Möcüzəyə inanıram (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 6 866
Səs ver:
(səs: 1)
İlk sətiri necə və hardan başlayım bilmirəm. Bildiyim tək bir sey, bu həyatda möcüzələrin var oluşudu...
Sizə indi bir sual verirəm "Siz möcüzəyə inanırsınızmı?"
İlk 1 dəqiqə düşünün ...
Düşündükdən sonra məndə növbəti sual yarandı
"Möcüzəyə niyə inanırsız? Və ya niyə inanmırsız?"
Sizin cavabınızı bilmirəm amma mən belə deyərdim. Möcüzənin var olub olmadığını mən bilmirəm. Amma sizə bir möcüzə yarada bilərəm. Mənimlə bir möcüzə yaratmağa varmısınız? Varsınızsa bu hekayəni mənimlə oxumağa davam edin. Bu hekayədə işlər çox dəyişikdi. "Camahat nə deyər" ifadəsi mənin üçün sadecə kicik bir şablon sözdən ibarətdir. Camahat nə deyər? Bu camahat nə desədə uzağı 1 aydan sonra yaddan çıxar. Amma sənin həyatın isə 1 aylıq deyil... Sən 1 aylıq ömür yaşamırsan... Ömrünü 'Camahat nə deyər'ə qurban vermə... Hə, səninləyəm mən... 'Bacarmaram' demə... Cəhd etmədən bunu bilə bilmərsən... Eyni ilə sizin yaşadığınız həyata qurban getmək istəyən Gülşən kimi... Amma bu Gülşən güclü və iradəli bir qadın olduğundan bütün problemlərinin üstəsindən gəldi. Amma bir gün yolları Elgün ilə kəsişdi. Bu qismət idimi, bilmirdim... Çünki, mən qismətə inanlardan deyildim.

Bölüm 1

Gülşən üçün yeni hər zamanki kimi sıradan bir gün idi. Yaşadığı 2 otaqlı bina evindən çıxıb, özünə adi olan qırmızı maşınına minib univeristitə yola düşdü. 3 il əvvəl evlənib, boşqandıqdan sonra öz ailəsini rayonda qoyaraq, tək şəkildə Bakıya yerləşib, özünə yeni bir həyat qurmuşdu. İlk əvvəl hamı kimi 'Bacarmaram, məndə alınmaz' demişdi. Daha sonra özündə böyük bir güc taparaq, yeni həyatının yollarına yelkən açmışdı. Univeristetə gəlib çatdıqda, 2 gün idiki yeni qrupa dərs dediyi sinifə daxil olub, uşaqlarla salamlaşaraq yerinə oturdu. 2 gün idi Elgün adında olan oğlan onun dərslərinə gəlmirdi. Elgün haqqında nəsə soruşduqda da hec kim ona bir cavab vermirdi. Çantasından qələmini çıxartdıqda, sinif otağının qapısı açıldı. İçəri birdən birə 180 boylarında, sarışına bənzər bir oğlan daxil olaraq ən son arxa partaya keçib oturdu. Gülşən əlindəki qələmi masa üzərinə qoyub, içəri daxil olan oğlanın yanında Famil adlı oğlan ilə söhbətləşdiyini görüb, boğazını təmizlədi. Bu səsə hamı dönüb Gülşənə baxdı.
Gülşən ayağa qalxıb üzünü həmin oğlana tutaraq "Necə baxırsan, bu işə? Bəlkə mən sənin yerinə qapını döyüm, sonra icazə alım?"dedi.

Oğlan gülümsünüb, yanındaki dostuna dönərək "Bu kimdir?"dedi.

2 gün idi dərsdə, olmadığından hec bir seydən xəbəri yox idi. Amma ona baxan insanın müəllim ola biləcəyini dərk edirdi. Sadecə, sərf etmirdi...

Famil, dostu Elgünün qoluna vurub "Görmürsən, müəllimdi"dedi.

Elgün müəllim sözünə deyil, görmürsən sözünə taxılıb "Sən mənə, mədəni sürətdə, korsan dedin?"deyə tərsləməyə çalışdı onu. Bu zaman, Gülşən əsəbləşərək əlini möhkəmcə masaya çırpıb "Ayağa qalx! Bura sənin üçün sirkdi?! De görüm kimsən?!"deyə səsini bir balaca ucaltdı.
Elgündə özündən razı bir halda ayağa qalxıb "Nazim müəllimin oğluyam desəm?" dedi bir vec şəkildə. Sonra isə yenidən yerinə oturdu. Atası bu univerisitetin direktoru olduğundan, ağılı bir qarış havada idi.

Gülşən bu cavabdan hecdə çəkinmədən "Sənə otura bilərsən demədim. Qalx ayağa!"dedi təkrarən.

Sinifdə olan uşaqların gözləri Elgün ilə Gülşənin arasında gedib gəlirdi. Elgünlə hec kim bu vaxta qədər belə danışmamışdı. Ya da danışacaq cəsarəti tapmamışdı. Elgün üzündəki əsəbi, gülüşü ilə basdırmağa çalışıb təkrar ayağa qalxıb "Oturmada, demədiniz"deyib qarşısındakı insana, qələbə qazanmış kimi göz vurdu.

Gülşən hec düşünmədən "Atanın vəzifəsindən istifadə etmək, səni ucaltmaz. Sadecə alçaldar... İndi isə otura bilərsən" deyib yerinə oturdu. Elgün isə sağa - sola dönüb uşaqlara baxaraq, bu sözləri həzm etməyə çalışıb aşağı oturdu. Partanın üstündə olan qara qələmi əlinə alıb, əsəbdən iki yerə ayırdı. Dizlərinin titrəməsinə mane ola bilməzkən, Famil əlini çiyninə qoymağa çalışdı. Amma Elgün, onun əlini itələyib gözlərini çəkmədən Gülşənə baxırdı.

Zəng vurular vurulmaz, Elgün sinifdən çıxdı. Ardıyca Famil ilə Adildə çıxaraq, onun yanına bufetə gəldilər.

"Kimdi O?! Mənimlə belə danışmaq cəsarətini kimdən alıb! Dua eləsin, gözəl idi. Yoxsa başqa cür danışardım mən onunla!"deyə öz özünə deyinirdi. Adil sakit qalmağı secərkən, Famil dodaq altı gülümsünüb "Boşanmış bir qadın" dedi. Bu sözünə Elgünün düşən üzü bir anda düzəlməyə başladı.
"Bunu daha əvvəl desəydiniz, bu qədər əsəbləşməzdim. Bu cürünə gözəllik, təkdi onda" deyib böyük rahatlıq ilə qarşısındaki çaydan içdi. Famil ilə Elgünü bir tərəziyə qoymaq olardı, amma Adil onlar kimi biri deyildi.

"Boşanmış olanda nə olar? Ağlınızdan boş - boş seylər keçməsin! Dosta falan baxmaram yoxsa!"deyərək öz ağırlığını qorudu.

"Famil, sənə 100 dəfə demişəm bu namus ağacının yanında belə danışma. Sonra əsəblərimi korlayır mənim!"deyib ayağa qaldı.

Hər üçünün arasında su keçməzdi. Amma belə söhbətlər düşdükdə, Adil onlara hec vaxt haqq qazandırmazdı. Dostlarının qız düşkünü olduğunu qəbul etmək istəməzdi. Elgün isə hər zaman onun bu xasiyyətinə əsəbləşib, qəlbini qırmamaq üçün yanlarından ayrılardı. Yenə eyni şey təkrarlandığından bufetdən ayrılıb sinifə daxil oldu. Bu günün dərslərinidə yola verib, bütün gününü çöldə keçirdərək gecə düşüdükdə evlərinə gəldi. Tək yaşamaq istəsədə, ailəsi razı olmadığından hələdə onlarla birgə yaşayırdı. Atası Nazim müəllim, insanı kefiyyətləri özündə daşıyan ali cənab bir bəy, anası Nigar xanım isə əsl ailə xanımı idi. Birdə özündən 5 yaş böyük qardaşı Rauf vardı. Görnüşcə bir - birlərinə az çox bənzəsələrdə, xasiyyətcə çox ayrı bir insan idilər. Rauf özünü, sözünü bilən bir oğlan idi.
Onun üçün ailədə daha çox sevilirdi. Buda Elgünə hec xoş gəlmirdi...
Evə daxil olduqda ailəsinin qonaq otağında oturduğunu gördü. Masaya baxdı, süfrə hazır idi. Normalda bu saatda Rauf evdə olardı, yemək yeyilərdi. Gülərək ailəsinin yanına üz tutub "Salam mənim mehriban ailəm. Niyə yeməklər yeyilmir"dedi.

Nazim müəllim oğluna tərəf dönüb "Sənədə salam. Evin yolunu tapmısan şükür Allaha"dedi.

Oğlunun, bəzi xasiyyətlərini hec sevmirdi. Halbuki, Rauf ilə Elgünə eyni tərbiyyəni vermişdi.

"Mənə söz atma ata. Mən gördüyün kimi evdəyəm. Bəs sənin sevimli oğlun Rauf hardadı?"deyərək yanında oturduğu anasının saclarını sığallamağa çalışdı. Nigar xanım oğulları arasında fərq qoymazdı. Amma Elgünü bir az ərköyün böyütmüşdü. Hər dəfə onun tərəfini tutardı.

"Görürsən dünyadan xəbərin yoxdu. Oğlum, xalan gili qarşılamağa hava limanına gedib. Daha Naxçıvanda deyil, Bakıda yaşayacaqlar. Ev tapana qədərdə, bizdə qalacaqlar"deyə Rauf olmasa belə, onu haqqlı çıxardıb arxasında dayandı.

Elgünün ağzı açıq qalmışdı. Necə belə bir seyi bilməmişdi? Son dəfə xalası qızı Türkanın yazdığı mesajları belə oxumurdu... Tükran onu öldürməsə yaxşı idi.

"Ana mənə niyə xəbər etməmisiniz? Bəs Türkan? Axı O orda oxuyurdu. İndi gəlib bütün gün baş beynimi xarab edəcək mənim sevimli xalam qızım"dedi. Bu deyişi ilə qapının zəngi basıldı. Gəlmişdilər...

Görüşmə mərasimi bitdikdən sonra içəri keçib, ac olduqlarından süfrə arxasına əyləşilmişdi. Türkan 21 yaşlarında əsmər, qara uzun saclı, yanağı bir balaca dolu olan qız idi. Elgün ilə yanaşı oturduqlarından yemək yeməyib, Elgünü sual ateşinə tuturdu. Elgün isə gələcək qara günlərinin dərdini çəkirdi. Çünki, uşaqlıqdan bəri Türkanın onda gözü vardı. Bu dəyişilməz bir qayda idi.
Süfrə arxasında söhbətlər getməyə başlayarkən Rauf rahat durmayıb "Elgün, sən nə əcəb evdəsən?"dedi. Onu hardan vurmağın yolunu yaxşı bilirdi. "Qonaqların yanında bu nə söhbətdi edirsən?" deyib sevəcan olmağa çalışdı. Amma bacara bilməmişdi. Türkan qoluna vurub "Nə qonaq? Biz burda sizinlə yaşayacağıq daha. Xətrimə dəydin biləsən"dedi.

Elgün dinməyib, bir bardaq bu sözün arxasına su içərkən, Rauf zəfərinin ardından ona baxıb gülürdü. Onlarla cox əylənəcəkdi...
Bir günün axşamı daha belə bitmişdi. Yenə eyni açılan səhər, yenə bir aramsız yağış atan sentyabr ayı...

Gülşən maşınından enib, univeristetə doğru gedərkən, Elgündə yenicə maşınından aşağı düşdü. Çox nadir hallarda Elgünün maşını özündə olardı. Nazim müəllim, oğlunun səhvini gördükdə, onu maşınsız qoyurdu. Bu dəfə rollar bir az dəyişik idi. Bir qıza görə evdən, maşından keçmirdi... Elgün, səhvlərinin bədəlini ödəyirdi. Univeristetə daxil olarkən, Gülşəni 2 qız ilə söhbət etdiyini gördü. Onların yanına yaxınlaşmağına az qaldıqda, Gülşən söhbətini kəsib irəli atdım atdı. O sırada Gülşəndə, Elgünü gördü. Yanına gəlib bir addımlamağa başladıqca Elgün dayana bilməyib "2 ci dərs sizin dərsinizdi yenə?"dedi. Gülşən hə anlamında başını aşağı yellədi. Bir cavab verməməyi, Elgünü özündən çıxartsada bunu bəlli etməməyə çalışıb "Mən onda yenə dərsə gec qalacam. Qapıda döyməyib, icazədə istəməyərək içəri kecəcəm"dedi.

Nədənsə, bu sözünə Gülşəni gülmək tutdu. Görnüşcə, böyük olsada, ağılı uşaq yana idi.
Gülşən atdığı addımını saxlayıb "Bu sənin problemindi. Məndə dünənki kimi sakit olmaram onda Elxan" dedi bilərəkdən.

Elgün "Elxan deyil, Elgündü adım"deyə düzəltmək istədi son sözünü.

"Fərqi yoxdu istəyirsən, Elçin ol. Əsas odu, mənim dərsimdə özünü düzgün apar. Həddini və yerini bil!"deyib getmək üçün addım atdı.

Elgün əlini yumruq sıxmağa başlayıb "Yox bir Elmar! Ad qalmadı saydı hamsını! Deyəsən, əlindən rahat nəfəs ala bilməyəcəm mən!" deyib öz özünə iç çəkdi.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 6 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri