Yeraltı Bənövşə (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 862
Səs ver:
(səs: 1)
Belə bir seyin necə səbəbkarı olmuşdum mən?
Dilim damağım qurumuş kimi oldu. Bir söz demək üçün udqunub dururdum. Yunisə nə deyəcəyimi belə bilmirdim. Ondan bu həqiqəti eşitməsəydim, hec nə bilməyəcəkdim mən. Bəs indi necə, Yunisə bütün həqiqətləri deməli idimmi? Davanı mənə görə etdiyini... Hər seyin mənə görə baş verməsini... Özümü günahkar kimi hiss etməyə başlamışdım. Hər sey üstümə - üstümə gəlməyə başlamışdı

"Bəs başqa nə bilirsən bu haqqda?"deyib ondan daha çox məlumat almağa çalışdım. Məlum Ülvinin mənə deyəcəyi yox idi!

"Başqa bilinəsi bir sey yoxdur. İşi əlindən alınıb o qədər"

"Yunis, Ülvi nəyə görə bacısı gildə qalır?"

"Evi təmirdədi deyə... Sevgilisi bunu necə bilmir? Aha unutmuşdum axı siz yalançı sevgilisiz"

"Sən bizim sevgili olmağımıza niyə inanmırsan?! Bunun arxasında nə yatır?"

"Ülvi hec kimi sevə bilməz... Ülvi hec kimə dəyər verə bilməz... Onun haqqında olan həqiqətləri bilsəydin, qarşıma keçib mənimlə belə danışmazdın. O məni inandırmağa çalışırki yenidən birini sevə bilər. Amma elə deyil"

"Nə deməyə çalışdın? Ülvi niyə özünü gizli qutu kimi aparır?"

"Bunu Ülvinin özündən soruş. Mən bura Ülvinin həyatını danışmağa gəlməmişəm. Sən ətrafına yaxşı dön bax" deyərək əlini masanın üstündə olan əlimin üstünə yaxınlaşdırdı. Əlini əlimin üstünə qoyduqdan sonra "Sənin gözlərində Ülviyə qarşı, yalnız bilinməyən bir mərhəmət hissi görürəm. Başqada hec nə görə bilmirəm. Səndə özünü daha çox Ülvi üçün həlak etmə" dedi..Mən özümü Ülvi üçün həlak etmirdim... Ülvi mənim üçün özünü həlak edirdi... Mənə görə işindən olmuşdu bu insan... Bunu əlbət, Yunisə deyə bilmədiyimdən əlimi əlinin altından çəkdim. Əlimi əlindən çəkməyi ilə gözləri əlinə taxıldı. Mən bura gələndə nə xəyallar ilə gəlmişdim. İndi xəyallarımın bir - bir yıxıldığını seyr edirdim

"İcazəsiz əllərinə toxunmalı deyildim... Səhv addım atdım" dediyində ayağa qalxdım. Ona özünü daha çox pis hiss etdirmək istəmirdim. Onun üçündə getməli idim

"Narhat olma hər sey yaxşı və qaydasındadı. Mən indi getməliyəm. Evdən məni gözləyirlər. Görüşənə qədər"deyib bir sey deməsini gözləmədən yanından ayrıldım

Axşam düşmüşdü. Binanın yanında olan parkda skameyada tək oturmuşdum. Günün yarı hissəsini Ülviyə yazım yazmayım deyə düşünmüşdüm. Ona borclu idim... Bunun başqa bir məntiqli açıqlaması ola bilməzdim. Bir çox sağ olu ona çox görmüşdüm... Bu sabah maşında yaşananları demirəm hələ... Bəzən düşncəsiz hərəkətlər edirdim. Bir mesaj yazmaq bu qədər çətin gəlirdi mənə... Telefonu əlimə alıb ekrana baxdım. Kicik mesajın nə zərəri ola bilərdi? Düşünüb bir sey yazmalıydım ona
"Mən binanın yanında olan parkdayam. Vaxtın varsa bura gələ bilərsən? Səninlə danışacaqlarım var" yazaraq göndərdim. Mesajımı nə vaxt görəcəyini bilmirdim. Evdə olub olmamasından belə xəbərim yox idi. Bəlkədə adam hec mənlə görüşmək belə istəməyəcəkdi. Mən olsaydım, dava çıxardardım. Edərdim yəni...
Başımı göyüzünə qaldırıb baxdım. Ulduzlar vardı... Ülvi üçün böyük məna kəsb edən ulduzlar...

"Bütün göyüzünü ələ keçirmisiz ulduzlar... Bəziləriniz yanır, bəziləriniz sönür... Bir adamda sizin üçün çox darıxır... Hansınız üçün darıxır bilmirəm..." deyərək dərindən bir iç çəkdim.

Arxadan bir səs "Ulduzlar səni eşitməz" dedi.

Başımı çevirib arxaya baxdığımda Ülvini gördüm. Gələcəyini yazmasada, gəlmişdi...
Kicik bir təbəssüm edə bildim. Sonra yanıma yaxınlaşıb, sol tərəfimə keçib oturdu. Ona baxmağa başladım. Sanki egoist havası sönmüşdü... Üzünün gülən mimikaları yox idi. Bununda səbəbkarı mən olmuşdum

"Sən gecə vaxtı parka, düşməyi çox sevirsən deyəsən"

"Yox əslində uzağa getmək istəyərəm. Amma tək getməyim alınmır"

"İstəyirsənsə gedək bərabər gəzək"

"İstəyərəm... Amma danışılası mövzumuz var. Onu danışaq ... Sonra bəlkə mənim ilə bərabər gəzmək istəmədin"

"Səbəb nədi?"

"Özünü hec nə olmamış kimi necə aparırsan... Məni günahkar belə çıxarmırsan. Hər sey sənə görə oldu, belə demirsən"

"Zeyno səni başa düşmürəm mən"

"Bilirəm... Mənə görə işindən olduğunu bilirəm... Öz başıma açdığım dərdlər azmış kimi birdə sənin başına dərd oldum"

"Kefini buna görə pozma. Mən onsuzda o reklam işini sevməmişdim. Yerinə düşdü deyək"

"Dilin məni rahatlaşdırmaq üçün elə deyir... Elə olmadığını hər ikimizdə çox gözəl bilirik"

"Mövzunu böyütmə. Qalx gedək burdan"deyib ayağa qalxdı. Söhbətdən qaçırdı... Mən isə qaçmayacaqdım!

"Sən səhər yanımdan ayrılan Ülviyə oxşamırsan. Səhər başqaydın, indi isə qarşıma keçib mənə özümü yaxşı hiss etməyim üçün yalanlar danışmağa başlamısan"

"Qalx ayağa yalançı sevgilim"

"Yalançı sevgilin batsın sənin! Sən insanı əsəb edirsən!"

"Qalxmasan səni qucağıma alacam. Gör necə düşüncəli oğlanam, sənə toxunmamışdan əvvəl sənə bunu bildirirəm. Üç'ə qədərdə sayıram. Bir, ikiii, üüü" dediyində tez ayağa qalxdım.
İstədiyini elətdirməyi bacarmışdı!

"Evdən çox uzaqlaşmayaq amma. Binaların arasında gəzək"

"Sən necə istəsən, gedək?"

"Sən gedək deməyib, gedək? Deyə sual verirsən? Bu gün ölüb etməyəcəmki mən?"

"Ölüm sözünü zarafatda olsa, dilinə gətirmə. Yaxşımı?"

"Mən bəzən yersiz danışıram..." deyib alt dodağımı dişləməyə başladım. Amma nə edim, səhərin əksi indi mənimlə xoş və sakit danışırdı. Mən onun qırıb tökmələrinə öyrəşmişdim...
Parkdan çıxıb binaların arası ilə gəzərək yeriməyə başladıq. Yan yana sakit şəkildə ilk dəfə idi gəzirdik... Ülvi düz yola baxıb, ara bir baxışlarını göyə çevirib sonra təkrar yerə baxırdı... Hansısa ulduzun onu izlədiyini düşünürdü. Və indi yanımda hec rahat deyildi.
"İlk dəfədi yanımda rahat deyilsən" deyib aramızda olan sükunəti pozdum

"Sənin ilə əlaqəsi yoxdu. Bu gün... Boş ver Zeynəb" dedi

Mənə Zeynəb dediyinə görə, dəqiq yolunda getməyən bir seylər vardı. Dəqiq idi!

"Boş vermək istəmirəm... Mən yanında yox imişəm kimi davranırsan... Gözün göyüzündə qalıb... Mənə danışa bilərsən"dediyimdə gözlərini məndən qaçırtmağa başladı.

"Səninlə o qədər yaxın deyiləm... Sənə içimi aça bilmərəm... Geri qayıdaq?"dedi

Atdığım addımı saxlayıb, ayaq saxladım. Özümü ona yaxın hiss etmişdim.... Əslində olan isə onun hec nəsi olmağım idi

"Haqqlısan sən özünə görə... Mənə görə işindən olursan, məndə hec nə olmamış kimi səni sorğu suala tuturam... Hec vaxt, onun kimi ola bilməyəcəm mən sənə"

"Kim kimi?"

"Onun kimi"

"O kimdi?"

"Ulduzun..." deyib göyüzünə baxdım. Milyonca ulduzların içində `O bizi izləyirdi. Ona baxmadan göyüzünə baxmağa davam edib "Ulduzun çox şanslıdı... Daş adamın içində bir tək o çiçək açdıra bilir..."dedim. Sonra ona baxıb, ona pis olduğumu bəlli etməməyə çalışıb, gülümsəməyə başladım "Əlini göyüzünə uzat və ulduzunu qucaqla" deyib arxamı ona dönüb irəli addım atdım. Onu arxamda buraxmışdım...

Bir - iki addım atdıqdan sonra bir səs "Dayan..."dedi. İndidə məni dayandırmışdı...
Dönüb ona baxdığımda qollarını iki yana açıb "Səni qucaqlaya bilərəm?"dedi ağlamaqlı çıxan səs tonu ilə. Ağlayışını içinə basdırmışdı...
Başımı aşağı yuxarı edib "Qucaqla..."deyib yanına tərəf addım atıb qarşısında dayanaraq ona baxdım. Qollarını kürəyimə sardığında, əllərimi yavaşca qaldırıb belinə doladım. Boyu uzun olduğunda, onun yanına çox balaca qalmışdım mən. Və bu qucaqlaşmaq mənə fərqli duyğuları hiss etdirmişdi. Dərindən nəfəs alıb verdiyini saclarıma dəyən nəfəsdən başa düşürdüm... Bu qədər dərindən nəfəs alacaq nə yaşamışdı? Bəs mən niyə nəfəs almağı unutmuş kimi olmuşdum?

"Şokalad... Şokalad istəyirsən alım?"deyərək tək nəfəsdə məndən ayrıldı. Araya yenə şokalad daxil olmuşdu? Ya bu uzaqlaşmaq üçün bir əlac növü olmuşdu?

"Sən məni şəkər xəstəsi etmək istəyirsən?" dedim gülərkən

"Çox acısan, bir az şirin olmağın üşün sənə şokalad təklif edirəm" dedi üzünə təbəssüm qonduraraq. Ah indi, əvvəlki Ülviyə geri dönürdü deyəsən. Əvvəlki Ülvi daha yaxşıdı!

Bölüm sonu
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 862
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri