Sənə Allergiyam Var (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 4 476
Səs ver:
(səs: 0)
Həsəni sinif otağında qoyub, var gücüm ilə qaçaraq ordan uzaqlaşdım. Arxamca gəlib "Nəfəs dayan, dayan" desədə onu eşitməmizlikdən gəlib qarışma baxaraq univerisitetdən çıxdım. Gözümdən yaşlar məndən xəbərsiz süzülürdü... Hara gedəcəyimi bilmədən yolun kənarı ilə qaçmağa başladım. Nəfəsim dayana qədər qaça bilərdim... Beynimdən keçən düşüncələr, mənim bədənimə ağırlıq edirdi. Həsənin məni sevdiyinəmi pis olmuşdum? Yoxsa Xəyalın ona deməsinəmi?
Boş bir kücəyə keçdiyimdə daş divardan olan hasara kürəyimi söykəyib aşağı çökdüm. Soyuq aylar olduğundan ortalıqda hec kim yox idi. Ortalıqda qalan tək sey mən idim. Mən və mənim hisslərim...
Yanaqlarıma süzülən göz yaşlarımı əlimin tərsi ilə silməyə başladım. Özüm öz göz yaşımı silirdim... Mən ağlamağın nə olduğunu belə bilməzkən, indi ağlayırdım... Atamı istəyirdim... Atam hiss etmirdimi mənim çətində olduğumu? Həsənlə danışmağa bir üzüm yox idi. Ancaq Xəyal ilə danışacaqdım! Niyə belə bir sey etdiyini mənə deyəcəkdi...
Bu sabah onunla danışarkən, içimdə bir seylərin düzələcəyinə ümüd edirdim. Ümüdlərimi yıxmışdı...
Çantamı açıb içindən telefonumu çıxardıb ona zəng etdim. Saniyələr keçmədən telefonu açıb "Eşidirəm Nəfəs"dedi. Qarşımda olsaydı, onu boğa bilərdim!

"Yerini de gəlirəm! Sənin kimi alçağa inanmamalı idim mən!"dedim. İçimdəki nifrət hissi barbar bağırırdı!

"Nəfəs sən ağlamısan? Yerini de mən özüm səni gəlib alacam"dedi təlaşlı çıxan səs tonu ilə. Etdiyi səhvi bilmirdimi?! Təlaşlanmaq lazım deyildi!

"Artist tərəflərini özünə saxla! Uzatmadan mənə yerini de!" dedikdən sonra evdə olduğunu bildirdi. Ayağa qalxıb yaxınlarda olan bir taksiyə minib evinin ünvanın verdim. Hec nə hiss etmirdim... Dərin bir boşluğa düşürmüş kimi idim. Bu boşluq məni öz içinə çəkirdi... Boş hiss etmək qədər iyrənc bir hiss yox idi. Həsən ilə atam zəng etdiklərindən telefonu söndürmüşdüm. İndi gedib Xəyaldan hesab soruşacaqdım. Bitmişdi köləliyim... Mənidə bitirmişdi...

Taksidən aşağı düşüb, evlərinə giriş edərək qapının zəngini basdım. Simnarə xanımın evdə olmasını hec istəmirdim... O cür gözəl xanım bu cür oğulu haqq etmirdi... Qapı açıldıqda, Xəyalı gördüm. İrəli addımını atıb "Nəfəs... Səənn? Sənn"deyib qollarını açaraq məni qucaqlamağa çalışdı. Qucaqlamasına imkan verməyib onu var gücüm ilə itələdim. Yıxılmaq istəsədə tarazlığını saxlayıb maraqlı gözlər ilə mənə baxmağa başladı. Bizimdə sonumuz bura qədər imiş!

"Mənə hər seyi unutdurmuşdun... Sənə həyatımda bir yer vermişdim... Mən sənə inanmışdım... Mən sənə güvənmişdim... Mən sənə görə sepimi boyunumdan çıxardıb atdım. Mən sənə görə atama yalanlar danışmağa başladım. Mən sənə görə dost deyib, sevdiyim insanı ikinci plana saldım... Mən sənin mənə toxunmağına icazə verdim... Qoxumdan öpən ilk insan oldun... Hətda daha artığı oldun... Saclarını sevmirdim... Mənə saclarını sevdirdin... Səni görəndə allergiyam qalxırdı. Sən o allergiyanı məhv elədin... Sən mənim həyatımı dəyişdirdin... Sən de Xəyal... Dəyərdimi? Bunları mənə yaşatdıqdan sonra, yerə çırpmağa dəyərdimi? Dəyərdimi?!"

Gözlərimdən yenə yaşlar axmağa başladı. Mənə yenidən yaxınlaşmağa başlamaq istədikdə "İnsan bu qədər şərəfsiz olmamalıdı, Xəyal... Bu qədər şərəfsiz olmağı necə bacardın hə?"dedim

"Nəfəs mən səni başa düşmürəm... Tək başa düşdüyüm sey sənin yaxşı olmamağını görməkdi... Ağlama... Sənə ağlamaq yaraşmır"dedi

"Nəyini başa düşmürsən?! Şərəfsiz deyilmisənmi sən?!" deyib işarət barmağımı ürəyinin üstünə basdırdım. Əlimdən tutub aşağa salaraq "Mənə nə olduğunu deyəcəksən?! Yoxsa məni yerdən yerə vuracaqsan?! Mən sənə qarşı şərəfsizlik etmədim, Nəfəs... Mən bunu sənə etmədim..." dedi. Niyə inkar edirdi? Niyə etdiyi hərəkəti danırdı?!

"Bitdi Xəyal! Burda bitdi! Qarşıma çıxma... Səninlə keçirtdiyim anlarımı yaddaşımdan silib atmağa çalışacam!"deyib yanından getdim. Arxamdan səslənmədi belə... Səhv etmişəm, bağışla belə demədi... Mənim kimsəm yox idi.
Evə gəlib qapını açıb içəri keçdikdə atamı evdə gördüm. Narahat olmuşdu mənim üçün... Ona yalanlar danışdığıma görə özümü bağışlamayacaqdım. Atam gəldiyimi görüb, ayağa qalxaraq "Qızım sənin üçün narahat oldum. Nəhayət gəlib çıxa bildin"dedi. Üzündən necə narahat olduğu bəlli olunurdu. Canım atam...

"Ata çox bərabadam... Həsən... Həsən onu sevdiyimi bilir... Xəyal deyib ona hər seyi!"deyib ağlamamaq üçün dodaqlarımı büzüb güclə saxladım. Atam məni qucaqlamağa başlayıb "Kecəcək qızım... Hər sey kecəcək" dedi. Atamı möhkəmcə qucaqlamağa başlayıb, onun boynunda ağlamağa başladım. Keçməyəcəkdi bu acı...

"Necə kecəcək? Bir gündə iki insanı itirdim mən... Həsənin üzünə baxmağa cəsarətim yoxdu... Xəyalda mənim üçün bitdi"deyib dərindən iç çəkdim. Atam məndən ayrılmağa çalışıb "Qızım... Hec nə bildiyin kimi deyil"dedi.
Tərətdütlə ona baxmağa başlayıb, ondan ayrıldım. Ürəyimə ayrı bir hiss daxil oldu... Yox düşündüyüm sey olmasın...

"Həsən sənin onu sevdiyini, bir ildən çoxdurki bilir... Xəyalın günahı yoxdu burda... O Həsənə hec nə deməyib" dedi

Qurduğum dünya dağılmağa davam edirdi... Baş rolunda da atam vardı...

"Həsən hardan bilirdi?! Həsən 1 ildən çoxdu bunu bilir! Və siz məndən hər seyi gizlətmisiz?!" dedim səsimi ucaldaraq. İlk dəfə idi atamla bu səs tonunda danışdığım. İlk dəfə idi onun üzünə qayıtdığım...

"Qızım əsəbləşmədən mənə qulaq as. Mən sənin atanam... Qızımın elə acı çəkdiyini görərkən necə sakit dayana bilərdim? Bax sən indi sağlıqla düşünə bilmirsən. Gəl oturaq, rahatla... Mən sənə hər seyi başa salaram" deyərək qolumdan tutmağa çalışdı. Qolumu əlindən çəkib ondan uzaq dayandım. Nağıl qəhrəmanım burda mənim üçün bitmişdi...

Atamada qulaq asmayıb evdən çıxmışdım. Bu gün üç insandan qaçıb, onların hec birinə qulaq asmamışdım... İnsanlar danışaraq hər seyi həll edərdi. Mən isə danışacaq vəziyyətdə deyildim. Həsən qaçıb, Xəyalın yanına gedib ona olmazın - olmazın sözlər dedim. Ona qulaq asmadan, söhbətin nə yerdə olduğunu bilmədən onun üstünə hücum çəkdim. Mənim üzümə çətin baxaydı... Baxmasaydıda yeri idi... Atamın deyə biləcəyini hec düşünmədim. Atam idi... Atam... Mənə yalan danışmazdı... Sən demə həyatımın ən böyük yalanını danışıb...
Evimizdən bir az aralı olan parka gəlib tək başıma skameykada oturub, ətrafı seyr etməyə başladım. Hava həm qaralmağa başalmışdı, həm də daha çox soyuqlaşmışdı... Üstüm nazik idi... Qollarım ilə qızınmağa çalışırdım. Hara gedəcəkdim mən? Atamın indi evdə dəli olub məni düşündüyündə bilirdim. Ancaq evdə qala bilməyib, ordanda qaçmışdım. Saatı bilmək üçün telefonu yandırdım. Nə qədər zəng edilmişdi mənə... Ən əsası gözümə 'Qıvırcıq' adı sataşdı. 51 dəfə zəng etmişdi mənə... Telefon açıq olduğundan bu dəfəki zəngi ekrana düşdü. Ona o qədər söz demişdim. O isə mənə zəng edirdi... Necə ürəyə sahibsən sən Xəyal? Zəngi açım açmayım deyə qərarsız qaldıqda, təkrar zəng gəldi. Açıb nə deyəcəkdim ona? Telefonu açıb hec eşidilməyəcək səs tonu ilə "Alo..."dedim.
Yarı sevinc, yarı narahat səsi ilə "Şükür... Şükür bu telefon açıldı... Hardasan?"dedi .
Kövrək çıxan səsimlə "Yerimi desəm gələcəksən?"dedim

"Sən harda olsan gələrəm mən... Sən mənə get desəndə, mən getməyib səndə qalaram. Yerini de Nəfəsim... Yanına gəlim..." dedi

Ona yerimi deyib telefonu söndürdüm. Hər seyə rəğmən onu yanımda istəyirdim... Məni yanında istəyirdi... Xəyalın deməməsinə bir yerlərdə sevinmişdim... O desəydi, geri dönüşümüz olmayacaqdı...

5 dəqiqə keçərdi ya keçməzdi, uzaqdan birinin gəldiyini gördüm. Addımlarını iri - iri atıb mənə doğru gələnin kim olduğuna baxdım. Xəyal idi gələn... Bu tezliyində necə gəlmişdi?
Məni gördükdə "Axırki tapdım səni..." deyib qarşıma keçib dayandı. Birləşdirdiyim qollarımı bədənimdən ayırıb, başımı aşağı salaraq əllərim ilə oynamağa başladım. Ona baxası bir üzüm yox idi... Bir dizini yerə atıb qarışma çökərək birləşik olan əllərimdən tutdu. Gözüm əllərimizdə taxılı qaldı...

"Sənə görə narahat oldum..."dedi əllərimdən tutaraq. İsti nəfəsini əllərimə verib əllərimi qızındırmağa çalışdı. Üşüdüyüm çoxmu bəlli olurdu?

"Nəfəsim, bir sey de niyə belə sakitsən?"deyib ayağa qalxdı. Geyindiyi qara rəngdə olan cins pencəyi çıxardıb mənim kürəyimə örtərək özüdə yanıma oturdu. Mən isə donmuş şəkildə onun hər hərəkətin izləyib, hec nə danışmırdım. Ona dediyim sözlər yadımdan çıxmırdı. Yanıma gələrəkdə mənu çox utandırmışdı...

"Sənə dediyim o qədər sözlərdən sonra mənim yanıma gəlmisən... Gəlməyədə bilərdin..."deyib səhərdən bəri ondan qaçırtdığım baxışlarımı, ona zillədim

"Gəlməsəm olmazdı... Gəlməsəydim sən burda tək qalıb üşüyəcəkdin..."

"Mən çox utanıram Xəyal"

"Utanacaq bir sey yoxdu. Məndə sənin yerində olsaydım elə fikirləşərdim. Utanma"

"Necə tez gəldin?"

"Zənglərimə cavab vermədiyin üçün məcbur olub evinizə gəldim. Atanlada tanış olduq... Atanda çox pis vəziyyətdədi"

"Atam haqqında hec nə eşitmək istəmirəm. Burdan getmək istəyirəm mən"

"Gedək onda" deyib ayağa qalxaraq bir əlin mənə uzatdı. Bir necə saniyə əlinə baxdıqdan sonra, titrəyən əlimi əlinin üstünə qoydum. Əlimdən möhkəm tutduqdan sonra, mənə baxıb gülümsəməyə başladı. Bu qədər yaxşı bir insan olunmazdı, adam... O sözləri dedikdən sonra qarışma keçib necə belə gülümsəyə bilirdi? Səbəb nə idi? Əlimi əlimdən ayrıb, bir əlini belimə atdı digər əlini isə dizlərimin altından tutaraq məni qucağına aldı. Başımı sinəsinə qoyub, qollarımı boynuna dolayıb "Yaxşıki qarışma sən çıxmısan..."dedim.

Məni valideyinləri ilə yaşadığı evə gətirmişdi. Ancaq olar ortalıqda görsənmirdi. İlk əvvəl mətbəxə keçib mənə məcburi yemək yedizdirmişdi. Sonra isə otağına keçmişdik. Onun çarpayısına kürəyimi söykənərək oturumuşdum. Oda boş qalan yerdə üzü mən tərəfə oturmuşdu. Gəldiyimizdən bəri hec danışmamışdıq. Bəlkədə atamdan hər seyi öyrəndiyi üçün idi. Dizimin üstünə qoyduğum əlimdən tutub, dodaqlarına tərəf yaxınlaşdıraraq ovuc içimdən öpməyə başladı.
"Etmə... Sənə layiq biri deyiləm mən"deyib əlimi əllərinin arasından çəkmək istədim. Ancaq bunu bacara bilmədim. Əlimdən daha möhkəm tutub, aşağı saldı

"Elə düşünmə... Mən səni bura yaxşı olmağın üçün gətirdim. Bu saata qədər yaşadığın hər seyi unut. Mən sənin yanındayam, sən mənim yanımdasan... İnsan bir birinin yanında olarkən, yıxa bilmədiyi nəsə olar?"

Kürəyimi çarpayıdan çəkib, irəli durdum. Onunla göz gözə gəldik. Qıvırcıq sacları yenə diqqətimi çəkmişdi. Tək - tək alının üstündə dayanmışdı. Və mənim onları elə görərkən içim gedirdi... Verdiyi sualı belə unutdum. Onun evində, onun otağında, onun çarpayısında idim. Yad bir insan, mənə bu qədər doğma olmuşdu. Məni o qaranlıq soyuq olan havadan xilas etmişdi. Hər seyi unudacaq həddə gətirmişdi məni. Bunu necə bacarırdı?

"Necə bacarırsan?"deyib boşda qalan əlimi üzünə toxundurmağa başladım. Əlim üzünü oxşadıqca gözlərini yumub açmağa başladı. Mənim qanım axış dəyişmişdi

"Nəyi...?"deyərək əlini əlimdən çəkib belimdən tutraq mənə yaxın durdu. Onunla üz üzə durmaq çox təhlükəli idi. Mən isə bu təhlükəyə bilə - bilə gedirdim

"Yanındaykən mənə hər seyi unutdurmağı bacarırsan. Tək düşündüyüm sey sənin qıvırcıq sacların olur"dedim. Əlimi üzündə daha çox gəzdirməyə başladıqda "Mənimdə tək düşündüyüm sey sən və sənin qoxundu"deyib
"Həsəni hələdə sevirsən?"deyə əlavə etdi

"Dəqiq bilmirəm..."deyib susdum

Düşünməyə vaxtım belə olmamışdı... Ona yalanda demək istəmirdim

"Sən bu gün çox yorulmusan, sən yatıb dincəl. Yuxudan ayıldıqdan sonra evinə aparacam səni" dedi

Evə getmək istəmirdim mən... Evə getməkdən başqa bir yolumda yox idi

"Gec duracam yuxudan"deyərək əlini əlimdən belimdən ayırıb üzümü o tərəfə çevirərək uzandım. Yanımdan ayağa qalxdığını hiss etdikdə, gözlərimi yumdum. Getdiyini düşünərkən, üzümə sacların dəydini hiss etdim. Yanağımda dodaqlarının istisini hiss etdikdə "Nəfəsim..."dedi. Sonra yanağıma bir öpüş qondurub, qulağıma "Yuxunda məni gör"deyə pıçıldadı. Gözüm yumulu olsada, üzümün güldüyü dəqiq idi. Yanımdan gedişini hiss etdikdən bir nece dəqiqə sonra gözlərimi açıb, ətrafa baxdım. Onu ətrafda görə bilmədiyimdə çarpayımdan boylanıb divana baxdım. Balaca divanda onu sığışıb uzanan gördükdə, daha çox gülümsədim. Necə düşüncəli insan idin hə sən?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri