Möcüzəyə inanıram (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 438
Səs ver:
(səs: 1)
Olurda insan hisslərini başa düşə bilmir. Beynində niyə belə olduğunu fikirləşir, amma hec cürə ağlına gətirə bilmir. Nədənsə, mən dilimə belə gətirmişdim bu sözü. Sevirəm dedikdən sonra aramızda bir səssizlik yarandı. Qardaşımın mənə olam baxışlarında kicik bir yumşalma gördüm. Sonra isə "Sən ciddisən?"dedi.

Hec nədən əmin olmayan mən, bundan əmin idim. Bilirsiz nəyə görə? Çünki, mənim bu vaxta qədər hec nə vecimə olmazdı. Amma Gülşənə gəlincə, vecsiz olan mən, ona qarşı başa düşülən biri olmağa çalışırdım. Etdiyim səhvi düzəltmək üçün güc sərf edirdim. Onu düşünmədən, bir gecə olsun belə yata bilmirdim. Hər gecə yataraq düşündüyümüz insanlar, bizim üçün çox önəmli və olduqca qiymətlidirlər.

"Rauf sevgini qoyaq kənara. Tək bilmək istədiyim sey, onun xəstə olub, olmamasıdı? Ciddi bir sey yoxduki? Yalvarıram sənə qardaş, mənə düzünü de"dedim dolan gözlərimi ondan gizlətməyə çalışaraq. Ya ona nəsə olacaqdısa? Dün axşam mənimlə ona görə elə danışmışdısa?
Rauf yerə baxan gözlərimi, çənəmdən tutub qaldıraraq, ona baxmağa şərait yaratdı. Gözlərimin mənə ələ verməyi ilə "Qardaşının halına yanacaqsan?"dedim. Bu sözü deməyim ilə məni özünə tərəf çəkib qucaqlaması bir oldu. İllərdir məni qucaqlamayan, qardaşım mənə indi sarılmışdı...

"Gözlərindəki o bulanıqlıq hər seyi izah etdi mənə. Bir xəstəliyi yoxdu... Amma geri qalan haqqda sənə hec nə deyə bilmərəm. Bunu özündən soruşub, özündən bir cavab almalısan" deyərək məndən ayrıldı. Bir xəstəliyi olmadığı üçün azda olsa sevinmişdim.

"O, mənə inanmazki... O, mənə güvənmir... Məni istəmir... Haqqıda var ..."dedim.

Ona olan hisslərimi içimdə basdırdığım bəs idi. Amma həqiqətləri demək isə, məni incidirdi.

"İnandır... Güvənini qazanmağa çalış. Əgərki onu həqiqətən sevirsənsə, hər seyə rəğmən onun yanında ol. Mən sənə hər zaman dəstək çıxıb, bir qardaş kimi yanında olacam"

Qardaşımı geri qazanmışdım? Dodaq altı gülüməyə başladım. Bu işdə Gülşənin payı nə qədər idi?

"Siz onunla dostlaşmısız onda?"dedim aralarında yaranmış vəziyyətin nə olduğunu başa düşə bilmək üçün.

"Dost deməyək, bir tanış deyək. Biz ikimizdə yetişkin insanlarıq... Dərdləşmək istədi, məndə razı oldum. Ona bir yol göstərməyə çalışdım. Birdə mənə dediki, qardaşını tək qoyma onun sənə ehtiyyacı var"

Məni düşünürdü... Bunu hec kim, hec nə inkar edə bilməzdi.

"Çox sağ ol qardaşım. Gözümü açmağa kömək etdiyin üçün sənə borcluyam"deyib otağından çıxdım.

Otağıma keçib dəli kimi gülürdüm. İçimdə elə bir sevinc hissi yaranmışdıki, sanki bu anı çoxdan yaşamaq istəmiş kimi. Fərqinə gec vardım, amma onu sevdiyimi başa düşdüm. Mən qaçmayacaqdım bu sevgidən. Yükün tək çəkməli olsamda...
Gülşənin asand yola gəlməyəcəyini bilirəm. O, hec yanında məni istəmir. Amma qardaşımın dediyi sonuncu cümlə, yanında ola bilməyim üçün kiçik bir şansdı. Pis olduğumu bildiyi üçün, qardaşımla aramı düzəltməyə çalışması və bunu başarması buna sübutdu. Zamanla məni sevərdimi? Ürəyinin atan ritmini özüm kimi dəyişdirə bilərdimmi? Əlimi ürəyimin üstünə qoydum. İçində O, vardı... İndi artıq daha mənalı döyünürdü. Boş bir həvəs üçün deyil, ömrülük bir nəfəs üçün...
Axşam düşdüyündə bu ürəyimə söz keçirə bilmədiyim üçün, düz Gülşənin yaşadığı binanın qarşısına gəlmişdim. Bu saatda, evinə gedə bilməzdim. Mesaj yazmaq istəyirdim. Onu belə bu əllərim bacarmırdı...
Bəlkə yenə evdə yox idi? Dünən dediyi sözlərdən sonra, bura gəlmək bir üzsüzlük idi. Amma ürəyə höküm etmək olmurdu. Nə ziyanım vardı ona? Soyuqda durub onu gözləməkdən başqa...
Mesaj yazmaqdan başqa bir çarəm qalmadığından, beynimdən keçən ilk cümlələri ona yazdım.

"Sona qədər oxu
Sonra istər bloka at, istərsədə məni həyatından çıxart. Onsuzda həyatında deyiləm. Həyatının bir parçası olmağıma icazə vermirsən. Dünənki dediyin sözlərdən sonra, sənə yazmağımı üzsüzlük kimi saya bilərsən. Amma bacara bilmədim özümlə. Yazmaqdan başqa bir yol görmədim... Dünən gecə çox düşündüm. Bir səbəb var... Sən o səbəbi mənə demirsən. Ona görədə məni özündən uzaq tutursan. Dünən 'Sıxılmadınmı məndən?'dedin. Onda o sualına bir cavab verə bilmədim. Lakin indi verirəm. Sıxılmadım səndən...
Nə səndən, nə də sənin o gözəl gülüşündə. Bilirsən? Sən güləndə, mənim ürəyimdə sanki qarışqalar gəzir. Hər gecə öz özümə deyirəm, bu bataqlığa necə düşdüm? İndi çıxa bilmirəm...
Dünəni unutsaq? Bu dəfə əlimi uzatsam, sənə o əldən həqiqətən tutsan? Tutuduğun o əldə, sənə inam və güvən hisslərini geri qaytara bilsəm? Çox yox, bir balaca bizə bir şans versən? Güldür bu üzümü, gözəl gülüşlüm..."

İçimdən keçənləri hec düşünmədən yazıb göndərdikdən sonra ekrana baxdım. Bəlkə nəyisə səhv yazmışdım? İndi nu mesajı oxuyub mənə hirslənəcəkdi? Mesajı oxuduğunu gördüm. Əllərim buz kəsdi... Nəfəs almağı belə, unutdum. Bilirdim bir mesajla olacaq iş deyildi bu. Buna dediyi kimi zaman lazım idi. İndi istəyim yanında olmağıma bir icazə verməsi idi. İcazə istər oldum...

"Evimin qarşısında durma. Yazdığın, səmimiyyətsiz mesajını sil. Mənidə narahat etmə. Sənə qoyduğum vaxt bitdi. Sənin bu süni hərəkətlərini çəkə bilmərəm. Elgün, yorma məni... Mən bu dünyaya yorulmaq üçün, kiminsə boş həvəsləri üçün qurban olmağa gəlməmişəm. Etdiyin bu hərəkətlərini uşaqlığına verirəm. Daha çox iyrəncləşmə!"

Gələn bu mesajı oxuyub, şoka düşməmək əldə deyildi. Mənim kimi sizdə, hec nə başa düşmədiniz?

"Qapına dayanmaq istəmirəm... Çölə düş, səninlə çox yox 1 dəqiqə üz - üzə söhbət edim. Mən yazdığın mesajdan hec nə başa düşə bilmədim"yazaraq anında göndərdim.
Keçən dəfə, düşmüşdü. Ya bu dəfə düşəcəkdi yenə?

"Hələdə üzümə baxmağa cəsarətin var?! Ah, unutmuşdum səndə iki üz deyil, min üz var! Biri sağa baxır, biri sola! Aşağı düşümürəm, çünki dünənki tək sakit ola biləcəyimi, hesab etmirəm! Dünən bir xəbərdən sonra ruh kimi oldum, sənin etdiklərini düşünməyə vaxtım olmadı. Bu gün isə var!"

Yenə hec nə başa düşməyən bir ədəd mən! Başqa çarə buraxmamışdı mənə! Hər seyi özü istədi!
Qapını döyüb, açmağını gözlədim. Qapını açıb, məni gördükdə, qapını bağlamaq istədi. Amma ayağımı qapının arasına qoyub, qapını açaraq içəri keçdim. İçəri keçmək fikrim yox idi. Fikrim, yazılan mesajlara bir cavab alıb, burdan getmək idi!

Gülşən üstümə gəlib "Dəli olmağının sübutu! Mən sənə gəlmə dedikcə, sən mənim həyatımın mərkəzinə oturmağa çalışırsan! Çıx get evimdən!"dedi.

Məni divarın arasına sığışdırdığından xəbəri yox idi. Hər zaman filmlərdə, oğlan qızın üstünə gedərdi, bizdə isə əksinə oldu.

"Bir cavab almayana qədər hec yerə getməyəcəm! O mesajlar nə məna verir? Yenə mən yazıq nə etmişəm?"dedim.

Əsəblərini cilovlaya bilmədiyindən əllərini yumruq edib sinəmə vuraraq "Mərcə qoyduğun bəs deyil! Hələ bir üzündə var danışmağa!" dedi. Nə mərcindən bəhs edirdi?
Sinəmə vurduğu yumruqlarını hər iki əlimlə tutub saxlayaraq, ona baxdım. Əllərini əlimdən çəkib aşağı salmağa çalışdıqda, əlimi belinə qoyub onu özüm tərəfə çəkdim. Aramazıda bir boş bir məsafə olmadığından, əllərini sinəmdə birləşdirməyə çalışdı. Sadecə çalışdı, çünki gözündən düşən bir damla ilə "O əlini tutmaq istəmişdim..."dedi.

Gözlərini gözlərimə o qədər sabit şəkildə dikmişdiki, bir anlığına onun gözlərinin mavi olduğunu düşündüm.

"And içirəm sənə, səni mərcə falan qoymamışam"dedim titrəyən səsim ilə.

Gözündə bir damla yaşı görmək, okeanı görməyə bərabər idi. Mən gülsün istəyirdim... Ağlamağını deyil...

"Bəs Adilin dedikləri? Həqiqətən mərc söhbəti yoxdu? İnanımmı sənə?"dedi.

Hər daşın altındanda Adil çıxırdı! Bu dəfə nə demişdi?!

"İnanmağın üçün nə deyim? Özümü gedən qatarın altına atsam, inanarsan mənə?"dedim tam ciddiyətim ilə. Gülşən isə göz yaşları içində, təbəssüm etməyə çalışdı.

"Sənə nəyə görə inanmalıyam? Özünü niyə bu qədər inandırmağa çalışırsan?"dedi.

Yaxınlığımızın ona yaxşı gəlməyəcəyini düşünüb, əllərimi belindən çəkib, aramızda bir məsafə yaratdım. Dəli cəsarətin hardan gəldiyini bilmədən, baş barmağlarım ilə islanan göz altlarını sildim. Bu ağlayışın, sırf mənlə əlaqəsi olmadığını bilirdim. Amma yenəndə yanında olduğumu bilməsini istəyirdim. Suallarına çox cavabım vardı. Ancaq, bu anı mən başqa sual ilə gözəlləşdirəcəkdim.

"Möcüzəyə inanırsan?"dedim

Tərədüt içində qalaraq "Möcüzəyə inanıram" dedi.

"Onda mənədə inan... Çünki, ümüdlərin bitdiyi yerdə, möcüzələr çiçək açar"

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri