Ruhum sənə əmanət (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 6 559
Səs ver:
(səs: 1)
Göz qapaqlarımı açmağa çalışırdım. Amma özümdə deyilmiş, kimi bir havam vardı. Göz qapaqlarımı aralayıb ətrafa baxınca, harda olduğum haqqda hec bir fikirə olmadım. Qapanan göz qapaqlarıma inad onları açıq saxlmağa çalışdıqda, bir xəstəxana palatasında olduğumu başa düşdüm. Üzünü tam aydın secə bilməsəmdə qapı küncündə dayanıb söhbət edən Ayaz ilə Fidanı gördüm. Söhbətdən çox dava dalaşa bənzəyirdi... Səsləri bütün otağı götürmüşdü... Artıq özümə tam gəlib onları aydın görüb, səsləri eşitdikdə Ayazın "Ona nəsə olsaydı mən nə edəcəkdim?! Günah səndədi Fidan! Onu ora niyə gətirdin?"deməsini eşitdim. Ardından Fidan "Günahı məndə yox özündə axtar! Ən böyük günah elə sən özünsən! Qıza sözün vardı! Sözünü tutmayacaq,qədər alçaq olan sənsən!"dedi. Bunlar həqiqətən dava edirdilər! İkisindən biri mənim ayılmağımın fərqinə varacaqdı?! Onların dava etməsinə daha çox icazə verməyib "Dava etməyin..." dedim. Səs küylərinin arasında hər ikisidə dönüb mənə baxdı. Fidan ayılmağıma sevinib gülümsəyərkən, Ayazın qorxmuş bir halı vardı.
Burda niyə olduğumu xatırlamağa çalışdım.
Rol əlindən bir anlığa gedərkən, roldan yapışıb sürəti azaltmağa çalışırdı. Yolun qarşısında olan kicik təpəciyə maşın dəydikdə, Ayaz sol qolunu tamami ilə açıb, boyun hissəmə doğru uzatdı. Sırf, mən irəli gəlib başımı bir yerlərə çırpayım deyə... Sonra bu hadisənin təsrinə daha çox dayana bilməyib, qorxudan ürəyim getmişdi...
Bizdə bərabər bu yanğından belə xilas olmuşduq.
Fidan bizi yalnız qoyub, palatanı tərk edib getdikdən sonra Ayaz adım - adım yanıma doğru yaxınlaşmağa başladı. Hər adımında bir qorxu hissi varmış kimi. Məncədə qorxmalı idi... Daha onun üzünə belə baxmayacaqdım!
Ayaz "Mənimlə birgə yanmaq istəyi, başdan bəri səhv bir hərəkət idi"deyib yanımda olan boş stola oturdu. Səhv hərəkət?! Dinmədən, başımı pəncərə tərəfə çevirib ona hec baxmadım.

"Sən mənim ardımca niyə gəldin? Sənə söz verib, o sözü tutmayan adamın ardınca niyə getdin? Asya, cavab ver mənə"

Cavab verməyəcəkdim suallarına! Səssiz qalmaq ona verilmiş ən böyük cavab olacaqdı!

"Mənə görə özünü təhlükəyə atmağa dəyərdi? Mən kiməmki? Mən hec kiməm... Mən maşın yarışlarından qopa bilməyən, it kimi o yarışlara zəncirlənən yazığın biriyəm... Getmək istəmədim, ilk başlarda... Ən son toyumuzdan bir gün əvvəl getmişdim. Amma daha çox dayanmağa özümdə güc tapmadım. Hava su qədər ehtiyyacım vardı. Özümlə bacara bilmədim. İradəm çatmadı... Allah xətirinə mənə nəsə de Asya! Danış mənimlə.."

Dediyi bu sözlər ürəyimin tam orta yerini deşib keçdi. Gözümün yanlarından çıxan göz yaşlarını sərbəst buraxadım. Ayaza nəsə olmağını istəmirdim. Mənə etdiyi yaxşılıqlardan sonra onu tək qoya bilməzdim. Cəsarətimin tam səbəbi bu idi. Mənə yaxşılıq edən, insan özünə pislik edirdi... Dodaqlarımın arasından sadecə "Evə getmək istəyirəm..." kəliməsi çıxdı. Burdan çıxıb evə gedərək, hər seyi başdan düşünmək istəyirdim.
Gecə saat 2 işləyirdi... Biz isə evə indi gəlmişdik. Maşında belə ağızımı açıb hec bir kəlimə işlətməmişdim. Ölümdən dönən insan üçün yaranmış bu səssizlik, hec də çox sayılmazdı. Otağımıza girər - girməz çarpayının üstünü açdım. Ayazda mənə baxmağa davam edirdi. Səssizliyimin onun xoşuna gəlməyəcəyini bilirdim. Bunu bildiyim üçün etmirdim... Həqiqətən qırıldığım və incidiyim üçün edirdim.

"İndi sənə bir söz versəm, mənə inanmayacaqsan daha... İnan çox qorxdum mən. Sükanı vaxtında saxlaya bilməsəydim, nələr olacağını demək belə istəməzdim... Sənə bu günki qorxunu yaşatdım deyə məni bağışla. Bağışla məni..."

Ona dönüb baxmamaq üçün özümü güclə saxladım! Amma onun yanıma doğru gəldiyini hiss edə bilirdim. Həmdə pəncərədən kölgəsini görürdüm. Tam arxama keçib dayandıqda, arxadan əllərini qarış boşluğuma dolayaraq məni qucaqladı. Bu məzərəyə daha çox sakit qala bilmədim.

"Əllərini çək məndən! Məni qucaqlama! Sənə indi həqiqətən, nifrət edirəm mən!"

Məni daha möhkəm qucaqlamağa başladı. Qulağımada "Qucaqlamasam, keçməyəcək..." deyə pıçıldadı. Qulağıma pıçıldadığı hər söz, belə özəl olmağa məcbur idi? Amma bu onu bağışlayacağım, mənasın gəlmirdi.

"Artıq, qucaqlasan belə keçməyəcək səhvlər etmisən sən"dedim

Nəfəsini qulaq ardımdan daha dərin alıb verdi. Başa düşəcəkdi... Etdiyi səhvi başa düşməli idi.

"Mən özüm üçün hec vaxt qormaxdım. Qorxunun nə olduğunu ümümiyyətcə bilmirəm. Mənə dostlarım sən çox qorxusuzsan deyirdilər. Bu gün ilk dəfə o hissi məndə daddım. Olmadı... Ordan geri dönüşümüz olmayacaqdı... Səndə bunu qəbul edərək yanımda oldun.
Birlikdə yanarıq dedin.
Birlikdə yandıq.
Xəbərin yoxdu..
Mən, səndə kül olmuşam"

Bu cümlələrə aldanmayacaqdım!

"Mən çox yorulmuşam. Yatmalıyam... Əllərini məndən çək yatım"dedim dik duruşumu hec pozmadan. Əllərini qarın boşluğumdan çəkdi. Arxamdan getməsini gözlədim. Gözlədimdə, getmədi... İçimdə yaranan ona çönüb baxmaq hissini dəf edib, çarpayıma arxamı ona tərəf çevirərək yorğanı tam başıma çəkdim. Yorğanda olan havasızlıq məni boğsada, inadımdan yorğanı aşağı çəkmədim.

"Yorğanı aşağı sal, indi boğulacaqsan"

Yaxın eşitdiyim səsi ilə yorğanı aşağı saldıqda, Ayazın dibimdə olduğunu gördüm. Uzun saatlardan sonra göz - gözə gəldik.

"Yanımdan kənara çəkil! İçimdən keçən seyləri eşitmək belə istəməzsən!"

"Eşitmək istəyirəm. Nə deyirsənsə de mənə... İstəyirsənsə vur... Ancaq mənə qarşı belə olma. Mən hər seyə dayana bilərəm, amma sənin mənə belə soyuq davranmağına dayana bilmərəm"

Onu yanımdan itələməyə çalışdım. Çalışdım! Tərpənmədi... Daş idi elə bil!

"Soyuqluğumu sən istədin! Soyuqluğumu sən yaratdın! İndi çək cəzasını! Mən, sonuna qədər haqqlıyam... Qalxırsan indi yanımdan ayağa. Mən sənə incik düşdüm... Bunu qəbullan... Ona görə hərəkət et!"

Ağlamaqda olan səs tonumu görüb, yanımdan ayağa qalxdı. İşığı söndürdükdən sonra, otağın qapısının açılma səsini eşitdim. Deyəsən, getmişdi... Çox pis qırılmışdım bu dəfə. Belə etməməkdə də haqqım var idi. Ya başımıza daha böyük nə isə gəlsəydi? Ya biz indi xəstəxanada ikimizdən biri üçün göz yaşı töksəydik? Bunlar hecdə sıradan bir seylər deyildi. İçin ucunda, ölüm vardı... Hamımızın bir gün ölümü dadacağı, o həqiqət ilə...

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 6 559
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri