Sönmüş Həyat... (1-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 5 153
Səs ver:
(səs: 0)
Faydasız həyat - vaxtsız ölümə
bərabərdir. (İohann Volfqanq Göte)

Bölüm 1-Qarşılaşma


Günümüz..
Addım. Bir addım. Bir addım yenidən. Sonra bir
addım daha. İçki şüşəsini qaldırıb dodaqlarına
gətirdi. Sonra irəliləməyə davam etdi. Dama qalxanda künc tərəfə doğru irəlilədi. Künc tərəfə
gəldiyində aşağıya baxdı. İnsanlar necə də
balacadılar. Balaca və dəyərsizdilər. O, həyatında
dəyərli olan nə var idisə, hər şeyi itirmişdi. İndi
yaşamağın nə mənası vardı?. Yenidən içki şüşəsini
dodaqlarına götürdü və aşağıya yenidən baxdı.
İnsanlar, işıqlar, maşınlar, binalar.. Hərşeydən
nifrət edirdi. Nəyi qalmışdı arxada? Bu dəyərsiz
canı? Canının nə qiyməti var idi ki, bu saatdan
sonra? Yavaşca ayağa qalxıb, aşağıya tərəf
yaxınlaşdı.
İnsanlar. İnsanlar hər şeydən xəbərsiz necə də
yaşayırlar. İçki şüşəsini son dəfə də dodaqlarına
götürdü. Şüşəni aşağı tulladı və necə
uzaqlaşmağının şahidi olmaq istədi. Birazdan özü
də elə olacaqdı.
" Bu dəyərsiz həyatı sonlandırmaq vaxtıdı" - deyə
mızıldandı. Son bir dəfə də nəfəsini ciyərlərinə
çəkdikdən sonra gözlərini yumdu...
2010...

Qulağında telefonu bir o tərəf bir bu tərəfə
döndərib dayanırdı cavan oğlan. Sabahdan bəri
yoldaşına zəng edirdi amma düşə bilmirdi. Çox
narahat idi. Başına birdən bir iş gələr deyə
düşünürdü. Ona bir şey olsaydı necə yaşaya
bilərdi? Anidən açar səsini eşidib qapıya tərəf
qaçdı və qapını açdı. Qarşısında yoldaşını gördü.
"Mələk" - dedi cəld və qaşqabaqlı halda. Bir az
gözlədikdən sonra qapının yanından çəkilib,
yoldaşının içəri keçməsinə icazə verdi. Sakitcə
qonaq otağına keçdilər. Yoldaşı ən sonda ərinə
doğru xəcalətli baxışlarla baxırdı.
"Raul mən" - sadəcə bu sözü deyə bildi. Raul cəld
şəkildə sözünü kəsib danışmağa başladı.
"Sabahdan bəri sənə zəng edirəm" Hardasan sən?
Sənə bir şey olar deyə ağlımı yedim. Məni xəbərsiz
necə qoya bilərsən Mələk? Ümidvaram ki, məntiqli
əsasın vardır, amma nə olursa olsun cəzasız
qalmıyacaqsan. Mələk ona yaxınlaşıb əlinnən
tutdu. Gülüş hədiyyə etdi yoldaşına. Fəqət, Raulun
sakitləşməyinə yetməmişdi bu gülüş.
Bəli, məntiqli bir cavabım var sənə- Mələk dedi.
"Səni eşidirəm". Səbrsizcə gözləyirəm ki, görəsən
nədir sənin məni saatlarca xəbərsiz qoymağın.
Qarşısında dayanan Mələk daha çox gülümsəməyə
başladı. Raul isə yerindəcə donub qalmışdı ki, bu
qədər gülümsəməli nə var burda.
" Hamiləyəm mən" - Mələk dinləndi.
" Başa düşdüm hamiləsən amma bu məntiqli bir
səbəb deyil" - cəld şəkildə Raul dilləndi. Bir qədər
tərəddüd etdi. Nə dedi o? Hamiləyəm? Zamanın
dayandığını hiss etdi. Onun mələyi hamiləydi.
Onun yoldaşı qarnında bir parça daşıyırdı. Elə bir
möcüzəvi bir şey idi ki, Raul göz yaşlarını saxlaya
bilmədi. "Hamiləsən" -? deyə fısıldadı.
Mələk onun göz yaşlarını silib, başını salladı.
"Övladımız olacaq" - dedi. Yoldaşını öpüş atəşinə
tutdu. "Mən ata olacağam" - deyə qışqırmağa
başladı Raul.
Gənc ailənin gülüşləri bir-birilərinə qarışmışdı.
"Səni çox sevirəm" - Raul yoldaşına söylədi. Mələk
Raulun üzünü əllərinin arasına aldı.
"Mən də səni çox sevirəm" - deyə fısıldadı. Raul
yoldaşının əllərindən öpərək, sənə bənzəyən bir
qız uşağımızın olmasını istəyirəm..
2016...
Raul hər şeyi xatırladığı anda gözlərinin dolmasının
qarşısını ala bilmirdi. Yanında oturan balaca qızı
izləyərkən yoldaşının ağlına gəlməməsi əlində
deyildi
Bu qız hər bir şeyi ilə yoldaşına çox bənzəyirdi.
İstəyi gerçək olmuşdu. Yoldaşına bənzəyən bir qızı
olmuşdu.
" Raul..." dedi balaca qız. Cavan oğlan adını
eşitməsi ilə balaca qıza tərəf döndü. Qız ona
dəftərini uzatmış,həyəcanla baxırdı. Adıvı düzgün
yazmışam, ata?. Cavan oğlan dəftərə baxıb başını
yellədi.
"Bəli" - dedi. Qızcığaz dəftərini stolun üstünə
qoyub, bir şeylər yazmağa davam etdi. Sonra
başını qaldırıb atasına baxdı.
"Mənim anamın adı nədi, ata? Niyə mənim anam
yoxdu? - deyə sual verdi. Cavan oğlan eşitdiyi sual qarşısında aciz qalmışdı. Nə cavablaya bilirdi, nə
də susa bilirdi. Elə bil bu sual onu cəhənnəmin
içinə atmışdı. Mələyin yoxluğu hər nəfəsində
batırdı.
" Çox danışma Səma, dərslərinə hazırlaş". Qızcığaz
başını sallayaraq, üzgün şəkildə otağına getdi.
Səma dərslərini bitirib, yatmağa getdikdən sonra
özünə bir qəhvə hazırladı və pəncərənin yanında
olan kreslosunda əyləşib, ətrafı seyr etməyə
başladı. Hər gecə qızı yatdıqdan sonra qəhvəsini
alıb, eyni şeyi edərdi. Ətrafdakı səssizliyi izləmək
ona xoş gəlirdi. Ətrafdakı səssizliklə birlikdə
düşüncələrinin də susacağını düşünürdü hər
zaman, amma bu heç cür alınmırdı. Düşüncələri
heç bir zaman onu tək buraxmır, əzrail kimi
arxasıyca gələrdi.Bu vəziyyətə öyrəşmişdi cavan
oğlan. Ağrıları ilə yaşamağı öyrəndiyi kimi,
düşüncələri ilə də yaşamağı öyrənmişdi. Çox çətin
idi,amma əlindən gələni edirdi. Bütün gecəni ətrafı
seyr etdi.
Günəş doğmağa başlayarkən, əyləşdiyi kreslodan
qalxıb, səhər yeməyi hazırlamağa başladı cavan
oğlan. Səhər yeməyini hazırladıqdan sonra,Səmanı yuxudan oyatdı və birlikdə yemək yedilər.
Səhər yeməyindən sonra Səmanı servisə mindirdi,
özü də işə getmək üçün evdən çıxdı. Səssizcə
dayanacağa tərəf addımlayırdı cavan oğlan.
Düşüncələri yenidən ağlına hücum çəkmişdi.
Səmanın dünən gecə atasına anidən belə bir sual
verməyi ağlından çıxmırdı. Səma heç bir zaman
anasını soruşan bir uşaq deyildi. Bir anda nə
olmuşdu ki, anasını soruşdu? Atasının sevgisizliyini
belə sual etməmişdi. Bəs, indi niyə anasını
soruşdu? Cavan oğlan bunu qızına necə açıxlaya
bilərdi axi, o hələ balaca bir uşaqdı. Dayanacaqda
durmağı ilə avtobusa mindi cavan oğlan. Cibqabını
çıxardıb, kartı içindən götürdü. Gediş haqqındam
istifadə etməsi üçün kartını monitora uzatdı.
"Balansda kifayət qədər məbləğ yoxdu" - yazısı ilə
üz-üzə qaldı. Hər kəs bir anda ona baxmağa
başlamışdı. Lənət olsun, deyə düşündü. Kartını
doldurmağı necə unuda bilmişdi? İndi nə
edəcəkdi? Nifrət etdiyi işinə də gecikirdi.
"Üzr istəyirəm, mən sizin yerinizə vura bilərəm" -
dedi bir səs
Eşitdiyi səslə arxasına döndü cavan oğlan.
"Xeyr, çox sağolun, ehtiyac yoxdur" - deyə
mırıldandı. Biri ona kömək etmək mi istəyirdi?
İnsanlar və gərəksiz yardımları.. Nifrət edirdi..
Cavan qadın onu eşitməməzliyə vurdu. Kartını
basdı, ona çevrildi və gülümsədi. Cavan oğlan
qaşlarını qaldıraraq- "İstəmədiyimi demişdim"
"Amma mən ehtiyac var deyə gördüm" - cavan qız
dilləndi. Onu dinləməyib arxa oturacaqlara tərəf
irəliləməyə başladı
"Hey.." - deyə səsləndi arxasından bir səs.
"Təşəkkür etmiyəcəksən?" - cavan qız dedi.
Ona tərəf döndü, qısa bir baxış atdı cavan oğlan.
"Ehtiyacım yox dediyim kimi, təşəkkürlük də bir
şey yoxdur. Sırf bir təşəkkür alıb egovu
doydurmam üçün mənə kömək etdin?"
"Ah, nə sevimli!" - avtobusda oturan sərnişin
zarafatca.
Qız isə ona təəccüblə baxırdı. Avtobusdakı hər kəs
təəccüblə baxırdı bunlara.
"Bu nə kobudluq! Təşəkkür etmədiyin kimi,
kobudluq etməyinə də ehtiyac yoxdu. Mən insanlıq etdim" - dedi cavan qız sonda. Ona baxıb
qəhqəqə ilə gülümsədi Raul
"İnsanlığına da, köməyinə də ehtiyacım yoxdur
xanım" - dedi və arxasını dönüb, arxa
oturacaqların birində oturdu. Cavan qız xeyli vaxt
eşitdiklərinin şoku ilə eləcə ayaqda qaldı və ən
sonunda hər kəsin ona baxışını görüb bir yerə
oturdu.
Raul, cavan qızın üzündəki baxışlarını hiss edə
bilirdi amma daha doğrusu vecinə deyildi.
Düşəcəyi dayanacağa gəldiyi anda avtobusdam
düşdü və avtobusun aynabəndindən içəri baxdı.
Göz-gözə gəldilər o an. Avtobusun getməsi ilə, o
da öz yoluna dönüb iş yerinə tərəf yönəldi.

Müəllif:Nicat
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 153
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri