Yeraltı Bənövşə (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 067
Səs ver:
(səs: 2)
Yumru olan masa arxasında üçümüz oturmuşduq. Bildiyiniz Yunis Ülvinin dayısı oğlu çıxmışdı! Ağılıma gələn ilk sey burdan qaçıb getmək olmuşdu. Amma Ülvini üz üstü qoyub gedə bilmədim...
Yunis məni gördükdə lal olmuşa dönmüşdü. Mənimdə ondan geri qalan yanım olmadı təbi. Ülvi bizi tanış etdikdə, biz bir birimizi tanıdığımızı dedik. Ah bilsəydi bu tanışlığını onu ələ verdiyini. Ülvi "Demək siz indi rəsm kursundan tanış çıxdız?"dediyində mülayim davranmağa çalışıb "Həə sevgilim... Yunis ilə ordan tanış olmuşuq"dedim. Yunis oturduğu stola rahatlığı ilə yaslanıb "Bu qədər təsadüf ancaq filmlərdə olardı. Bizimki filmləridə keçdi... Ülvi sən Zeynəbi necə sevdin?"dedi
Ülvi buna nə cavab verəcəkdin? Hər seyin yalan olması, ilk dəqiqədən ortaya çıxmasa yaxşı idi. Ülvi stolun üstünə olan əlimin üstünə, əlini qoyub, əlimdən tutdu. Başqa vaxt olsa bu əli çəkərdim. İndi isə məcburiyyətdən bu əli çəkə bilmədim!

"Zeynəbin mavi gözlərini görər görməz ona vuruldum mən. Saclarından gələn xoş ətiri insanı təsir altına saldı. Necə deyərlər, küləklər qoxusunu burnuma gətirdi... Dənizi hər gördüyümdə, onu xatırladım. Sonda qəbullandımki mən onu sevirəm"

Bu qədər gözəl nağıl danışmaq qabiliyyətinin olduğunu bilmirdim. Bir sözlə möhtəşəm!

"Zeynəb Ülvidən mən hec bəhs etməmişdin. Hansı ara onu sevib, sevgili oldunuz siz?"

Yunisdə möhtəşəm suallarından geri qalmırdı!
Bir nəfəs aldırmırdı insana!

"Ülvini gizli saxlamağa çalışırdım. Modeldi deyə sənətinə zərər gəlməsini istəmədim. Bu gün bura bizdən danışmağa gəlmişik? Səndə özündən danış"deyib sünicə gülümsəməyə davam etdim. O qədər süni şəkildə gülməyə davam edirdimki, üzüm ilə çənəm ağrımağa başlamışdı! Əlimi nəzakətli şəkildə Ülvinin əlindən çəkib, çay bardağını tutmağa çalışdım
"Mən həmşəki Yunisəm Zeynəb... Məndə dəyişiklik yoxdu. Sizdə isə dəyişiklik var" dediyində Ülvinin telefonuna zəng gəldi. Cavab vermək üçün yanımızdan uzaqlaşdığında "Yunis məni sorğu suala niyə tutursan?!"dedim

"Ülvinin xatirinə susuram! Ancaq sizin sevgili olmağınıza bir qram belə olsun inanmadım! Bunu biləsən!"

"Səni inandırmağa məcbur deyiləm! İstəyirsən inan istəmirsənsə inanma!"

"Çox yox 10 gün vaxt qoyuram. 10 gündən sonra bu yalan münasibətiniz bitəcək. Ülvinin xarakteri elədi. 10 gündən çox yanında qız saxlamır"

"O məni tanımadan əvvəl idi. İndi Ülvi çox dəyişib. Sən bizim sevgili olmağımızı qəbul etsən çox gözəl olar!"

"Zeynəb niyə yalan danışmağa davam edirsən mənə? Mən sənin pis olmağını istəyərəm səncə? Sənin yaxşı olmağın üçün əlimdən gələn hər seyi edirəm... Ülvinin danışdığı o nağıllarada inanmıram. O hec sənin hansı ətiri işlətdiyini belə bilmir"

"Bunu hec kimsə bilmir!"

"Mən bilirəm ... Yeraltı bənövşə gülündən istifadə edilən ətirdi... Bənövşələrin qoxusu olmasada, bu gülün qoxusu var... Sən nadir tapılan ətirdən istifadə edirsən... Ülviyə isə bu hec maraqlı deyil"

Göz bəbəklərim böyüməyə başladı. Yunis bunu necə bilmişdi? Yeraltı Bənövşənin sirrini tapmışdı... Ona deməliydim indi?

"Yunis bu söhbəti bağlayaq! Bibin oğlunun pis olmasını istəmərsən hər halda!"

"Susuram bu günlük. Amma vaxtı çatdığında ağlamaq üçün bir çiyin axtarsan, mən hər zaman səni gözləmiş olacam" deyibdə ayağa qalxdı. Ya səbr ilahi! Ülvi yanımıza yaxınlaşdığında "Ülvi mənədə indi zəng gəldi. Getməliyəm mən. Tanışlığımıza bir daha şad oldum Zeynəb xanım" deyərək yanımızdan getdi. Ülvi masaya yanıma oturub "Bu niyə getdi birdən birə?"dedi

"İşi çıxdı yəqin. Mən hardan bilim"

"Nə söhbət etdiz?"

"Havadan sudan danışdıq"

"Havanı bildim yağışlı keçir. Bəs su haqqında nə danışdız?"

"Ülviii!"

"Əsəbləşmə mənim yalançı sevgilim. Sizin tanış çıxmağınıza hələdə inana bilmirəm. Dünyada bir tək sən və mən qalmış kimi... Çox qəribə haldı"

"Həə! Dünyada sanki başqa dayı oğlu qalmamışdıda gəlib Yunisi tapdıq!"

"Yunislə aranızda nəsə olub?"

"Yox onuda yeni tanımışam onsuz"

"Mənim barəmdə nə dedi sənə? Sevgili olduğumuza inanmadı hə?"

"Dayın oğlunu necede möhtəşəm tanıyırsan. Bir birinizi tamamlayırsız! Hə mənə dediki uzağı sizə 10 gün vaxt verirəm. 10 gün sonra ayrılacaqsız!"

"Bizdə 10 günü 1 ay edərik. Onu səhv çıxardarıq. İşimiz düz gətirər. Sən hec kefini pozma"

"Off... Sən hər seyi əyləncə olaraq düşün" deyib susdum. Susub pəncərədən çölə baxdım. Ağılıma anidən Yunisin bacısı haqqında danışdığı hadisə yadıma düşdü. Ülvinin məni qoruma səbəbinində bu olduğunu bildim. İçini qanatmaq istəməsəmdə, səssizliyimizin ardından "Məni qorumaq səbəbin, Yunisin bacısına görə idi?"dedim. Əlində tutub oynatdığı telefonun ekranını söndürüb masanın üstünə qoyub, barmaq uclarını telefonun üstündə gəzdirdi

"Soruşmağa başqa sual tapmadın?! Cavabın bildiyin halda niyə soruşursan?!"

"Onun hekayəsini səndə də dinləmək istədim..."

"Yunisin bunu sənə dediyinə inana bilmirəm... Həyatının ən böyük acısını sənin ilə niyə paylaşıb görəsən"

"İnsan olduğum üçün ola bilər?!"

"İnsan deyilsən demədim mən sənə! Sadecə bəzi acılar paylaşılmaz!"

"Burda belə egoistliyin göz qamaşdırdı! Sənin ümümiyyətcə hisslərin var!?"

"Hisslərim olmasa, səni qorumuzadım!"deyərək bir göz qırpında ayağa qalxdı. Cibindən bir miqdar pul çıxardıb masaya ataraq "Gedək məncə!"dedi. Məni gözləmədən kafedən çıxdığında ardıyca çıxmaq məcburiyyətində qaldım. Maşınının yanında gördüyümdə yanına gəldim

"Mən bu qədər əsəbləşəcək nəsə demədim... Yunis bu hadisəni mənim ilə paylaşıbsa..." dediyimdə "Sus! Allah xatirinə sus daha! Sən dünyanı çəhrayı rəngdə falan görürsən?! Uşaqsan uşaq! Bir şokalada aldanacaq qədər uşaqsan! Min bu maşına!"dedi. Bu nə danışıq idi!

"Danışığına fikir ver! Sərt reaksiyanıda özünə saxla! Maşınınada minmirəm! Sür və yanımdan çıx get!" dedim

"Sənə bu maşına min deyə yalvarmayacam!" deyib maşınına mindi. Kənara çəkilib, maşını sürməsinə şərait yaratdım. Maşını işə salıb, sürərək yanımdan uzaqlaşdı. Gecə vaxtı qaldıqmı indi tək? Qaldıq...
Bildiyiniz getmişdi...
Mən onun bu qədər xətrinə dəyəcəyini bilmədim. Yunis kimi normal söhbət edəcəyimizi düşündüm. Mən hardan biləydimki, Ülvi normal söhbət etməyi bacarmır...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 4 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri