Sənə yazmadım, Səni yazdım (32-ci bölüm FİNAL)

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 910
Səs ver:
(səs: 0)
MƏKTUB 3

Bu SƏNİ yazdığım üçüncü və sonuncu məktubumdu.
Türkiyədən gəldikdən düz 15 gün sonra yazıram.
Bir gün hər şeyi təkrar gözdən keçirməyi o qədər istəmişdim ki...
Altı il sonra səni görüncə daha dəqiq anladım ki, nə yaşayırsam yaşayım, bir əskiyim olacaqdı. Bu elə bir əskiklikdi ki, bunu artıq biz bir araya gəlsək belə tamamlaya bilmərik. Biz yarım qalmışdıq. Qəbullanmışdım artıq. Bir əskiyim olduğunu anlayaraq yaşamaq düşmüşdü payıma.
Zaman hər şeyi həll etməsə də çox şeyi həll edir, dəhşətli ağrıların yerini kövrək xatirələr alır və bir gün həqiqətən elə bir an gəlir ki, bitdi deyə ağlamaq əvəzinə yaşandı deyə sevinməli olduğunu anlayırsan... Sevinməlisən ki, sən ömürdə bir yol olsa belə xoşbəxtlik dağının zirvəsinə çıxmısan...
İllər keçir və həqiqətən elə bir an gəlir ki, insan həyatı anlayır, taleyi dəyişdirə bilməyəcəyini qəbul edir, anlayır ki, həyatın sənə vermədiklərini zorla almaq olmur, zamanla anlayır ki, hər şeyin mütləq, mütləq bir səbəbi var, və biz yazılanı yaşayırıq... Bizim yollarımız ayrılmalıydı ki, ayrıldı...
Səni görməklə anladım ki, əslində mənim əzabım, çəkdiklərim sənlə, bugünkü sənlə bağlı deyil. İnsana əzab verən, varlığını kədərə bürüyən itmiş xoşbəxtliyidi, yaşamış olduğu unudulmaz hisslərdi ki, o hisslərin bir daha heç bir vəchlə təkrarlanmayacağını bilirsən.
İllər sonra səni gördüm. Salamlaşdıq və xudahafizləşdik. Bir də dərin sükut oldu aramızda... Şair Nəriman Həsənzadə sükut haqqında gör nə qədər gözəl deyib:
Sözü sükutla da anlatmaq olur, Təki söz söz olsun, sükut da sükut.
Və biz o sükutda bir-birimizə çox söz dedik. Baxışlarınla illərlə ürəyimdə dolanan suallara cavab verdin. İnsanın üzünə ifadə verən ruhdu. Üzündə elə bir ifadə vardı ki, bir ömür boyu unutmaram...
Ayrılıq çox da böyük şey deyilmiş əslində... Altı il sonra gözlərinə baxdım, gözlərindəki sevgini gördüm, ruhundakı eşqi duydum. Bəlkə də bu sevgi azalmışdı, bəlkə də bölünmüşdü, paylaşılmışdı... Amma o sevgi yenə də varıydı! Ayrılıq sevgi qarşısında nə qədər gücsüz, nə qədər acizmiş! Ayrılıq... Ayrılıq nədir əslində... Ayrılıq ölümün olduğu yerdə heç nədir! Bunu, sən aylar əvvəl döyüşdə ölümlə üz-üzə gələndə anladım. Anladım ki, heç bir ayrılıq ölüm deyilmiş! Və mən bilirəm... Bilirəm ki, yollarımız ayrılmış olsa da, aramızda məsafələr olsa da, bir ömür bir-birimizi görmədən yaşasaq da, xatirələr zaman-zaman yaddaşımızdan silinib getsə də və ən nəhayət, biz bu dünyadan getsək də ruhumuz əbədi olaraq birlikdə olacaq!..

Müəllif: Dilşad Talıbova
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri