Möcüzəyə inanıram (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 677
Səs ver:
(səs: 1)
Birdə sevdiyimi desəydim...
Bu gün sevdiyimi başa düşmüşəm, bu gündə özümə mane ola bilmirəm. Tək istəyim mənə inanmasıdı. Onuda bacara bilmirəm...
Mənə baxan gözlərini aram - aram aşağı endirdi. Dediyim cümlə ilə həddimi aşmışdım görəsən?

"Bu cümlələri hardan əzbərləyib, qarşıma çıxırsan?"dedi.

Əzbərimdə, bir tək O vardı...
Hec yerdən oxumamışdım, dediyim cümləni. Mən deyəsən, böyüyürdüm...

"Ürəyim, deditdirdi..."deyib susdum.

Bir az əvvəlki kimi dəli cəsarətə sahib deyildim. İçimdə azda kicik bir qorxu və həyacan vardı. İlk dəfə ona belindən sarılmış, göz yaşını silmişdim. O, isə buna qarşı çıxmamışdı...
Azda olsa, içində bir yerlərdə mən var idim?

"Ürəyinə de boş - boş sözlər deməsin. Siz nə etmək istəyirsiz? Mən hələdə başa düşə bilməmişəm. Adil mənə durduq yerə niyə elə söz dedi axı?"

Adilin onu istəməsini deyim? Desəydim mənə inanardı? O, hamıya inanardı, bir mənə yox...
Adilin etdiyi isə hec adilcə deyildi. Bir - iki dəfə Gülşənlə danışdı deyə, özünü yaxın hiss etdi ona? 3 aydı Gülşənin arxasıyca qaçan mən idim. Amma nə qədər qaçsamda, bir irəlləyiş görməmişdim. Hər sey, hər zaman yarım qalırdı. Xoşbəxtlik kimi...

"Sənə indi həqiqəti desəm, mənə inanmayacaqsan. Onun üçün hec bir sey deyə bilmərəm mən sənə"dedikdə qapının zəngi çalındı. Qapının zəngi çalınması ilə Gülşənin əlinin dodaqlarımı tutması bir oldu. Kim gəlmişdi görəsən? Əlini dodaqlarımdan çəkib, sus işarəti edərək kimin gəldiyinə baxdı. Daha sonra çox yavaş səs ilə "Tez ayaqqabılarını çıxart sonra arxamca gəl"dedi. Yəqin, qapı arxasında duranın məni görməyini istəmirdi. Dediyinə əməl edib, ardıyca getdim. Otağın qapısını açıb "İçəri keç,mən deməmişdə burdan çıxma"dedi. Əmrə tabe olmalı idim. İçəri keçib, qapını bağladım. Qulağıma gələn səsdən, gələnin Rəna olduğunu başa düşdüm. Amma onlara qulaq asmaq kimi bir niyyətim yox idi. Gülşənin otağında idim...
Onun özünə məxsus olan dünyasında...
Qarşımda mavi və ağ tonların harmoniyası vardı. Sanki, bu otaq bir hüzur idi... Gözlərimin mavisi ilə bu otağın mavi olan tavanı, bir divarda galaksidən ibarət olan aboy mənzərəsi gözlərimi oxşamışdı. Hələ, otaqdan gələn xoş ətir qoxusunu demirəm... Çarpayısına doğru yaxınlaşıb, çarpayının üstündə qalan kitabı əlimə aldım. Kafkanın - Milenaya məktublar kitabı idi. Bəlkə məndə hər gün ona bir məktub yazım? Kitabı əlimdən yerinə qoyub, çarpayının yanı başında olan kicik kaktusa nəzər saldım. Gülü, tikanı ilə sevəcəkdik...
Çarpayısına oturmaq istəməsəmdə ayaqda çox qaldığım üçün oturmaq qərarı aldım. Gözümə sonradan çarpan sey, kaktusun yanında olan qalın qara rəngli bir dəftərcə və ağ qələm oldu. Günlük idi? Çox düşünmədən dəftəri əlimə aldım. Qara sətirlərə, ağ qələmlərlə sözlər yazmışdı.

İlk yazılan söz "Xoşbəxtəm ya xoşbəxt deyiləm? Xoşbəxtəmsə niyə gülmürəm? Xoşbəxt deyiləmsə, niyə ağlamıram?"idi.

Yazılan sözlərə baxa - baxa qalmışdım. Dərin mənalı sözlər... Ona bir cavab yazsam, olardı? Mənim yazdığım onun qədər dahiyanə ola bilməzdi. Əlimə qələmi alıb, boş qalan sətirə baxdım.

"Xoşbəxtlik gülməklə, ağlamaqla olmur. Çünki ən çox xoşbəxt olduğun vaxtlarda belə, sevincindən ağlaya bilərsən. Ya da xoşbəxt deyilkən, əsəbindən belə gülə bilərsən. Demək xoşbəxtlik bir termin deyil. Əsas sənsən...
Sən özünü görmürsən? Keç güzgü qarşısına özünə bir bax. Həmin O, qıza gülmək çox yaraşır. Güzgü qarşısında durub, hələdə gülə bilirsənsə, demək ki bir yerlərdə xoşbəxtsən. O yer, sənə çox uzaq olsa, belə..."

Bu yazını görəndə, mənə əsəbləşəcəyi dəqiq idi. Sonraki verəyə keçdim. Yenə kicik bir stat yazmışdı.

"Kaktusu sevdiyim qədər, sevmədiyim insanlar var. Gülün tikanlı olmasının bir ziyanı yoxdu. Amma ürəyi tikan olan insanların, var olması ziyanlıdı."

Ah, kaktusu çox sevirmiş. İndi üzüm gülürdü. Gülmək, qəribə və yoluxucu bir sey idi.
Növbəti vərəyi açdığımda qarşıma "Vərəylərin qaradı deyə, ağ qələmlə nəsə yazmağa çalışıram. Eynən həyatım kimi... Qara olan həyatıma ağ rəng qatmaq istəyirəm. Amma olmur. Deyəsən, qara qalmağa məhkumam. Çünki, ağ qələm mənimlə oynuyur" yazısı çıxdı.
Niyə ağlıma özümü gətirdim. Ağ qələm deyə bəhs etdiyi mən idimmi? Ya Gülşən həqiqətən məni ətrafında görmürdüm. Hər oxuduğum sətirlərdə, dayanıb çox düşündüm. Onu tanımağım üçün kicik bir fürsət olmuşdu. Növbəti səhifədə yazılan söz isə çox uzun idi. Məndə onu baxmağa başladım.

"Son vaxtlar o qədər çətin günlər yaşayıramki, sənə bu gün bir stat yazmaq istəmirəm. Qara səhifənin boş qalmasını istəyirəm. Amma olmur... Mən sənə hec vaxt içimi, tökmədim. Mənim içimi, nə çəkdiyimi bilmədin. Bu gün isə sənə yazmaq istəyirəm. Sənə ilk nədən yazım? Bu gün birdən birə Azərin ortaya çıxmasından? Xərcəng xəstəsi imiş... İndidə məndən halalıq istəyir. Hansı haqqla?! Yaşatdıqlarını yaşmadan ölməzmiş insan... Uşağımın olmadığını bilib, məni gecə yarısı tək başına həyitə atanda bilmirdi belə olacaq?! İlahi ədalətmi deyim? Nə deyim?"

Daha ardından yazılan cümlələri oxumadan, oxuduğum sözlərin təsirindən çıxmadan, əlimi dodaqlarıma götürdüm. Əsəbimdən ovuc içimi dişləyirdim. Mən nə oxumuşdum?! Keçmiş yoldaşı ortaya çıxmışdı?! Bəs uşağı olamaması?! Niyə görmürdüm? O bu qədər acı çəkərkən, mən niyə onu görmürdüm. Niyə fikrimi yalnız məni istəməsinə yönəltmişdim! Tam bir axmağam! Onu başa düşməyə çalışmaqdan, onu ilk əvvəl inandırmağa çalışırdım. Kaş, onu başa düşməyə çalışsaydım. Yanında mən ola bilərdim. Rauf deyil...
Dəftəri bağlayıb eləcə yerinə qoydum. Daha çoxuna daya bilməzdi bu qəlb. Mənə nəyə görə yaxın durmaq istəmirdi? Uşağı olmayacağı üçünmü? Eyni seyləri təkrar - təkrar yaşamaqdan qorxduğu üçünmü?

Varsa, olmasın o uşaq... Uşaqsız ev olmazmışda nəymiş? Qəlbdə, sevgi varkən...

Düşünə - düşünə başıma girən ağrılar ilə qolumda olan saata baxdım. 1 - ə qalmışdı. Bu qız getmək bilməyəcəkdi? Ya gecəni burda qalmaq istəyəcəkdisə? Çöldən gələn tərpəniş səslərindən, qızın getdiyini başa düşdüm. Nəhayət! Pəncərə kənarında durub, Gülşənin gəlməsini gözlədim. Qapı açıldı, içəri adım atdı.

"Sevgilisi ilə dava ediblər, ona görə yanıma gəlib. Axırki sevgilisi gəlib, apardı..."dedi.

Mənə açıqlama etmişdi? Mənə!
Gec olmuşdu, mən getməli idim. Pəncərə kənarından çəkilib, irəli addım atdığda, oda mənə doğru irəli addım atdı.

"Elgün..."dedi udqunaraq. Sonra dolan gözlərini fərqində oldum. Dodaqlarını büzüb, ağlamamağa çalışaraq güclə "Mən çox yalnızam... Özümü o qədər tənha hiss edirəmki... Sanki, sondayam"dedi.

Mənə ilk dəfə qəlbini açmağına sevinim? Yoxsa qarşımda onu bu halında görməyimə üzülüm?

"Bir sey bilməyini istəyirəm. Mən hər zaman sənin yanında olacam. Sənin yanında olmaqdan bezməyəcəm, yorulmayacam... Sonda deyilsən, əgərki xoşbəxt deyilsənsə, bu son deyil. Hekayənin acı bitməsinə icazə vermə"dedim.

Dayana bilməyib, gözündən yenə bir damla axıtdı. Hansı qəlb dayanardı axı?

"Bir möcüzə istəyirəm"dedi göz yaşını silib gülüməyə çalışaraq. Məndə bir möcüzə istəyirdim. Möcüzə olmurdusa, bizədə möcüzəni yaratmaq düşərdi.
Əlimi bu dəfə özümdən əmin tərzdə ona uzadıb
"Tut bu əldən, möcüzəni yaradaq..."dedim.

Daha uzun cümlə qurmaq istəyərdim, amma bu dəfə bu əli tutacağını bilirdim. Düşündüyüm kimidə oldu. Əlini əsə - əsə əlimə toxundurdu. Əlindən tutub, onu özümə tərəf çəkdim. Şans hec vaxt, bu qədər məndən yana olmamışdı.

Özümə tərəf çəkməyim ilə başını sinəmə yaslayıb, bir iç çəkməsinin ardından, səssiz - səssiz tökdüyü göz yaşlarına şahid oldum.
Əllərim hey saclarını oxşamaq istədi. Amma edə bilmirdim... Əllərim havada aslı şəkildə, onlara toxunmadan qalmışdı. Hec nə edə bilməmək, ürəyimi ağrıtdı. Kim bilir, onun ürəyi necə ağrıyırdı...

"Bir şəkildə, keçəcəyini hesab elədim"deyib sonra başını sinəmdən qalıdırıb, mənə baxaraq "Keçmirmiş sən demə... Bir insan özünü dəflərlə aldada bilər? Mən aldadırmışam... Səni evə aldım deyə, bu otağa saldım deyə, o əlindən tutub, qarşında ağlayıb aciz kimi göründüyümə görə peşman olmalıyam. Amma bu dəfə peşman olmaq istəmirəm. Məni yanılt" deyə əlavə elədi.

Bəzi sözlər ürəyə oturar, sonra qalxmaq bilməz. İndi məndə də, eynən belə olmuşdu. Sözləri ürəyimi ələ keçirəcək şəkildə, çox can alıcı idi. İnsan bəzən sevdiyini deməz. Bunu bilirsiz... Lakin, bunun yerinə "Sən xoşbəxtliyə çox layiqsən"deyə bilər. Qarşınızdaki insana 'səni sevirəm' deməkdənsə, onun yanında olub ona dəstək çıxmanız, daha məqsədə uyğundu.

"Güzgüyə bax"dedim yaranmış abu havanı dağıtmağa çalışaraq.'Niyə?' belə demədən güzgüyə baxdı. Güzgüyə baxaraq, gözlərində olan yaşları silməyə çalışdı. Sonra isə məni yeni fərq etmiş kimi, güzgüdən mənə baxıb gülümsündü.

"O güzgüdə gördüyün əksin, səni ağlayan görmək istəmir. İçində nə yaşadığını, nə fırtına qopduğunu bilməsəmdə, yanında olub sənə dəstək olacam. Hər acı keçir... Sadecə o acıları üfləyib, həyatından çıxarmalısan"dedim.

Güzgüdən yenə mənə baxmağa davam etdi. Acı keçirdimi? Əslində, hec bilmirdim... Onun acısının keçməsini, çox istəyirdim.

Baxışlarını kəskinləşdirib mənə döndü.
"Aramızda o qədər tutarsızlıqlar varki, 3 ay əvvəl bir -birimizi görməyə gözümüz yox idi. İndi isə yanımdan, ən çətin anımda yanımda sən varsan. Həmdə, hec bir sey bilmədən... Məni sorğulamadan... Eləcə yanımda və həyatımdasan. Başa düşə bilmirəm, bəzən niyə səninlə beləyik? Niyə, uçurum kimiyik? Sənsə uçurumdan düşəcəyimizi bilə - bilə əlini mənə uzadırsan. Məndə, o əli tutaram. Ya bir gün əllərimiz bir - birindən getsə? O uçurumdan bərabər düşsək?"deyib suallarına bir cavab tapmaq istərmişcəsinə, sabit şəkildə mənə baxdı. Dediyi hər seyi unutdum. Son sualına taxılıb qaldım. Bir gün o ucurumdan bərabər düşsəydik nə olacaqdı? Sevinəcəkdim..

"Uçurum olsa belə, yanımda sən olduqdan sonra mənə sadecə sevinmək düşər. Bu həyatımı itirmək bahasına gəlsə belə. Məni ölüm qorxuda bilməz. Sənin yanında, ölüm belə gözəldi"

Hər kəsin sevgisi dərdi qədərmiş, deyəndə inanmırdı. İndi ki halım, mənə dərs olmuşdu. Gülşənin gözlərində xırda, parıltılar yarandı.
"Çox gec oldu" dedi gülməmək üçün dodaqlarını bir - birinə basdırıb. Səhərə qədər belə söhbət edə bilərdik, amma haqqlı idi. Gec olmuşdu...
Gecə yarısı evindən çıxmağım, hec xoşuma gəlməsədə özümü binadan çölə ata bilmişdim. Bəzi seylər, yoluna düşürdü. Bəzi seylər isə yoluna düşmək istəmirdi. Misal üçün, Adil kimi... Atama dediyi yetməzmiş kimi, birdə Gülşənə durub belə bir sey deməsi, ona yaraşacaq bir hərəkət deyildi. Hələ, oxuduqlarımı demirəm... Onu ən başlıca incidən sey, ana ola bilməməsi idi. Onu başa düşəcək, kimsəsi yanında yox idi. Mən necə yanında olmaq cəsarətim olacaqdı? Baş qoyduğum bu yolda, qarşıma manelərin çıxacağını bilirdim. İlk növbədə, bəlkədə ailəm olacaqdı. Ayrıldığını deyil, bir körpəsi olmadığını bilsələr yenədə yanımda durub mənə dəstək durardılar? Gülşənə böyük bir sevgi vermək istəyirdim. Bu dədə çox sevildiyini, görməsini istəyirdim. Hər zaman baş obraz qızlar öz sevgilərindən yazıb, ağlayası deyildilərki... Bir dəfə də rollar dəyişsin, bir oğlanın bir qadını nə qədər çox sevdiyinin şahidi olun. Gülməyin bu qədər çox yaraşdığı bir insana, bu dünyada gülməyi ona çox görənlər utanmalı idi. Onun üzündə o təbəssüm görmək üçündə, hər sey edəcəkdim.

Bu səhər ayağa daha tez qalxdım. Adil ilə görüşəcəkdim. Ondan nə qacacaqdım, nə də gizlənəcəkdim. Bu mübarizəmin sonunda, tək qalsam belə. Uninin qarşısına gəlib onun gəlməyini gözləyirdim. Dava etmək fikrim, yox idi. Nə etmək istədiyini, bilmək istəyirdim. Uzaqdan gəldiyini gördükdə, üz - üzə yad insan kimi dayandıq. Onun danışacağı olmadığından "Yalan deyəndə hec utanmadın?"dedim.

Gülməyə başladı, arsızca. Mənsə gülmürdüm!

"Gülşən, o dəqiqə sənə hər seyi deyib. Hec gözləməzdim ondan... Sənin kimi insana necə inana bilir? Necə yanında ola bilir... Ağlım almır mənim"dedi.

Adam bax! Qarşımda dayanıb necədə rahat - rahat danışır!

"Dava etmək niyyətində deyiləm! Amma bunu bil ki sənim bu yalanlarına görə, Gülşəni səndən daim uzaq tutacam! Onsuzda ona uzaqsan! Uzaqlığında hər zaman elə qalacaq! İnsan, saf təmiz hissin içinə necə yalan qata bilər? Adil, birdə səninlə qarşı - qarşıya gəlməyim!"dedim.

Mənim ciddiyət ilə dediyim sözləri, hec ciddiyə almadan, bu dəfə daha möhkəmdən güldü.
"Onu sənin kimi insandan necə uzaq tutaydım axı?! Bizim yanımızda, dediyin sözlər yadıdan çıxıb?! Niyə gəzirsən onun yanında! Nə əldə eləmək istəyirsən?!"deyərək yaxamdan tutmağa çalışdı. Əlini geri itələyib, aramıza bir sərhəd qoydum. Uşaqlaşmaq istəmirdim mən!

"Etdiyim səhvləri başa düşdüm! Həyatımı qaydaya salmağa çalışıram mən! Sən isə buna imkan vermirsən! Birdə ucu mənə və Gülşənə toxunacaq hərəkətlər eləmə! Məni qarşında başqa cürə dayanmağa isə hec vadar etmə!" deyib üzümü ondan döndərdim. İçimi böyük əsəb basmışdı. Bilmədiyim hiss ilə orta - ortaya qalmışdım. Sözlə olacaq iş idi bu? Yoxsa sözün həll edə bilməyəcəyi, bir vəziyyətdəydim?
Bu gün Gülşənin bizə dərsi olmamışdı. Nə də üzünü görə bilməmişdim. Hec mesajda belə yazmamışdım... Yazmaq istəmədiyimdən deyil, dünənki gecədən sonra nə yazacağımı bilmədiyim üçün. Bəlkə yenə mənə, sərt reaksiya verəcəkdi? Özü belə yazmamışdı... Nə vaxt rahatlıqla mesaj yaza biləyəcəyimiz günlərə gələcəkdik? Axşam üstü olduğundan içimə darıxmaq hissi çox betər bir halda çökmüşdü. Darıxmağın verdiyi hiss ilə, ona yazmaq vaxtı olduğunu, başa düşdüm.

"Bu gün səni görmədim. Necə olduğunuda, bilmirəm" yazaraq göndərdim.

Cavabın gec gələcəyini düşünmüşdüm. Amma yanılmışdım. Tam bir dəqiqədən sonra "Mən Rənanın kafesindəyəm. Necə olduğumu, bilmək istəyirsənsə, bura gələ bilərsən" mesajı gəldi.

Gəlməzmiyəm? Uşaq kimi sevinmək bu olsa gərək. O, yazmışdı belə bir mesajı mənə. Onuna yanına bir gül alıb gedə bilərdim? O məni bu qədər sevindirmişdisə, növbə məndə idi.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 677
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri