Sənə Allergiyam Var (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 5 146
Səs ver:
(səs: 0)
Bu da daha bir növbəti yalan... Sən demə mənim həyatım yalanlarla dolu imiş... Bəs bu yalanın, tutarlı bir səbəb var idi? Mən hər yalanı qaldıracaq gücə sahib biri deyildim. Ondan ayrılmağa çalışıb, bir adım arxaya getdim. Onun gözlərində qarışıq duyğular keçirtdiyini gördüm. Mənə necə izah edəcəkdi hər seyi?

Dodaqlarımı aralayıb, içimdə yanıb tutuşan cümlələri ona deməyə çalışdım

"Cümlənin sonunu de... Çünki nə?! Mənə tutarlı bir cavab deməsən, inanki bir daha sənin üzünə belə baxmayacam!"

"Nəfəs mən səni öz canımdan belə çox sevirəm... Mən sənə daha çox əzab verməmək üçün sənə səni sevdiyimi deyə bilmədim. Dəfələrlə demək istədim... Amma qarşımı kəsən seylər oldu"

"Həsən mən sənin məni sevdiyini eşitmək istəmirəm! Mən mənə niyə yalan danışdığını bilmək istəyirəm! Məni necə çətin bir vəziyyətdə qoyduğunu bilirsən?! Sənə görə, sənə görə mənim başıma gəlməyən qalmadı... Özümü axmaq bir qız hiss etməmə səbəb oldun sən. Sən və mənim atam dediyim adlandırdığım insan mənə bunları yaşatdı... İndi qarşıma keçmiş mənə, səni daha əvvəldən sevirdim deyirsən... Sənin qarşını nə kəsirdi onda?! Bəs indi niyə yenidən sevdiyini dedin mənə!?"

"İndi gözlərində mənə qarşı bir sevgi görmədiyim üçün sənə bu gün hər seyi açıqladım... Sən məni çoxdan unudubmuşsan... Özün özünə az zülüm elə, kəpənəyim... Sən həyatını yaşa... Ürəyindəki insana sahib çıx... Ondan qaçma"

"Həsən! Mənim ürəyimdə daha kimsə yoxdu! Nə sən varsan, nə də bir qeyrisi! Mənə bunlar ilə gəlmə!"

"Var... Ürəyindəki insan mən olmasamda, ürəyini ələ keçirdən başqa insan var. Sən əvvələr mənə eşq dolusu baxardın. İndi gözlərin Xəyala eşqlə baxır. Özünə etiraf etməkdə çətinlik çəksəndə, sən onu sevirsən. Bunu qəbu et. Sənin üçün ən düzgün secimdə odu... Çünki, onunda gözlərində sənə qarşı sevgi görürəm. Oda sənə fərqli baxır... Bir birinizə sahib çıxın"

Həsənin dedikləri, məni azda olsa düşündürməyə vadar etdi. Özümü dar quyuya düşümüş kimi hiss etdim... Quyunun dibi qaranlıq, üstü isə işıqlı idi. Mən isə ən dibdə idim... Məni ordan biri xilas etsin deyə səslənirdim. Lakin, səsimi eşidən yox idi... Eşidənlərdə məni o quyuda tək və köməksiz qoyub gedirdi. Ətrafımdaki insanlara bənzəyirdi. Mən isə quyunun dibində, boğulurdum...

İçimə daxil olan ağlamaq hissin dəf edə bilmədim. İç çəkə - çəkə ağlamağa başladığımda Həsən yanıma yaxınlaşıb, məni qucaqlamağa çalışdı. Onun qollarını itələyib kənara durdum. Mən daha yanımda hec kimi istəmirdim! Səsmin tonun qaldırıb "Məni sevdiyini niyə gizlətdin məndən?! Uzatmadan cavabın ver! Sonrada həyatımdan rədd ol get!"dedim əsəbin mənə verdiyi güc ilə.
Başını yelləməyə başlayıb "İndi sənə bunun səbəbini deyə bilmərəm. Amma səni sevdiyimi sona qədərdə sevəcəyimi bil"dedi. Bir bəhanə tapa bilməmişdi! Qorxaq imiş!

"Nə gözləyirsən?! Eşitmədin məni? Çıx get! Onunla bununla sevgili olub qarışıma keçərək mənə səni sevirdim deyə bilmərsən! Mənim canım yanır başa düşürsən?! Mənim canım yanır!"

Sözümü deyib onu arxamda qoyaraq, qapını açıb evə daxil olub qapını möhkəmdən çırpdım. Mən dəli olmaq istəmirdim! Mən by yalanlara layiq olacaq bir insan olmamışdım! Gözüm mənə baxan atamı gördükdə "Bax! Məni nə hallara qoyduğuna diqqətlə bax! Sənidə, Həsənidə, Xəyalıda yanımda istəmirəm mən daha! Hec birinizi!"dedim. Az əvvəl ona qarşı yumşalarkən, indi əsəbdən nə edəcəyimi bilmirdim. Atam üzgün baxışlarının ardından "Bizdən küsüb inciməyə haqqın var... Xəyaldan isə yoxdu..." dedi

"Xəyalda sizin kimidi! Eyni ilə sizdi!"

"Bizim kimi deyil... O sənin üçün bütün günü narahat olub"

"Narahat olmağı ilə düzəlir hər sey?! Məni yanında istəmədi O insan! Haqqlıda ola bilərdi. Ancaq mənim onun ilə qalmaq istədiyimidə bilirdi!"

"Sən onlarda olanda Xəyal mənə zəng edib, sənin orda olub yatdığını dedi. Məndə qızım yuxudan ayıldıqda qızımı evə gətir dedim. Xəyal isə israr etməyə başladıki, Nəfəs bu gecə burda qalsın. Hətda içiniz rahat olmayacaqsa anamla atamlada danışa bilərsiz, mən qızınızla tək deyiləm valideyinlərimdə evdədi dedi... Çox xahis etdi... Mən isə olmaz dedim... Səni yanımda istədim qızım... Ondan inciməyə haqqın yoxdu"

Mən dün gecə beynimdə nə senarilər qurmuşdum hə? Xəyal məni bu qədərmi çox düşünürmüş? Onu görməli idim mən... Məni yanında istəyəcək insan O idi. Atamla daha çox ünsiyyətə girmədən Fidan xalanın evindən çıxıb bir taksiyə mindim. Onun yanına gedəcəkdim... Mənim qəlbim onu istəyirdi... Hər seyi beynimdən silib atmaq istəyirdim. Son olanları xüsusi ilə... Həsən mənə yenə yalan danışdı. Bütün həqiqətləri mənə demədi. Bunun ardından nə çıxacağını hec bilmirdim... Mənim xoşbəxtliyimə bir yerlərdə kölgə salacağı dəqiq idi... Xəyalı sevib sevməməyimidə düşünməyəcəkdim... Mən sevgidə yanılırdım.... Onun yanında olmağım mənə bəs idi. Taksinin pulun verib, evin qapısını döydüm. Evdə biri yox idimi? Qapının zəngin basıb gözləməyə başladım. Xəyal sən hardasan? Hec kim qapını açmadı... Yəqin evdə hec kim yox idi. Piləkana oturub, başımı qapıya yasladım. Gözləməkdən başqa çarəm yox idi mənim. Dəqiqələr keçmişdi. Hələdə hec kim gəlməmişdi. Burda boşuna gözləyirdim... Zəngdə etməmişdim... Onu qarşımda canlı görmək istədiyim üçün. Ondan üzr istəməli idim. Bir gecənin içində ona çox haqqsızlıq etdim deyə... Gözlərimi yumub, xəyalıma Xəyalı gətirdiyimdə addım səsləri ilə bərabər "Nəfəsim..."deyə bir səs eşitdim. Xəyal'ım gəlmişdi...

Gözlərimi açdığında addımını mən tərəfə atıb, qarşımda dayanmışdı. Üzündə azda olsa əsəbi ifadə axtarırdım. O isə əksinə məni gördüyünə çox sevinmişdi. Qollarını boynuma sarıb məni qucaqladığında, məndə onu möhkəmcə qucaqladım. Qıvrım saclarımı ilə yatızdırmağa çalışıb sığal çəkməyə başladı

"Məni çox qorxutdun... Mən bütün gecəni dəli olmuşdum... Hecmi düşünmədin məni?"dedi

Onu bütün gecə düşünmüşdüm... Ancaq çox səhv düşüncədə...

"Mən ağılsız qızı bağışlaya biləcəksən?"deyib ondan bir balaca aralaşdım

"Mən səndən küsə bilmərəm. Küsmək istəsəm belə bu alınmaz... Qoxun insana hər seyi unutdurur... Ürəyimdə çiçəklər açdığından xəbərin yoxdu. Daş ürəyin üstündə, çiçək açdırmısan... Mən atana görə səni aparmaq məcburiyyətində qaldım..."dediyində işarət barmağımı dodağının üstünə basdırıb

"Bilirəm... Atam bu dəfə dürüst olub mənə hər seyi danışdı. Və sən indi məni yanından qovmaq istəsəndə, mən sənin yanından getməyəcəm"dedim

Dodağının üstündə olan barmağımı əli ilə tutub, barmağıma kicik bir öpüş qondurdu.
"Başımın şirin bəlasısan. Və mən bu şirin bəlanı çox istəyirəm. Bəlamıda hec kimə vermərəm" deyib əlimdən tutaraq ayağa qalxdı. Əlimi hec buraxmadan qapını açmağa çalışdı. Qapını açıb içəri keçdiyimizdə "Anangil hardadı?"dedim.

"Onlar atamla bərabər bir - iki günlüyünə istirahətə getdilər. Evdə bizə qaldı. İki gün möhtəşəm həyat yaşamağa nə deyirsən?"dedi

İlk bura gəldiyimdə ətrafda adam görməyəndə qorxmuşdum. İndi isə hec qorxmurdum. Xəyal məni bu qədər çox düşünərkən, ondan qorxa bilməzdim

"Allahhh deyərəmm, başqada bir sey demərəm. Dünən gecə mənə bir dərs oldu. Səni incitdiyimi bilirəm. Mənə bildirməməyə çalışırsan... Bəlanda belə biridi... Hec nəyə qulaq asmadan öz özünə qızışan, ortalığı alova verən biridi. Bəlanı belə qəbul edərsən?"dedim

"Bəlamı deyil, şirin bəlamı..." deyərəkən çənəmdən tutub qaldıraraq "Dün axşamı, bu gün olan hər seyi sənə, mənim yanımda olduğun müddətcə danışmağı və düşünməyi yasaqlayıram. Hər seyi unut"dedi.

Üzümə tərəf daha çox yaxınlaşmağa başlayıb, dodaqlarını sağ yanağıma basdıraraq bir öpüş qondurduğunda içimə dolan ürpənmə ilə gözlərimi yumdum. Yanımdan çəkildiyini hiss etdiyində, gözlərimi açıb ona baxdım. Mənə gülümsəyərək baxıb "Mətbəx bizi gözləyir şirin bəlam"deyərək mətbəxə tərəf irəllədi. Mənədə ardınca baxmaq qaldı. Burda olduğum üçün çox şanslı idim

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri