Gülümsə Qadın (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 515
Səs ver:
(səs: 0)
Ceyhunun dilindən
Səhərin açılması ilə gözlərimi sabaha açdıqda, içimdə dün axşamdan qalan titrəmə hələdə qalmışdı. Gözəlin əlindən, belindən tutmaq içimdə kicik qıpırtıların yaranmasına səbəb olmuşdu. Hec bir qadında bu hissi, hiss etməmişdim...
Nəcə olurduda belə olurdum mən? Çox gözəl gülən bir qadın vardı. Amma bu qadının gözləri, kimisə köməyə çağırırdı. İşığı sönmüş mavi gözləri, qurumaqda olan bir dənizə bənzəyirdi. Hiss edirdim onda, O qadın olmamışdan əvvəl bir ana idi. Qızını hər seydən, hər kəsdən hətda özündən belə çox sevirdi. Sevməkdə haqqıda vardı...
Mələyi az müddətdi tanımağıma baxmayaraq, məndə onu çox sevmişdim. Həmdə bu vaxta qədər hec bir uşağa yaxın münasibət bəsəlməyən mən ona gəlincə, özümdən gedirdim. Onunla vaxt keçirtmək istəyirdim. Bu isə sadecə dünən üçün keçərli idi. Gözəlin, onunla görüşmək istəməyimə icazə verəcəyini düşünmürdüm. Biz yola gedə bilmirdik...
Yola getməyə çalışsamda, olmurdu bəzən. Hansı ara onları düşünər oldum bilmirdim. Bilməməyim ilədə geçikdiyimin fərqinə varıb çarpayımdan ayağa qalxdım. Maşınım dün gecə evə gəldikdə xarab olduğundan, işə Elton ilə gedəcəkdim. İş yerimdə, real həyatımda ən yaxın dostum O idi. İnsanın bir dostu olmasa hekayə getməz hə?
Evdən hazırlaşıb çıxdıqda, Eltonun maşınını görüb maşının qapısını açaraq maşına oturdum. Qardaş yana görüşdükdən sonra maşını işə saldı. Dünən Gözəl ilə restorana getdiyimi bilirdi. Onun üçün sözlü adama oxşayırdı. Dün haqqda soruşmaq istədiyini, güldüyündən başa düşürdüm.

"Gərək mən soruşam, de görüm axşamınız necə keçdi?"

"Nə maraqlı seysen səndə. Yemək yedik o qədər"

"Başqa nə oldu? Nöqtə vergülünə qədər danışırsan. Adamda dostundan gizlədər hec"

"Rəsq etdik Gözəl ilə"

"Ohaa Gözəl səninlə rəsq etməyə necə razı olub. Bu super xəbərdi dostum"

"Nəyi superdi? Sənə nə olub? Özünü elə aparırsanki sanki aramızda bir seylər olur. Biz Angelə görə yedik o yeməyidə. Həmdə mən o yeməyi Angeli görmək üçün istəmişdim"

"De görüm, onunla rəsq etdikdə nə hiss
keçirtdin?"

Eltonun bu sualı məni yenə dün axşama apardı. Ona içimin titrəməsini, necə deyim? Gülərdi, mənə...

"Hec nə, nə hissi keçirtməliyəmki... 2 dəqiqəlik bir sey idi"

"Onda Xəqanin qolundan tutmasıda, sənin üçün hec bir sey idi"

O tamam başqa bir sey idi. Xəqanin ona yaxın durmağını hec istəmirdim. Elton qısqandığımı deyirdi. Bəlkədə onu qısqanırdım bilmirdim. Amma tam olaraqda belə deyildi. Onu kiminsə narahat etməsini istəmirdim. Çoxda qısqanclıqla əlaqəsi yox idi.

"O mövzuya qayıtmayaq. Gözəlin şəxsi həyatına qarışmaq mənə yaraşmaz. Sən sual verincə maşınını sür"dedim

"Susdum Ceyhun. Ancaq unutma bu gün Xəqani sabah başqa birisi... Onun yanında adam gördükdə için içini yeməyə başlayacaqsa, türklər demiş keçmiş olsun dostum"dedi

Dediyinin nə məna verdiyini kəsb edərək, başımı maşının şüşəsinə söykəyib yolu seyr etdim. Düşünməyəcəkdim daha. Bunu bacarardım. Elədə çətin bir şey olmalı deyildi, birini düşünərkən düşünməməyə çalışmaq. Uzaq başı əvvəlki tək qısa 'Salam və sağ ol'larımız olardı. Beynimdə bunu düşünərkən, ürəyimədə hakim ola bilmirdim. Cibimdə olan telefonu çıxardıb glaryeyə daxil olaraq Qubada Angel ilə çəkdirdiyimiz şəkilə baxdım. Şəkilə baxmağım çox saniyə keçmədən, telefonun ekranını bağladım. Allaha xatir mən nə edirdim belə?

İşə çatmışdıq havanın tutqunluğu, sıxan canımı bir az sıxsada gülümsəməmi üzümdən əskik etmirdim. Öz otağımda oturmağa havam çatmadığı üçün otağımdan çıxdım. Gözəli görmək istəyirdim mən. Yuxarı mərtəbəyə çıxdıqda dostları ilə söhbətləşdiyini gördüm. Bir az üzsüz biri olub, yanlarına gedə bilərdim.
Yanlarına getdikdə, qızlar mənim fərqimə vardıqları üçün gülərək salam verdiklərində, Gözəlin arxası mən tərəfə olduğundan, çevrildi. Məndə onun arxasında olduğum üçün, çevrilərkən mənlə toqquşdu.
Mənə baxan gözlərini, aşağı endirərək yanımızdan ayrıldı. Mən onun üçün gəlmişdim. O isə getmişdi... Aşağa düşdüyünü gördükdə, məndə ardıyca düşdüm. 1 ci mərtəbəyə enməsinə sevinmişdim. Burda hər kəsin otağı olduğundan ortalıqda adam olmurdu. Dayandıqda məndə dayanıb "Hara qədər qaçacaqsan məndən?"dedim

"Səndən qaçdığım, yoxdu onu kim dedi?"

"Yalan deməyi belə bacarmırsan. Əgər dün axşam yaşananlar üçündüsə, mən olmamış kimi rəftar edərəm"

"Sənlə əlaqəsi yoxdu, Ceyhun. Mənim canım başqa seyə sıxılıb"

"Nəyə? Mənə deyə bilərsən"

"Danışılası bir mövzu deyil. Amma mən özümü daha çox gücsüz hiss edirəm. Ayaqda durmaq yorur məni. Kənardan baxanda, necə gözəl həyatımın olmasından danışır"

"Nə olduğun deyəcəksən mənə?"

"Hiss elə, Ceyhun... Mən yaxşı deyiləm"

Dilə gəlib danışması, qəlbimə bir ox kimi batmışdı. Yaxşı deyildi...
Səbəb nə olursa, olsun ona qulaq asmaq istəyirdim. Onu hiss etmək, onu başa düşmək istəyirdim. Orta yerdə danışmaq istəmədiyimiz üçün otağıma gəlmişdik. Çox düşüncəli görsənirdi. Beynin bir yerində, nəsə ilişib qalmışdı. Bunun keçmişi ilə əlaqədar olduğunu görürdüm...

"Dünən Mələk mənə dediki, ana mənim atam hardadı? Bunu soruşması, mənim içimi parçaladı. Hər seyə qarşı gücülü olan mən, buna qarşı çox zəif qaldım. Nə deyəcəyimi bilmədən yanından ayağa qalxdım. Qızım belədə xoşbəxtdi düşünərkən, o sual hər sey alt üst etdi"dedi.

Nə pis, yerdən sual vermişdi... O, körpənin bir ataya ehtiyyacı vardı. İnsan nece yaşında olursa olsun, hər zaman anasın və atasın axtarardı.

"Güclü görünürdün"dedim

"Başqa şansım yox idi"dedi

Bu geyimi geyinmək hecdə asand deyildi. Gözlərini məndən qaçırtdıqda, buna əmin oldum.

"Nə deyəcəksən ona bəs? Yaşı uşaq olsada, dünya görnüşünün böyük olduğunu bilirsən" dedim

Ah, necədə indi incimişdi Mələyim. Amma O, mənim Mələyim olsaydı, onu hec kim incidə bilməzdi.

"Qərarsızam. Ona nə deyib nə deməyəcəyimi bilmirəm. Bu məsələ bizi sonradan incitməsin deyə bir seylər tapıb fikirləşməliyəm mən" deyərək ayağa qalxdı. Getməyini istəmirdim... O isə qalmağa niyyətli deyildi...

"Sənində başını öz problemim ilə şişirtdim. Bağışla məni"

"Əksinə bir problemim olduğunda mənə gəlib deməyini istəyərəm. Biz yola getmək istəməsəkdə, çox gözəl yola gedə bilirik. Qəbul etsən, dostda ola bilərik"

"Mənə zaman versən, dost olmağımızı fikirləşə bilərəm"

"Zaman sənin... Mən gözləyəcəm"

Nəmlənmiş kipriklərini qırparaq, otağımdan çıxdı. O, otağımdan çıxdıqdan sonra bu otaq mənə dar gəlməyə başladı. Atama görünmədən şirkətdən çıxdım. Bir az hava almaq mənə yaxşı gələcəkdi.

Yolu getdikcə qarışma uşaq bağçası çıxdı. Çöldə oynayan uşaqları görüb, bağçanın bir az yanına yaxınlaşdım. Bu uşaqları görüncə, ağılıma Angel gəlmişdi... Mənim elə bir qızım olsaydı, onu hec vaxt tərk etməzdim...
Gözüm top oynayan uşaqları gördükdə, tanıdıq bir üzü görməyim ilə əmin olmaq üçün daha çox yaxınlaşdım. Angeli o uşaqların içində gördüyümdə, gülümsəməyə başladım. Bağçaya bura getdiyini bilmirdim. Uşaqların atdığı topun arxasıyca qaçanca məni gördü. Sevindiyini burdan görə bilirdim. Topu uşaqlara atıb, yanıma doğru gəldikdə məndə dəmir barmaqlılara daha çox yaxınlaşdım. Boyumuzun eyni olması üçün aşağı əylikdə, yanıma gəlib çatmışdı.

"Ceyhun nə yaxşı burdasan. Çox sevindim səni görməyimə"dedi.

Onu göydə axtararkən yerdə tapmışdım.

"Burdan keçirdim. Səni gördüm, deyə dayandım Angel"deyərək dəmir barmaqlar arasından hər iki əlindən tutub kicik əllərini öpməyə başladım.

"Səni çox istəyirəm mən"dedi

"Məndə səni çox istəyirəm, cücəm. Həmdə səndən daha çox"dedim

Mənim mələyim atasızdı, deyə incinməyəcəkdi daha. Buna icazə verməyəcəkdim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri