Sənə Allergiyam Var (17-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 931
Səs ver:
(səs: 0)
Evimdə idim
Xəyalın fərqli eşq etirafının qarşısında susub hec nə deməmişdim. Tək istəyim məni öz evimə gətirməsi olmuşdu. Evə gəlsəmdə atam evdə deyildi. Son günlərdə yaşanan hadisələr məni içdən içə çox sarsıtmışdı... Çox qarışığa düşmüşdüm mən. İlk əvvəl Həsəni sevdiyimi düşünmüşdüm... İndi Həsəni sevmədiyimdən əmin idim. Qəlbim, Xəyalda olmalı idi... İlk öpüşümü məndən alan, mənə Tiamo deyərək sevgisini bildirən, həmin O qıvırcıq saclı adamda olmalı idi. Amma mən bu işdə Həsəni sevdiyimi düşünürmüş kimi, hərəkət edib tələsməyəcəkdim. Onu həqiqətən sevdiyimi başa düşməli idim. Yenidən yarım qalmaq istəmirdim... Və bu mövzuda çox haqqlı idim. Həsənin məni sevdiyini bildikdən sonra, sevgisini niyə gizlətdiyi haqqında hec bir xəbər almamışdım. Nə də Xəyal ilə bərabər vaxt keçirtdiyimdən bu haqqda hec düşünməmişdim. Sevirdisə, niyə gizlətmişdi? Sevirdisə, niyə Samirə ilə sevgili idi? Bu suallar indi məni qəlbən maraqlandırmasada, cavabların bilməli idim. Bu gündə olmasa, nə vaxtsa Həsən ilə üz üzə gələcəkdim. Onda cavabları olacaqdı...
Dünən anamın məzarına getmişdik. Necə vaxtdı onu orda yalnız qoymuşdum. Amma bilirdim atam hər həftə anamın yanına gedərdi... Anamın yanına gedib mənim haqqda onunla danışardı. Görəsən bu gedişində son olanlardan anama bəhs edib? Qızın qəlbimi çox qırıb deyib? Atamı çox incitdim mən... Bunu boynuma alıram... İki gündü zənglərinə cavab vermirəm. Hansı ara atamdan uzaq qaldım mən? Məni yeganə qarşılıqsız sevən tək insandan...
Bu gün Xəyalın evində olan tanımadığım O qızın gəlişidə məni sarsıtdı... Xəyalında nəsə gizlətdiyini bir anlığına düşünər oldum. Onun üçündə qəlbimi ona açmağı düşünmürdüm... Vəziyyətə baxacaqdım. Atamın gəlişinə az qaldığı üçün otağımdan çıxıb aşağı düşdüm. Bacardığım qədəri ilə yemək hazırlayıb ona süfrə açacaqdım. Bəlkə qızını bağışlayardı...
Küsməsədə içdən içə mənə qırıldığını hiss edirdim. Çünki, mənimdə içim eynen elə idi. Xəyalın yanımda var olub, məni yaxşı hiss etdirməyə çalışması, atamla aramda olan mövzularını mənə unutdurmurdu. Atam hər kəsdən irəli idi. Bunu bu gün Xəyalın evinə Rufina gəldiyində daha dəqiq başa düşdüm.
Mətbəxə daxil olub iş başına qoyuldum. Əvvəlki ata qız münasibəti bizi gözləyəcəkdi. Ona nə desə ona əməl edəcəkdim... Qaçmaqla səhv edirmişəm... Hara qaçırsızsa qaçın, qaçdığınız yerə eyni ürəyi aparacaqsızsa hər sey boşunadı...

Əlimdən gəldiyi qədəri yemək hazırlamağa çalışmışdım. Bişirdiklərimi və düzəltdiyim salatları qonaq otağında olan masanın üstündə hazırlamışdım. Maşın səsi eşitdikdə, evin işıqlarını tez söndürdüm. Özümdə mətbəxə keçib gözləməyə başladım. Az sonra qapının səsi gəldi. Atamın içəri keçdiyini adım səslərindən eşitdiyimdə, evin işıqları yandı. Əminəm indi gözü masanın üstündə idi. Qapının küncündə ona görünmədən ona baxmağa başladığımda, gözü ilə bütün ətrafı gəzməyə başladı. Yəqin məni axtarırdı. Üzündə azca gülüş yaranmağa başladığında "Atanın nəfəsi, gəlmisən?"dedi. Yavaş - yavaş masaya doğru yaxınlaşıb baxdığında, qapının küncündən çəkilib ortasında dayandım. Mənim fərqimə vardığımda "Qızım..."dedi kövrək səsi ilə. Ah, ürəyi yumşaq adam... Səni bunları yaşatmağa haqqım yox idi. İri addımlarım ilə yanına gəlib, bir birimizi möhkəmcə qucaqladıq

"Ata... Ataaa mənnn" deyib dayandım. Boğazımda yaranan qəhər məni danışmağa qoymamışdı. Məndən ayrılıb üzümü ovuc içinə aldı. Dolan gözləri ilə gülümsəməyə çalışıb "Geri qayıdacağını bilirdim. Onun üçün getməyinə icazə verdim. Bilirdimki, düzün yanına qayıdacaqsan. Bu həyatda nə qədər səhvlərin olursa olsun, atan hər zaman sənin yanında olacaq. Səhvlərin məni səndən ayıra bilməz. Bizim münasibətimizdə, 4 səhv bir doğrunu apara bilməz... Mən hər zaman səninlə olacam qızım"deyərək alınıma kicik bir öpüş qondurdu. İçimdən keçən hər seyi necədə çox gözəl bilirdi... Mən bir sey deməmiş, hər seyi özü cavablandırmışdı. Dolan gözlərini silərək, masaya çevrilib baxdı. Sonra gülməyə başladı. Nəyə güldüyünü təxmin edə bilirdim

"Öz əllərin ilə atana yemək hazırlamısan?"dedi

"Yeməklərdə mənim imzam olduğu bəlli deyil ata? Görmürsən kotletlər yanıb, yarpaq dolma desən hərəsi bir formadadı. Dad söhbətinə hec qoşulmuram"dedim süfrəyə baxıb

"Qızım böyüyüb mənə yemək hazırlayıb. O yeməklər yansada yeyəcəm mən o yeməklərdən. Əlimi yuyub gəlirəm mən. Sən süfrəyə keç otur"dedi

Sözlərinin qarşısında hec nə deyə bilməyib bir təbəssüm etdiyimdə "Məni bu gün çox xoşbəxt etdin qızım"dedi. Səni xoşbəxtliyindən məhrum etməyəcəkdim, atam...
Köhnə günlərdəki kimi yene ata qız münasibətimizə qayıtdığımız üçün çox sevinmişdim. Atamın böyük ürəyi vardı. Bunu bilirdinizmi? Yeməklərimizi yeməyə davam edərkən, atam yanlızca məni izləyirdi. Çox darıxmışdı mənim üçün... Mən isə ona içimdə qalan yarım seyleri danışmalı idim

"Ata... Bundan sonra sənin dediklərinə qulaq asacam... Səbəblərinin nə olduğunu bilmədən, sənin üstünə çox getdim mən. Peşman olduğumu dilə gətirməliyəm. Mənə doğru yolu göstər. Mən özüm tapa bilmirəm..." deyib balaca pişiklər tək boynumu bükdüm. Yolumu tapmağıma, kömək etməli idi

"Səhv yollar olmasa, doğru yola necə gedə bilərsən? Bunu düşünmüsən hec?"

"Mən səhv yoldan dönə bilmirəm... Səhvlər edə - edə gedirəm. Kimsə məni səhv yolumdan döndərməyəcək?"

"Səni yolundan döndərən biri tapılıb. Bir az fikirləşsən onun kim olduğunu biləcəksən"

"Beynim çox qarışıqdı ata... Tapmaca tapacaq halda deyiləm. Kim olduğunu desən mənə"

"Xəyal... Sənidə səhv yolundan döndərəcək insan Xəyaldı. O olmasaydı hisslərinin fərqinə hec vaxt varmayacaqdım. Həsəni sevirdinmi, sevmirdinmi bilməyəcəkdin"

"Ata məni narahat edən məsələ budu. Xəyaldı... Onunda düz olduğunu düşünmürəm. Yanında xoşbəxt idim... Yanında rahat idim... Məni sevdiyini belə dedi bu gün mənə. Amma mən Həsən kimi onda da yanılmaq istəmirəm. Ona məsafəli davransam, məndən küsəcək. Ona yaxın davransam, ona ümüd vermiş olacam. Ki, ona bu 2 gündə ümüdlər vermiş oldum... Amma bu gün öz evimizə gəldikdə, düşündümdə mən nə qədər səhv hərəkətlər edirmişəm"

"Əvvəlki kimi olmağı dənə. Nə məsafəli ol, nə də soyuq... Hisslərindən tam əmin deyilsənsə bunu ona bildir. Bu məsələnində Həsən kimi olmasını istəmirəm. Ürəyinin səsi səni düz yerə gətirəcək. Mən buna əminəm"

"Ürəyimin içində səslər çox qarşıqdı... Amma yenədə sənə qulaq asmağa çalışacam"

"Qızım yeri olmasada sənə daha başqa bir sey demək istəyirəm. Daha doğrusu bu söhbət artıq 1 həftədən çoxdu davam edir. Bunu sənə bildirməməyə çalışdım. Amma dahası yoxdu. Rayonda yaşayan nənən ilə baban səni görmək istəyir... Mən buna qarşı çıxdım... Bilirsən onları sevmirəm... Yenədə sənin fikirini öyrənmək istədim. Onları görmək istəyirsən?"

"Ataa... Onları məndə sevmirəm... Amma orda yaşayan qohumları, oranın havasını suyunu çox sevirəm. Necə ildidə getmirəm... Bəlkə gedim? Ancaq sənsiz getmərəm biləsən. Sən gedirsənsə gedərəm"

"Nəfəs mən onların yaşadığı yerə ayaq basmıram. Məndən belə seyi nece istəyə bilirsən?"

"Başqa yerdə qalarıq... Amma gedək... Mənə Bakıdan ayrılmaq yaxşı gələcək. Elə sabah gedək çox yox 2 gün qalıb qayıdarıq. Unilərdə hazır imtahana girib. Nə olar ataa"

Yazıq formasında dayanıb atama baxmağa başladım. Atam üzünü gözünü indidən turşutmaöa başlasada "Yaxşı... Sənə görə..." dedi. Ayağa qalxıb qollarımı boynuna dolayaraq atama sarıldım. "Ataların birdənəsi. Səni çox sevirəm mən" deyib özünə öpüş qondurub ondan ayrıldım

"Aç qulaqlarını bunu indidən yaxşı eşit. Əgər O nənən ilə baban olacaq insan artıq əskiy nəsə danışsa orda bir dəqiqə olsun belə qalmayacayıq"

"Bilirəm... Bilirəm və bunlara rəgmən ora getmək istəyirəm mən"

"Get indi səni sevən oğlan ilə sağollaş. Yoxsa birdə gördün rayona gəlib. Qızlarda ona vurulub edər. Xəyal əlindən gedər sonra"

"Ataa!"deyib əsəbi - əsəbi ona baxmağa başladım

"Elə baxma, gözlərin yerindən çıxacaq. Mən süfrəni özüm yığışdıracam. Amma çox uzağa getməyin"

"Görüşmək istədiyimi hardan bildin?"

"Gözlərindən bildim canım qızım. Sən buna gənclik deyərsən, mən isə sevgii"deyib göz vurdu mənə. Maşallah mənim atama!

Xəyala zəng edib, görüşmək istədiyimi bildirmişdim. Nə də olmasa 2 gün görməyəcəkdim. Rayona getmək fikiri üzümü güldürürdü. Nənə babamı çox sevməsəmdə orda olan insanları çox sevirdim. Anamın orda olan padruqlarının məni yaşında olan qızlarıda vardı. Ara - sıra telefonda yazışardım onlarla. Məhlləmizdən çıxıb, yola doğru irəlləmişdim. Yenə o günki kimi dayanacaqda oturub Xəyalın gəlməsini gözlədim. Məni sevirdisə, mübarizə aparacaqdı...
Uzaqdan maşının gəldiyini gördüyümdə ayağa qalxdım. Maşını yanımda saxladığında, qapını açıb maşına mindim. Maşını işə salmamışdı, gözlərimi mənim üstümdə idi. Və də dodaqlarının kənarı qıvrılırdı. Dayana bilməyib
"Maşını işə salmayacaqsan? Ya mənə elə baxmağa davam edəcəksən?"dedim.
"Həycanlıyam ona görə" dediyində tək qaşımı qaldırdım. Həycanlanacaq bir sey vardı ya mənmi görmürdüm? Maşını işə salıb yola davam etdiyində "Nə həycanıdı bu belə?"dedim

"Bu saatda məni çağırıb, mənim ilə görüşmək istəyirsənsə demək ki mənə nəsə deyəcəksən. Səndə sevdiyini açıqlayacaqsan hə? Amma maşında demə xahis edirəm. Ürəyim gedər edər, rol əlimdə qalar"

"Beyninin düşüncəsinə bax bir! Raket sürəti ilə düşünür!"

"Elə deyil? Tiamo deməyəcəksən mənə?"

"Off Xəyal... Mən başqa sey danışmaq üçün səni çağırmışam"

"Yox deme!"deyə qışqırdı bir anda. Bu oğlan niyə belə beyinə sahib olmuşdu?!

"Mənə ayrılırıq falan deme. İnan ürəyim getməz, bir dəfəlik həyatdan olaram" dedi

Xəyal sözümü deməyə qoyacaqdı görəsən?!

"Xəyal biz sevgili deyilik ki ayrılaq... Mən tamam başqa bir söz deyəcəkdim. Sən isə imkan vermirsən!"

"Maşını bir yerdə saxladıqdan sonra sözünü deyərsən indi deme. Canımı təhlükəyə atma mənim"

Maşını sakit bir yerdə saxlamışdı. Soyuq olduğunda da aşağı düşməyib maşında qalmışdıq. İndi deyəsən rahat danışa biləcəkdim

"2 gün məni görməyəcəksən" deyib söhbəti açmağa çalışdım. Ona gedəcəyimi üz üzə niyə deyirdimsə? Ah, ata... Hamısını edən sən idin!
"Səbəb nədi?"dedi qaşları çatılmış formada. İlk dəqiqədən üzü düşümdüşdü

"Atamla bərabər rayona gedirəm. Nənəm ilə babam gilə"
"Onları sevmirdiz siz. Birdən birə nənə babanı görmək sevgisi necə yarandı içində?!"
"Bakıdan bir az uzaqlaşmaq istəyirəm"
"Bakıdan ya məndən?!"
"Səndən uzaqlaşmaq istəsəm, nəyə görə indi səninlə eyni maşının içində olum? Bir az başımı toparlamağıma ehtiyyacım var"
"2 gün çox deyil? Gedib qayıtsan olmur?"
"2 gün deyirəm, 2 ay deymirəm!"
"Amma o 2 gün mənə, 2 il kimi gələcək!"
"Nə edim? Məcbur 2 gün dözməli olacaqsan"
"İndidən darıxdım... İndidən qoxun üçün darıxdım... Portağalları qucaqlayıb yatacam indi mən?"
"Xəyal özünü ələ al. Döyüşə getmirəm mən. Rayona gedib qayıdıb gələcəm. Atamda orda qalmağı sevmir onsuz"

"Off... Sən getsən mən nəfəs ala bilməyəcəm" deyib uşaq tək dodaqlarını büzdü. Atamın nəyə görə, Xəyal ilə danışmalısan deməyini indi başa düşürdüm. Çünki, bu Xəyal mənim getməyimi istəmirdi. Atamında işinə yarayacaqdı! Sevənin hər halını başa düşürdü mənim atam!
"Nəfəs aparatına qoşularsan, mən gələnə qədər"dedim onu güldürməyə çalışıb

"Hə sən zarafata sal. Bilmirsən axı səənn..." deyib cümləsinin ardın gətirmədi

"Nəyi bilmirəm?"dedim

"Sənsiz nəfəs almağın necə çətin olduğunu... Sənsiz bu Bakının mənə dar gəldiyini... Mən səndən iki dəqiqə xəbər ala bilmədikdə, necə dəliyə döndüyümdən sənin xəbəri olmadı... Hisslərimin ciddi olduğuna inan... Çünki... Çünki, mən səni sevirəm..." dedi

Bir göz qırpında maşından aşağı düşüb qollarını iki yana açıb, möhkəmdən qışqıraraq "Sənii Sevirəm Nəfəss... Sənii sevirəmm portağal qoxulu qız... Hey eşidin məni mən bu qızı çox sevirəm"deməyə başladı. Ağızı açıq şəkildə onu izləyirdim... Çünki ətrafdan keçən insanlar bizə baxırdı... Bu oğlanın dəli cəsarətinədə heyran olmamaq mümkün deyildi

Bölüm sonu
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 931
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri