Sənə Allergiyam Var (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 5 595
Səs ver:
(səs: 1)
(Nəfəs'in dilindən davam)
Bu sabah çox dəyişik hiss ilə yuxudan ayıldım. Dünən axşam necə yatdığımı hec bilmirdim. Bir çox səbəblərim vardı. Həsən mənim ilə bağlı ciddi bir söhbət etmək istəmişdi. Mən isə qəbul etməmişdim... Sonra söhbət edərik deyib keçişdirdim. Mənim haqqımda nə söhbət edə bilərdi? Bu sabahda dərsə özünün aparacağını demişdi. Yolda danışmasa yaxşı idi...
Digər səbəb Xəyal idi. Başıma bəla olan qıvırcıq Xəyal... Mənə kəpənək sepimi çıxartdırıb, qoxumdan öpən həmin insan... Yanından necə qaçıb getdiyimi hec özümdə bilmədim. Həsəni bəhanə edib aradan çıxdım. Qarışıq hisslər keçirdirdim... Nəyin düz olub olmamasında bilmirdim... Etdiyim səhvlər mənə düz yol göstərəcəkdi? Mən səhv etdiyimi qəbul etdikcə, mənim üçün hər sey daha çox çətinləşirdi. Dünən axşam Xəyalın yazdığı 'Bəlkə portağılın olum hə?' mesajı mənim üzümü bir xeyli gülümsətmişdi. Lakin onun əyləncədə olduğunu unutmuşdum... Onun özünə məxsus bataqlığı vardı. Ordan çıxada bilməzdi... Bir portağal qoxusu nə qədər işə yaraya bilərdi? Portağal mənə aid idi məndə ona...
Həsənin gəldiyini gördükdə, atamın üzündən öpüb evdən çıxdım. Maşına minib yola düşdükdə, radioda bir mahnı açdı. Hansı ara onunla bu qədər yad olduq? Ona hər sirrmi deməz oldum? Xəyal həyatıma daxil olduqdan sonramı? Yoxsa bizim aramızda əvvəldən görmədiyim bir uçurum yaranmışdı?

"Elə bilməki canını məndən qutardın. Bu gün sənin ilə danışacam"

"Həsən dərsə gedirik, kefimi pozma"

"Kəpənəyim deyərdim sənə... Ancaq əvvəlki kəpənəyim yoxdu daha"

"Kəpənəyin olduğu yerindədi. Elə düşünmə"

"Sepin boynunda deyil Nəfəs"

"Qırıldı... Qırıldığı üçün taxmadım"

Sep məndə deyildi... Sep Xəyalda qalmışdı... Rəng alıb rəng verdiyimi özüm hiss edə bilirdim. Həsənə yalan danışırdım mən... Yalanlarımla hara qədər gedəcəkdim?

"Sən yalan danışmağı bilmirsən. O sep boynundan niyə çıxıb bilmirəm. Lakin, o sepin niyə hansı səbəbdən çıxdığını özün mənə deyəcəksən"

"Həsən sən mənə nə deməyə çalışırsan? Sözlərin atmacalıdı. Mən isə hec nə başa düşmürəm!"

"Başa düşəcəksən... Az qalıb"

Susdum daha... Bu söhbətlər xoş yerə gedib çıxana hec oxşamırdı. Univeristetə gəlib çatmışdıq. Qapını açıb maşından aşağı düşdükdə, Xəyal maşınını düz Həsəninin maşının yanında saxladı. Maşınından aşağı düşdükdə məni gözləyən Həsənə "Sən get mən indi gəlirəm"dedim. Xəyal çənə sümüklərini sıxıb, qalmışdı. Maşının bir tininə söykənib mənə eləcə baxdıqda "Mənə niyə elə baxırsan?"dedim. Yanına getmək ən düzgünü idi. Qollarımı birləşdirib qarışısına keçib sualıma bir cavab gözlədim

"Yanında daha nə qədər Həsən olacaq?!"

"Sənin yaddaş problemin var? O mənim dostumdu!"

"Bəsdi! Dost - dost deyib ömrümü yediniz hər ikinizdə! Ömrümü yeməkdən əl çək. Cavanam hələ!"

"Sənin ömrünü yesəydim dünən clublda əylənməzdin! Əminəm qızlar ilə əla vaxt keçirmisən!"

"Hə keçirmişəm. Yanımda düz 3 qız vardı. Bundan sənə nə?"

"Mən sənin işinə qarışmıram. Səndə mənim işimə qarışma. Həsəndən xoşun gəlmədiyini görürəm. Narahat olma onunda səndən xoşu gəlmir!"

Üzünə arsızca bir gülüş yerləşdirib, əlini cibinə salaraq cibindən mənim kəpənəkli sepimi çıxardıb yuxarı qaldırdı

"Bax bu sənin kəpənəyindi... Kəpənəyin...!"

"Onu mənə ver!"

"Çox istəyirsənsə gəl al"

Ona tərəf bir adım daha atıb, əlindəki sepə baxdım. Əlimi sepə uzatdığımda sepi daha yuxarı qaldırdı. Əlim yenə havada qalmışdı!
"Oyun oynama! Sepi ver... Dərsə geçikirəm mən" dedim

Əlini aşağı salıb, üzündəki arsız gülüşü sildi. Dodaqlarını azca qıvrılıdıb "Mən axmaqda sənə yeni boyunbağı almağı düşünürdüm... Sənin fikirin isə hələdə bu kəpənəkdə qalıb. Ehtiyyatlı ol bu kəpənək sənin axrına çıxmasın" deyib ovuc içini açaraq "Götür sənin olsun yenə" dedi. O sepi necə götürəcəkdim indi? Bunu düşünürdümki, bir oğlan yanımıza yaxınlaşıb "Xəyal axşam cluba niyə gəlməmişdin hə?"dedi. Xəyalda clubda deyilmişmi? Göz bəbəklərim böyüməyə başladıqda, Xəyal əllərini saclarına keçirtdi. Hər çətinə düşəndə bu hərəkəti edərdi...

"Bağışla Xəyal, yanındakı qıza hec fikir vermədim" dedikdə, Xəyal "Şahin sonra danışaq biz?" dedi. Şahin yanımızdan gedər getməz gülməyə başladım. Cluba falan getməmişdi. Mənədə yalan demişdi... Bəs bu yalanı niyə demişdi?

"Sən axşam clubda olmamısan, clubda olmamısansa qız falanda olmayıb. Sənsə mənə yalan danışdın"

"Yalan danışmadım... Yalan danışmağa məcbur qaldım"

"İnsan belə bir yalan danışmaz. Səni qısqanacağımı düşündün?"

"Getdikcə, qəlb qırmağa başlayırsan. Mən sənə görə elə yalan danışdım. Sən Həsəndən bəhs edərkən, mən sənə evdəyəm, səni fikirləşirəm deyə bilməzdim"

"Qəlb qırmıram mən. Çünki, qəlbin qırıq olmasının nə olduğunu çox yaxşı bilirəm mən. Həsənin yanında olmağım, mənimdə səni fikirləşmədiyim mənasına gəlməz"

"Səndə məni fikirləşirdin?"

"Qoxumdan öpən, mənə toxunan ilk insansan. Səni fikirləşməyibdə, kimi fikirləşəydim?"

"Kəpnəyi taxma boynuna... Onu sənin boynunda görmək istəmirəm mən. Bunu səndən Xəyal olaraq istəyirəm... Qıvırcığını inicitməzsən hə?"

Kipriklərimi qırpıb "İncitmərəm... Sən məni incitmədikcə məndə səni incitmərəm"dedim. Kəpənəkli sepi ikinci dəfə yanında qoyaraq, yanından ayrıldım...

Dərslər bitənə qədər sinif otağından hec çıxmamışdım bu gün. Xəyalın dünən clubda olmamasını bildikdən sonda sevinməyə başlamışdım. Hələ, bu sabah olan söhbətlərimizi demirəm... İnsafsız çox gözəl danışırdı... İnsafsız insanın qəlbinə necə toxunmaq lazım olduğunu yaxşı bilirdi. Dərs bitdiyi üçün çantamı yığıb sinifi tərk eləmək istədim. Ancaq sinif qapısının kənarında Həsəni görməyim ilə adımımmı saxladım. Evədə O aparacaqdı

"Gedək Həsən"

"Getməmişdən əvvəl sənə bir söz deməliyəm"

"Həsən burdan gedək sonra deyərsən. Nə məcburdu burda danışmaq?"

"Hər yerdə məndən qaçırsan. Məndə məcbur qalıb burda deyəcəm. Bu sabah məni qoyub, Xəyalın yanına getdin. İndidə mən olmasaydım, yenə Xəyalın yanına qaçaqdın. Sən görmürsən... Sən görmürsənki, O oğlan sənə pis təsir edir. Səni atandan məndən uzaqlaşdırır... Gözünü aç Nəfəs"

"Həsən inan nə yeridi, nə də zamanı"

İrəlir bir addım atıb yanından keçdiyimdə "Məni sevdiyini bilirəm..."dedi. İkinci addımı ata bilmədim... Heykəldən bir fərqim olmadı... Ancaq heykəl düşünə bilmirdi... Mən isə düşünürdüm... Bunu bilən iki şəxs vardı. Biri atam, digəri isə Xəyal idi...
Atam deməyəcəyinə görə, geriyə yalnız tək bir secənək qalırdı. Oda Xəyal...
Mənim qoxumdan öpən insan, mənə belə bir növdə xəyanət etmişdi... Xəyanət...

Bölüm sonu
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 595
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri