Sənə Allergiyam Var (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 176
Səs ver:
(səs: 1)
Onunla bərabər vaxt keçirərkən, zaman su kimi axıb gedirdi. İlk başlarda bir birinə zidd olan iki yad qütüb, indi birləşmək üçün bir birinə can atırdı. Onun görmədiyim tərəflərini görməyə başlamışdım. Etdiyi hər xırda hərəkət ilə ürəyimin ritmin bir anda dəyişdirə bilirdi...
Həsənin dediyi kimi idimi? Mən onu sevirdimmi? Yanında olduğum üçün düşünməyə çox vaxtım olmamışdı... Bu dəfə yanılmaq istəmirdim mən... Sevirəm deyib sonradan bununda bağılılıq çıxmasını hec istəmirdim... İnsan bir səhvi bir dəfə təkrar edərdi... Ona görədə sadecə bu zamanın dadını çıxardıb, onunla keçirtdiyim hər dəqiqəni dəyərləndirirdim. Bəlkədə gələcək üçün, xatirələr yığırdım...
Yemək yeyib, ortalığı yığışdırdıqdan sonra bir çay dəmləyib qonaq otağına keçdik. Çay mənə daha səmimi gəlirdi... Bərabər çay içdiyiniz insanları çox sevin... Hər kəslə çay içilməz...
Divanın bir küncündə Xəyal, bir küncdə isə mən oturmuşdum. Kürəylərimizi divanın qol hissəsinə söykəmiş, çay içərək bir birimizə baxırdıq. Daha doğrusu Xəyal gözünü məndən hec çəkmirdi... Bu halı məni azca utandırdığından "İlk günki kimi yenə mənə baxırsan"dedim.

"Mənzərəm gözəldi... Gözlərimi mənzərədən ala bilmirəm"
"İlk gün belə demirdim amma. Saclarıma taxılıb qalmışdın. Hətda, başında fen partlamayıb da dedin"
"Ax o ilk gün... O ilk gün olmasaydı, indi səninlə üz üzə oturub çay içə bilməzdim. Başıma gələn ən gözəl seysən. Xəbərin olsun bundan"
"Mən köhnə günlərimiz üçün çox darıxmışam. Ancaq didişirdik onda. Birimizin sözü, birimizin boğazından keçmirdi... Sənin kölən idim... Ah, daha doğrusu məni məcbur kölən etdirmişdin. Gözəl günlər idi onda"
"Gözəl günlərimizi daha da gözəlləşdiririk...
Hələdə dediyimin, üstündəyəm amma mən"
"Nəyin üstündəsən?"
"O gün sacında fen partlamamışdı?"
"Xəyalll!"
"Əsəbi halın üçün yaman darıxmışdım"
"Elə eləməki bu çayı sənin üstünə töküm! Əsəbiliyimi onda daha çox görəcəksən! İmkan vermə iki dəqiqə adam kimi söhbət edək"
"Sən həqiqətən əsəbləşdin?"

"Yox əsəbləşmədim!"deyib ayağa qalxdım. Ardımca baxa - baxa qaldığında mətbəxə keçib bardağımı masanın üstünə qoydum. Ardımca gəlib "Əsəbləşdin demək..."dedi. Əsəbləşməmişdim... Əsəbləşmiş kimi göstərirdim... Ciddi üz ifadəsi aldığı halda bir anda gülməyə başlayıb, məni qarın nahiyəmdən qıdıqlamağa başlayıb "Mənim şirin bəlam əsəbləşibmiş. Oyy qurban olaram mən ona"dedi. Həm gülür, həmdə əlini çəkməyə çalışmağa başladığımda "Xəyal bəsdii... Qıdıqlanırammm" dedim. O isə dayanmırdı və mənidə küncə sığışdırmışdı. Dərindən nəfəs aldığımı görəndə əlini saxlayıb "Birdə əsəbləşdiyini görsəm, səni daha çox qıdıqlayacam. De görüm əsəbləşəssən daha?"dedi. İndi 'əsəbləşəcəm' demək vardıda amma elə desəydim əlindən canımı qutara bilməyəcəkdim

"Yoox, yoxx ... Əsəbləşmək hara mən hara. Bax gülürəm"
"Məndən sözümü demək. Əsəbləşdiyini gördüyüm an iş başına keçəcəm"
"Bu çox insafsızca bir sey oldu qıvırcıq baş!"
"Əvvəl qıvırcıq idik, indi qıvırcıq baş olduq? Yox sənin ürəyin dəqiq yenə qıdıqlanmaq istəyir"
"Xəyalll ürəyim, saclarına toxunmaq istədi"
"Başımı bu fikirlə qatma. Olmaz"
"Ürəyim istəyir axıı"
"Ürəyinə de ki bu günki paketimizdə belə bir hal mövcud deyil. Xahis edilir, sabah təkrar bir daha baş vursun"
"Ürəyim dediki indi sacların toxunmasa, küsüb gedəcək. Xahis edirki, bu gün paketinə bunu əlavə etsin"
"Sən bu sacıma toxunmaqdan əl çəkməyəssən hə?"

Bir qaşımı qaldırıb, azca gülümsəyərək "Yanında var olduğum müddətcə, bunu səndən hər zaman istəyəcəm" dedim. Barmaqlarını əlimə toxundurmağa başladığında "Saclarım toxunmaq istədiyində icazə alma... İcazəsiz toxuna bilərsən... Sənə olar, yəni..."dedi. Sonra əlimdən tutub yuxarı qaldıraraq, əlimi əli ilə alının üstündə olan qıvırcıq saclarına toxundurdu. Dən - dən duran qıvırcıq saclara, hər kəs toxunmaq istəyirdi. Mən içimdəki bu hissə qarşı gələ bilmirdim. Əlini əlimin üstündən çəkib aşağı saldığında, gözünün üstünə düşən qıvırcıq sacın geri verməyə başladım. Dəfələrlə toxunmağıma rəğmən, hər toxunanda ilk dəfə toxunurmuş kimi hiss edirdim. Belə niyə olurdu? Bir dəfə toxunduqda həvəsimin öləcəyini düşünmüşdüm. Ancaq bir toxunuş, məni özünə kilitlədi...
Gözlərini yumduğunda, səsli şəkildə bir nəfəs aldım... Mən bu insana hər yanaşdığımda, ürəyimin parçası qopurdu. Sanki damar yolum qapanırdı... Mən sevginin nə olduğunu hələdə başa düşməyən balaca bir qızcığaz idim. Anamda mənim kimi imiş...

Düşüncəmə anam gəldiyində, əlimi saclarından çəkib öz özümə olan dik duruşumu hec pozmadan "Anam... Anamın məzarına gedək?"dedim. Göz qapaqlarını yavaşca aralayıb, mənə baxıb kövrək yana kicik bir təbəssüm edərək "Gedək..."dedi.

***

Anamın məzarına ilk dəfə idi başqa bir adamla gəlirdim. Ürəyimdən burda olmaq keçmişdi...
Yerdən daşla örtülü olan, sadecə sinə hissəsi açıq torpaqdan ibarət alan məzarın yanı başına keçib aşağı çökdüm. Məzar daşında olan, anamın gənc şəkilinə baxdım...
Mən ilk doğulanda anama bənzəyirmişəm... Sonradan dəyişilib, atama bənzəməyə başlamışam. Anama bənzəsəydim, atamın daha çox əziyyət çəkəcəyini düşünmüşdüm hər dəfə. Anam olmasada, həyatımı anama həsr etdim. Jurnalist olacaqdım mən... Anam çox sevib, ola bilmədi deyə... Görəsən görürdümü məni? Ruhu mənimləmi idi? Dolan gözümə inad, qürurla gülümsəyib başımın üstündə duran Xəyala "Portağal qoxusunun, əsl sahibi..."dedim. Mənim portağal qoxulu anam... Portağal qoxulu qızın bu gün sənin məzarının başındadı...
Xəyal əlini çiynimə qoyduğumda, əlimi əlinin üstünə qoydum. Yanımda olması, məni rahatladırdı... Tək olmadığımı hiss edirdim... Başımı yuxarı qaldırıb "Anam gözəldi hə? Mən anama bənzəmədim amma"dedim. Xəyalın gözləri məzar daşına baxdığında "Çox gözəldi... Anana görünüşcə bənzəməsəndə, ruhən bənzədiyin dəqiqdi"dedi. Bu dəqiq idi... Atam məni anam kimi böyütmüşdü. Əlimi torpağının üstündə gəzdirməyə başladım. Hər il belə edirdim... Belə etmək mənə, anamı qucaqlayırammışam kimi hiss etdirirdi... Anamı qucaqlayada bilmədiyimdən, atamı qucaqlayardım. İndi yanımda atam yox idi...

"Anacan... İki gündü atamla aramızda soyuq küləklər əsir. Sən olsaydın, qoymazdın... İndi bizi barışdıran yoxdu... Ona küs olmaq məni yamanca incidir... Eh ana... Niyə hər kəsdən, hər seyden uzaq düşdüm mən? Nənə, babam var ola - ola aylarla onların üzün görmədən qaldım mən. Qohum tanışın xeir işi olduğunda, yad bir insan kimi iştirak etdim. Dayım uşaqları ilə belə aram yoxdu... Sən bu dünyadan tək köçmədin... Məni kimsəsiz biri olaraq qoyub köçdün... Mən sadecə atam üçün nəfəs oldum... Mənim bu həyatda başqa bir, əldə etdiyim nailiyyətim olmadı. Atam üçün dünyaya gətirdin məni... Atam üçün var etdin məni... Sonda da atama görə adımı Nəfəs qoyub, getdin bu dünyadan... Məni hec düşünmədinmi...? Körpəm anasız qaldı demədinmi? Axı mənimdə ana qayğısına ehtiyyacım var..."

Gözümdən süzələn yaşları, torpağın tozuna batan əllərim ilə silməyə çalışdım. Torpağın acısı gözümü yandırdığında, daha çox ağlamağa başladım. Xəyal yanıma çöküb, əllərimi aşağı salıb, baş barmağı ilə göz yaşlarımı silməyə çalışıb "Anan yaxşıki səni dünyaya gətirib... Sən yalnızca atan üçün nəfəs deyilsən... Mənim üçündə eləsən... Nəfəsimin getdiyi vaxtlarda sən mənə nəfəs oldun. Bir sözün ilə, bir gülümsəmən ilə insana yeni bir həyat bəxş etdin. Səən... Sən hər seyə dəyərsən"dedi. Burnumu çəkməyə başladığımda, tozlu əllərimdən möhkəmcə tutub "Və biz bir - birimizdə çox gözəlik..."dedi

Bölüm sonu
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri