Möcüzəyə inanıram (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 767
Səs ver:
(səs: 1)
2 həftə Sonra
Otağımdakı dərs masamın arxasınsa keçib fərdi işlərimi yazırdım. Yazmayacam deməklə olmurmuş bu işlər...
Barmaqlarım ağrıdığından, əlimdəki qələmi masanın üstünə qoyub, göz ucu telefona baxdım. Gülşəndən mesaj gözləyirdim. Amma yazmamışdı. Aradan keçən 2 həftədə normal ünsiyyət qurmağa çalışırdıq. Daha çox mən tərəfdən olurdu, normal söhbətlər, onu başa düşməklər... Sıxılmaq əvəzinə, ona daha çox bağlandığımı görmüşdüm bu gün. İnsan aid olduğu yerdən, ya da insandan sıxılmazmış. Bu insanın əlində olan bir sey deyildi. Könüldən daima onun yanıda olmaq keçirdi. Onu bu gün hec görməmişdim. Bazar günü idi...
Görüşmək istəsəmdə, qəbul etməmişdi. Üstünə çox gedə bilmədiyimdən, daha da israr etməmişdim. Özümü bir qorxaq kimi aparırdım...
İnsan qorxarmış... Birini itirməkdən, ondan uzaq qalmaqdan... Bu insani xüsusiyyətləri özümdə hiss etməyə başlamışdım. Gülşənlə vəziyyətimiz belə davam edərkən, digərləri ilə hec də ürək açıcı deyildi. İlk növbədə Adil və Famil ilə aramda gerişi dönməz bir ucurum yaranmışdı. Adil mənə inad Gülşənə daha yaxın dururdu. Onunla söhbətdən yayınan insan, indi onunla danışmaq üçün fürsət arıyırdı. Buda mənə xoş gəlmirdi.
Qardaşımla isə o gündən bu yana hec üz - üzə gəlməmişdik. Danışmırdıq...
Atama aramızda baş keçənləri danışmışdı. İşin qəribə tərəfi atamla belə danışmırdım.
Xalam gil ev tapmışdı. 2 ya 3 günə köcəcəkdilər. Sözün yaxşı mənasında canımı Türkandan qutaracaqdım. Atdığı atamacalara, dayana bilməzdim. Görməməzlikdən gəlməyə çalışırdım
Çox zaman alınmırdı...
Bu qədər yorğunluğumu aldığım bəs idi. Qələmi təkrar əlimə alıb yazımı davam etdirməyə başladım. Niyə yazdığımıda bilmirdim. Bu yazıları müəllimlərə vermək niyyətim yox idi. Ağılsız kimi rəftar edirdim. Yazımı yazmağa başladıqda, otağımın qapısı açıldı. İçəri kimin girdiyini deməyimə ehtiyyac var?
Türkan qapını döymədən yenə içəri keçmişdi.
Yanıma gələrək, masanın küncünə söykənib bir mənə birdə yazdıqlarıma baxdı.

"Sən yazı yazırsan? Dünyanın sonudu?"dedi sevimli olmağa çalışaraq. Nədənsə mən nəsə etdikdə, hər kəsin gözünə batırdı.
"Dünya dediyin yumru bir yerdi. Yumru dünyadan düz hərəkət gözləmə"dedim bir kitabda oxuduğum cümləni təkrarlayaraq.

"Elgün bəy sizin alim sayağı çıxışlarınızı bölmək istəməzdim, amma Nazim əmi səni öz otağına çağırır"

Yenə niyə çağırırdı? Eyni sözləri təkrarlamaqdan insan bezməzdimi hec? Raufun məndən çox sevildiyini bilirdim. Ağlıma bəzən övladlığam düşüncəsi belə gəlirdi. Hər insan həyatı boyunca, bunu 1 dəfə düşünüb...
Türkan otağımdan çıxdıqdan sonra yazdığım fərdi işləri səliqəyə salıb otaqdan çıxdım. Atamın otağının yanına gəlib, qapını döyərək içəri keçdim. Tünd baxışlarını mənim üstümə salmışdı. Sözə ilk başlayacaqdı? Mən danışmaqdan yana deyildim...

"Qardaşınla hələdə niyə danışmırsan? Ondan üzr istəməlisən"dedi.

Etdiyim düz hərəkət deyil. Atam isə onun tərəfini tuturdu?

"Düzün de mənə. Mən övladlığam? Bir dəfə məndən soruşmadın, nə dərdin var deyə... Mənə niyə belə davranırsan?"dedim daha çox dayana bilməyib.

"Rauf çox ağır günlərdən keçdi. 5 il Ruh kimi yaşadı! Budu sənin qardaşlığın?! Onu güclə həyata qaytardım mən! Sən sevmək nədir bilirsən? Bütün gün - günü edirsən... Bir dəfə ailənlə maraqlanmadın. Sənin gözünü açmaq istəyirəm. Gör, deyə... Mən sizin aranızda ayrıcalıq yaratmaq istəmirəm. Hər ikinizdə mənim oğlumsunuz. Amma sən mənə layiq oğul olmağa çalışmırsan. Atanın sözünü yerə salma. Raufdan üzr istə"

Yenə başa qayıtdıq! Üzr istəməyəcəkdim! Sırf atamın bu çıxışına görə! Məni hər dəfə ayaqlar altına salıb, əzdiyi üçün...

"Raufu təriflədiyin qədər, mənim yanımda olmağa çalışmadın. Mənim günahım nədi? Kimisə sevməməyim... Sevdiyimin ölməməsi? Mən, bəlkədə sevgi nədir bilmədim. Sənə onun kimi bir övlad ola bilmədim. Amma mən bu ayrıcalığı haqq eləmədim! Təriflə onu istədiyin qədər..."deyib yanından ayağa qalxdım.Qapıya çatmamış "Üzr istə, maşınını qaytarım"dedi.
Ah! Birdə maşınım vardı mənim...
Lazım deyildi, mənə o maşın!
"Mən maşın falan istəmirəm!"deyib qapının qlupunu tutdum açmaq üçün. Bu dəfə isə "Pulda verilməyəcək. Anandan da ala bilməyəcəksən"dedi.

Ya səbr! Hamsı bir üzr istəməməyimə görə idi? Oysa, mənimlə normal söhbət etsəydi, mən ondan üzr istəyəcəkdim. Atam olduğundan, cavab qaytarmaqdan otağın qapısını açıb, möhkəmdən vururaq çıxdım. Telefonum cibimdə olduğundam bir başa evdən çıxdım. Tək görmək istədiyim insan, Gülşən idi...
Ondan bir mesaj gəlməyişini görüb, pis olsamda, özümü ələ alıb təkrar mesaj yazdım.

"Çox yox 5 dəqiqəlik səni görə bilərəm? Çox ehtiyyacım var sənə"

Bunada bir cavab yazmasaydı, özümü necə hiss edəcəyimi bilməyəcəkdim.
Mən qaranlıq havada addımladıqca, ondan bir mesaj gəlmişdi.

"Mən dostumun kafesindəyəm.Ora gələ bilərsən?"

Uniyə yaxın bir yerdi. Məndə qəbul etmişdim.
Mən kafeyə gəlib çatdıqda, uzaqdan onub maşınına söykənib qaldığını gördüm. Yanına böyük bir sevinc ilə gəldim. Onu görmək azda olsa, məni rahatlatmışdı...

"Maşına kecəcək? Çünki, mənimdə səninlə danışacaqlarım var"dedi məni görməyinə hec sevinməmiş kimi. Məcbur yanında olmuş, kimi hiss edirdim özümü. Maşına keçdikdə, ikimizdə boş - boş yola baxırdıq. Onunda canını sıxan bir seylər vardı. Yoxsa gülən üzü, birdən birə bu qədər solmazdı...

"Yaraşmır sənə, belə kədərli dayanmaq. Nəsə olub sənədə?"dedim gözümü yoldan çəkib.

"Elgün, kədərmi desəm belə məni başa düşməyəcəksən. Səni aşacaq bir mövzudu" dedi.

"Gülşən, başa düşməsəm belə başa düşməyə çalışıram. Yola deyil, mənə bax... Yanında olan, insana bax. Mən hər seyi atıb, yenə sənə gəldim. Sən niyə mənə gəlmirsən?"dedim.

Gözlərini yoldan çəkib, yavaşca mənə döndü. Baxışlarındaki o kədəri görməmək mümkünsüz bir sey idi. Ona nə olmuşdu?

"Sıxılmadınmı məndən?"dedi özünü boş tutmağa çalışıb. Amma boynundaki damarlardan özünü sıxdığını görə bilirdim.

"Yaxşı deyilsən sən. Nə olduğunu mənə deyəcəksən?"dedim sualını görməzdən gələrək.

"İnan dərdimi, deyəcəyim sonuncu adam sən olarsan. Əl çək daha məndən... Sən sıxılmasanda, mən sıxıldım səndən... Səndən, sənin bu mənasız mesajlarından, məni görmək istəməylərindən. Bir sözlə sən mənə yaxşı gəlmirsən"dedi.

Qəsdən deyirdi bu sözləri? Məni incitmək üçün? Mən onun yanına hansı halımda gəldim. Məni təsəlli etsin deyə... Ondan bu sözləri eşitdikdən sonra kimin yanına gedim?
Hər sey yaxşı idi... Bir anda necə dəyişdi?
Maşından aşağı endim. Son dəfə ona baxdıqda, gözlərinin dolduğunu gördüm. Mənimdə ondan bir fərqim yox idi. İstənib, istənilmədiyimi bilmirdim... Bildiyim tək sey, Gülşənin canının yanması idi. Mənim yanıb, yanmadığım vecimə deyildi. Onun yanında belə ola bilmirdim... Buna icazəm yox idi... Məni aşacaq mövzular var imiş. Başa düşülməz kimi görsənirdim. Bəlkədə, məni uşaq gözündə görürdü. Amma mən onun üçün böyüməyə çalışırdım. Böyüməsəm belə, cəhd edirdim. Həmdə hec bir qarşılığı olmadan... Sadecə üzündəki o gülüşü görüm deyə, sadecə onunla yanında ola bilim deyə... Yanında deyilmişəm... Yan - yana olmağı yanındaymışam kimi saymışam... Sən demə deyilmiş.

Qəlbimdə yaranan böyük boşluq, böyük qırğınlıq ilə səhərimi açmışdım. Çox düşünmək həm ağıla həmdə qəlbə zərər imiş. Ürəyim hec bu qədərinə ağrımamışdı. Evdən hamıdan tez çıxıb uniyə gəlmişdim. 2 dərsi yola verdikdə 3 cü dərsə giriş eləmişdik. Gülşənin dərsi idi...
Gülşənin gözü qarşısında otura bilmədiyimdən 3 cu partaya keçib oturmuşdum. Bir birimizə baxmamağa çalışırdıq. Nə qədər alınarsa...
Zəhra durub fərdi işləri yığarkən məndə dırnaqlarımı ovuc içimə basdırırdım. Canım layiqincə incisin deyə...
Yazdığım fərdi işlər boşuna getdi. Bəlkədə, aramızdaki buz geri qayıtmasaydı gətirib verəcəkdim. Zəhranın fərdi işləri Gülşənə verib sonra mənə baxdığını gördüm. Hətda, Gülşənin belə... Hər ikisi mənə niyə baxırdı?

"Bilmək olar mənə niyə elə baxırsız?"dedim səssizliyimi pozub.

Gülşən əlindəki fərdi işi bir az yuxarı qaldırıb "Sən, fərdi iş yazmısan"dedi.

Yazmışdım... Amma onu Zəhraya verməmişdim. Evdə idi... Partadan ayağa qalxıb, Gülşənin yanına gələrək əlindəki fərdi işə baxdım. Bunu mən yazmışdım... Baxışlarımı Türkana yönəltdim. Ondan başqa kim verə bilərdiki?! Bitmişdi! Fərdi işi ona geri qaytardıqda zəng vuruldu. Tam zamanında! Türkan mənə baxa -baxa qapıdan çıxdıqda, qolundan tutub qırağa çəkdim.

"Məndən icazəsiz, mənim otağıma girib, fərdi işlərimi necə götürə bilərsən?! Sən özünü nə hesab eləyirsən hə?!"dedim.

Yavaş -yavaş hər kəs çölə çıxmağa başlamışdı.
Qolunu əlimdən çəkməyə çalışıb, məni itələdi
.
"Mən verməsəydim, sənin verəcəyin olmayacaqdı! Sən özündə deyilsənki! Ağlın bir qarış havadadı sənin!"deyərək əsəblə yanımdan keçib getdi..Evə getdikdə, bunun cavabını verəcəkdi!
Unidən çıxdıqda, gözüm Raufun maşınına sataşdı. Rauf uninin yolunu bilirdiki? Taksiyə minmək istədikdə, Gülşənin onun maşınına mindiyini gördüm. Düz görürdüm hə mən? Gülşən, idi onun maşınına minən... Hansı ara danışmışdılar? Taksiyə minib, onların ardıyca getməyini istədim. Hara gedəcəkdilərsə, məndə onların ardıyca gedəcəkdim. Nə dönürdü mənim ətrafımda? Nə baş verirdi?
1 saatdan çox yol getdikdə, Raufun maşınını bir xəstəxanın qarşısında dayandı. Xəstəxanaya niyə gəlmişdilər? Hec nə başa düşə bilmirdim...
Daha çox onların ardıycada gedə bilməzdim. Məni görsəydilər, işim bitərdi...
Axşam düşdüyündən, Raufun otağına gəldim. Məni öz otağında görməyi gözləmirdi. Məndə bura gələcəyimi...

"Rauf, bu gün Gülşənlə bərabər xəstəxanaya niyə getmişdiz?"dedim hec nəyi uzatmadan.

Gülşənə nəsə olmuşdu? Ona nəsə olmuşdusa, Raufla niyə getmişdi?

"Onu Gülşəndən soruş. Mən sənə hec nəyə deyə bilmərəm"dedi.

"Üzr istəyirəm səndən... Atdığım o yumruğa görə... Sənin bu vaxta qədər yanında olmadığıma görə. Bir qardaş kimi xahis elirəm, səndən nəyə görə getmişdiz o xəstəxanya? O, yaxşıdı?"dedim.

Çarəsizlik nə olan bir sey imiş, indi başa düşdüm.

"Tək bir sual verəcəm. Əgərki, mən istədiyim cavabı versən, sənə deyəcəm. De görüm Gülşən haqqında niyə bu qədər maraqlanırsan?"dedi baxışlarını mənə yönəldib. "Bilmirəm"dedim içimdə baş qaldırmış hissi basdırmağa çalışıb. İçim bilirsiz necə idi? Sanki, bir seyləri söküb, atırdılar içimdən.

"Cavab bu deyildi. Çıx get öz otağına"dedi.

Bir cavab almadan, hec yerə getməyəcəkdim!

"Xoşun gəlir hə? Məni belə görməkdən... Aciz biri olmağım xoşuna gəlir? Sən bilirsənki mən ondan hec nə soruşa bilmərəm! Sən bunu bilirsən! Bilə - bilə edirsən!"dedim bütün əsəbimi onun üstünə töküb. Mənə bir addım yaxın yaxınlaşıb "Niyə beləsən axı?"dedi.

"Sevirəm"dedim.

Dilimdən çıxan sözə saniylər sonra fikir verdim. Ürəyimmi deditdirmişdi bu sözü mənə?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri