə toxundurub, başımı yuxarı qaldırdı. Məcbur, baxmalı oldum...

"Bir seyi hec vaxt unutma. Mən səni ilk gördüyüm gündəki halın ilə qəbul edirəm. Başqa cürə dəyişilməyə çalışma. Başqası olma... Mən səni, belə"deyib dayandı anidən. Sözünün ardı nə idi? Sözünün ardın gətir deyirmişcəsinə ona baxdım.

"Mən səni belə sevdim Ayla! Hə, mən səni çox sevirəm! Sevirəm nədi? Mən sənə dəli kimi aşiqəm! Səni düşünmədiyim bir an belə yoxdu... İçim hamsı, sən doludu..."dedi.

Ondan bu kəlimələri eşitmək...

Əli ilə saclarını qarışıdırıb "Ohh dünya var imiş. İçimdə nə qədər tutaydım daha? Bu yuxu deyil hə?!"dedi yaranmış bu vəziyyətə inanmamış kimi...
Bu sevgi deyilsə, nə idi?
Ona doğru yaxınlaşıb yanağına kicik bir öpüş qondurub "Yuxu deyil..." dedim. Dilimə gətirə bilmədiyim hisslərimi, Atilla qarşıma keçərək demişdi.

Atilla "Əsəbləşmədin mənə? Vurub etməyəcəksən məni?" dedi.

Güldüm... Gülməli bir hal yaranmışdı. Kim eşq etirafı edib, daha sonra ardından belə bir cümlə qurardı? Təbiki, Atilla...

"Atilla, mən səni deyəsən, öpdüm. Nə döyməsi?"dedim.

Amma bir azda belə danışsaydı, onu döyəcəyim dəqiq idi.

Əlini üzünə gətirib, öz üzünə sığal çəkərək "Mən dəqiq yuxu görürəm. İndi ayılacam... Ayıl daha Atilla" deyib öz özünü çimdik atmağa başladı. Sonra gözlərini yumdu. Deyəsən, dəli olurdu.
Gözlərini təkrar açıb "Dəyişən bir sey olmadı, sən hələdə burdasan"dedi.

"Atiii uşaqlaşma! Eşq etirafının ardından bu nə hərəkətlərdi edirsən?! Gərək səni döyəm?!" dedim ciddi olmağa çalışıb.

"Məən... Məən belə düşünməmişdim. Ən azı üzümə bir şillə atmağını"deyərkən sözünü yarıda kəsib dodaqlarına yapışdım. Bunu öz şəxsi iradəm ilə edirdim...
İlk əvvəl öpüşümə hec bir qarşılıq verməsədə, sonradan dodaqlarını dodaqlarıma basdırdı.
Dodaqlarına möhkəm bir öpüş qondurub geri çəkilərək "Şillənin, yerinə öpüş olsa olar?" dedim.

"Səndə məniii sevirsən?"dedi.

Bəlli olmurdu?

"Şizofren bir qız nə qədər çox sevə bilərsə, məndə o qədər çox sevirəm. Şizofren biri olduğumdanda daha utanmıram. Burada sənə görə gəlmişəm. Daha hər dəqiqə başı ölmək istəyən bir qız olmaq istəmirəm... Səndə gördüyüm sevgi, istək məni dəyişdi. Xilas olmaq istəyərim daha. Mənimdə xilaskarım sənsən..."dedim.

Belə bir cümlələr quracağımı hec təxmin etməzdim. Amma olmuşdu... İmkansız deyə bir sey yox idi. İmkansız deyilən hər bir seyi yıxmaq olardı...

"Mavisi getmiş olan, saclarına qurban"deyib qollarını mənə doladı.

Daha saclarım mavi olmasaydıda, olardı...

"Saclarımı acıq çəhrayı elətdirmək istəyirəm" dedim yaşadığımız hər seyi unudub.

"Burdan çıxdığın gün, söz özüm çəhrayıya boyayacam saclarını..."dedi saclarımdan öpərək.

Sorğu sualsız mənimlə razılaşan insan...
Sənə, bir ömür boyu borclu olacaqdım.
Mənə yenidən yaşam həvəsi verdiyin üçün... Məni gözlədiyin üçün...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 288
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri