Sənə allergiyam var (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 5 021
Səs ver:
(səs: 0)
Hər seyi atama nöqtə və vergülünə qədər danışmışdım. Mən ondan nəsə gizlədə bilməzdim. Çəkinmədən, qorxmadan onunla hər mövzuda danışa bilirdim. Məni belə böyütmüşdü... Atam şok olmuş şəkildə mənə baxmağa davam edirdi. Məndə onun nə vaxt şokdan çıxacağını gözləyirdim. Mənə indi bu işin içindən çıxmaq üçün nəsə tapmalı idi. Yoxsa göz görə - görə Xəyalın köləsi olacaqdım!

"Qızım sənə inana bilmirəm daha. Bu qədərinidə etmisənsə, sənə sözüm yoxdu"

"Dəqiqələrdi sənin şokdan çıxıb, mənə nəsə deməyini gözləyirəm səndə mənə deyirsənki sənə sözüm yoxdu. Bir sey fikirləşib tapmaq lazımdı"

"O oğlan ilə özüm danışacam. Kimsə mənim qızımdan kölə kimi istifadə edə bilməz!"

"Ataaa sənin onunla danışmağın lazım deyil. Bu söhbət nəyə görə yaranıb? Həsənin onunla danışmasından sonra... O xəstə mənim qorxaq olduğumu düşünür. İndi sən gedib onunla danışsan, məni daha pis ələ salacaq. Bir seylər fikirləşib tapmalıyam. Özüm yoluna qoymalıyam bu işi"

"Onda gəlib mənə niyə danışırdın bu məsələni? Mən hansı atalıq qüruruma sığışdırım indi bunu? Durum kənardan qızımın həyatının necə zindan olmasına baxım?"

"Nə çox sual verdin mənə... Hər nədisə, cəzamı özüm çəkməliyəm. Zəhləm gedir mənim O uşaqdan"deyib dodağımı büzərək salladım. Atama danışmağımda bir dərd olmuşdu mənə! Atam onunla danışsaydı, mənim sonum olardı! Atamın üzündəki əsəbi ifadə silinməyə başladı. Yerinə bir təbəssüm gəldi. İnsan hec öz qızının düşdüyü bu vəziyyətinə sevinərdi?! Təbiki, mənim atam idisə sevinərdi!

"Ata sən nəyə gülürsən?"
"Ağılıma bir şey taxıldı ona gülürəm"
"Bilmək olar nə taxılıb?"
"İndi sən O oğlanla yola gedə bilmirsən, ondan zəhlən gedir haa"
"Eee?"
"Eee si siz sonra bir birinizə aşiq olmayasınız"
"Yox daha nələr!"
"Bizdə keçmişdə anan ilə elə idik. Bir birimizdən zəhləmiz gedirdi, yola gedə bilmirdik. Sonra nə oldu? Sən dünyaya gəldin"
"Ata mən Həsəni sevirəm. Həsəni... Onu sevməkdəndə əl çəkən deyiləm"
"Qızım Həsənin sevdiyi var. Bunu bilirsən, görürsən... Niyə əl çəkmək istəmirsən bu sevdadan? Bax onu sevməyin sənin başına iş açdı. Dost kimi sevməyə davam edə bilməzsən?"

"Bu söhbəti yığışdıraq. Kefim qaçdı mənim... Yatmağa gedirəm"deyərək oturduğumuz divandan ayağa qalxdım. Hər bu söhbət düşdükdə, gizlənməyə yer axtarırdım. Atamda üstümə daha çox gəlmədən, söhbəti yarımcıq saxlayırdı. Üzündən öpərək, onu orda qoyub otağıma çıxdım. Haqqlı idi atam. Amma haqqlı olmağımı mənim onu sevməyimi dəyişdirmirdi.
Çarpayıma uzanıb, düşünməyə başladım. Bizdə niyə belə olurdu bilmirdim. Hər seyimi atamla paylaşırdım. Oda məni başa düşməyə çalışırdı. Ancaq hər sey bir anda, yarım qalmış kimi gəlirdi mənə. Atamla bu qədər yaxın olmağımız, onun məni bu qədər çox sevməsi... Onun kimi mükəmməl bir ataya haqqsızlıq edirdim mən. Gizlində olsa ürəyimdə hər zaman bir anamın olmasını arzu edirdim. Nə qədər yaxşı atada olsa, anamında var olmasını istəyirdim. Atamla danışdığımız söhbəti anamla danışmalı idim mən. Bu həqiqətlərdə hər dəfə üzümə vurulduğunda, özümü çox pis hiss edirdim.
Çünki, atamda pis olurdu... Onu aşağıda qoyub, yuxarıya çıxmağımda düzgün olmamışdı... Atamı tək qoymuşdum... Mənim ondan başqa kimim vardı? Onun məndən başqa kimi vardı? Hec kimi... Hec kimimiz yox idi... Anam olsaydı, geniş ailəmiz olardı. İndi isə biz tək idik... Uzaqdan gələn addım səslərini eşitdikdə, atamın otağa gələcəyini təxmin edib arxamı qapıya tərəf çevirib gözlərimi yumdun. Düşündüyüm kimidə, qapını döyərək içəri daxil oldu. Bilirdim, özümü tək hiss etməyimi istəmirdi... Yanıma gəldiyini hiss etdikdə, baş ucumda olan boşluğa oturub
"Atanın nəfəsi..."dedi. Əllərinin ağırlığını saclarımda hiss etməyə başladım. Qıvrım saclarıma sığal çəkirdi

"Xətirinə dəyəcək bir söz dedimsə, bağışla məni qızım. Mən sənin pis olmağını istəmirəm. Mən səni başa düşürəm... Anan olsaydı, bu mözvuları onunla danışardın. O sənə hər seyi başa salardı. Mən əlimdən gəldiyi qədər sənin yaxşı olmağın üçün çalışıram. Bacara bilmədiklərim olur... Sən ataya küssən, ata hara gedər? Sən məndən küsəndə, pis olanda elə bilirəm nəfəs ala bilmirəm. Sən axı atanın nəfəsisən... Mənim portağal qoxulu qızım"

Bu sözlərdən sonra ondan incimək olardı? Gözlərimi açıb ona tərəf çevrildim. Onu incitməyə mənim haqqım yox idi. Qollarımı açıb onu qucaqlayaraq "Səndə Nəfəsin yaşama səbəbisən. Hec bir qızın sənin kimi qəhraman atası yoxdu. Sən məni bağışla ata"dedim. Biz qucaqlaşdıqdan sonra hər sey düzəlirdi...

Səhər

Hələki, Xəyal ilə üz üzə gəlməmişdim. Həsəni bir bəhanə ilə evə yollamışdım. Özüm isə univeristetin qarşısında dayanıb Xəyalın yanıma gəlməsini gözləyirdim. Bütün gecə ağılıma hec nə gəlməmişdi. Bu gedişlə köləsi olacaqdım onun! Köləlik işimi bu gün tez bitirməli idim. Bu axşam Həsənin restoranında canlı çıxışım var idi. Mənim gözəl səsim olduğu üçün, ara sıra restoranda canlı mahnılar ifa edirdim. Oxumaq mənə yaxşı gəlirdi. Mən hər mahnı oxuyanda Həsən diqqətlə mənə qulaq asardı. Onun mənə qarşı diqqətli olmasını daha çox sevirdim. Bu gün restoranda bunu sizdə görəcəksiz. Uzaqdan gələn qıvırcıq saclı xəstə oğlanı gördükdə, alt dodağımı dişləməyə başladım. Mən nə edəcəyimi bilmirdim!
Yanıma gəlib çatdıqda "Salam Həsəni sevən qız"dedi. İndidən mənə, gününü göstərəcəm deyə, mesaj yollayırdı!

"Sənədə salam başıma bəla olmaq üçün həyatıma daxil olan oğlan!"
"Hanı sən bəs bəlanı çox sevirdin?"
"Sənin kimi bəla düşman başına!"
"Mənimlə gəlirsən. Köləliyinə başlayırıq"
"Mən qəbul edib, etməməyimi deməmişəm sənə hələ"
"Başqa seçənəyin vardımı? Ya mənmi xatırlamıram? Qəbul etmə öz işindi. Məndə gedirəm Həsənin yanına"
"Sənin bu etdiyinə şərəfsizlik deyirlər! Bilirsəndə bunu?!"
"Sənində etdiyinə adilik deyirdilər! Nəticə etibarı ilə eyni şeydi. Çox danışma, gedirik bizə otağıma təmizləyəcəksən"
"Nəə? Mən tanımadığım oğlanın evinə getmərəm!"
"İçin rahat olsun deyə deyirəm, mən tək yaşmıram. Ailəmlə bərabər yaşayıram. Evdə valideyinlərim var"
"Yalan demədiyini hardan bilim?"

Möhkəmdən gülməyə başlayıb, məni başdan aşağı süzüb "Tipim deyilsən" deyərək göz vurdu mənə. "Tərbiyəsiz!"deyərək üstünə qışqırdım. Məni belə seylərlə niyə sınayırsan, Tanrı?

Evlərinə gəlib çatmışdıq. Evin çöldən görünən böyük görünüşü, içinində böyük olduğunu barbar bağırırdı mənə. Qapını açarı ilə açıb evə daxil olduqda, gözüm qonaq otağın gəzmədi deyil... Alt mərtəbədə dəhlizdən sonra mavi tonlarda geniş bir qonaq otağı vardı. Demək, imkanları varmış. Mənimkidə boş düşüncə...
Gözüm evdə bir adam axtarırdı, amma hələki gözümə hec kim dəyməmişdi. Sakitlik idi...
Alt mərtəbədə görünən acıq boz rəngli qapı tərəfə gedib qapını açdıqda, məndə arxasıyca getdim. Otağa girər girməz gözüm otağı gəzdi. Çox böyük otaq idi. Qaraja bənzər otaq tiplərindən idi. Otağa günəş şuası düşən bir pəncərə vardı. Onun küncünə dərs masası, divara asılan kicik kitab tərəfi, orta yerində böyük yumru divan, böyük televizor vardı. Qonaq otağından buranı fərqləndirən tək, geniş yataq otağının olması idi. Otaqla olan baxışmalarım bitdikdən sonra ona dönüb baxdım. Otaq səliqəli və təmiz idi. Mən nə üçün gəlmişdim bura?

"Bura təmizdi. Mən nəyi təmizləyəcəm?"dedim

Sözümdən sonra gözü ətrafı gəzməyə başladı. Sonra əli ilə bir çıtma çalıb "Buranı səliqəsiz hala salmağım hec iki dəqiqə çəkməz. Sən hec yeri təmizləyə bilməyəcəm deyə pis olma"dedi. Divanın yanına gedərək, divanın üstündə olan yastıqcaları böyük zövq ilə yerə atdı. Gülərək ordan çarpayısına tərəf keçib, çarpayısının üstlüyünü yastığını yerə atdı. Yanımdan keçib gedərək, dərs masanın üstündə olan dəftərləri, qələmləri bir - bir yerə atıb "İndi otaq təmizlənməyə hazırdı"dedi. İnanmaz gözlər ilə ona baxdım. Bu uşaq həqiqətən bir xəstə idi! Acımasız, şərəfsiz olan bir xəstə! Mən bu dağnıqlığı təmizləyən deyildim!

"Sən xəstəsən! Xəstəəə! Ancaq başında problem olanlar belə edər! Otağınıda zəhmət çəkib özün təmizləyərsən!"deyib qapıya tərəf yaxınlaşdım. Əlimi qapının qulpuna atdıqda "Həsənə zəng edirəm"dedi. Məni Həsənlə nə qədər təhdit edəcəkdi! Əlimi yavaş - yavaş aşağı salıb, yumruq etdim. Bu yumruğu onun üzünə keçirmək vardı! Çantamı qapının küncünə əsəblə atıb, divanın yanına gələrək yerdən əyilib yastıqları götürərək divanın üstünə qoymağa başladım.

Atam belə mənə iş gördürməzkən, mən burda otaq yığışdırırdım! Yastıqların işi bitdikdə yanına gəldim. Dərs masasına söykənmişdi. Yenə aşağı əyilib dəftər qələmi yerdən yığmağa başladım. Ortalığa səpələnən qələmləri yığıb masanın üstünə qoyanda, qələmləri əlinə alıb bir - bir yerə atmağa başladı. Ya səbr! Onunda mənə işi düşəcəkdi. Və mən onda ona insaf göstərməyəcəkdim!

"Nə edirsən?! Görmürsən yığışdırıram?"
"Yox koram"
"Allah səni düşmanımın başınada gətirməsin!"
"Danışmaq əvəzinə işini gör"
"İmkan versən görəcəm!"

Çarpayısıda bitdikdən sonra dərindən bir nəfəs aldım. Gözümü otağında gəzdirdikdən sonra "Mən çıxıb gedirəm daha"dedim

"Hara gedirsən?"
"Evimə"
"Hələ işin bitməyib sənin"
"Sənin etdirdiklərin köləlik deyil, əməlli başlı insana əziyyətdi!"
"O qədərdə ağır iş deyil. Portağal suyu sıxacaqsan o qədər"
"Portağal niyə?"
"Sən portağal qoxmursan?"

Verdiyi sual dayandım. Portağal qoxmağımdan ona nə? Elə bu vaxtı telefonumun zəng səsini eşitdim. Ya atam idi, ya da Həsən... Çantamdan telefonu çıxardıb ekrana baxdığımda atamın zəng etdiyini gördüm. İndi ona nə deyəcəkdim?

"Kimdi zəng edən?"
"Atamdı"
"Ac və səs ucaldana qoy"
"Səbəb?!"
"Dediyimi sorğu sualsız yerinə yetir. Yoxsa sən atanla telefonda danışanda, məndə Həsənlə danışaram"

Tanrım gör bunları! Səsimi təmizləyib zəngi açaraq, səs ucaldana qoydum

Atanın nəfəsi, zəngi niyə gec açdın?

-Səssizdə idi telefon atacan

Nə oldu həll edə bildin, məsələni O xəstə uşaqla

- Həll etməyə çalışıram ata

Həll edə bilməsən, mənə de özüm danışacam onunla. Başı çatmır dedin, asan - asan yola gələn deyil

- Ataaaa!

Yanındadı qızım?

- Həə ata yanımdadı, sənsə düzəltdiyim işi korlamaqla məşğulsan. Mən sənə sonra zəng vuracam

Yaxşı qızım. Səni sevirəm

- Məndə səni sevirəm ata

"Demək başı çatmayan xəstə ha? Atana hər seyi danışmısan"

"Həə mən atamdan hec nə gizlətmirəm. Sənsə məni nəyisə gizlətməyə məcbur qoyursan"

"Ananla danışmaq əvəzinə atanla niyə danışırsan?"

"Anam yoxdu..." deyib telefonumu çantama atdım. Sonra ona dönüb baxdım. Donmuş kimi qalmışdı. Onun danışmadığını görüb "Xəstə imiş... Məni dünyaya gətirəndə də vəfat edib" dedim. Olanı deməkdən, hec vaxt qaçmamışdım. Bilibdə gizlədərək, kiminsə mənə yazığı gələcəyini düşünmək istəzdim. Xüsusi ilə qarşımdakı oğlanın... Onsuzda onun mənə içi acımızdı... Nə də mən mənə qarşı acınanları sevməzdim

"Nə pis... Allah rəhmət eləsin"

"Çox sağ ol... Mətbəxə keçək?"

"Kecək"

Otaqdan çıxıb mətbəxə keçid elədik. Portağallı meyvə şirəsi içəcəyi tutmuşdu, mənə inad olub iş çıxsın deyə. Mən işimi görərkən, oda sol yanımda mətbəx mebelinə söykənmiş vəziyyətdə dayanmışdı

"Evdə hec iş görmürsən hə?"
"Hardan bildin, çoxmu bəlli oldu"
"Mən səndən daha yaxşı portağal doğrayıram"
"Bəyənmirsənsə, keç özün düzəlt meyvə şirəni!"
"Yaxşı... Allah göstərməsin bıcaqla əlini falan kəsərsən, sonra mənim başıma qalarsan"
Belə tez yola gəlmişdi? Yox ola bilməzdi! Başqa bir sey elətdirəcəkdi mənə!
"Lazım deyil! Bu işidə görüb, çıxıb gedirəm. Axşama başqa işimdə var mənim"
"Nə işin var?"
"Sənə nə?"
"Mənə qarşı gəlmədən suallarıma cavab ver"
"Axşama Həsənin restoranında oxuyacam"
"Səsin varmış sənin?"
"Yox! Özümü camahata güldürməyə gedirəm"
"Restoranın adını atarsan mənə. Gəlib köləmə qulaq asaram"
"Restoran Həsənindi deyirəm!"
"Olsun. Bu mənə böyük zövq verəcək"

Xəyalın son sözündən sonra addım səsləri eşitdim. Çönüb arxama baxdıqda, 40 yaşlarına yaxın şabalıdı rəngli, orta boyda qısa saclı ağbəniz bir qadın gördüm. Qadınında üzündə, səmimi bir gülümsəmə vardı. Anası idisə, bunlarda gülüş irsi bir sey olmalı idi. Qadın bizə tərəf yaxınlaşıb "Oğlum bizi hec tanış etmədim. Bu gözəl qızı ilə"dedi. Xəyal qadına tərəf dayanıb "Tanış edim onda. Bu Nəfəsdi... Bu qadında mənim anam Simnarə xanımdı"dedi. Nə pis olmuşdu! Allah bilir necə qızla bu evə gəlmişdi. İndi qadında məni onlardan sayacaqdı!

"Tanışlığımıza şad oldum, Nəfəs qızım"dedi

"Məndə şad oldum"dedim özümü sıxaraq. Nə xoş danışmışdı adamla?

"Ana sənin başqa işin yoxdumu?"

"Gedirəm oğlum. Siz gəncləri baş başa qoyum"

Hardasa gizlənəcək bir yer var?! Mən ora girib çıxmayım! Bu işə əl at Nəfəs!

"Simnarə xanım, mən indi gedəcəkdim... Oğlunuz ilə aramda düşündüyünüz, kimi bir sey yoxdu"dedim. Qadın azca təbəssüm etdi...

"Bilirəm onu... Mənim oğlum birinci dəfədiki, bir qızı bu evə gətirir. Sənə dəyər verməsə, bu evə gətirməzdi. Onun ayrı evi çoxdu"dedi
Deməsi ilə Xəyala dönüb baxdım. Qıvırcıq saclarını qarışdırmağa başladı... Anasını görməsəydim, bu həqiqəti bilməyəcəkdim.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri