Sənə Allergiyam Var (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 4 392
Səs ver:
(səs: 0)
Yuxudan ayılıb gözlərimi açmağa başladım. Ətraf qaranlıq və səssiz idi. Saatın neçə olduğundanda xəbərim yox idi. Gözlərimi ovuşdurub ayağa qalxaraq, otağın işığını yandırdım. İlk işim divana boylanıb baxmaq oldu. Ancaq divanda bir kimsə yox idi. Üzümə tökülən saclarımı geri verdikdə, otağın qapısı açıldı. Xəyalı içəri girən gördükdə, səbəbsizcə təbəssüm etdim. Onu görmək, mənə yaxşı gəlirdi... Ayıldığımı görüb "Yatmış gözəl yuxudan ayılıb. De görüm yuxunda məni gördünmü?"dedi

"Yuxumda görməyimə ehtiyyac yoxdu. Canlı - canlı qarşımdasan"

"Rahat yata bildin?"

"Həə indi ayıldığıma görə görünür rahat yatmışam. Saat necədi?"

"Bir azdan 11 tamam olacaq. Bildiyin gecə düşüb. Telefonuna çox zəng gəlib. Atan dayanmadan zəng edir... Həsəndə ondan geri qalmır"

"Mən getmək istəmirəm"

"Sənə qal deyərdim, amma evdə sənin üçün narahat olan atan var. Qaçmaq hec nəyi həll etmir. Danışmasan, özünü hər zaman pis hiss edəcəksən"

"Bilirəm... Sənə daha çox əziyyət vermək istəmərəm"dedikdə əllərini əllərimə toxundurub əllərimdən tutdu

"Əziyyət deyil, inanki sənin burda mənim yanımda qalmağını çox istəyirəm. Səni hec kimə vermək istəmirəm. Səndən ayrı qaldığımda, necə darıxdığımı bilə bilməzsən... Amma indi evə gedib hər seyi yoluna qoymalısan. Nə hisslər keçirtdiyini başa düşməlisən. Mənim yanımda qaldığında sənin beynin qarışır. Mən sənin beynini qarışdırmaq istəmərəm"

"Başa düşürəm... Məni evə apar onda. Qaçdığım hisslərim ilə üzləşim"deyərək əlimi əllərindən ayırdım. Nə desədə, qəlbimə bir ağırlıq çökmüşdü. Yaxşılığımı istəsə belə...
Yatıb durmaq hər seyi həll etmirdi. Atamla danışacaq bir cəsarətim yox idi. Mən çox seydən uzaq qalmaq istəyirdim. Ancaq göründüyü qədəri ilə alınmaq istəmirdi. Ürəyimə oturan ağırıya fikir vermədən, Xəyal ilə birlikdə evindən çıxdıq. Özümü artıq bir lazımsız insan imişəm kimi hiss edirdim... Bəlkədə elə idim... Bəlkədə bu vəziyyəti özüm öz beynimdə böyüdürdüm. Lakin hiss etdiyim duyğu bunlar idi. Ən sadə bir seylərdə evdən qaçıb uzaqlara getmək istəyən sizlər deyildinmizi? Oysa mənim daha böyük səbəblərim var idi.
Xəyal maşını evdən bir az aralıda saxlamışdı. Mən o evə getməyəcəkdim... Məni egoist biri adlandırırsıza adlandırın... Dərindən nəfəs alıb verərək, qıvırcıq saclarını geri verməyə başladı. Onuda yoran nəsə vardı

"Gəlib çatdıq"dedikdə səs çıxarmadan qaranlıq ətrafa dönüb baxdım. Mən bu saatda hara gedəcəkdim? O qədərmi ürəkli biri idim?

"Sənə daha çox əziyyət verməyim. Mən evə getsəm yaxşıdı"

"Nəfəs eyni sözü təkrarlayıb durma! Mənə əziyyət vermirsən. Niyə başa düşmək istəmirsən?!"

"Başa düşürəm dedim səni! Nə uzadırsan?!"

"Saatlar əvvəl bir birimizə içimizi açıb tökərkən indi niyə bu hala gəlib çatdıq biz?"

"Çünki, mən hər seydən qaçıb sənə sığındım... Başa düşürsən, sənə... Mən isə sənə artıqlıq elədim... Əslində səndə özünə görə haqqlısan. Hisslərindən əmin olmayıb, külək kimi sağa - sola əsən qızı nə edəsənki? Hər sey üçün təşəkkür edirəm sənə" deyib qapını açmağa çalışdım. Xəyal isə qolumdan tutub məni saxladı. Dönüb ona baxdığımda "Çox səhv başa düşdün sən məni... Sənin yaxşı olmağına istəyərkən, məndən belə uzaqlaşmağına göz yuma bilmərəm"dedi. Yaxşılığımı istəyirdi... Onun yanında yaxşı olduğumu bilmirdi... Onunla olarkən, əsl özüm olduğundan xəbəri yox idi. Bizim aşıb keçə bilmədiyimiz çox əngəlimiz vardı
"Xəyal problem yoxdu. Məndə bildiyin kimi yorğunam evə gedib, yenə yatmaq istəyərəm. Atamlada sabah danışaram. O mənim atamdı... Eyni qandan, candanıq... Ondan küssəmdə mənim tək sığınacağım yer onun yanıdı. Gecən xeirə qalsın" deyib maşından aşağı düşdüm. İnanardı mənə... İnandırmaqdan başqa çarəm yox idi. Özüm bilərəkdən yavaş - yavaş yeriyirdim. Xəyalsa maşını işə salmamışdı hələdə. Arxaya çönüb, getməsi üçün əl etdim ona. Təkrar qarşıma dönüb evimizin çöl qapısına yaxınlaşdım. Əlimi qapını döyürmüş kimi etdikdə, maşını işə saldı. Bir daha ona əl edib qapıya baxdıqda, maşın ilə yanımdan keçib getdi. O getikdən sonra, getdiyinə əmin olmaq üçün yola çıxıb baxdım. Hec bir maşın görsənmirdi. Qaldınmı tək Nəfəs xanım? Ah daha doğrusu kimsəsiz...

Telefonun işığını yandırıb, yola düşdüm. Bu saatda hara gedəcəyimidə bilmirdim. Şir ürəyi yemişdə ola bilərdim...
Telefona gələn növbəti zəngə baxdıqda, Fidan xalanında zəng etdiyini gördüm. Hər kəs dəli etmişdim... Bir daha zəng etdiyində dayana bilməyib telefonu açdım. Mənim gedəcək bir yerimdə yox idi

Nəfəs hardasan sən? Atanın necə narahat olduğundan xəbərin var?

- Fidan xala mən çox pisəm

Yerini de Xalid əminə deyim, səni bizə gətirsin

- Atama sizdə qalacağımı deməyəcəksənsə gələcəm. Olub bitənləri bilmirsən sən

Bilirəm hər seydən xəbərim var. Ayaz mənə hər seyi danışıb. Ağıllı qızım sən yerini de mənə

- Küçəmizin başında olan dayanacaqdayam. Xalid əmiyə de tez gəlsin. Mən çox qoruxuram Fidan xala

Telefonu söndürüb qaranlıq ətrafa baxdım. Atama çox yaxın idim. Ancaq ona tərəf gedə bilmirdim... Qolumu sındırmışdılar mənim... Mənə niyə yalan danışdı? Nəfəsimi əllərimə verib qızınmağa çalışdım. Ürəyimin içində olsan sızıltı keçib getmək bilmirdi. Anasız idim deyəmi, başıma belə sey gəlmişdi? Yoxsa atama yaxşı qız ola bilmədiyim üçünmü? Xəyalında məni yanında istəməməsi məni daha pis etmişdi. Başa düşürdüm, atamın yanında olub onunla danışmalı idim. Ancaq bu ürəyim indi onu istəmirdi... İstəyim onun yanında qalıb mənə sahib çıxması idi. Onuda etmədi... Edirmiş kimi görsəndi... Dərdi olan qızları hec kim yanında istəməzdi. Oda onlardan biri oldu...
Dəqiqələr sonra Xalid əminin maşınını gördüm. Dayancaqdan buz tutmuş halda maşına tərəf irəllədim. Maşından aşağı düşüb məni gördükdə məni qucaqladı. Xalid əmi, Fidan xalanın həyat yoldaşı idi. Çox gözəl ürəyə sahib olan bir insan idi. "Qızım sən burda buz tutmusan. Tez maşına keç evə gedək" dedikdə dolan gözlərimi ondan gizlətməyə çalışıb maşına minib, yola düşdük. Fidan xalanın məndən 2 yaş kicik Səlim adında bir oğlu vardı. Necə vaxtdı onlar ilə görüşməsəmdə, əsla məni yadından çıxartmazdı. Evə gəlib çatdıqda, Fidan xala məni görər görməz bağrına basdı. Onu möhkəmcə qucaqlayıb ağlamağa başladım. Bu gecənin bitməsini o qədər çox istəyirdimki...
Mənim sakitləşməyim üçün, yanımdan ayrılıb çobanyastığı çayı dəmləməyə getdikdə telefonumu əlimə aldım. Ekrana baxdıqda yenə Xəyaldan zənglər gəldiyini gördüm. Mənə niyə zəng edirdi? Bəs deyildimi məni qoyub getdiyi...

Zənginə hec bir cavab verməzkən ondan adi mesaj gəldi. Mesajın açıb oxuya bilərdim.

"Dəli oluram mən! Hardasan axı sən?! Evə niyə getməmisən?! Yalvarıram sənə zəngimi aç. Yerini mənə de"

Mesajı oxuduqdan sonra telefonu söndürdüm. Yerimi bir dəfə deməklə səhv etmişdim. İkinci dəfə yerimi deyib o səhvi təkrarlamayacaqdım.
Göz yaşlarımı sildiyimdə, Fidan xala otağa təkrar daxil olub. Əlində olan bardağı mənə uzatdı. Bardağı əlindən alıb "Çox sağ ol Fidan xala. Atama nəsə deməmisənki?"dedim. Yanıma oturub üzümə yapışan saclarımı geri verməyə başladı

"Bir azdan zəng edib deyəcəm. Səni evə gətirinə qədər, ondan gizlətməyə məcbur idim"
"Belə danışmamışdıq axı biz... Bilməsin yerimi"
"Ayaz sənin yerini bilməsə, polisə itib deyə zəng edəcək. Atanı hecmi tanımadın?"
"O mənə həyatımın ən böyük yalananı danışdı. Mənim idealım idi O insan"
"Atan hələdə ideal bir insandı. Onun etdiyini səhv kimi görmə. Qızını qorumağa çalışıb. Sən hisslərindən əmin deyilkən, Ayaz nə edə bilərdi? Sən onunla danışmağa can atdın hec?"
"Mən onu sevib sevməməyimi belə bilmirəm artıq... Bu hissi ürəyimdən söküb atmaq istəyirəm... Qəribə hisslər içindəyəm mən"
"Bunun qıvırcıq saclı oğlanla əlaqəsi var?"
"Atam deyib yəqin sənədə... Qırılmış qəlbimi daha çox qırdı bu gün"
"Səbəb nə oldu gözəl qızım?"
"Fidan xala... Mən ona o qədər öyrəşmişəmki... Məni qoruyacağını falan düşündüm. Bir an içimdən onu sevirəmmi deyə keçirtdim... Sonrası hüsran oldu... Məni yanında istəmədi... Yaxşılığımı düşünsə belə, məni yanında istəmədi. Bilirsən nə istəyirdim? Məndən möhkəmcə yapışmasını... Səhvdə olsa bir günlüyünə mənim yanımda olmasını... Çox sey istəmədim ondan... Varlığı məni yaxşı edirdi... O isə məndən qopmaq istədi... Hətda maşınla evə buraxarkən belə, məni yenidən özü ilə aparacağını düşündüm. Etmədi... Məni orda qoyub çıxaraq getdi... Mən nəyə görə eyni səhvləri təkrar edirəm?"

Fidan xala əlimi əlinə alaraq, əlimi ürəyimin üstünə yerləşdirib "Ürəyinin səsinə qulaq as" dedi. Sonra yanımdan ayağa qalxıb üzümə bir öpücük qonduraraq "Mən Ayaza zəng edib burda olduğunu deyəcəm. Bu gün burda qalacaqsan. Sabah səni görməyə gələr. Gecən xeirə qalsın mənim qıvırım sac qızım"dedi. Mənə belə nəvaziş göstərməsinin səbəbi anam idi. Anamı çox sevərmiş... Məni atama yenidən bəxş edəndə, O olubmuş... Qəlbindən öpüləsi qadın...


Səhər gözlərimi açdıqda, dün gecənin bitməsi məni sevindirdi. Kabus dolu gün keçirtmişdim dünən. Bu gün isə necə olacağı haqqında hec bie fikirim yox idi. Ürəyimin səsinə qulaq asmamışdım. Ürəyimin səsindən qorxurdum...
Telefona baxdığımda Xəyaldan gələn zəngləri mesajları gördüm. Artıq gözümdə bu zənglər və mesajlar olduqca boş idi. Ən son yazdığı mesaja baxdığımda "Sənsizlik məni, yaman incitdi" yazmışdı. Hec bir titrəyişim olmadı, bu mesaja qarşı...

Ayağa qalxıb aşağı düşdüyümdə, qulağıma səslər gəlməyə başladı. Və o an atamı gördüm...
Ağlamayacaqdım... Dünən onu yetəri qədər incitmişdim...

"Qızımmm..."deyib mənə tərəf qaçaraq məni möhkəmcə qucaqladı. Saniyələr sonra məndə onu qucaqlayıb "Ataaa... Ataa məni bağışla"dedim

"Səni məni bağışla gözəl qızım, səni məni bağışla" deyib üzümdən, gözümdən öpməyə başladı. Dəfələrcə öpdükdən sonra dayanıb "Sən atanı necə nəfəssiz qoydun? Demədinmi atamın nəfəsi mənsiz dayanar?"dedi. Ah ata...
"Mən nə istədiyini hələdə bilməyən balaca bir qızcığazam" deyib ona təkrar sarıldım. Boşuna imiş ondan qaçdığım. Bunu atamı qucaqladığımda bildim...

"Qızım bir sey deyəcəm. Amma ataya daha çox hirslənmə yaxşı?"dedikdə nə olduğu haqqda içimi maraq basdı

"Nə ata?" dediyimdə ondan ayrıldım

"Həsən... Həsən çöldə səni gözləyir..."dedi

Həsən hər sey sənə gör olmuşdu... Dost dediyim adama sevgi hissləri bəslədiyim üçün. Onu arxa plana atdığım üçün özümdən utanmalı idim. Xəyalı görər görməz onu yaddaşımdan çıxardıb atmışdım. Ancaq dünən axşam olan hərəkət mənim üzə bir şillə çəkmişdi. Xəyalın yerində Həsən olsaydı, məni hec vaxt tərk edib getməzdi...

Hər kəsi evdə qoyub, qapını açaraq çölə çıxdım. Həsəni o baş bu başa gedən gördükdə, cəsarətimi toplayıb "Həsən..."dedim. Dönüb mənə baxdığında "Tanrım... Tanrımm, onu mənə yenidən qaytardığın üçün sənə minnətdaram" deyib iri addımlar ilə mənim yanıma gəlib, məni qolları arasına aldı

"Niyə belə elədin, kəpənəyim... Hər sey aramızda bu qədər yaxşı gedərkən niyə belə oldu?"dedi. Qollarını məndən çəkdikdə, başımı aşağı saldım. Ona nə deyəcəyimi hec bilmədim.
Əlini çənəmə toxundurub, çənəmi qaldıraraq "Gözünü məndən qaçırtma... Sən səhv hərəkət etməmisən... Hər seyin günahkarı mənəm" dedi.
Mənim səhvimi günahımı belə öz üstünə götürdü. Mənim illərdi tanıdığım insan bu idi. Mən isə illərdi tanıdığım insanı, aylardı tanıdığım insana dəyişmişdim...

"Mənim səhvimi öz üstünə götürmə... Dostumu sevmək mənim secimim idi. Sən sadecə bunu bilərkən mənə yalan danışdın... Yalan danışarkən, içində sızlama olmadımı? Səni ondan bundan qısqanarkən, nə düşündün? Bu qız məni sevirmi dedin? Gözünün qarşısında əriyib gedirdim Həsən... Hec dönüb, bu qız necə oldu dedinmi? Məni məndən daha çox düşünərkən, bu qıza belə etməklə ziyan zərərə vururam dedinmi?"dedim gözlərimi qara gözlərinə zilləyərkən. Qara gözləni qısıb, səsli şəkildə nəfəs alıb verməyə başladı. İndi ürəyimdəki yanan od sönmüşdü... Qalan tək sey külləri idi... İnsan küllərindən yenidən doğula bilərdimi?

"Bəzi həqiqətləridə sən bilirsən... Misal səni səndən daha əvvəl sevdiyimi... Bunu sənə deyə bilməzdim... Çünki..." deyib susdu. Ağılıma tək taxılıb qalan sey isə, Həsənin məni daha əvvəl sevməsi oldu... Bəs mən necə? İndi onu sevirdim?

Bölüm Sonu
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri