Yaz Əfsanəsi (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 5 411
Səs ver:
(səs: 0)
'Səni və maviliklərini' sözü beynimdə təkrarlanmağa başladı. Rauf məni istəyirdi? Ya bu söz onun üçün adi bir söz idi. "Mən getməliyəm daha"deyib təşfişlə ayağa qalxdım. Mənim ayağa qalxdığımı görən Raufda ayağa qalxıb qarşıma keçdi.

"Hey sakit ol bir az... Niyə qaçırsan məndən?"dedi.

Qaçırdım? Deyəsən elə idi... Amma qaçmayıb nə edə bilərdim? Mən bura gəlib, bu sözü eşidəcəyimə hazır deyildim... Özümü hec nəyə hazır etmirdim və hazırsız idim. Bir sey fikirləş Əfsanə!

"Mən səndən qaçıram? Qaçmıram... İndi yadıma düşdüki bir işim var"dedim bir cümlə qurub deməyə çalışaraq. Amma hər seyi bərabad etmişdim deyəsən.
"Bu yalana 5 yaşlı uşaq aldanar. Mən isə 5 yaşımda olmadığıma görə? Gəl otur" deyib əlimdən tutaraq məni divana yenidən əyləşdirdi. Özü isə qarşımda diz çökərək oturub "Bizə bir şans ver" dedi. Tanrım heycandan öləcəkdim indi! Bizə şans verim? Bizə? Mən qarşımda durmuş bu oğlanı sevirdim. Oda məni sevirdi? Düz anlayırdım mən? Boğazımı təmizləməyə çalışıb udqundum daha sonra özümü ələ alıb "Bizə şans ver deyərkən?"dedim özümü anlamamazlığa qoyaraq. Niyə özümü başa düşməməzliyə qoyduğum haqqda isə hec bir fikirə sahib deyildim...

"Mənə saf nörməsi oyunu oynamaqdan əl çək.Burda çətin bir sey yoxdu... Sənin o mavliklərini çox sevirəm mən... Tək mavliklərin deyil... Sənidə... Sənə aid olan hər seyidə... İcazə ver həyatına daxil olum və həyatında bir yerim olsun"

Eşq etirafı idi bu...? Məndə onun həyatına daxil olmaq istəyirdim... Məsələm, bazar günləri Selcanla nə etdiyi mənə maraqlı idi... Məndə onların o həyatlarına daxil olub onların bir parçası olmaq istəyirdim... Elə isə gözlədiyim nə idi? Dediyi kimi niyə saf nömrəsi oynayırdım? Mən bu vaxta qədər sevgilim bir sevdiyimdə olmayıb... Üstümdə hiss etdiyim ağırlıq bunun qorxaqlığı idi? Ya bir gün onu üzərdimsə? Ya həyatımız istədiyimiz kimi getməzdisə... "Raauf.."deyib qaldım... Bir şey deyə bilmədim...

"Əfsanə, qorxma məndən... Qorxma hisslərindən... Sənində məni sevdiyini görürəm. Və mən səni sevirəm... Bəlkədə, bu gün bunu burda deməyim düzgün olmadı... Amma daha çox içimdə tuta bilməzdim... Məndə bu işləri çox yaxşı bilmirəm. Amma səninlə yaşaya-yaşaya hər seyi birlikdə öyrənəcəyik... Bizi bu sevgidən məhrum etmə"dedi bir seyləri düzəltməyə çalışaraq. Rauf çabalayırdı... Mən isə sakit dayanmışdım... Onu nə maviliklərimdən nə də sevgimdən məhrum etməyəcəkdim. Ən əsası Selcan üçündə ona şans verəcəkdim.
Onun qəlbi bizi incitməzdi... Onun qəlbi bizə sahib çıxardı... Mənədə, bu sevgiyə şans vermək düşürdü...

"Rauf məndə... məndə səni sevirəm"dedim səsimin ən yavaş tonunda. Hec öz dediyimi özümdə eşidə bilməmişdim! Amma neynəyim utanırdım... Raufa gözlərimi qısaraq baxdıqda gülümsədiyini gördü.

"Bir az daha möhkəm de qulağım eşitmədi"dedi.

Həqiqətən eşitməmişdi? Ya bilə-bilə dedi belə? Yenidən utana-utana "Məndə.. Səni sevirəmm"dedim. İnşAllah bu dəfə eşidərdi! Üzündə böyük bir gülümsəmə yaranarkən "Eşitmədim, bir daha yüksəkdən de" dedi. Anladım! Bilərəkdən edirdi! Çoxbilmiş artist oğlan! Bu dəfə səsimin tonun qaldıraraq tək-tək "Məndə! Səniii! Sevirəm!"dedim. Ohh dünya varmış! Bu dəfə üzündə hec bir gülümsəmə olmadı... Əlləri əllərimi tutdu...

"Əllərin çox balaca imiş..."dedi daha sonra əllərimə baxıb kicik təbəssüm edərək. Biz sevdiyimizi deyirik bu bəyə! Bu bəy isə əllərimin balaca olduğunu deyir! Düz idi əslində... Böyük əllərinin arasında mənim balaca əllərim itmişdi! Üzünə əsəblə baxdım. O isə gözlərini əllərimdın çəkib mənə baxdı.

"Bu balaca əllərədə, Selcanın əlləri kimi bir ömür sahib çıxacam ..."dedi

Amma yaa sən nə şirinsən belə! Əlləri əllərimdə qalaraq məni ayağa qaldırdı. Daha sonra bir əlini əlimdən çəkib belimdən sardı məni... Uzun uzun baxdı... Bu baxışa bir ömür verilər...

"İçimdən bilirsən nə keçir?"

Ona bilmədiyim gözlər ilə baxdım... Mən hardan bilə bilərdim axı...

"Kipriklərini saymaq və onları öpmək.."dedi narin səs tonunda
Bu dəqiqə son sözünün gözəlliyinə ürəyim dayana bilərdi. Vicdanısızın niyyəti məni öldürmək idi deyəsən. Gözləri yalnız gözlərimdə gəzirdi. Hey bir dəqiqə! Kipriklərimi saymağa başlamamışdı yəqin! Özü kimi sevməsidə çox dəyişik idi... O çox gözəl sevib, çox gözəl cümlələr deyirdi... Amma ya mən? "Mən sənin kimi cümlələr qura bilmərəm... Amma səni çox sevə bilərəm..."dedim. Ən düzgün cümlə qurmuşdum...

"Cümlələrinə ehtiyyac yoxdu. Mavliklərin hər seyi izah edir sevgilim" dedi.

Nə sevgilim? Biz sevgili olduq indi? Yəni mənim həyatımda bir sevgilim vardı daha?

"Biz sevgiliyik artıq?"dedim tam əmin olmağa çalışaraq. Gözlərini qırpıb açaraq "Sevgiliyik"dedi və dodaqlarını alıma gətirərək kicik bir öpüş qondurdu. Amma geri çəkmədi... Dodaqları hələdə alnımda idi... Sizə necə başa salım indi nə hiss etdiklərimi? Ürəyimmi desəm, mədəmmi desəm bilmirəm amma sanki onların üstündə nəsə gəzirmiş kimi gəlir indi mənə... Niyə dodaqların alnımdan çəkmir? Dodaqlarını yenidən alıma basdırıb "Sevgilim... Cücə qızım..."dedi gülümsəyərək.
Selcan kimi mənidə əzizləyirdi? Bu dəfə cücə deməsinə əsəbləşmədim... Əksinə, xoşum gəldi... Oda artist oğlan idi... Yaxşki, o gün məni o hovuza atmışdı... Daha sonra mənə möhkəmcə sarıldı... Məndə ona sarıldım... Sarılmaq kimi möhtşəm nəsə kəşf edilib bu vaxta qədər? Onunla bir az daha söhbət etdikdən sonra evə getmək üçün ayağa qalxmışdım. Selcan yalnız olduğundan evə özüm getməli idim. Ürəyi nə qədər narahat olsada onu yola gətirə bilmişdim. İndi isə evdən çıxmış öz evimin yoluna tərəf irəlləməyə başlamışdım. Özümün iş gərəyimdən, gecələr gəzməkdən qorxmurdum... Öyrəşmişdim... Mənim bu gündən bir sevgilim vardı... Onu hec vaxt buraxmayacaqdım... Onsuz sonumun olmasını istəmirdim. Onu düşünərkən üzümdə gülümsəmələr yaranmağa başlayırdı... Sevgiyə bu da daxil idi... Evə gəlib çatdıqda evdəkilərin gözünə görsənmədən öz otağıma çıxdım. Yatacağıma uzanıb uzun bir aradan sonra rahat yuxu yatmağa çalışdım. Sabah yeni həyatımın ilk başlanğıcı olacaqdı. Səhər açıldıqda dün gecə ağlıma gəlmişdi və böyük sevinclə ayağa qalxdım. Raufdan bir mesaj gəlmişdi

"Sabahın xeir sevgillərin ən gözəli.
Səni çox sevirəm. Sən mənim mavi dünyamsan"

Mesajı oxuyar oxumaz üzümə təbəssüm gəldi. Məndə ona yazmağa başladım.

"Sənində sabahın xeir sevgilim :) Hələdə inana bilmirəm sözün düzü..." yazaraq göndərdim. Sonra güzgü qarşısına keçib özümə nəzər saldıqda, öz gözümdə gözəl görsəndiyimin fərqinə vardım. Ya sevgi məni gözəlləşdirmişdi? Gözlərim biləyimə endikdə boş olduğunu gördüm... Bilərzik qolumda yox idi! Aman Allahım! Bu necə olmuşdu?! Yatacağımı qarışdırmağa başladım amma tapa bilmədim... Gözlərim dolmağa başladı... Rauf üçün dəyərli olan bir seyi necə itirmişdim? Son ümüd iş yerinə gedib baxmaq idi. İş yerinə gəlib axtarışa çıxdım. Hec yerdə yox idi! Balaca uşaqlar kimi oturub ağlamaq istəyirdim indi! Bir bilərziyə belə sahib çıxa bilməyən mən bu sevgiyə necə sahib çıxacaqdım?! Onun üçün o bilərzik çox qiymətli idi.. Bütün günü bunu düşünüb işlərimi həll edərkən hava qaralmışdı artıq. Günorta Rauf mesaj yazmışdiki iş çıxışı səni alacam. İndi onun üzünə necə baxacam? Özümü günhkar hiss edirdim... Raufun maşınını gördükdə o tərəfə irəllədim. Oda maşından aşağı endi o an. Üzümə kicik bir öpüş qondurub "Nəhayət səni canlı görə bildim bu gün"dedi. Ona süni bir şəkildə təbəssüm etdim. Çünki, hec güləcək halda deyildim...
Maşının qapısını açdı. Gərgin bir halda maşına mindim mindim. Maşını işə salmışdı artıq. Mən isə bilərziyi düşünürdüm... Ona baxmasamda gözlərinin məndə olduğunu anlaya bilirdim...

"Əfsanə, bu gün çox durğunsan nəsə olub?"dedi.

Üzümü ona döndərdim... Düzün deməli idim ona...

"Sey... Mən sənə bir sey demek istəyirəm... Amma ilk öncə... İndidən bağışla məni... " dedim böyük bir utancla... Yer yarılsaydıda içinə girsəydim indi...

"Qorxutma məni nəsə olub sənə?"dedi təşvişlə...

"Məənn... mənnn bilərziyi itirmişəm"dedim əlimi üzümə tutub özümü ondan gizlətməyə çalışaraq. Ondan bir cavab gəlmədi... Əsəbləşmişdi mənə...? Haqqı var idi... Məndə olsaydım əsəbləşərdim. Mən bunları düşünərkən əllərimin üstündə hiss etdiyim əllər ilə gözlərimi açıb ona baxdım. "Əfsanə... özünü məndən gizlətmə"dedi və əllərin əllərimdən çəkdi. Əlini cibinə atıb bilərziyi çıxardıb mənə göstərdi. İnana bilmirdim bilərzik onda idi?

"Divanın altına düşübmüş ... Selcan tapıb... Düzdü bu mənim üçün çox dəyərlidi amma sən ondan daha dəyirləsən"dedi üzümü ovuc içinə alaraq

Bölüm sonu...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri