Yeraltı Bənövşə (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 334
Səs ver:
(səs: 0)
Çöldə yaz yağışı yağırdı. Məndə öz otağımın pəncərəsindən çölü seyr edirdim. Bu gün az qalsın maşın məni vuracaqdı... Yunis adında olan oğlan məni xilas etmişdi. Mən isə 'çox sağ ol' deyib söhbəti pis yerdə sona çatdırmışdım. Niyə belə bir sey etmişdim bilmirdim. Dəyişkən xasiyyətdə biri olduğumu bilirdim. Ancaq bu qədər dəyişkənlikdə mənə çox idi. Yağan yağışı seyr etməyi kəsib, gecə paltarımı geyinərək çarpayıma uzandım. Yatmaq lazım idi mənə. Səhər açıldıqda, başımın çarəsinə baxacaqdım.

***

Günə yenə eyni şəkildə başlamışdım. Səhər evdən çıxıb uniyə gəlmişdim. Görəsən bu gün başıma nə gələcəkdi? Ah, daha doğrusu başıma hansı bəlanı gətirəcəkdim...
Sinif otağına daxil olduqda, Fəridəni ortalıqda görə bilmədim. Tez gəlməsi üçün içimdən dua etdim. O bir az daha gec gəlsəydi, Araz mənim yanıma oturacaqdı! Arazı sinifə daxil olan gördükdə, başımı tez aşağı salıb çantamın içində olan dəfər və qələmimi çıxartdım. O isə çoxdan yanıma gəlmişdi. Hər səhər eynimi olacaqdı?! Hər səhər yanıma gəlib sevgi etirafını edərək gedəcəkdimi?! Çox sıxılmışdım bu vəziyyətdən. İcazə almadan yanıma keçib oturduqda "Ayağa qalx! Oranın sahibi var. İndi gələcək"dedim

"Sahibi gələndə ayağa qalxacam. Yanına oturmaq keçdi ürəyimdən"

"Ürəyine de, lazımsız seylər keçirtməsin içindən"

"Mən hər səhər sənin yanına gəlib, səni sevdiyimi demədən bezməyəcəm. Bu belədə davam edəcək"

"Artıq sənin sözlərini ciddiyə almıram"

"Ciddiyə almalısan məncə. Bir gün inanıram mənim üçündə günəş doğacaq. Mənim bənövşəyim..."

Son bənövşə vurğusu məni özümdən çıxartdı. Bu qədəridə çox idi! İstəmirəm dedikcə, üstümə gəlməyi xəstəlik idi

"Yanımdan ayağa qalx!"deyə səsimi ona qarşı yüksəltdikdə ayağa qalxıb "Yerin sahibidə gəldi"dedi. Oh, çox şükür Fəridə gəlib çıxa bilmişdi

"Hardaydın?!"

"Bağışla bir az gecikdim... Bu xəstə yenə əsəbini pozacaq bir sey dedi?"

"Off... Sən məni bağışla... Bir az sərt çıxış elədim. Səbrim qalmayıb amma"

"Sənə bir sevgili tapmalıyıq. Sənə sevgili tapsaa səndən əl çəkəcək"

"Fəridəəə bu nə fikirdi? Mənə elə oyunlar lazım deyil. Yetəri qədər həyat mənə öz oyunun oynayır" deyib Fəridəni keçişdirməyə çalışdım. Sevgili falan hec istəmirdim...

Dərs çıxışı Fəridə ilə sağollaşıb evə gəldim. Bu gün kurs yox idi. Buna azda olsa içimdən sevinmişdim. O, oğlanı gördüyümdə ona nə deyəcəyimi bilmirdim. Başlanğıc pis başlamışdı...

Evdə də sakitcilik höküm sürürdü. Bu mənim canımı sıxırdı. Otağımda olan taxta löhvənin qarşısına keçib yuxumda gördüyüm oğlanın, şəkilini çəkdiyim rəsmə baxırdım... Onu bitirməyimə çox az qalmışdı. Yuxumda gördüyüm O oğlan ilə hardada qarşılaşacaqdım görəsən? Ya yuxu olaraq qalacaqdı elə?
Rəsmi eləcə baxarkən, telefonuma zəng gəldi. Cibimdə olan telefona baxdıqda Leylanın zəng etdiyini gördü. Leyla ilə 7 ci sinifdən bu yana dost idik. İki ən yaxın dostlarımdan biri idi. Zəngi açıb danışmağa başladıqda, görüşmək istədiyini bildirdi. Mənimdə ürəyim evdə sıxıldığından məmnuniyyətlə qəbul etdim. Bu hava üçün dənizkənarı parkı seçdiyi üçün, gec olmadan hazırlaşaraq evdən çıxdım. Yaz aylarının ortalarında azda olsa bir xeyli insan olacaqdı orda. Dənizi sevmirəm desəm, məndən inciməzsizki? Çünki, dənizdənsə göyüzü mənim üçün daha səmimidi. Səmimlik mənim baş tacımdı

Parka gəldikdə gözüm Leylanı axtarırdı. 1 həftədən çox idi görüşmürdük. Dəli qızım üçün çox darıxmışdım. Dənizkənarında olan daşlıqlarda ara sıra insanlar oturmuşdu. Çox insan toplaşmayan yeri istədiyim üçün, bir az daha irəli getdim. İnsanları geridə qoyduğumu sevinərkən, qarşıdan gələn üzü tanıdıq bir oğlanı gördüm. Yunis idi bu... Belə təsadüfləri sevməzdim. Ya da təsadüf deyildi... Bakıda ən çox tanınıb, bilinən yer bura idi... Hər kəs bura gələrdi...

Məni gördükdə ayaq saxladı. Bir - birimizə heyrət dolu baxışlar ilə baxmağa başladıq
"Dünya çox balaca yerdi, bizi təkrar qarşılaşdırdı" deyib artistlik etməyə çalışdı. Onun artist havasını mən söndürərdim!

"Dünya balaca yer deyil, Bakı balacadı. Və də biz kursda da onsuzda yenidən qarşılaşacaqdıq!"

"Görürəm dünənki aqrissivliyiniz hələdə üstünüzdə qalıb, xanım qız"

"Xanım qız, deməkdən əl çəkə bilərsən?!"

"Bu tərzdə mənimlə danışmağa davam etsən, çəkməyəcəm. Diqqət etsən mən 'siz' ilə danışırdım sən isə 'sənə' keçdin"

"Bu qarşılaşmanı saymayaq onda. Hər kəs öz yoluna getsin Bəy oğlan!"

Ohh be! 'Bəy oğlan' kəliməsi yaxşıki ağılıma gəlmişdi. Mən tam ciddiyətim ilə dayanmışkən, Yunis gülməyə başladı. Bəy oğlana güldüyü dəqiq idi!

"Çox gülməlidi?!"dedim

"Bəy oğlan o qədərdə pis deyildi"deyib gülüşünü saxlamağa çalışdı

"Sən mənə xanım qız dedikcə, məndə sənə bəy oğlan deyəcəm. Bundan sonrası öz işindi"

"Olmazki biz birimizə hec nə deməyək? Danışmağa məcbur deyilik"

"Bu da olar... Sən sağ, mən salamat!"deyib yanından keçdim. İkinci addımı atdıqda, daşın üstünə oturub ayaqllarımı salladım. Leyla hardaydın sən?! Bu gün hər ikisinində gec qaldığı tutmuşdu. Arxamda hələdə olub olmamasına baxmamaq üçün özümü güclə tutub saxlamışdım. Leylaya zəng etdikdə zəngi məşğula atmışdı. Harda olsa, gələcəyinin xəbərçisidi idi bu əlamət. Havada azda olsa qaralama başlamışdı. Mən isə hələdə tək idim...
Dəqiqələr sonra yanıma məndən bir az aralı iki oğlan gəlib oturdu. Onlara tərəf baxmamağa çalışıb, üzümü sol tərəfə çevirdim. Tək qız oturub burda, məndən az məsafədə aralı oturaraq yanıma oturmaqları niyə?! Narahat olduğumu bildirmək üçün, çantamı əlimdə tutub sıxmağa başladım. Gözləri üstümdə idi... Yerimi dəyişmək ağılıma gəlmişdiki, baş ucumda kölgə hiss etdim. Çevrilib baxdıqda Yunisi gördüm. Oğlanlar olan yandan mənim tərəfə oturub "Bağışla sevgilim gec qaldım"dedi. Sevgilim deməsinə ehtiyyac yox idi. Oturması bəs idi...

"Bağışladım sevgilim... Bir daha gec qalmaq olmasın amma"dedim səs tonumu qaldıraraq.
Həmin iki oğlan qalxmağa başladılar. Niyyətlərinin pis olduğunun, sübutu...
Onlar gedər gedməz, Yunisə döndüm. Bir təşəkkürü burda haqq etmişdi

"Təşəkkür edirəm, bəy oğlan"dedim

"Təşəkkürünü qəbul edirəm, xanım qız"dedi

Necədə möhtəşəm dialoq!

"Sən tək gəlmisən bura?"dedikdə əlimdə olan telefonun yanıb sönən ekran işığına baxdım.
'Tək deyiləm, dostum gələcək' demək istəsəmdə ekranda Leylanın "Zeyno mən gəlib yarı yoldan qayıtmalı oldum. Atamın təyziqi qalxıb"mesajını oxudum. Telefonun ekranını olduğu kimk Yunisə göstərdim. Yunis mesajı oxuduqdan sonra Leylaya "Atan necədi canım?"yazaraq göndərdim.

"Sənin dostların varsa yanlarına gedə bilərsən. Mən başımın çarəsinə baxaram"

"Bir - iki dostum vardı. Amma bir xanımı burda tək qoyub gedə bilmərəm"

"Düşüncəli insan imişsən"

"Düşüncəli olmasam səni ikinci dəfə xilas etməzdim"

"Həmdə alimcə çıxışların var"

"Alimcə çıxışlarım olmasa, səni susdura bilməzdim"

"Birdə çox danışansan!"

"Çox danışmasam, fikirimi çatdıra bilmərəm"

"Off! Bəsdi! Beynim yandı mənim"

"Hər halda məcazi mənada dedin"

"Yox həqiq mənadadı! Görmürsən başımdan tüstü çıxdığını?!"

"Aqrissivləşdin yene"deyib azca təbəssüm etdi.
Aqrisiv biri olmağım, mənim günahım deyildi. Mən tez əsəbləşirdim. Əsəbimdə tez soyuyub keçərdi. Ürəyim yumşaq idi. Kinim yox idi... Nə idimsə, O idim mən...

"Arada məndə olur. Həyat üstümə - üstümə çox gəlir"

"Nə yaşamısan?"

"Nə mənada?"

"Yəni həyat sənə nə zərəbə vurubki, sən həyatı günahlandırırsan"

"Say - say bitməz"

"Misal ver"

"Qrup yoldaşım var. 3 ildi məni sevdiyini düşünür. Amma onunki sevgi deyil manyaklıqdı. Bu məni çox yorur"

"Başqa?"

"Bu bəs deyil?"

"Düzdü insanı yorur belə seylər. Amma həyatı günahlandıra bilməzsən. Sevdiyin insanlar sağdısa, hər gün onları qucaqlayıb, öpə bilirsənsə sən şanslısan deməkdi"

Dayandım... Bunları hər gün düşünürdüm. Özümü şanslıda hesab edirdim... Amma bəzən gücüm çatmırdı yaşadıqlarıma

"Dediklərini edirəm mən. Yenədə alınmır" dedim

"Amma mən sənin dediklərini edə bilmirəm... Şanslı olmağının qədrini bil" dedi

Yaxınlarınmı itirmişdi?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 334
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri