Yeraltı Bənövşə (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 5 623
Səs ver:
(səs: 0)
Məni maşınına mindirib yola düşdükdə, ona baxmağa davam etdim. O qədər əsəbi görsənirdiki, ona bir söz deməyə çəkinirdim. Gözünü dümdüz yola zilləmişdi. Bu qədər niyə əsəbləşmişdi? Yalançı sevgillik üçün çox deyildmi, məni belə qoruması?

"Ülvii sən yaxşı görsənmirsən" deyib söhbəti açmağa çalışdım. Ancaq bir qramda olsun diqqətin öz üstümə çəkə bilmədim
"Ülvi mənə bir cavab verəcəksən?"dediyimdə maşının sürətini azaltmağa başladı. Gözlərini yoldan hec çəkmədən "O oğladan təcili uzaq durmalısan. Uzatmadan bu məsələni valideyinlərinə de. Ya da səni qorumağıma icazə ver"dedi. Beynindən nə senari keçirdi?!

"Belə düşünmənə nə səbəb nə oldu?"dedim

Yola baxan gözlərini saniyələr sonra mənə döndərib "Çünki sənin görə bilmədiyini mən O oğlanın üzündə gördüm! Yalançı sevgiliyimiz bir müddətliyinə uzansa yaxşıdı"dedi

"Beynindən keçən senariləri sil at! Mən sənin başına bəla açmaq istəmirəm bu işlə. Səndə bu gün dayın oğlu ilə məni tanış et bitsin!"

"Safsan... Çox safsan... Saf olma... Gözünü dörd aç ətrafına yaxşı bax! Dediklərimidə ciddiyə al. Səndən xahis edirəm"

"Səni necə vaxtdı tanıyıram mən? Sənin sözünlə niyə oturub durmalıyam? Maşınını sür. Mənim həyatımada qarışma"

"Həyatına qarışmıram sənin. Başına gələcək olan seylərdən səni xilas etmək istəyirəm. Sən isə məni başa düşmək istəmirsən. Bir başa düşsən mənim nə demək istədiyimi"

"Başa düşürəm sənin nə demək istədiyini. Onun mənim üstümdə gözü var bilirəm... Amma mən nə edə bilərəm? Uzaq dur dedikcə mənə daha çox yaxın durur"

"Zeynəb səndən tək istəyim bu yalançı sevgililiyi bir az daha uzatmağındı. Gedib gəlsəm, məni daha çox görsə çəkinib səndən əl çəkər. Yoxsa başqa cürəsi alınası iş deyil"

Mənə ilk dəfə idi Zeynəb deyirdi. İş nə qədər ciddi idisə Zeyno deyə hec səslənməmişdi

"Məni belə qorumaq səbəbin nədi?"dediyimdə maşını saxladı. Səbəbsiz yerə məni qoruya bilməzdi...

"Məni egoist, özünü bəyənmiş kimi görürə bilərsən. Hətda elə bir insanam mən. Amma bu mövzuda qadınlar mənim ən həssas yerimdi... Bunu bilməyin yetərlidi. Gerisini bilmənə ehtiyyac yoxdu" deyibdə maşını təkrar işə saldı. Məndə susdum... Ağılımı qarışdırasada, bir sey soruşa bilmədim. Yunis kimi Ülvidə də belə seylər baş vermişdisə, mən bunu daha çox qaldıra bilməzdim. Gücüm çatmazdı...
Hər kəsin gücsüzəm dediyi anlar olur. Məndə də baş verirdi. Yol boyu aramızda olan səssizlik davam etmişdi. Onu həyatıma salmışdım. Hər istədiyimdə də çıxarda bilməyəcəyimi indi başa düşmüş oldum. Çətinə düşüb, başqasına sarılarkən bunu bilməli idim mən. Onu ilk gördüyüm, marketin yanında maşınını saxlayıb "Mən bacım uşağı üçün, şokalad alacam. İstəyirsənsə sənədə alım?"dedi. Şokaladı kim istəməz? Uşaqyana sevincimə mane ola bilmədən "Al... Mənə yaxşı gələcək şokalad" dedim. Gülümsəmək istəsədə, gülüşünü üzündə gizlətməyə çalışıb "Süd? Süd də alım yanına?"dedi. Birinci şokalad, sonrada süd... Qızların ruhunu gözəl bilirdi... Başımı aşağı yuxarı edib "Südə yox demərəm. Onuda sevirəm"dedim. Maşından aşağı düşüb, marketə doğru irəlləməyə başladı. Yuxumda gördüyüm oğlanın, yaxşı tərəfləridə var imiş demək. Bunu şokalad və süd alacağı üçün düşünmədim... Bunu bir insanın ruhunu başa düşdüyü, üçün düşündüm...

Dəqiqələr sonra marketdən çıxıb maşına mindi. Əlində tutduğu bir paketi mənə uzadıb "Bu sənindi"dedi. Paketi əlindən aldığımda, əlində olan digər pakatləri arxa oturacağa yerləşdirdi. Yarı göz ilə paketə baxdığımda, çoxlu şokaladların olduğunu gördüm. Bir ordu adam doyardı bununla. Yanında kicik süd paçkalarına gördükdə, gülümsəmədən dayana bilmədim

"Bir ordu adam doyar bununla... Təşəkkür edirəm"

"Sən bir ordu adama bəs deyilmisən? Söz atmaqların ilə adamı susdurursan"

"Xasiyyətim belədi. Dəyişilə bilmərəm mən"

"Belə qal həmişə"

"Necə?"

"Şokalad və südü sev. Yerini başqa seylər əvəz etməsin"

"Dərin mənaya sahib olan bir cümlə qurdun. Səndən hec gözləməzdim mənim yalançı sevgilim"

"Mənim yalancı sevgilim..."deyə məni təkrarlayıb maşını işə saldı. Dəqiqələr sonra evimdə olacaqdım. Ondan uzaqlaşaraq....

Evə gəlib yemək yemədən şokaladlarımı yeməyə başladım. Şokaladlarımı yeyərkən düşündüyüm tək sey valideyinlərimə Arazı deyib deməməyim oldu... Ülvi düz deyirdimi? Arazın niyyəti fərqli idimi? Bu fikir ürəyimə bir qurd salmışdı...
Yalanda da olsa məni bu gün ondan qoruyub, sahiblənəcəyi üçün ona borclu olacaqdım. Yalanın ömrü 40 gün çəksədə...
Telefonumu əlimə aldığımda Ülvidən bir mesaj gəldiyini gördüm

"Evdən icazə ala bilərsənsə, dayım oğlu ilə bu gün tanış edərdim səni. Səni görmək üçün səbirsizlənir. Alınmasa, sabah üçün bir sey fikirləşə bilərik"

Egosit dediyim oğlan, insanı başa düşürdü. Bunun özü fəlakətin xəbərçisi deyildimi?

"Görüş yeri hara olacaq?"yazaraq göndərdim.

Evdən çıxmağım elədə problemli iş deyildi. Tələbə olduğumdan, mənə qarışmazdılar. Qrup yoldaşlarım ilə görüşdüyümü hesab edərdilər.
"Bir restorana gedə bilərik. Sənə uyğundusa"
deyə mesaj gəldi onda. Restoran olmazdı. Göstərişli geyinərək evdən çıxa bilməzdim mən. Normal gedə biləcəyim yer olmalı idi.

"Restoranın yerinə kafe ola bilər? Mənim geyim işim problem olacaqda... Həmdə çox oturmayaq. Bir çay içib qalxarıq"

Yazdığım mesaja saniyələr sonra "Sən necə istəyirsənsə... Saat 20:00 hazır olarsan"cavabı gəldi. Ah yuxumda gördüyüm oğlan, sən mənim qismətim olmaq yolunda irəlləyirdinmi?

Hazırlaşıb evdən çıxaraq, aşağı düşdüm. Ülvi maşını binadan aralı yerdə saxlamışdı. Maşını gördüyümdə, ora tərəf irəllədim. Maşına söykənib məni gözləyirdi. Gəldiyimi gördüyündə maşının qapısını açdı. Sonra özüdə qarşıya minib maşını sildi. Bir az həycan vardı içimdə. Dayısı oğlu ilə görüşəcəkdik... Bir birimizdə hec tanımırdıq. Nə sevirdik, sevmirdik bilmirdim... Bəlkə nəsə soruşacaqdı?

"Ülvi biz bir birimiz haqqında hec nə bilmirik. Sən nə işində işləyirsən onu belə bilmirəm"

"Mən modellik edirəm. Bu yaraşıqlı görüntüm ilə başqa nə işlə məşğul ola bilərəm?"

"Egon batsın sənin! Az təriflə özünü!"

"Qəbul et ki, mən yaraşıqlıyam"

"Ülviii!"

"Yaxşı sən de görüm. Nəyliyi oxuyursan sən?"

"Psixoloqluğu oxuyuram"

"Unini bitirəndə nə olacaqsan?"

"Psixoloq olacam! Nə olmalıyamki?!"

"Dəli həkimi olmayacaqsan?"

"Səndə elə düşünənlərdənsən?! Off! Maşını sür sən Allah!"

"Başqa nə işlə məşğulsan?"

"Rəssamlıq kursuna gedirəm"

"Bitirib nə olacaqsan?"

"Qələm! Razı qaldın?"

"Tez özündən çıxırsan. Sənin haqqında öyrəndiyim ən əsas sey"

"Dayın oğluna nə deyəcəksən? Biz harda tanış olmuşuq?"

"Sən mənə instagramdan yazmısan. Bizdə elə tanış olmuşuq. Fanatım olmusan mənim"

"Kimm mənnn?"

"Yox nənəm"

"Mənim sənə sözüm yoxdu!"

Bir fanatı olmadığım qalmışdı, bay egosit bəyimizin!

Görüşəcəyimiz kafeyə gəlib çatmışdıq. İçimdəki həycanı hələdə kənara ata bilmirdim. Altı üstü bir günlük görüş idi. Dayısı oğlunu sonra harda görəcəkdim mən... Kafenin qapısına çatdıqda, Ülvi adımını saxlayıb mənə baxdı

"Dayım oğlunu inandırmalıyıq ki biz həqiqətən sevgiliyik. Onun üçün mənə içərdə soyuq davranma yaxşı? Bir saatlığına idarə et" dedi

"Yaxşı Ülvi... Sən məni xilas etdin, məndə səni edəcəm" dedim

Sözümün ardından kafeyə giriş etdik. Kafeyə giriş edər edməz gözüm kafeni gəzməyə başladı. Pəncərənin ən künc tərəfində oturan Yunisi gördü gözüm. Oda diqqətlə mənə baxdığında donub qaldım yerimdə. Sən məni belə təsadüflər ilə niyə sınağa çəkirsən Tanrım?!

Ülvinin o tərəfə getdiyini gördükdə, dilim damağım qurudu... Yox daha nələr... O olmasın... Gözlərimi yumduğumda Ülvi "Sevgilim orda niyə dayanmısan"dedi. Gözümü açıb ona baxdığımda, onu Yunisin yanında gördüm.... Yerin dibinə hardan girilirdi?!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 623
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri