Sənə allergiyam var (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 625
Səs ver:
(səs: 1)
Hər qarışıq keçən günün gecəsində, açılmazmı sabahlar? Yenə o sabahlardaydım...
Bu gün günə başqa bir tərzdə oyanmışdım. Bu günə qədər olan sabahlarımdan çox başqaydı...
Dünən mənə gələn mesajı cavabsız qoyub, yatmağa çalışmışdım. Ancaq bu məndə o qədərdə yaxşı alınmamışdı. Yatıb, dəfələrlə yuxudan ayılmışdım... Bir ara atamın yanına belə getmək istəmişdim... Mənə nə olmuşdu? Mənə nə etmişdi? Onun təsiri altına hec düşmək istəmirdim.. Dün axşam yaşadığımız hər seyi beynimdən silib atmaq istəyirdim. Onun köləsi idim mən... Hər istədiyində mənə yaxınlaşıb, sonra məni atacaq əyləncəsi deyildim. Onun üçündə bir daha dün axşam kimi ona yaxınlaşma olmayacaqdı... Bu yaxınlıq mənə görə bir sey deyildi
Hazırlaşıb otağımdan aşağı düşdüm. Mətbəxdən taqqıltı səsləri gəlirdi. Atamla danışmamışdım... Ona nə deyəcəyimidə bilmirdim. İlk dəfə idi özümü belə hiss edirdim mən...
Necəmi?
Dənizin ortasında gəmidə qalıb, başqalarından kömək gözləyən insan kimi... Kiminsə əlimdən tutmasını, məni qaldırmasını istəmişdim... Əlimdən tutanın, əlimi sonradan boş buraxaraq getmək kimi, bir yanının olduğunu düşünürmüş kimi. İnsan gedərdi... Məndə dünən Həsən'dən getmişdim... İnsanların gedici olduğunu öz üstümdə sınamışdım. Mətbəx qapısına söykənib atama baxdıqda, mənim gəlişimin fərqinə indi varmışdı

"Qızım sabahın xeir. Dünən gecə gec gəldin deyə danışa bilmədik hec" dedi

Harda olduğumu soruşmamışdı... Mənə güvənirdi... Soruşsaydı, verəcək bir cavabım varmı idi? Bu gün nə pessemist idim mən
"Həə ata dünən gecə..."deyib dayandım. Yaslandığım qapıdan içəri keçdikdə, atam əlindəki işi yarım saxlayıb yanıma gəlib
"Nəfəsim rəngin niyə solğundu? Xəstələnib etməmisən?"deyərək əlini alınıma yerləşdirdi.
"Qızdırman yoxdu... Bir yerin ağrıyıb eləməriki?"dedi. Ürəyim ağrıyır, demək istəsəmdə susdum...
Əlini alınımdan aşağa çəkib, əlindən möhkəmcə tutdum. Mənim əlindən möhkəmcə və sonsuza qədər tutacaq bir adam vardı. Oda atam idi... Geri qalan hər sey boş...

"Ata narahat olma mənim üçün. Axşam nəsə narahat yatmışam, ona görə belə görsənirəm. Hər sey yaxşıdır"deyib dodaqlarımı bir birinə basdırdım. Atam dediklərimə qane olmamış, kimi qaşların çatmağa başladı. Bu qədərdə yaxşı tanıma məni adam!

"Atalar qızlarının pis olduğunu hər zaman hiss edər. İndi uzatamdan danış görüm. Xətirinə O dediyin xəstə uşaq deyib?"

"Yox ata onunla əlaqəsi yoxdu... O, gözümü açmağa, hisslərimi sorğulamağıma şərait yaratdı... Həsənə qarşı hiss etdiyim duyğuların, həqiqət olub olmamasını başa düşməyə çalışıram... Bir yanım sənin desiyin kimi bağlandığımı deyir. Digər yanım isə sevdiyimi... Sevməsəydim acı çəkməzdim axı... Ona xəyanət etdim deyə düşünməzdim"

"Ona xəyanət edəcək nə etmisən...?"

"Dünən gecə Xəyalda restoranda idi. Bir mahnı oxuduqdan sonra onunla restorandan çıxdıq. Bir az söhbətləşdik... Mən dünən Həsənin yanında olmadım... Xəyalla idim... Kölə söhbətin ortalığa atdı... Məni restorandan apardı. Bir yol çarə tapıb restoranda qalada bilərdim. Mən isə bunu etmədim... İndidə qəlbim çox pis qırılıb... Nəyə qırıldığını belə bilmirəm... Amma ürəyimin bir yerlərində işlər hec qaydasında getmir..." dedim başımı aşağı salıb. Atam məni başa düşüb, mənə bir yol göstərdi. Beləcə məndə ürəyimdəki yükdən xilas ola bilərdim
Atam "Nəfəs dünən gecə başqa seylərdə olub hə?"deyərək üzümə məyus olmuş ifadə ilə baxdı. Onu utandıracaq bir sey etməmişdim... Xəyal irəli getməmişdi... Kicik bir öpüşün nə zərəri ola bilərdi? Ya zərər vurmuşdu mənə...?
Atama necə deyəcəyimi bilmirdim... Nəfəsimi alıb möhkəmdən verdim. Özümə vaxt qazandırmağa çalışırdım. Ya da düzgün cümləni necə qurub deyəcəyimi bilmirdim

"Olmadı..."dedim

Atam üzümə inanmış kimi baxmağa başladıqda "Mənə düzün de... Məndən qorxma demişəm. Nə olubsa mən bilməliyəm"dedi. Atama necə deyim?! Həyat məni atama hər seyi danışmaq, məcburiyyətində buraxmışdı... Sevmirdim səni həyat...!

"Ata düşündüyün kimi hec nə olmayıb... Xəyalın üzündən öpdüm o qədər... Oda portağal qoxumun, gözəl qoxduğunu dedi. Məndə ondan sonra belə çıxmaza düşdüm"dedim. Kaş gizləniləsi bir yerim olsa...

"Hazırlaş dərsə özüm aparacam səni"

Atam niyə söhbəti dəyişdi? Səhv olduğumu niyə demədi? Məni dərsə O niyə aparırdı?
"Ata ... Bir sey de... Məni cəzalandıracaqsan?" deyib dodağımı büzüb aşağı salladım
"Səni cəzalandırmaq? Dərsə özüm aparıb yolda kefini açacamki, bütün günü üzü belə asıq gəzməyəsən. Belə gəzdikdə çox çirkin olursan. Çirkin - çirkin ortalıqda gəzməyinə könlüm əl verməz"deyib mənim asıq üzümü gülüdürməyi bacardı. Onu çox sevirdim mən. Boynuna atılıb onu möhkəmcə qucaqlayaraq "Səni çox sevirəm atacan"dedim. Oda məni möhkəmcə qucaqlayıb "Məndə qızım. Məndə səni çox sevirəm, görən gözüm"dedi

***

Sinifə daxil olub, Xəyalın gəlməsini gözləyirdim. Yarım saat əvvəl dünyanın mənə dar gəldiyini düşünürdüm. Atam isə mənim kefimi açaraq, belə bir seylərin normal olduğunu demişdi. İnsan əsl sevgisini tapana qədər, başından çox məcara keçərmiş. Mənim xüsusi biri olmağımda, portağal qoxumun çox böyük əməyə var imiş. Atamda anamı qoxusundan sevərmiş... Atam keçmişindən danışdıqca, mənimdə ağılıma Xəyalın mənə atdığı mesaj keçirdi. Və sabahın əksi indi o mesaja gülümsəyirdim. Xəyalın sinifə daxil olduğunu gördükdə, oturduğum partamdan ayağa qalxdım. Əlimi qaldırıb salam verərmiş kimi barmaqlarımı tərpədikdə yanıma gəldi

"Oo Nəfəs xanımın üzündə güllər açırmış. Bunu nəyə borcluyuq?"
"Yasa bürünüm?"
"Mən bilirəm üzündə niyə güllər açıb"
"Niyə açıb, de məndə bilim"
"Atdığım mesaja görə"
"Hansı mesajdan bəsh edirsən?"
"Bilməməzlikdən gəlmə. Mesaja daxil olmasanda, bildirim yerindən oxumusan. Üzündə açan güllərin səbəbidə budu"
"Üzümü güldərən, atam idi. Mesajın deyil. Mənə elə mesajlar yazma"
"Sən məni öpəndə yaxşı idi"

Allahdan dediyini hec kimsə eşitməmişdi! Ayağım ilə ayağının üstünü tapdalayıb "Xəstə! Bir azda möhkəm danış, hər kəs eşitsin!"dedim. Ayağının ağrısından üzünü turşutmağa başlayıb "Yaxşı... Qışırıb deyəcəm indi"dedi. Dodaqlarını araladıqda əlim ilə dodaqlarını tutdum. Üzündə təbəssüm artmağa başladıqda "Adam ol qıvırcıq! O saclarını mənə yoldutdurma"dedim. Ətrafda bizə yaxan gözləri gördükdə, əlimi aşağı saldım. "Bu gün yanımda oturarsan?" deyə soruşdu. Oturardım...
Arxa sıraya keçib yan yana oturduq. Dərin başlamağına 5 dəqiqə vardı. Hamı öz yerinə keçib oturaraq, sakitcə söhbət etməyə başlamışdı. Qızların bir çoxunun gözü bizim üstümüzdə idi. Xəyalında gözləri onların üstündə... Mənimlə olduğu müddətdə yanında hec qız görməmişdim. İndi qızlara baxmasını tuturdum

"Qızlara baxırsan?"
"Gözəl qızlar var imiş burda. Bu vaxta qədər niyə görməmişəm"
"Kor olduğun üçün ola bilər"
"Kor deyiləm mən. Başım sənə qarışdığından görməmişdim. İndi fikir verirəm"
"Bax doyunca bax! Necə olsa, onlarda sənə baxır!"
"Qısqanc qızları sevmirəm"
"Kimə qısqanc deyirsən?"
"Sənə... Qısqancsan səndə"
"Qısqancam düzdü. Amma səni qısqanıb etmirəm. Qısqanc qızlar daha yaxşı olur"
"Həə, hə ömür gün çürütməyə yaxşıdılar"
"Sən qısqanc deyilsən?"
"Yox... Niyə qısqanım? Bu vaxta sevgili olduğum hec bir qızı qısqanmamışam. Təbiətimə tərsdi"
"Necədə başa düşən, bir insan modelisən sən" deyərək sünicə gülümsədim. Qısqanc biri olmadığını desədə, qısqanc idi. Təbiətinə tərs olan qısqanclıq ilə zamanlada qarşılaşacaqdı.
Dərs boyu Nəzrin ilə Xəyalın baxışmaları arasınsa gedib gəlmişdim. Nəzrinin sevgilisi ola - ola belə bir sey etməsi, nə dərəcə düz idi? Zəng vurular vurulmaz Xəyal ilə sinifdən çıxıb aşağı bufetə düşdük. Mənim ilə danışacağı bir sey var imiş. İç səsim bunun nə olduğunu çoxdan bilirdi. Boş masa arxasında oturduqda "O mavi gözlü, tünd sarı saclı qızla mənim aramı düzəltdə"dedi. Bisimillah etməyə belə qoymamışdı!

"Hansı qız ilə?"
"Dedimdə"
"Adı nədi?"
"Adın mən bilmirəm, sən bilirsən"
"Adını belə bilmədiyin bir qızla aranı niyə düzəldim?"
"Savab iş qazanmış olarsanda"
"Onun sevgilisi var"
"Sevgilisi varsa mənə niyə elə baxırdı?"
"Yəqin səndən zəhləsi gedir onun üçün. Nəzrinin 6 aydı sevgilisi var. Sevgilisi olan qıza belə bir sey deyə bilmirəm"

"Yaxşı... Sən deyə bilmirsənsə özüm deyərəm" deyib yanımdan ayağa qalxdı. Bu nə sürət idi?!
Nəzrini bufetə daxil olan girdikdə, məndə Xəyalın ardıyca ayağa qalxdım. Xəyal onun yanına doğru getdikdə, məndə getdim. Pərt olmasına görmək mənədə maraqlı olacaqdı. Bufetin qıraq kənarında durduqda yanlarına gəldim. Nəzrinin "Yaxşıki gəldin Nəfəs. Xəyala sevgilim olduğunu niyə demisən? Mən sevgilimdən çoxdan ayrılmışam"dedi.Yalan! Üzsüzlük idi bu! Dünən axşam qrupda sevgilisindən danışan bu qız deyildi? Xəyal qəh qəhə çəkib gülməyə başladıqda, pis vəziyyətdə qaldığımı başa düşdüm. Nə desəm, inkar edəcəkdi... Xəyala görə dəyərdimi?

"Xəyal səninlə təklikdə danışa bilərik?"dedim

"Danışa bilərik. Nəzrin sən məni gözlə. Gələcəm birazdan" deyərək yanlarından ayrılıb bufetdən çıxdıq. Boş dəhlizin sonunda olan pəncərə kənarında dayandıq. Mən düz demişdim, onun sevgilisi var idi.

"Xəyal Nəzrinin bir sevgilisi vardı. Mən yalandan hec nə demədim. Elə niyə dedi, inan hec bir fikirim yoxdu. Mənə inanırsan hə?"
"İnanmasam nə olacaq?"
"Mən çox qırılacam... Özümü pis hiss etdim"
"Sənin qırılmağını istəmirəm. Özünü pis hiss etməyinidə istəmirəm"
"Elə isə mənim dediyimə inanırsan?"
"İnanıram... Sənə inanıram"
Mənə inanmışdı... Bunu sevmişdim... İçimdəki pis hiss birdən birə yoxa çıxmışdı
"İndi Nəzrinin yanına gedəcəksən?"
"Getmə desen getmərəm"
"Bəs get desəm?"
"Yenədə getmərəm..."dedi ciddiyəti ilə. Yanımda qalacaqdı...
"Amma sənin Nəzrindən xoşun gəlmişdi"
"Mən bir seyi sınamaq üçün belə varinata əl atdım. Elə qızlar mənlik deyil"
"Nəyi sınayırdın?"
"Sənin qısqanclıq damarını"
"Xəyall..." deyib qalmışdımki dəhlizin ən başında dayanıb bizə baxan Həsəni gördüm. Hansı ara bura gəlib, məni tapmışdı. Biz tərəfə irəllədiyini gördükdə, ağılıma bir fikir batdı. Xəyalda Həsənin gəldiyini gördü. Həsən yanımıza çatmağa az qalmış, mən irəli gedib "Həsənim, nə xoş süpriz oldu"dedim

"Kəpənəyim səhərdən hər yerdə səni axtarıram. Səhər atanla gəldiyindən, gözəl üzünü görə bilmədim. İndi ürəyim yerinə gəldi" dedi

Həsənin bir gözü arxada Xəyalda idi. Xəyalın üzün görə bilmirdim deyə, azacıq sol tərəf üstə dayanıb Xəyala baxdım. Xəyalın üzündə hec bir mimika görə bilməsəmdə, gözüm əllərinə sataşdı. Barmaqların yumub açaraq, sıxırdı. Bu bu işarət idi!

"Mənimdə eynən. Səni görməyəndə, günüm gözəl keçmir. Dərsədə az qalıb yoxsa aşağı düşüb bir seylər içərdik"dedim

"Həə məndə düşürəm indi. Dərs çıxışı məni gözlə, evə bərabər gedərik. Başqaları ilə gedib, özünə əziyyət vermə"deyərək üzümə düşən saclarımı qulaq ardında verməyə başladı. Mənimdə üzüm səbəbsizcə, gülürdü. Xəyala bir baxış atdıqdan sonra getməyə başladı. Gedişini izləyib Xəyala döndüm. Yenə dünən gecə kimi üzü düşmüşdü. Həsəndən xoşlanmadığı dəqiq idi

"Məndə sinifimə gedirəm. Harda olsa zəng vurulacaq indi"
"Dayan"
"Niyə?"
"Dərs çıxışı mənim ilə gedəcəksən"
"Mən bir əşya deyiləmki, məni ordan ora sürükləyib aparsan!"
"Əşyam olmasanda, köləmsən. Və köləmin mənimlə gəlməsini istəyirəm"
"İşinə gələndə tanış, işinə gəlməyincə kölən oluram! Bir qərar ver!"

Gözü boynumda olan sepə taxıldıqda, dodaqları süni gülüş ilə qıvrılmağa başladı

"Dayan təxmin edim. Boyunda olan sepi sənə Həsən alıb. Sən onun kəpəniysən axı. Nə mənasız boş ad"
"Kəpənək, kölə adından daha yaxşıdı!"
"O sepidə boynundan çıxart at!"
"Şəxsi əşyalarıma qarışmaq haqqını sənə verməmişəm! Söhbətin sonu hec xeyir əlamət yerinə gəlib çıxmır biləsən!"
"Əgər dərs çıxışı o sepi boynunda görsəm, mənim ilə bərabər gəlməsən Həsənə hər seyi danışacam. Hətda böyük bir məmnuniyyət ilə deyəcəm"deyərək yanımda dayandı. Onun yaxşı olmasına inanmışdım! O isə yenə sübut etdiki, yaxşı biri deyil!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri