Sənə allergiyam var (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 4 403
Səs ver:
(səs: 0)
Xəyalın anası yanımızdan ayrıldıqdan sonra, gözümü diqqətlicə üstünə zillədim. Bir sey desin deyə, gözlərimi üstündən hec çəkmirdim. Etdiyi bu hərəkətlə bir balacada olsa mənə dəyər verdiyini göstərmişdi. Əksini idda edən olmasın!

"Mənə bir azda elə baxsan, gözlərin yerindən çıxacaq"

"Mən səndən sualıma cavab gözləyirəm deyə, sənə belə baxıram. Yoxsa gözlərimi boşu - boşuna qanatmaq fikrim yoxdu"

"Mən sual, verdiyini xatırlamıram"

"Sual vermiş kimi, baxmıram səncə?"

"Tapmaca tapana oxşayıram səncə?"

Mətbəx mebelinə söykəndiyimdən qarşıma keçərək, hər iki əlini mətbəx mebelinə qoyaraq məni əhatəsi altına aldı. Bu qədər yaxın niyə dayanmışdı?! Qollarının arasında sıxılıb qalmışdım! Qıvırcıq saclarının, gözünün üstünə düşdüyünü gördüm. Onu belə hec ciddiyə ala bilmirdim. Gözünün üstünə düşən saclarını yavaşca üfləməyə başladım. Gözləri ilə məni sorğulamağa başladı. "Sacın belə olanda səni ciddiyə ala bilmirəm"deyərək üfləməyin bir işə yaramadığını görüb, əlimi qaldıraraq saclarına toxunub geri itələdim. Mənə mane olmamışdı...
Səssizliyi diqqətimi çəkdi. Sacına əl vurarkən, qışqırıb bağırmasını gözləyirdim mən. Sacını geri itələyib, əlimi aşağı çəkmək istədikdə əlimdən tutub saxladı. Mən onun sacına toxunmuşdum... Oda mənim əlimə...
Düz səsi ilə "Buna bir daha cürət eləmə!"dedi. Məndə nə vaxt deyəcəyini gözləyirdim. Gözlədiyimdən daha sakit bir şəkildə demişdi.
Gözlərimi əllərimizə zilləyərək "Səndə əlimdən tutma!"dedim. Əlimdən tutduğunun yeni fərqinə varırmış kimi, əlimi əli ilə aşağı salıb sonra əlini asta şəkildə əlimdən çəkdi.

"Məni bu evə gətirmək səbəbin nə idi? Nəticədə yalanda demiş ola bilərdin"
"Sən qorxma deyə səni bura gətirdim. Beynindən keçən, senariləri at bir kənara"
"Beynimdən nə keçir?"
"Sənə dəyər verdiyim"
"Vermədinki?"
"3 gündə tanıdığım qıza dəyər vermirəm mən. Səni bura köləlik et deyə gətirdim. İşində bitdiyinə görə çıxıb gedə bilərsən"
"İnsanı əzməkdən, zövq almaq kimi xüsusiyyətin var sənin. Mən normal danışmağa çalışdım. Sənin düşmanın deyiləm mən!"
"Düşmandan daha betərsən! Fikirin məni öldürmək idi!"
"Mən səni cəzalandırdım! Biri qızı hamının qarşısında kicik vəziyyətə salmaq bilirsən nədi?! Məndəkidə sualdı! Bilsəydin etməzdin!"
"Başımı ağrıdırsan!"
"Həə mən beləyəm, baş ağrısı verirəm insanlara!"
"Gedəcəksən evinə?! Ya mənlə burda çənə döyəcəksən?!"
"Gedirəm! Sənədə nifrət edirəm! Nifrət sənə hiss etdiyim, hissimin yanında az qalar! Sənə sonsuz nifrət edirəm!"

Son sözümü deyib yanından keçərək, çantamı əlimə alıb qapılarına tərəf yaxınlaşdım. İlk gündən əsəb sistemi pozmuşdu. Bir insan bu cür qıcıq biri olmağı necə bacara bilirdi?!
Qapını açıb çölə çıxdıqda onunda ardımca çıxdığını gördüm. Onu ətrafımda görməyi öyrənməli idim! "Min maşına evinə aparım səni"dedi yanıma tərəf gələrkən. Həm üzlü, həmdə üzsüz!

"Mən özüm taksiyə minib gedərəm. Sənə ehtiyyacım yoxdu"

"Buralıqda taksi olmur. Uzatmadan, mənə qarşı gəlmədən min maşına gedək"

"Səniii atama deyəcəm! Görəcəksən sən!"

Mənim əsəblə dediyim sözə, ondan bir qəh - qəhə çıxdı. Problemli uşaq idi!

"Maraqlıdı atan mənə nə edəcək? Qızı oğlanı öldürmək dərəcəsinə gətirib çıxartsın. Atada gəlsin, qızının bu etdiklərinə arxa dayaq çıxsın?"

"Qızın olanda başa düşərsən! Atalar səhv ya düz hər zaman qızlarının arxasındadılar!"

"Səhvin var... Hər ata sənin atan kimi deyil... Məncə sənin atan səni, nağıllar ailəmindən hələdə ayıltmayıb. Prenses kimi böyüdüldüyün, göz qarşısındadı"dedi. Azda olsa haqqlı idi dediklərində... Pis bir atada ola bilərdi... Anamın əmanətinə sahib çıxmayada bilərdi... Anamın ölümünə səbəb olduğum üçün, məni sevməyədə bilərdi... Kim bilir, bəlkədə mən tez doğulmasaydım atam anamla daha bir necə il keçirə biləcəkdi. Səsliyimi görən Xəyal "Xətrinə dəyəcək bir söz dedim?"dedi. Günlərdi xətrimə dəyən oğlan, indi haqqlı olduğu cümlədə məni incitdiyini düşünmüşdü.
"Haqqlısan dediklərində... Uzatmayacam... Məni evimə apar" deyibdə maşınına tərəf irəllədim. Evimin yerində biləcəkdi... Onsuz evimin ünvanın tapmaq onun üçün iki dəqiqəlik iş idi. İstəsə, çoxdan tapardı...

Evə gəlib çatdıqda özümü otağıma ataraq, çarpayıma uzandım. Yolda gələndə arxada oturmuşdum, həmdə yol boyu bir kəlimə belə olsun kəsməmişdik. İçimə neqativ enerji işləmişdi. Beynimdən atam məni sevməyədə bilərdi düşüncəsi keçirdi. Onunla bu düşüncəm haqqında söhbət edəcəkdim. Qızlarını sevən atalar tək, sevməyən atalarda az deyildi. Beynimdəki mənfi düşüncələri bir kənara atmaq üçün, ayağa qalxıb axşam üçün hazırlaşmağa başladım. Məni özümə gətirən tək sey mahnı oxumağım idi. Saatlar gecikdən sonra atam evə gəlmişdi. Onunla söhbət edə bilməyib evdən çıxmışdım. Həsən məni evdən gəlib götürmüşdü. Ona köləlik haqqında hec bir sey deməmişdim. Yol boyu isə fikirli dayanmışdı. Bəlkə restorana Xəyal gəlmişdi?

"Samirə ilə küsüb etməmisizki yenə? Fikirli görsənirsən"

"Samirə ilə əlaqəsi yoxdu"

"Niyə soyuq danışırsan mənimlə"

"Sən başqaları ilə isti danışdığın üçün ola bilər?"

"Başqaları deyə kimi nəzərdə tutursan"

"Xanımın hec nədən xəbəri yoxdu. Neynək belə olsun Nəfəs"

"Həsən həqiqətən xətrimə dəyirsən ha. Nə danışırsan sən?"

Qorxmuşdum... Xəyal ona nəsə demişdi? Restorana çatsaqda maşından aşağı düşməmişdik. Sualımın cavabını verməsini gözləyirdim. O isə cavab vermədən maşından aşağı düşdü. Məndə arxasıyca maşından aşağı düşüb, ardıyca getməyə başladım. Restoranın giriş çölündə dayandı. Gözü restoranın içinə baxdığında mənim gördüyüm seyi gördü. Xəyal şüşə qapıdan dayanıb bizə baxırdı. Xəyala baxmağını kəsib mənə qarşı döndü. Soyuqda çöldə üşüməyə başlamışdım... Həsən isə məcbur gülümsəmə ilə üzümə baxıb "Bu gün günorta Xəyalın maşınına niyə minmisən?!"dedi. Allahım! Xəyal ona hər seyi danışmışdı?!
"Həsən sakit ol... Elə belə ... Danışmaq üçün..." deyib kəkələməyə başladım. Bir gözümdə restoranın içində olub, bizə baxan Xəyalda idi.
"Yaxşı... İnanmış kimi edərəm... Bəs O oğlanın mənim restoranımda nə işi var?"dedi. Maraqlı sual idi... Məni polis kimi sorğuya çəkməsini hesaba qatmasaq...

"Mən dəvət etdim... Səsimə qulaq asmağa gəlib"

"Fikirin məni dəli eləməkdi?!"

"Həsən, mən etdiyim əməldən peşman oldum. Az qalsın uşaq öləcəkdi. Orta bir yol tapamağa çalışdım. Burda əsəbləşəcək bir sey yoxdu"

Arxaya dönüb, hələdə bizi gülərək izləyən Xəyala baxdı. Yenidən mənə tərəf dönüb baxdıqda "Onun gülüşünü görürsən?! Gedib onun boğazına yapışacam indi!"dedi. Həsəni sakitləşdirməliydim... Amma necə?!
"Həsən mənə qulaq as! Elədə böyük məsələ yoxdu burda. Xəyal elə biridi... İşi gücü gülməkdi... Məsələni böyütmə... Sənin bu etdiyinə ön yarğı deyirlər"deyib cümlə qurmağa çalışdım. Aram - aram gözlərini aşağı salıb, məndən qaçırtmağa çalışdı

"Mənim kəpənəyimdə, olan gözəlliyi hec kimin görməsini istəmirəm... Səni onunla paylaşmaq düşüncəsi, beynimin qarışmasına səbəb oldu. Sən məndən başqa kimləsə dost olma" deyərək mənə yaxın gələrək məni qucaqladı. İlk saniyələr boşluğuma gəlsədə, əllərimi kürək hissəsinə yerləşdirib məndə onun sarılmasına qarşılıq verdim. Barmaq uclarımı qaldırıb başımı çiyin nahisəyinsə yaslasladığımda, gözüm bizi hələdə izləməyə davam edən Xəyala sataşdı. Üzündəki gülüş silinmişdi... Üzündə gülüşün olmadığına inanmaq istəmədim... Gözlərimi ondan çəkib yumaraq "Dostun səni hec kimə dəyişməz" dedim böyük ürək ağrısı ilə

"Məndə səni hec kimə dəyişmərəm..."dedi. Məni Samirəyə dəyişdiyindən xəbəri yox idi. Mən isə bunu ona deyə bilmirdim... Ondan ayrıldıqdan sonra bərabər əl - ələ içəri keçid elədik. Xəyal qapı kənarında ayaq üstə qalmışdı. Üzünün mimikaları düşmüşdü. Əllərimizə baxdıqda, əlimi Həsənin əlindən çəkmək istədim. Həsən isə sanki inad edirmiş kimi, əlimdən möhkəm tutub buraxmadı.

"Nə yaxşı mənim, məkanımdasan?"dedikdə Xəyal gözlərini əlimizdən çəkib "Nəfəsin səsinə qulaq asmağa gəlmişəm"dedi. Dava çıxacaq deyə, çox qorxurdum mən ...

Həsən əlimi buraxıb ona yaxın duraraq "Qulaq as... Amma səsinə aşiq olma"dedi. Həsən mənim səsimə aşiq idi. Bunu hər mahnı çıxışımdan sonra yanıma gələrək, mənə bildirirdi. İkisinin qarşı qarşıya olmasını hec sevməzkən, Xəyal asta bir şəkildə "Mən asanlıqla bir səsə aşiq olacaq insan deyiləm... Sən restoranın ilə məşğul ol"deyib çiyninə dostyana toxundu. Həsən yanımızdan ayrıldıqdan sonra bir necə saniyə bir - birimizə baxdıq

"Bu qısqanc xasiyyətli oğlanın nəyin sevmisən. Adamı qocaladar bu oğlan" dedi

"Məni qorumasını sevirəm..."dedim. Daha başqa bir sey deməyə dilim varmadı. Nə də olmasa, sevgim qarşılıqsız idi

"Dediyi kimi var səsin?"dedikdə kipriklərimi qırpmaqla kifayətləndim. İnsanlar doluşmağa başlamışdı. Mənim üçün xüsusi mavi rənglərdın ibarət olan canlı kicik səhnə hazırlanmışdı. Oturaraq yorulmadan mahnılar ifa edirdim.
Xəyal "Zeynep Bastık - Felaket mahnısın ifa edə bilərsən? Son günlərdə başımdan fəlakətlər əskik olmurda"dediyində gülümsədim. Ən sevdiyim mahnılardan biri idi. Fəlakət dediyidə mən olurdum

"Fəlakətəm hə mən?"dedim

"Fəlakətdən daha betərsən..."dedi

Məcburi bir şəkildə bu sözündən sonra yanından ayrılıb, səhəyə tərəf getdim. Gitarist tanışlarım öz hazırlıqlarını gördükdə, mənim gözlərim Xəyalı gəzdi. Səhnədən uzaqda qapının yanından, iki masa irəli bir masada oturub, məni izləməyə başladı. Bu gün bütün yaşadıqlarımı bir kənara ataraq, mikrafonu əlimə alıb oxumağa başladım

"Güneşi gülüşüne nasıl sığdırdın?
Döndürür kalbimi çöle
Gözünden akan yağmurlar
Döndürür çölleri sele
Saçına kopan fırtınalar
Eserken ruhumda hâlâ
Dediler: "Bu kız neymiş?"
Dedim: "Felaket, felaket!"
Felaket
Bu kız bi' afet, bi' afet
Gözün gözüme değse
Kopar kıyamet kıyamet
Yarattın dünyamda zelzele
Hâlâ sallanır bu hergele
Kaybettim kalbimi ben yine
Ah felaket, felaket"

Mahnını gülərək şən oxuyub bitirdiyimdə, hər kəs alqış çalmağa başladı. Minnətdarlığımı bildirdikdə, Xəyala baxdım. Xəyal dodaqlarını bir birinə basdırmaqla məşğul idi. Bəyənməmişdi? Daha sonra bir mahnı daha oxuycağımı səsləndirib, səhnədən çıxaraq Xəyalın yanına gəldim. Açığı ondan xoş söz gəlmirdim. Lakin, səsimdə pis deyildi
"Bəyəndin ifamı?"dedikdə oturduğu stoldan ayağa qalxıb, udqunmağa başladı. Ee bir cavab verməyi mənə çox görmüşdü?!

"Səsin... Səsin, ən az qoxun qədər möhtəşəmdi" dedi

Deməsi ilə böyük bir şok keçirdim. Belə bir cavab gözləmirdim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 403
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri