Sənə allergiyam var (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 315
Səs ver:
(səs: 0)
Dərsin bitməsinə son 10 dəqiqə qalmışdı. Məndə düşünürdüm... Düşünürdüm yox, manyakca düşünməyə başlamışdım. Bu işə bir son verməli idim ya yox? Mən atamın qızı idim! Bu mübarizəyə daha çox boyun əyə bilməzdim. Ağılımada bir sey gəlmirdi amma... Həsənə gedib desəydi, mənim üçün son olardı... Əlimi boynumda olan kəpənəyin üstünə gətirib qoydum. Kaş bilsəydi, kəpəniyinin necə darda olduğunu... Ona görə xəstə Xəyalın yanında gəzdiyini... Onun köləsi olmağımı... Kaş bilsəydi... Kaş bir çıxış yolum olsaydı, bu işdən...
Kəpənəyi tutub sıxdıqda, gözümün qarşısına Həsən gəldi. Az əvvəl ona yenə bir yalan danışmaq məcburiyyətində qalmışdım... Bu aralar nə çox yalan danışırdım mən. Atama, Həsənə... Ən çoxda özümə...
Dəqiqələr getdikcə içimdə olan həyacan hissi daha çox artmağa başlamışdı. Yenə onunla üz üzə gələcəkdim. Köləsi olmağa davammı? Bu qədərmi aciz biri idim mən? Ya da çox çarəsiz idim... Dəqiqələr sona yetdiyində dəftərimi bağlayıb, çantama yerləşdirdim. Elə bu an ağılıma bir fikir gəldi. Mən bunu daha əvvəl niyə düşünməmişdim? Üzümdəki gülüşü gizlətməyə çalışdım. Zəng vurulduqda hər kəs çölə çıxmağa başladı. Mən isə sinifdə tək qaldım. Birazdan Xəyal bura gələcəkdi. Həsənin məni görməmisi üçün özümü burda gizlin saxlamışdım. Partama söykənib qollarımı bir birinə birləşdirərək qapıya baxdım. Xəyaldan qapıdan giriş edib, yanıma tərəf gəlməyə başladı. Böyük zövq ilə qarşıma keçib dayandıqda, gözü boynumda olan sepə taxıldı. Az əvvəlki zövqdən əsr əlamət qalmamışdı. Yaxşı olmuşdu ona!

"Sepi boynunda görməyim demişdim"

"Sepi çıxartmayacam. Nə də daha sənin köləliyinə dözməyəcəm!"

"Həsənə gedib deməyimi gözə alırsan?"

"Get de... Daha artığını de hətda. Həsən sənin dediklərinə deyil, mənim dediklərimə inanacaq"

"Bu necə olacaq hə?"

"İnkar edəcəm! Xəyal oyun oynamağa çalışır deyəcəm. Bu daha əvvəl niyə ağılıma gəlməmişdi görəsən? Bir az axmaq imişəm doğrusu"dedim gülərək. Xəyalda gülməyə başladı. Amma bu gülüş əsəbdən yaranan gülüş deyildi... Əsəbləşməsi lazım idi onun... Bir seylər tərsmi getdi?!

"Yenə gülürsən sən? Bu üzsüzlüyün axrıma çıxacaq mənim!"

"Saf olmağına gülürəm. Amma bu saflıq sənə yaraşır... Sənə hər nə etsən yaraşır, Nəfəs"

"Bu ədəbiyyatı kəs! Keç mətləbə!"

"Əlimdə sübutum olmasa, bu qədər arxayın ola bilərdim?"

"Nə sübutun var əlində?"

Cibindən telefonun çıxardıb, telefona daxil oldu. Sonradan telefonun ekranın mənə göstərdi. Ekrana baxdıqda dəftərdə yazdığım sözü gördüm. Şəkilini çəkmişdi! Necə ağıllı uşaq idisə! Mən niyə ağılsız idim?! Gözlərimi bərəltməyə başlayıb, əlimi telefonuna uzatdım. Telefonunu yuxarı qaldırıb "Olmaz, dinc dayan Nəfəsim..."dedi. Nəfəsim?!
Əlimi qaldırıb telefonu almağa çalışdım. Ancaq əlini daha göyə qaldırdı. Boyum balaca olduğu üçündə, telefonu almağım imkansız oldu! Boşda qalan əlini belimə yerləşdirib özünə tərəf çəkdikdə burun - buruna dayandıq. Gözlərimiz bir birimizin baxışlarının arasında gedib gəlirdi. Yuxarda qalan əlimi aşağı salmağa başlayıb, boğazımı təmizləməyə çalışdım. Yenə eyni hiss içimdə daxil oldu... Qıvırcıq saclarına toxunmaq istədim... Ona hər yaxın durduqda, bu hiss məndə baş qaldırırdı

"Bu köləlik daha nə qədər davam edəcək hə?!"dedim ondan ayrılmağa çalışarkən. O isə ayrılmağıma hec imkan verməmişdi. Göydə qalan digər əlini aşağı salıb, digər əli ilədə belimdən tutdu. Hec danışmadan üzümü əzəbərləyirmiş kimi baxmağa davam etdi. Bir cavab gözləyirdim! Ondan uzaq durmaq istəyirdim mən

"Mənim ürəyim istəyənə qədər davam edəcək bu iş. Səndə mənə tabe olacaqsan... İndi o sepi boynundan çıxart. O sepi boynunda gördükcə, əsəbləşirəm"dedi

Belimdən tutub məni özünə tərəf çəkdiyi üçün, qollarımı sinəmizin üstünə yerləşdirdim. Niyə əsəbləşirdi mənim boynumda olan sepimdən?!

"Xəstə sepə niyə əsəbləşirsən?"dedim

"Kəpənəklərin ömürü az olur... Lazımsız bir seydi. Taxma elə simvolu olan sepi. Mən sənə başqa boyunbağılar alaram"dedi

İndi lal olmuşa döndüm. Məni fikirləşmişdi... Ağılımdan 'pis biri idi' bəs düşüncəsi keçdi. Bu idi pis insan? Hələ qısqanmıram deməsi... Və qısqanması...

"Əlini belimdən çək... Sepi boynumdan çıxardıb. Sonrada məni evimizə apar"dedim

Əllərini belimdən boşaltdıqdan sonra, geri çəkildim. Bir seyi çox sevirdim, mən istəmdikdə, məndən tez aralaşıb qopurdu

"Səni bizə aparacam. Anam səni görmək istəyir. Beləcə günorta yeməyinidə birlikdə yemiş olarıq"

"Hara istəsən orada gedəcəm mən?"

"Yox əlbətdəki. Amma gəlsən anam çox sevinəcək"

"Bəs sən?"

"Məndə sevincəm..." deməsi ilə başını aşağı saldı. Bu günki olan dialoqlarımız özümə xoş gəlməyə başlamışdı. Həsəni qısqanmağı olmasaydı, normal üsniyyətimiz olacaq. Amma biz normal deyil, bir anormal idik!

***

Univerisitetdən çıxıb onların evinə gəlmişdik. Yol boyu, sep hələdə boynumda dayanmışdı. Özümün çıxardıb atmağıma əlim gəlmirdi. Çıxardıb atsaydım Həsənə nə deyəcəkdim? Simnarə xanım Xəyalın dediyi kimi məni görməyinə çox sevinmişdi. Yeməklərimizi yedikdən sonra ortalığı yığışdırmağa kömək etmişdim. Evlərində təmizlikçi olsada, yemək işi hər zaman onda olarmış. Qablarıda yumaq bizə düşmüşdü. Qab işin bitirdikdən sonra Xəyalın otağına film izləmək üçün keçdik. Doğrusu film izlməyə halım yox idi. Film bəhanə idi məncə... Otağının divanında oturmuşduq. Bu gün kölə kimi hec bir iş görməmişdim. Yanında olmağımı, özüm üçün köləlik kimi saymasam...

"Sep hələdə boynunda qalıb... Əsəblərim getdikcə gərilir xəbərin olsun"

"Sepə taxdın ha səndə!"

"Nəfəs biz nə danışmışdıq?"

"Hec nə xatırlamıram mən"

"Mən xatırladaram onda sənə"

"Off! Xatırladım... Dönüm özün aç. Mənim açmağa əlim gəlməz"

Arxamı onun tərəfə çevirib, sepi boynumdan açmağı gözlədim. Bir əlini saclarımda hiss etdim. Barmaqları ilə saclarıma toxunurdu... Saclarımı sağ tərəfimə atmağa başladı. Barmaq ucları incə bir şəkildə boynuma dəyirdi... Mənim ürəyim yerindən çıxacaqmış kimi niyə olurdu görəsən? Sepə toxunub, sepi açmağa çalışdı. Sepi açdıqda, gözümü yumdum. Boynumdan sürüşüb əllərimin arasına düşdükdə, sepi əlimdə sıxdım. Nə gözümü açmışdım, nə də Xəyal geri çəkilmişdi. Saclarıma nə isə toxunurdu... Biri ona məndən uzaq dur desin...

"Qoxundan öpmək istəyirəm..." deyə saclarımın arasında qulağıma pıçıldadı. Ruhum bədənim ilə get gəl arasında qaldı... O dodaqlar mənə toxunsaydı, onun peşmancılığını çəkəcəkdim... Toxunmasaydı daha çox çəkəcəkdim... Sepi əlimdən divanın üstünə atıb "Səninlə aramızda baş verən hər sey səhvdi... İnsan insanı doğrular ilə sevər. Biz isə səhvlər edə - edə bir birimizə tutunmağa çalışırıq... Niyə məni seçdin?"dedim

"İnsan ən çox səhvlərini sevərmiş... İnsan ən çox səhvlərindən möhkəm yapışıb, təkrar edərmiş. Səndə mənim təkrar etdiyim, həmin səhvlərimdən birisən. Amma elə bir səhvsənki, səhv olduğunu qəbullanmaq istəmirəm"dedi.

Dediyi hər kəliməsində nəfəsini boynumda hiss etmişdim. Dodaqlarını boynumun arxasında hiss etdiyimdə "O zaman səhvləri təkrarlamağa davam"dedim. Görməsəmdəm boynumda hiss etdiyim nəfəsindən gülümsəydiyini təxmin etdim. Dodaqları boynumun arxasına dəydirib, kicik bir öpüş qondurdu. Kicik öpüşün ardından, burnunu boynuma basdırıb qoxumu içinə çəkməyə başladı. Mən bu hisslərin hec birini Həsəndə keçirməmişdim... Mən Həsənlə belə bir sey yaşamamışdımda... İlk dəfə ürəyimin üstündə qarışqa gəzirmiş kimi bir hiss etdim... İnsanın ürəyində qarışqa gəzməsi tamam fərqli bir duyğu idi... Xəyal "Nəfəs..."dedikdə gözlərimi açdım. Əllərini qarın boşluğumun üstündə birləşdirmişdi. Əlimi əllərinin üstünə gətirib, qoyduqda dodaqlarını boynumdan çəkdi. Başını boyun girəcəyimə salıb "Sənində ürəyinin üstündə qarışqa gəzirmiş kimi oldu?"dedi. Eyni düşünmüşdük... Ya da eyni hissləri keçirtmişdik...

"Bir az oldu... Bəs səndə?"

"Bir azdan daha çox oldu... İnsanın qoxusunu öpmək möhtəşəm bir sey imiş"

"İnsan asanlıqla bir seyi əldə etdikdə, daha həmin seyi istəmirmiş... İndi səndə daha qoxumdan öpmək istəməyəcəksən"

"Səhvin var... İnsan insanın qoxusu üçün darıxdıqda dəli olur. Ya bir gecə yarısı qoxun üçün darıxsam? Onda nə edəcəm? Gedib portağalları qucaqlayıb öpəcəm?"

Deməsi ilə məni güldürməyi bacardı. Mənim gülüşümə güldüyündə "Dəlisən həqiqətəndə" dedim. Qarın boşluğunda olan əllərini daha çox sıxıb, mənə möhkəmcə sarılaraq "Biz sonsuza qədər belə qalaq?"dedi

Bölüm sonu
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 315
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri