Axşam düşmüşdü... Arasla olan sonuncu söhbətimdən sonra, taxıdığı önlüyünü bir kənara atıb, mənə baxmadan əsəbi şəkildə iş yerindən çıxıb getmişdi. Axrıncı sözlərimdə qırıcı ola bilirdim. Onu qırdığımda, bəlli idi. Amma ya mən? Mən qırılmırdımmı belə... Ailəmdən bir sevgi görmədiyim üçün, özümü başqa qollarımı atmalı idim? Onlardan görmək istədiyim istiliyi, hec vaxt başqalarında axtarmadım mən. İndi qarşıma keçib, səni sevirəm deyən oğlana tərəfdə can atmayacaqdım. Mavinin yaşıl tonunda olan gözləridə, mənə maraqlı deyildi... İş çıxışında, yolun başında dostlar ilə ayrılıb yoluma tək davam etdim. Yenə gedirdim, o qaranlığa... Yaşıl işıqda yanmayacaqdı mənə. Məlum məsələ, yaşıl işıqları söndürməklə məşğul idim mən. Nəhayət evə gəlib çatmışdım. Qapını açarla açmağa çalışırdım. Qapı isə israrla açılmaq bilmirdi. Evin işıqlarıda yanmırdı... Qapını döyməyə başlayıb "Qapını açın!" deyə bağırdım. Səsimə bir cavab verən olmamışdı... Qapının yanından keçib, pəncərədən içəri baxmağa başladım. Qaranlıqda da hec nə görsənmirdi. Gecə işdən gəlib, evimə girə bilmirdim! Bu yorğun halım ilə qalmışdım həyitdə!
"Heyyy açın bu qapını" deyib qapıya bir təpik atdım. Qapı bir azca açıldı... Qapını itələməyə başladıqda arxasına nəyinsə qoyulduğunu başa düşdüm. Güc verib qapını açaraq içəri keçdikdə, içimə kicik bir qorxu düşmüşdü artıq. Bu qapı niyə bağlı idi? Bu ev niyə qaranlıq idi? "Ana... Ata..." dedim səsimin titrəməsi ilə. Qorxu evinə oxşayırdı bura... Gördüyüm qədəri ilə masa və stollar aşmışdı... Yerdə qab, yemək qırıntıları vardı. Birdə spirtli içki şüşəsi 2 yerə ayrılmışdı. Ayaqlarım yer tutmazkən, irəli bir addım atdım. Ayaqlarım getmirdi... Getmək istəmirdi... Məcbur şəkildə otağın qarşısına keçdim. Əlimi qapının qulpuna qoyub, qapını yavaşça açdım. Əllərim əsərək işığa toxundu. İşıq yanarkən, atamın əlində olan qanlı, içki şüşəsinin başını, yerdə isə qanlar içində yatan anamı gördüm. Mən bu gün həqiqətən yetim qalmışdım...
2 Ay Sonra Qan tər içində qalmış şəkildə, gözümü həmənki kabus ilə açdım. Üzümə yapışan saclarımı geri itib, dodaqlarımı büzüb ağlamağa başladım. Tam 2 ay idi mən belə idim... Dəli olmuşdum... Dəliyə dönmüş kimi bir havam vardı. Atam, ən sonunda anamı öldürmüşdü... Anam qara torpağa gedərkən, atam olacaq əclafda həbisxanaya düşmüşdü. Mənim ailə adlandırdığım, ailəmində sonu belə yazılmışdı. Anam saclarımı oxşamasada, mənə hec qulaq asamasada, məni çox sevməsədə cisim şəkilində var idi... İndi isə nə cismi var, nə də ruhu... İndi mənimdə, nə cismim var nə ruhum... Aras harda olsa, bir azdan bura gələcəyindən gözümdəki yaşları sildim. Məni o gündən sonra tək burxamamışdı. Yenə, onun evinə qayıtmışdım. 2 ay idi, onlarla qalırdım... Başqada hec kimim yox idi. Hec bir işim belə yox idi. Yaşamaq hec bu qədər ağır gəlməmişdi mənə. Bəzən deyirlər 'Dünyaya ikinci dəfə gəlsəydin nə edərdin?' Mən doğulmaq istəməzdim... Aras məni nə qədər sevsədə, hec kimə yük olmaq istəməzdim. Amma istəməyim ilə deyildi. Həyat bütün acıları, hər şeyə inad mənə yaşatmağa davam edirdi. Qapı döyüldükdən sonra Aras əlindəki çobanyastığı gülləri ilə içəri keçdi. Məni həyata geri qaytarmaq istəyirdi. Mən isə qayıtmağa niyyətli deyildim...
"Tatlım, uyanmışmı. Bak sana ne getirdim" deyib əlində tutduğu bir topa gülü mənə uzatdı. Məcburi bir şəkildə gülü alıb, çobanyastıqlarına baxdım. O, da çarpayının boş qalan yerində oturub mənə baxırdı. Gözlərinin yaşılı maviyə çalmağa başlamışdı. Qış fəsili onun üçün öz sözünü deyirdi. Soyuq idi hava... Eynən mənim kimi... Çobanyastığı gülünün birinin əzməyə başladım. Qoxusu burnuma dolmağa başladı. İndi 'Ölüm' qoxurdu hər sey... "Məzara gedərik, bu gün? Bu gülləri məzara buraxmaq istəyirəm" dedim digər gülüdə əzməyə çalışıb. İçimi böyük bir kin bürümüşdü... Üzümü hec nə güldürmürdü... Hec kimdən, hec nədən xəbərim yox idi. Düzün desəm, günlərlə bu otaqdan çıxmadığım vaxtlarım olurdu. 4 gün idi yenə bura taxılıb qalmışdım. Aras yeməklərimi belə bura gətirib, məcburi şəkildə onları mənə yedizdirməyə çalışırdı. Belə olmuşdum... Yox kimi bir sey...
"Gideriz..." dedi yavaş şəkildə.
"Məndə getmək istəyirəm" dedim başımı qaldırıb, ona baxaraq. Gözlərindəki parıltı hər keçən gün itib, gedirdi ondada. Bizim işıqlarımız sönmüşdü... Biz qaranlığa atılmış olan, iki insan idik...
"Senin gitmene izin veremem... Yeter bu kadar, kendini bu odaya sakladığın. Evden yalnız mezara gidipde, sonra yeniden buraya gelmen... Kendin için ayakta kalmalısın... Hayata yeniden tutun..."
Getmək istədiyimi deyərkən, ölümdən bəhs etdiyimi bilirdi. Bu sözləri 2 aya yaxın idi eşidirdim. İnsanlardan qorxar və çəkinər olmuşdum.
"Aras mənim canım hec nə istəmir! Mənə hec kim maraqlı deyil... Mən öz acımı yalnız çəkməyə məcburam. İstəmirəm... Başqa bir insan üzü görməyi istəmirəm... İcazənlə indi məzara getmək, üçün hazırlaşmalıyam"dedim.
Bir sey demədən ayağa qalxdı. Qapıya qədər yaxınlaşıb, qapının qulpunu açanda, mənə tərəf dönüb mənə təkrar baxdı.
"İyi diyilisin... Hic iyi diyilisin..." dedi
Necə olmağımı gözləyirdi? Atam anamı öldürmüşdü... Gözlərim ilə bunu görmüş kimi olmuşdum... Onları istəməsəm belə, gördüyüm o qanlı mənzərə, mənim yaddaşımın bir küncünə yazılmışdı...
"Nasıl olmamı bekliyorsun benden?!" deyib ona qarşı bir az sərt oldum. Ailəmi hec vaxt sevmədim deyə, bu olanlara sevinməli idim? "Hic bir zaman sormadın bana... Aras, ailen nerde diye... Hep kendini düşündün sen, aslında... Aklında bulunsun, bir gün bu soruyu bana sorursun" deyib duruxmuş bir şəkildə olaraq otaqdan çıxdı. Onun kim olduğu, ailəsinin harda olduğu haqqından bir məlumatım yox idi. Dediyi kimi mən ancaq özümü fikirləşən bir egoist qız idim. Arasın dediklərini ağılıma taxıb, əyinmi geyinməyə başladım. Başdan ayağa qara rəngə bürünmüşdüm. Otaqdan çıxıb aşağı düşərək boğazımdan keçməsədə bir - iki şey yeyib, gülləridə götürüb evdən çıxmışdıq. Evdən çıxmaq belə mənə ağır gəlmişdi. Havayada mənim kimi qara bulud çökmüşdü. Çisginli havanı hec sevmirdim... Sevmək məcburiyyətində də deyildim...
Məzarın başına çöküb, bir başdaşı belə olmayan qəbirə baxdım. Əlimdəki gülləri möhkəmcə sıxıb dururdum. İçimdən kicik bir burxunluq keçirdi... Arasın arxamda durub məni izlədiyini bilsəmdə, ondan hec çəkinmədən "Mən gəldim" dedim. Bir çobanyastığın gülün torpağının üstünə qoydum. Torpaq yaş olduğundan əlim paçlığa batmışdı... Digər gülləridə bir - bir üstünə atıb, əlimin palçığını təmizləməyə çalışdım. Yenə "Mən gəldim..." deyə təkrar etdim. Üzümdə kin dolusu bir təbəssüm vardı. Hər insan bir gün bu məzarda yatmayacaqdımı? İstər sevdiklərimiz olsun, istər sevmədiklərimiz..
"Hər seyi, hər kəsi çox sevdin. Bir məni sevmədin... Məni sevmədin, amma yenə mənə möhtacsan. Məzarının başında mən var indi. Məndən, ailəndən üstün tutduğun insanlar yoxdu! Sevsəydin məni, sevsəydin atamı, sevsəydin ailəmizi indi bu soyuq məzarda olmazdın. Hər sey çox fərqli ola bilərdi" dedim gözümdən süzülməkdə olan, damlaları silməyə çalışıb.
"Hər sey çox fərqli ola bilərdi!" deyə qışqırdım.
"Məni hər səhər öpərək yuxudan ayıltsaydın, dərsdən evə gələndə hazır yemək görsəydim, saç salonunda olan qadınlar ilə qiybət etmək əvəzinə, evə gəlib mənim dərslərim ilə məşğul olsaydın, saclarımı darayıb hörsəydin, ailəlikcə bərabər bir film izləsəydik, çox demirəm 1 - 2 saatlıq mənim ilə söhbət etsəydin, indi hər sey çox fərqli ola bilərdi. Nə bilim, biz indi evimizdə ola bilərdik. Sən çay hazırlayırdın, məndə marketə qaçıb çörək alardım. Atam məni işləməyə qoymasaydı, hər seyi mən özüm həll edəcəm desəydi, mən oxusaydım, tələbə dostlarım, tanışlarım olsaydı indi belə olmazdı... İndi belə olmazdım... Mən siz varikəndə kimsəsiz idim. İndi isə həm kimsəsizəm, həm də yetim..."
Üşüdüyümdən qollarımı çarpaz şəkildə birləşdirib, acı dolan gözlərim ilə torpağa baxdım. Bu, bura son gəlişim olacaqdı... Çölə çıxmadığımdan hava mənə çox soyuq gəlmişdi. Əynimdə olan qalın qara palto ilədə üşüyürdüm. Bəlkədə ruhum idi üşüyən... Üstümə çisələməkdə olan yağış damcılarını, üzümdən, saclarımdan silməyə başladım. "Olmadı... Mənim bir ailəm olmadı... Mənə bir ailə olmadız!" deyib palçıq olan torpaqdan əlimə alıb torpağı əlimdə sıxmağa başladım. Bu torpaqda, `ölüm qoxurdu... Hər iki ölüm qoxusu bir - birinə qovuşduğu üçünmü belə gözəl qoxurdu?
Torpağı əlimdə sıxdıqca, üstümə bir ağılıq çökdüyünü hiss etdim. Aras əynində olan boz rəngli paltosunu çıxardıb mənim üstümə atmışdı... Hər yer yağış olsada, mənim dizlərim yerdə idi. Arasında arxadan yerə çökdüyünü gördüm. Əllərini qarın boşluğuma gətirərək, başınını boyunuma yasladı. Məni möhkəmcə qucaqladıqda, göz yaşlarımı daha çox saxlaya bilmədən ağlamağa başladım. Bu adam məni sevirdi... Hər nə olursa, olsun sevirdi... Saqqalları məni incitməyəcək şəkildə üzümə batırdı. Üzümü daha çox üzünə sürtüb "Nəfəs ala bilmirəm mən daha..."dedim.
"Nefesin olurum, o zaman..." dedi
Dərindən bir nəfəs aldı Dərindən bir nəfəs aldım... Sağ əlini qarın boşluğumdan boşaldaraq, mənim sağda torpaq tutduğum, əlimə yaxınlaşdırdı. Ovuc içimi açıb palçığa bənzərə torpaqları əlimdən təmizləyə başladı.
"Kendine bunu yapma... Onlar sana bir aile olamadı... Amma ben sana, aile olucam... Hatırlıyomusun? Günlerin birinde bana 'Bu hayatda en çok neyi seviyosun?' diye sorumuşdun. Bense 'Kendimi' söylemişdim. Aslında yalandı, Ben en çok Seni sevdim" Nəfəs alış verişini qulaqlarımın tam dibində hiss edirdim. Bu sözləri necə həycanla dediyini, tam qəllbimlə hiss edirdim. Üzünü islanmış saclarıma toxunduraraq "Yağmur gibi hiss ediyorum. Seni... Senin kokunu... Seni seviyorum... Seni her seyden çok seviyorum..."dedi
Yağış ruhumumuzu oxşamışdı? Yoxsa onunla birgə bu palçığamı batmışdıq?