Sənə allergiyam var (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 413
Səs ver:
(səs: 0)
Bu cümləsinin altında nəsə başqa bir məna axtarmalı idim? Bəlkə məni sınayırdı...
Ondan ilk dəfə idi düz əməlli cümlə eşitmişdim. Səsimin gözəlliyini düşünmək belə istəməzkən, ağılım qoxuma gedirdi... Qoxumu bu qədərmi yaxından hiss edirdi?

"Təşəkkür edirəm... Məni bir az utandırdın"

"Özünə xas olan bu iki gözəl xüsusiyyətindən utanmaq lazım deyil"

"Bunun altından başqa bir sey çıxmayacaqki?"

"Qorxma, hec nə çıxmayacaq... Mən o qədərdə qorxlu bir insan deyiləm. Düzdü tanışlığımız hec yaxşı başlamadı. İndidə yaxşı deyil. Amma orta yol hər zaman vardır elə deyilmi?"

Dediyi cümlələrə verdiyi suala azca təbəssüm etməyə başladım... İlk dəfə idi aramızda normal dialoq olurdu. Qorxma desədə, bu məni qorxudurdu. Onun ağılından keçən seyləri təxmin etmək asand deyildi

"Bu yolda səsim keçdi... Səsim olmasaydı, səndən bu sözləri eşidə bilməyəcəkdim"

"Səsin, aşiq olunası bir səsdi... Həsən haqqlı imiş... Mən çox danışdım hə?"

"Məni tərifləyə - tərifləyə bitirə bilmədin"

"Səni tərifləsəmdə, mənim hələdə köləmsən"

"Yadımdan çıxartmağa 2 dəqiqə imkan vermə. O dəqiqə yadıma salki kölənəm! Çox pissən!"

"Gedək?"

"Hara?"

"Səni evinə aparım. Sonrada mən öz evimə gedim"

"Məni Həsən gətirib, Həsəndə aparacaq. Təklifin üçün çox sağ ol"

"Köləm olaraq mənimlə gəlməyini istəyirəm"

Mən Həsənə necə deyimki Xəyal ilə gedirəm?! Məni niyə pis vəziyyətdə qoyurdu?!

"Dava çıxmağını istəyirsən sən! Həsən sənin ilə getməyimə icazə verməz"

"Ondan icazə alan kimdi?"

"Xəyal aranı qızışdırmadan çıxıb gedə bilərsən?"

"Sənsiz getməyəcəm... Səni burdan almadan getməyəcəm... İstəyirsə gəlib döyə bilər"

Köləsi olmasaydım, ona günün göstərəcəkdim!
"Yaxşııı... Yaxşı başımın bəlası!"deyib yanından ayrılaraq yeməkxananın qapısı yanında dayanan Həsənə tərəf irəllədim. Həsənə nə deyəcəkdim? Ağılıma hec nə gəlməmişdi. Həsənin yanına gəlib çatdıqda, yanındaki oğlanın yanından ayrılıb mənə tərəf gəldi. Nəfəs, yalan danış!

"Kəpənəyim, Xəyal səni narahat edir?"

"Yox... O yaxşı uşaqdı"

"Mənə elə gəlmir. Sən onun tərəfini niyə saxlayırsan?"

"Həsən tanısan onu, səndə çox istəyəcəksən onu"dedim. Yalanım batasın! Onu çox istəmək olardı?! Sevimsiz adamı əsəb xəstəsi edən, qıvırcıq bir tip idi!

"Sən indi onu çox istəyirsən?!"

"Elə mənada yox. Yəni pis uşaq deyilmiş. Nəysə məni söhbətə tutma. Mən bu günlük gedirəm. Səhnəyə Ariz çıxıb oxuyar"

"İndi gəlmişdin hara gedirsən?"

"Evə getmək istəyirəm də"

"Yaxşı aparıram onda mən səni"

"Xəyal aparacaq... Sən işini boş qoyma"

Xəyalın adın çəkər çəkməz uzaqda olan Xəyala tərəf boylanıb baxdı. Xəyalda əlini yuxarı qaldırıb 'Sağ ol' mənasında yellədi. Dəqiq qaşınırdı!

"Bilmirəm onunla aranda nə baş verir. Amma bu mənə xoş gəlməməyə başlayıb. Səni onun yanında görmək istəmirəm mən!"

Məcbur qaldığımı biləydi kaş! Məcbur idim! Məcbur! "Həsən bu haqqda sonra danışarıq. Səni çox istədiyimi unutma" deyərək sol yanağına kicik bir öpücük qondurub yanından ayrılmaq istədim. Ancaq əlimdən tutub məni saxladı. Əlimizə baxdıqda mənə yaxın durub, mənimdə sağ yanağıma bir öpücük qondurub, dodaqlarını sacımın üstündən qulağıma yerləşdirərək "Səndə mənim səni çox istədiyimi unutma"deyə pıçıldadı.
Bu yaxınlığı, elektirik vurmuş kimi hiss etməyimə səbəb oldu. Ona yarı sevinc, yarı qorxu hissi ilə baxıb yanından ayrıldım. Xəyala tərəf gedərkən Xəyal məni gözləmədən restorandan çıxdı. Bu uşaqda öküzlükdə vardı!
Maşının yanında gəldikdə "Adam bir gözləyər!"dedim

"Sən orda eşq məcarası, yaşa məndə səni gözləyim?!"

"İnsanın insanın üzündən öpəndə eşq məcarası yaşayır?"

"Hə yaşayır...!"

"Yaşamır!"

"Yaşamırsa gəl mənimdə üzümdən öp! Öpə bilsən halaldı sənə!"deyə səsinin tonun qaldırdı. Xəstə olmağının daha bir sübutu! "Xəstə - xəstə danışma! Maşının qapısını aç" deyərək maşının qarşı qapısının yanına getdim. Maşının qapısını açıb, maşını işə saldı. Elə niyə danışmışdı? Maşını sürərəkən "Bu söhbət burda bitmədi biləsən"dedi

"Ortada bir söhbət yoxdu! Mən dostumun üzündən öpdüm. Sən isə mənim hec nəyimsən! Təkrar edirəm hec nəyim!"dedim

Maşının sürətini artırmağa başladı. Bu qədər sürətli sürməsi düzgün deyildi

"Maşının sürətini azalat. Ya da maşını saxla özüm evimə gedərəm"

"Sən sevdiyin adamın üzündən öpdün... Ortada dostluq deyə bir söhbət qalmayıb. Sevgilisi ola - ola səni paylaşa bilməməyi normal bir hal deyil. Sən isə bunu görmürsən... Görənində gözlərini bağlamaq istəyirsən"dedi

Az da olsa haqq verdim yene... O qədər düşünən bir insan deyildim... Sevirdim deyirdim, gerisini düşünmürdüm. "Maşını rahat bir yerdə saxlaya bilərsən? Danışmaq istəyirəm" dedim. Bir söz demədən üzümə baxıb, gözlərini qırpdı. Bir az daha yol getdikdən sonra maşını boş bir sahədə, kicik təpəcəyin üstündə saxladı. Biri ilə danışmağa etiyyacım vardı... Maşından aşağı düşdükdə, maşının qarşısına söykənərək yerləşdiyimiz ərazidən şəhərə baxmağa başladım. Hər yerdə bir işiq yanırdı... İnsanlara çıraq olan, işıqlar...

"Həsəni çox vaxt başa düşə bilmirəm. Sevgilisi var... Ancaq mənədə sevgilisi imişəm kimi davranır. Beynimi qarışdıran, məni ona tərəf çəkən seydə məhz budu. Hisslərimi necə izah edim bilmirəm... Gözümü açandan onu görmüşəm. Yanımda O olub... Məni hər kəsdən və hər seyden qoruyub. Atamdan sonra yeganə sevdiyim ikinci adam olub... Mən ona görə ondan əl çəkə bilmirəm. Atam... Atam onu sevmədiyimi ona bağlandığımı deyir. Atalar qızılarını daha yaxşı başa düşərmiş... Atam haqqlıdımı səncə?"

"Qızım yoxdu deyə, bir cavab verə bilməyəcəm sənə bu sualda... Nə hiss etdiyini ən yaxşı özün başa düşərsən"

"Çox sağ ol... Çox böyük köməklik göstərdin mənə!"

"Yaxşı... Atan məncə haqqlıdı"

"Atam hər zaman hər seydə haqqlıdı. Onu hər seydən çox sevirəm. Qızı olduğum üçündə qürur duyuram. Mənim atam kimi, az insan var"

"Atan həqiqətən sevdiyi üçün elədi. Məndə zamanında kimisə sevdikdə elə olacam"

"Atam kimi hec vaxt ola bilmərsən... 20 il keçməsinə rəğmən, evlilik üzüyü hələdə barmağındadı. Bir insanı bu qədər gözəl şəkildə sevmək asand bir iş deyil. Mənim qoxum anamın qoxusudu... Anam portağal qoxarmış... Atam ən çox bu qoxunu sevir"

"Portağal qoxulu qız..." deyərək yanıma bir az daha yaxınlaşdı. Aramızdakı məsafa tamami ilə itmişdi. Ona çevrilib baxdım. O isə məni daha əvvəl izləyirmiş...

"Bir gün mənimdə qarşıma, məni atam kimi sevəcək bir insan çıxacaq. O zaman onu hec buraxmayacam"dedim

"Atana həsəd apardım"deyərkən göz - gözə gəldik. İçimdəki şeytan, onu öp deyə mənə yalvarırdı... Öp ki, bu kabus bitsin deyirdi... Mən Həsəni restoranda sırf dostum olduğu üçün öpmüşdüm. İçimə başqa bir hiss daxil olmamışdı... Külək qıvırcıq saclarını geri itələyərkən, bu gün saclarına toxunduğumu təkrar xatırladım. Mənə birdə toxunma demişdi. Toxunsaydım nə olacaqdı? "Saclarına toxunsam nə olar?"deyə pıçıldadım

"Toxun və gör" dedi

Toxunmasaydım, bilməyəcəkdim... Toxunmağıda çox istəyirdim. Əlimi qaldırıb, alınına düşən qıvırcıq sac tellərini arxaya verməyə başladım. Bu qaranlıqda, bu təpədə bizi seyr edən tək sey 'ay' idi. Ay bizim şahidimiz idi...
Bir əlini belimə yaxınlaşıdırıb, məni özünə tərəf çəkdikdə "Elə buu?"deyə yenidən pıçıldadım.
"Öpməyini gözləyirəm" deyərək gözlərini yumdu. Gözlərini yumması, bunu həqiqətən çox istədiyini bilirirdi. Mən isə gözümü yumub, yummayacağımı bilmirdim. "Ancaq, yanaqlarından öpəcəm ha"dedim onun mənə qarşı olan dəyərini ölçmək üçün. Gözlərini açıb gülümsünməyə davam etdi. Bu gülümsəmələrinə öyrəşirdim...

"Sən yanaqlarımdan öp... Məndə qoxundan öpəcəm"dedi yavaş çıxan səs tonu ilə "Hətda səsindən belə öpəcəm..."deyə əlavə etdi. Ürəyimin üstü sıxşmış kimi oldu... Xəyal bunu səmimiyyəti ilə deyirdi? Ya mənə nəyisə qəbullandırmağa çalışırdı

"Zarafatdı bu?"dedim

"Belə bir seyin zarafatı olmur..."dedi

Göz qapaqlarını yumduqda üzünə baxmağa başlayıb, ona yaxın duraraq dodaqlarımı sağ yanağına gətirib astaca toxundurdum. Udqunduqdan sonra, gözlərimi yumub dodaqlarımı yanağına basdırıb möhkəm öpüş qondurdum. Geri çəkilə bilmirdim... Nəyisə sübut etmək üçün, onu öpməyimi özümə hec vaxtda bağışlaya bilməyəcəkdim... Üzümüzü bir - birinə sürtünərək geri çəkilməyi bacardıqda, gözlərimizi açdıq... Küləkdən saclarımız bir - birinə qarışmışdı. "Növbə məndədi" deyib boşda qalan əli ilə çiynimdə olan saclarımı geri atıb mənə yaxınlaşdı. Nəfəsini boynumunda hiss etməyə başladım. Biz nə edirdik?! Dodaqlarını boynumda hiss etməyə başladıqda "Xəyal..."dedim. Dodaqları olduğu yerdə tərpənmədən qaldı...

"Mən istəmirəm..." deməyim ilə dodaqlarının istisini boynumda hiss etmədim. O dəqiqə başını qaldırmağa başlayıb "Mənim yanımda hec nədən qorxma"dedi. Əlini belimdən boşaltmağa başlayıb, geri çəkilərək qıvırcıq saclarını qarışdırmağa başladı. Bir an daha irəli gedəcəyini düşünmüşdüm... Düşüncəmi, yanlış çıxartdığı üçündə ona minnətdar olmalı idim...

Evə gəldikdə evin işığı yanmırdı. Atam çoxdan yatmış olmalı idi... Otağıma çıxıb, qapını bağlayaraq aşağı çöküb qapıya yaslandım. Mənə bu gün nə olmuşdu? Mən özümdə idim? Ya `özüm bu idi? Əlimi boynumda olan sepə gətirdim. Kəpənəyi tutub ona baxmağa başladım. Həsənə xəyanət edirmiş kimi düşündüm... Ya da atama haqq verirmiş kimi... Əlimi sepdən aşağı çəkib boynuma toxunmağa başladım. O mənim boynumdan deyil, qoxumdan öpmək istəmişdi... Bu gecəni yaddaşımdan silib atmalı idim... Səhv insanı sevmək istəmirdim mən... Çantamın içində olan telefonumun mesaj səsi eşitdim. Həsən olardı yazan... Bu həvəslə çantamı açıb telefonu əlimə aldım. Ekrana baxdıqda, bir mesaj gördüm. Və bu mesaj Həsəndən deyildi... Qıvırcıqdan idi

"Gecən xeirə qalsın... Qoxundan öpürəm..."

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 413
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri