Gülümsə Qadın (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 6027
Səs ver:
(səs: 0)
"Mələyim, qızım qalx ayağa yuxudan daha. Gecikirik axı" deyib qızımın üzündən öpməyə başladım. Hər səhər eyni vəziyyət bizim evimizdə baş verirdi. Mənim balaca 4 yaşlı qızım yuxunu çox sevirdi, mənim isə getməli olduğum bir işim vardı. Həmçinin, oda baxçaya getməli idi. Gözlərini yarı açıb "Off ana..."deyə mızmızlananda onu yerinin içindən qucağıma alıb "Adamda hec anaya of deyər" deyib hamama gətirdim. Üzün yuduqdan sonra bir başa masaya otuzdurub səhər yeməyini yedizdirməyə başladım. Hər səhər axşam nazı ilə oyanayırdım qızımın. Mənim başıma şirin bəla olan nazlı və dəcəl bir qızım vardı. Bunlara rəğmən hər seyidə başa düşür, məni incitməməyə çalışırdı. Adı kimi mələk olan qızımın yeməyi bitdikdən sonra süfrəni yığışdırıb, onun palatarını geyindirərək, sacın iki yandan hördüm. Sonra isə nəhayət evdən çıxa bildik. Bmw markalı qara rəngli maşının arxa oturacağına onu otuzdurduqdan sonra özümdə qarşıya keçib maşını işə saldım. Baxçasını bilərək, öz iş yerimə yaxın secmişdim. Başqa əlacım yox idi. Bizim ailəmiz 2 nəfərdən ibarət idi. Mən və adı Mələk olan qızım. Səhərdən bəri qızımdan danışdığımı bilmirəm. Sıra mənə hec gəlib çatmır. Məndə adı kimi özüdə gözəl olan, Gözələm... Mən doğuluna qədər atamla anam adımı Nuray fikirləşib. Amma mən doğulduqdan sonra atam mənim necə gözəl bir körpə olduğumu gördükdə, adımı Gözəl qoyub. Ağ rəngli qüsursuz olan üz tenim var. Gözlərim acıq mavi rəngində, saclarımda boynuma qədər kare şəklində kəsilmiş, acıq sarı rəngə sahibdi.
Lakin, gözəlliyin çox seyi həll etmədiyinidə bilirəm. 3 il əvvəl xoşbəxt ailəm vardı deyə düşünərkən, bu gün qızımı özüm tək başına böyüdürdüm. Mələyin 1 yaşına az qalmış, mənə xəyanətlər etdiyini öyrəndim. Onu sevməyimə rəğmən, qürurumu üstün tutub ondan ayrıldım. İlk başlarda mənə çox çətin gəlmişdi. Öz secimim olduğu üçün... Valideyinlərim vaxtında məni ona verməzkən, mən israrla ona getmək istədim. Axır nəticədə belə oldu... Boşandıqda valideyinlərim mənim arxamda durdu. Sahib olduğum maşınıda, şəhərin orta mərkəzində olan 4 otaqlı bina evinidə onlar mənim üçün aldı. Valideyinlərim Moskvada yaşayırdı... Mənim üçün ilk 1 ili çətin olduğundan gəlib burda qalmışdılar. Həmçinin Mələyin atasıda boşandıqdan sonra Moskvaya getmişdi. Və üzünü bu vaxta qədər görməmişdim. Ümüd edirəm, bu vaxtdan sonrada görmərəm. Qırmızı işiqda dayandıqda dönüb qızıma baxdım. Bu həyatda yeganə qürur duyduğum sey məhz onun varlığı idi. Onun üçün mən qadın olmamışdan, ilk əvvəl bir ana idim...
Mələyi bağçaya qoyduqdan sonra özümdə işə gəlmişdim. Mən krativ reklam agentliyində videoqrafist işləyirdim. Qısaca, hər seydən başım çıxırdı. Və işimin ən yaxşısı idim. 3 cü mərtəbəyə qalxıb, öz otağıma keçid elədim. Öz otağım olsada iş olmayanda dostlarımın yanına gəlirdim. Onlar acıq mərkəz yerində işləyirdilər. Mənim isə otağım vardı. Bu çox darıxdırıcı və sıxıcı bir sey idi. Günümün yarısı notebookların qarşısında keçirdi. Reklamı editləmək, qarşı tərəfə edilən editi bəyəndirmək elədə asand iş deyildi. Saatlarım gedirdi, bu arada gözlərimdə...
Yenicə yarım qalan işimin başına qoyulmuşdumki, otağımda yerləşən telefona zəng gəldi. Telefonu açdıqda, səsindən tanıdığım Xəyalə "Canım 10 dəqiqəyə aşağı otaqda ol. Rasim bəyin danışacaqları var"dedi.
Telefonu eləcə söndürdüm. Yenə böyük şirkətlərdən təklif almışdıq yəqin. Yoxsa toplantı otağında nə işimiz var? Rasim bəy bu şirkətin rəhbəri idi. Bizə şirkətin rəhbəri olmamışdan əvvəl, cana yaxın bir dost olmağı bacaran bir şəxiyyət idi. Onun üçün onu hər bir işciləri çox sevirdi. 10 dəqiqə tamam olmamışdan aşağı düşüb qapını, döyərək içəri daxil oldum. Uzun olan iş masasında başda Rasim bəy, bir cərgə ətrafında Vüsal, Zamin və Nüşabə oturmuşdu. Salam verərək onların yanına deyil boş olan cərgəyə oturdum.
Rasim bəy qolundaki saata baxıb "Uşaqlar, səbrli olun Ceyhunda gəlsin sizi bura niyə yığdığımı acıqlayacam"dedi.

Ceyhun, Rasim bəyin oğlu idi. Şirkətin rəhbərinin oğlu kimi düşünməyin. Çünki, Rasim bəyin oğlu olmamışdan əvvəl bu şirkətin bir işcisi idi. Rasim bəy onu bizdən, bizi ondan ayırmazdı. Eyni hörməti qoyurdu...
Ceyhunu yaxından tanışlığım yox idi. Sadecə bir birimizi şirkətdə gördükdə 'Salam sağ ol' edərdik o qədər. Arada qızlar onun haqqında aralarında pıçıldaşıb edirdilər. Özünü bəyənən, amma bir o qədərdə səmimi olan bir insan kimi adı dillərdən - dillərə gəzirdi. Hər bir qız ilə yaxşı yola gedib, dil taparaq özünü sevdirməyi bacarırdı. Onun deyimi, onun cazibə qüvvəsinə hec kimin dayana bilməmisi idi. Qapı döyüldükdən sonra sacın düzələdərək, içəri Ceyhun daxil oldu. Atasının sərt baxışları üstündə gəzərkən, gülümsəməyə çalışıb "Gecikdiyim üçün üzr istəyirəm"deyib düz mənim yanıma oturdu. İkimizdə bir birimizə dönüb baxdıq. Qısıq səsi ilə "Salam"dedi. Başımı aşağı yuxarı edib hec eşidə bilməyəcəyi səs tonunda "Sənədə Salam"dedim. Sonra Rasim bəy tərəfə döndük. Rasim bəy isə bizi niyə bura yığdığını açıqlayırdı.

"Demək, sizi bir qrup olaraq yaratdım. Məhşur yuyucu tozlardan biri, bizim şirkət ilə müqavilə bağlamaq istəyir. Məndə bu işin başında sizin olmağınızı istəyirəm. Elə etməlisizki ilk reklamı bəyənsinlər və o müqaviləni bizimlə imzalasınlar. Gözəl qızım sənin ilə Ceyhuna hər zamanki kimi videoqrafist işini həvalə edirəm. Bərabərsiz bu işdə"

Ceyhun ilə mən? Onunla bu vaxta qədər işləməmişdim... Necə bir işinin olduğunuda bilmirdim. Etiraz etməyə haqqım olmadığınıda bilirdim. Bir andaca çönüb ona baxdım mənə yaxın duraraq qulağıma "Nəhayət adını eşitdiyim gözəl ilə, bərabər bir işdə işləmək mənədə qismət oldu"deyə pıçıldadı.
İndidən mənə, gözəl deyib yanaşması, diqqətimdən qaçmamışdı. Onun kimi tipləri hec sevə bilmirdim. Nə qədər ürəyi yumşaq və səmimi olsalar belə. Rasim bəy digər qalan sözlərini bitirdikdən sonra hər kəs otaqdan çıxmağa başladı. Qapıdan çıxmamış, Ceyhun yanımda bitib "Adın Gözəl ididə hə sənin?"dedi.

"Bəli, Gözəldi Ceyhun bəy"dedim aramızdaki səmimiyyəti öldürməsi üçün.

"Səmimi olaq məncə, bəy nədi? O kəliməni hec sevmirəm mən"dedi.

"Yersiz səmiyyətidə, mən sevmirəm" dedim dik duruşumu hec pozmadan.

"Amma biz iş yoldaşıyıq, unutmamısansa" deyib məni susdurmağı bacardı.

Daha hec nə demədən otaqdan çıxıb, öz otağıma gəldim. İş yoldaşıymışıq... Sizə qəribə gəlməsin mən 3 ildi belə biri idim. İnsanlara qarşı soyuq və səmimiyyətsiz biri... Saysanız ətrafımda hec iki, üç dost tapa bilmərsiz. Gülümsəməyi unudan bir qadın düşünün... Yalnız qızı üçün ayaqda qalmağa çalışan, onun varlığı ilə nəfəs alıb öz həyatını hec'ə sayan bir insan idim mən. Dərin düşüncələrə daha çox dalmadan, işimin başına qoyuldum. Günorta olduqda, yemək üçün aşağı mərtəbəyə düşdüm. Gözüm yaxın tanışlarımı gəzərkən yanlarında boş yerin qalmadığını görüb, yeməyimi alaraq onların yanına gəlib "Mənə niyə yer saxlamamısız?"dedim bilərəkdən. Nüşabə isə mənə göz qaş edib dururdu. Çünki, alt mərtəbədə olan Xəyal ilə bir birlərindən xoşlanırdılar. Mənim yerimədə Xəyal oturmuşdu indi. Ondan cavabımı almadan ən küncdə olan masaya keçib yeməyimi yeməyə başladım. Telefonun ekranın yandırıb, ekranda olan qızımın şəkilinə baxdıqda, yanımda kiminsə varlığını görməyim ilə gözlərimi telefondan çəkib ona baxdım. Ceyhun, icazə belə almamış qarşıma keçib oturmuşdu. Gözü isə mənim telefonumda idi. Telefonuma baxdığını görüb, ekranı bağlayıb, ona baxdım.

"Qızının adı nədi?"

"Mələk"

"Angel"

"Angel deyil, Mələk!"

"Nə gözəl adı var, Angel"

"Ona Angel deməkdən əl çək. Əsəbləşirəm!"

"Əsəbləş, bu mənim xoşuma gedir"

Aramızda başa düşə bilmədiyim bu dialoq gedərkən, məni əsəb basmışdı, O isə gülürdü...
Qızımın olduğunu bilirdimi? Ya təxminmi etmişdi?

"İcazə almamış masama oturmağın hec düzgün olmadı. Ən azından, icazə almalı sonra oturmalı idin"dedim

"Stol boş olduğu üçün məndə oturdum. Dolu olsaydı, otura bilməzdim məncə"dedi

Düşüncəsi beyninə ağırlıq edirdi! Belə düşüncə hec yerdə ola bilməzdi...

"İşə nə vaxtdan başlayırıq?"dedim boş söhbətəri bir kənara atıb.

"Hələki bizlik nəsə yoxdu. Çəkliş olunmalıdı. O işədə Nüşabəgil baxır. Yəni, sevgilisindən vaxt edə bilsə işi görəcək"deyib gülümsədi.

"Sevgili deyillər..."dedim onu səhv çıxartmaq istəyib. O, isə arxaya dönüb gülüşən Nüşabəgilə baxaraq mənə dönüb dişinin dibində "Hələki..."dedi. Olacaqdılar...

Bu günüdə beləcə keçirtmişdim. Qızımı bağçadan alıb gələrək, tez bazar yemək hazırlamışdım. Yemək yedikdən sonra Mələk tv qarşısında cizgiyə baxırdı. Məndə eynəyimi taxaraq notebookda işlərimi tamamlayrdım. Yorulduğum üçün nootebooku bir kənara atıb, eynəyi gözümdən çıxardaraq gözlərimi sıxıb telefonumu əlimə aldım. İnstagrama girərkən, gözüm "İam.ceyhunn sizi takib etmeye başladı" yazısına sataşdı. Bu durduq yerə niyə mənə istək atmışdı? Onu boş verib drecetimə gələn bir tanış tərəfindən atılan paylaşıma baxırdımki, istək bir mesajının olduğunu gördüm. Mesaja baxdıqda, yazanın Ceyhun olduğunu görməyim sadecə saniyələrimi aldı. O oxuduğumu bilməyəcəkdi, deyə mesaja daxil oldum.

"Qızın gözəlliyini səndən alıb. Allah nəzərdən saxlasın"

Mesajı oxuyar oxumaz qızıma dönüb baxdım. Mənim kimi gözəl idi... Sonra təkrar mesaja dönüb mesajı sildim. Ona cavab verəcəyimi düşünürdüsə yanılırdı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 6027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri