Sənə Allergiyam Var (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 464
Səs ver:
(səs: 1)
Məzar başından ayrıldıqdan sonra maşına mindik. Məzardan deyil, anamdan ayrılmışdım mən... Xəyal necədə gözəl demişdi, biz bir birimizdə çox gözəl idik. Onsuz yarım idim mən... Onunla yarım tamamlandı...
Ona dönüb baxdığımda maşında səslənən mahnını dodağının altında mızmızlanırdı... Ona baxdığımı hiss etdikdə, gözlərini mən tərəfə çevirdi. Mahnının ən sevdiyim hissəsinə gəlib çatdıqda səsinin tonunu qaldırıb
"Böyle sevmek olur mu? böyle sevsek olur mu?
Geç olmadan ver cevabı, şimdi sevsek olur mu?" deyərək mahnını oxuduğunda geridə qalan nəqarət hissəsinə məndə qoşulub səsmin tonunu qaldırıb "Şehrime bir gelmeye gör, her virane saray olur ...Beni tekrar sevmeye gör, mahpushane cennet olur" oxuyaraq səsimi kəsdim. Sonra mahnının var olduğunu unudub bir birimizə səssizcə baxmağa başladıq. Mahnıda olan sözlər bizə bir az 'Bizdən' bəhs edirdi... Mahnının tez bitməsini istəyirdim. Biz od idik... Hər an alışıb bir birimizdə yana bilərdik... Mən isə onda yanmaq istəmirdim... Nə istədiyini bilməyən bir qız idim mən. Ya zamanla onuda incitsəydim? Onun incinməsinə dayana bilməzdim. Gözümə böyük sevgi ilə baxan insana bunu edə bilməzdim...
Dilin demədiyini, hərəkətlər bildirər insana. Oda eynən elə idi... Dili hec nə demirdi... Hərəkətləri isə insana hər seyi izah edirdi.
Evə gəlib çatdığımızda axşam düşmüşdü. Bir günü onunla keçirmişdim mən. Və bundan hec də narahat deyildim. Şüşə qapıdan dayanıb eləcə çölü izləyirdim... İndi atamın yanında olada bilərdim... Mən isə Xəyalın yanında idim... Şüşəyə düşən, Xəyalın kölgəsini gördükdə "Bu olanları necə unudacam mən?"dedim. Sağ tərəfimə keçib eynən mənim kimi çölə izləməyə başlayıb "Unutma... Unutsan mənidə unutmuş olacaqsan"dedi. Nəyi unutsamda onu unutmazdım...

"Sənin o seye qarşı allergiyan olmasaydı, indi mən sənin ilə bu şüşə qapıdan arxasında durub çölü seyr edə bilməyəcəkdim. Hər işdə bir xeir varmış elə deyilmi?"
"Mənim o seyə qarşı allergiyam vardı. Səhv xatırlamıramsa, sənində mənə qarşı allergiyan vardı. Amma sən indi mənim yanımdasan"
"Allergiyam keçdi məndə... Bizimdə hekayəmiz belə başladı... Necə bitəcəyinidə bilmirəm"
"Mən bilirəm"
"Mənə de məndə bilim"
"Sənə deməyəcəm... Amma məktub yaza bilərəm. Hekayəmiz bitdiyində oxuyarsan"
"Səndə məktub? Atamla anamda bir birinə məktub yazarmış... Hətda bir birilərini sevdiklərini o məktub sayəsində öyrəniblərmiş"
"Necə olub bu hadisə danış görüm. Maraqlı gəldi mənə"
"Yeni il günü imiş. Atamla anam bağ evinə gedib. Hər gün məktub yazdıqlarından o gündə yazıblar. Hər ikisidə məktuba 'Səni sevirəm' yazıb. Ürək ürəyə qarşı imiş"
"Ooo nə gözəl sevgiləri olub"
"Əslində anamı atama məcbur veriblər. Atam ona toxunmayıb, ilk başda yola getməsədə sonradan onu sevməyə başlayıb. Atam anama 'Xırda' deyirmiş... Atam çox gözəl həyat yoldaşı olub... İndidə qızına çox yaxşı atadı... Mən yaxşı övlad ola bilmədim... Anamın arzusuna görə jurnalist oldum mən... Belə Xəyal... Onların hekayəsi gözəl bitmədi"
"Gözəl bitib məncə... Sən olmasaydın, atan ayaqda qala bilməzdi"
"Məni 9 ay oğlan biliblərmiş. Doğulanda həkim qızdı deyib"
"Oha həqiqətən?"
"Həə ... Adımıda Ayxan seciblərmiş. Son anda Nəfəs olmuşam mən"
"Sənə bundan sonra Ayxan deyəcəm"
"Pis Xəyal!"
"Oğlan olsaydın, necə olardı?"
"Oğlan olsaydım atam məni hec sevməzdi... Bəziləri oğlan eşqinə düşərkən, mənim atam qız uşaqları sevərmiş. 9 ay boyuncada məni hec sevməyib... Oğlan düşgünü bir insan olmayıb atam. Dünyaya bir daha gəlsən nə edərsən deyirlər ha. Mən dünyaya yenidən gəlsəm yenə eyni atamı secərəm"

"Məndə istəyərəm..." dedi başın aşağı salaraq

"Nəyi istəyirsən?"dedim hec nə başa düşməyərək ."Qıvırcıq saça sahib olan, bir qızımın olmasını çox istəyərəm..." dedi utancaq səs tonu ilə

"Nə deyim, olar İnşallah" dediyimdə gözlərini qısıb mənə baxmağa başladı. Elə qısma gözlərini adam... Sən elə baxdıqca, mən beynimdə yüz cür xəyal qurmağa başlayıram

"Bəs sən necə qıvırcıq saca sahib olan bir qızının olmasını istəyərsən?"dedi

Bu haqqda hec vaxt düşünməmişdim. Düşündüyüm tək sey bir gün bir qızım olacaqsa, adı mütləq anamın adı 'Asya' olması idi... Mənim nəfəsimdə Asya'm olacaq...

"Mən istəmərəm qıvırcıq olsun. Özümdən bilirəm çox əziyyətli olur"

"Ya atası istəyirsə?"

"Atasının istəməsi ilə deyil. Allah necə yaradacaqsa elədə olacaq"

"İki qıvırcıqdan, qıvırcıq bir saç əmələ gəlməyəcək deyirsən?"dediyində gözlərim kəlləmə çıxdı. Bu uşağın düşüncələrinə bax!

"Xəyal! Qalx yuxarı mənə o məktubu yaz!"

"Utandın sən?"

"Yox canım! Nə utanması? Niyə utanım mən?"

"Sən mənə canımda deyərmişsən. Qulaqlarım bayram etdi"

"Qıcıqda deyə bilərəm! Qıcıq! İndi necə bayram etdimi qulaqların?"

"Səndən gəl hər sözün, başımın üstündə yeri var. Mənim portağalım... Mən indi gedirəm otağıma 10 dəqiqədən sonra gələcəm yanına" deyərək yanımdan ayrıldı

Bu uşaq sonda məni dəli etməsə yaxşı idi. Gecə - gecə bu nə söhbət edirdik biz? Mətbəxə keçib çaydanlığın altın yandırdım. Bir çay mənə yaxşı gələcəkdi. Görəsən Xəyal nə yazırdı məktuba? Hekayəmizin necə bitəcəyini yazırdı... Onu hekayə bitənə qədər oxumayacaqdım. Və mənim ürəyim o vaxta qədər partlayacaqdı. Ya da dəqiq hec kimə söz vermirəm. Daha çox döz bilməsəm, məktubu açıb oxuyacaqdım... Çayı dəmlədikdə Xəyalın otaqdan çıxdığını gördüm. Əlində tutduğu məktub ilə yanıma gəlib "Məktub hazırdı"dedi. Məktubu əlindən almaq istədiyimdə məktubu yuxarı qaldırıb "Tələsmə gecə günəşim"dedi. Gecə günəşi nəydi?
"Gecə günəşi?"dedim başa düşməyərək

"Sən mənim qaranlığımada aydınlıq olursan... 'D' vitaminidə var səndə. Portağalda qoxduğuna görə, hər sey tamamdı demək"

"Gör sənin beynin hara qədər işləyir"

"Mənim beynim yalnız sənin üçün bu qədər işləyə bilir"

"Məktubu ver onda"

"Söz istəyirəm, ilk əvvəl"

"Yaxşı söz"

"Nəfəsss düz əməlli söz ver"

"Düz əməlli söz verirəm! Oldumu indi?"

"Daha düz əməlli söz ver sonra"

"Daha düz əməlli söz verirəm! Ver daha"

"Bunu hekayəmiz bitdiyində açacaqsan ondan əvvəl açsan hekayəmiz yarım olaraq bitəcək. Sənə inanıb bunu sənə verirəm"dediyində məktubu əlindən tutub aldım. Nə yaza bilərdiki? Gələcəyimi görürdü? Görmədiyinə görə yazdıqlarıda düz çıxmayacaqdı

"Sən gələcəyi görürsən?"dedim

"Gələcəyi görmürəm... Amma hiss edirəm" dedi

"Hiss etdiyin sey nədi, de məndə hiss edim" dediyimdə bir əlini belimə atıb məni özünə tərəf çəkdi

"Sən mənim səbrimi sınamağa davam edirsən" deyə pıçıldadığında "Sınama səbrini"dedim

Boşda qalan əlini üzümə gətirib, əlinin tərsi ilə üzümə toxunmağa başladı. Əlini üzümdən çəkib, baş barmağını ilə alt dodağıma toxundurmağa davam etdi. Ürəyim çırpınsada, ondan uzaq qalmadım. İnkar etməyəcəkdim... Onu istəyirdim... Bir insan bir birinə necə dəyər verir onu görmək istəyirdim...
Baş barmağını dodağımdan çəkdikdə sonra alınını alınıma yaslayıb "İlk öpüş?"deyə pıçıldadı. Gözlərimi bağlayıb, ona tərəf çırpanan ürəyimi öz özülüyümdə sakitləşdirməyə çalışaraq "İlk öpüş..." dedim.
Gözlərim bağılı olsada, gülümsədiyini hiss etdim. Mən onu hiss edə bilirdim...
Dodaqlarını dodaqlarımın üstündə hiss etdiyimdə, olduqca yavaş hərəkətlər ilə öpməyə başladı. Kicik öpüşünün ardından məndən ayrılıb "Sənin ilk öpüşün oldu... Mənimdə sonuncu öpdüyüm, qadın sən olacaqsan. Dodaqlarım başqa bir qadının dodaqlarına deyməyəcək daha. Söz verirəm sənə..."dedi

Bölüm sonu
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 464
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri