Sönmüş Həyat... (2-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 439
Səs ver:
(səs: 0)
Bölüm 2- Qismət


Raul ən son addımını atıb, qapıdan içəri baxdı.
Arzuları gerçəkləşmişdi. Universitetə daxil
olmuşdu. Arzuladığı yerdə idi. Keçmişi geridə
qoymuş, artıq gələcəyinə baxacaqdı, sadəcə
xoşbəxt olacaqdı. Onu yeni bir həyat
gözləyirdi. Qapıdan içəri tərəf addım atıb,
şəhərciyə baxdı. Üzünə bir təbəssüm
qonduğundan əmin idi. Öz fakültəsini tapıb,fakültəsindən içəri girdi və sinifi axtardı.
Sinifini tapıb, içəri girdi və ilk tapdığı yerdə də
oturdu. Sinif bomboşdu, daha heç kəs
gəlməmişdi. Başını partanın üstünə yasladı,
gözlərini yumdu cavan oğlan. Keçmişi ağlına
hücum edərkən düşünməməyə çalışırdı. Hər
şeyi geridə qoyacağına söz vermişdi. Xoşbəxt
olacaqdı. Buna haqqı var idi.
Ayaq səslərinin ona tərəf gəlməsi ilə başını
qaldırdı cavan oğlan və qarşısında duran qıza
baxdı. Mavi gözlər bütün marağı ilə ona
baxırdı.
"Şey..."-dedi cavan qız."Buranı mən özüm
üçün tutmuşdum amma?"
Raul cəld ayağa qalxıb qarşısında duran mavi
gözlü qıza baxaraq :
" Çox üzr istəyirəm, bilmirdim." - dedi
Cavan qız gülümsədi.
"Problem yoxdu, yan sırada da otura bilərəm"
- dedi və çantasının oturacağına qoydu.
Raul peşmançılıq içində qalxdığı yerə yenidən
oturdu və başını çevirib qıza baxdı
"Deməli, eyni sinifdəyik" - dedi qızın eşidə
biləcəyi bir səslə. Qızın baxışlarını ona
çevirməyi ilə təkrar mavi gözlər toqquşdu
gözlərlə. Qızın gözləri çox xoşuna gəlmişdi.
İçində maraq yaranırdı qıza qarşı.
"Adın nədir?" - deyə sual verdi Raul
Qız yenidən baxışlarını ona tərəf yönəltdi. Bu
sualı gözləmirdi eləbil. Üzünə bir təbəssüm
qonduraraq :
"Mələk" - dedi cavan qız.
Mələk.. Nə gözəl adı var idi.. Mələk..
Ən sonda qıza cavab verməyini hiss etdi və
özünü ələ alaraq
"Raul mən" - dedi
2018

Hoteldən içəri girməyi ilə paltarını dəyişib,
'resepşına' keçdi. Ağlına gələn fikirlər onu
boğurdu. Niyə qurtula bilmirdi keçmişindən?
Keçmişimiz bizi biz edən amillərdi amma
yaşamağa da əngəl törədirdi. Raul artıq
yaşamaq istəmirdi.Yaşamırdı sadəcə nəfəs
alırdı.
"Raul..?" Eşitdiyi adı ilə düşüncələrindən
ayrıldı və səsi eşitdiyi yönə çevrildi.
"Dostum, sabahdan bəri sənə səslənirəm" -
dedi. Raul vecsiz şəkildə qabağına döndü. Ona
səslənən iş yoldaşı boşboğaz Camaldan
başqası deyildi. Düzünə qalsa, dost olduqları
da deyilə bilməzdi.
"Dostum deyilsən" - deyə mırıldadı Raul.
"Yaxşı dostun deyiləm" - Camal cavab verdi.
Camala söyüş də söysən kefi pozulmazdı,
qəbullanardı. İnadla Raulla dost olmaq
istəyirdi.
"Onda mənlə danışma" - Raul dedi
"Burda ikimizik, Sıxılıram" - Camal
məzlumcasına.
Raul cavab vermədi, Camal da öz-özünə
danışmağa başladı. İş yerində bütün günləri
belə keçirdi. Camal ona nəsə danışardı, Raul
da qulaq asırmış kimi davranardı.
Bütün gün belə keçdi. Axşam olanda, işdən
çıxıb dayanacağa keçdi cavan oğlan.
Avtobusun gəlməsi ilə minməyi bir oldu.
Kartını basmaq istəyirdi ki, pulu olmadığını
hiss etdi. İndi, o qız burda olsaydı nə gözəl
olardı. Avtobusdan düşüb piyada hərəkət
etməyə qərar verdi. Yeriyərkən belə
düşünürdü. Özünü düşüncələrinə boğurdu.
Başını qaldırıb göy üzünə baxdı. Niyə? Niyə
mən? Niyə bu qədər acı ilə yaşayıram? Tək
günahım dünyaya gəlmək idi? Niyə həyatım
boyu, itirdim mən?. Evin qarşısına gələndə,
cibindən açarı çıxardıb, qapını açdı.
"Xoş gəldiniz" - dedi qapıda duran qadın Raul başını qaldırıb qarşısındakı qadına baxdı.
Bir an ona "Xoş gəldin" deyənin başqası
olduğunu xəyal etdi. Xəyalıyla təbəssüm etdi :
"Xoş gördük, Narın xanım, siz artıq gedə
bilərsiniz" - deyə mırıldandı.
"Oldu, axşam yeməyinizi hazırlamışam" - dedi
qadın və evdən çıxdı. Qonaq otağına
irəliləyərkən mətbəxdən içəri baxış atdı, sonra
qonaq otağına girib televizor qarşısında
oturan Səmanı gördü.
"Səma, gəl yeməyə" - dedi Raul
Səma oturduğu yerdən qalxıb :
"Xoş gəldin, ata" - dedi gülümsəyərək. Raul
qızının mavi gözlərinə baxdı və illər öncə
gördüyü maviliyi gördü qızında. Heçnə
demədən mətbəxə keçdi. Səma da ondan bir
parçalar görmək canını yandırırdı. Səssizcə
yeməklərini yeməyə başladılar.
"Ata, yeməkdən sonra çölə çıxaq? - dedi Səma
həyəcanla " Yeməkdən sonra dərslərini edəcəksən Səma
"- atası cavab verdi
Səma həyəcanla gözlərini atasının gözlərinə
dikdi.
" Dərslərimi çoxdan etmişəm, xahiş edirəm
ata, xahiş edirəm! "-dedi qızı
Qarşısındakı mavi gözlər eləbil yalvarırdı ona.
Başını əydi Raul. Bu mavi gözlərə inat
etməyəcəkdi.
" Yaxşı, sahilə gedərik" - dedi cavan oğlan.
"Oley! Səni çox sevirəm ata" - deyə sevinclə
qışqırdı Səma. Raulun içində bir yerlər acı
verirdi sanki.
"Qızımızı çox sevəcəksən, elə deyilmi?
Bacarmıram Mələk... Bacarmıram..
Ata, mən hazıram " - Səma cavan oğlanın
fikrini yayındırdı.
" Yaxşı, gedək "- cavan oğlan cavab verdi.
Sahil yaşadıqları evlərinə yaxın idi. Birlikdə
sahilə tərəf üz tutdular.Yol boyu nə danışdılar
nə də bir şey etdilər, eləcə səssiz şəkildə sahilə
gedirdilər. Nəhayət çatdılar. Raul dərindən
nəfəs alaraq dənizi seyr edirdi. Fikirlər yenə
ağlını alt-üst etmişdi. Mələklə sahildə vaxt
keçirdikləri günləri ağlına gəlmişdi.
Ehh.. Necə də yadda qalan günlər idi, Kaş,
qayıdardın yenidən həyatıma Mələk. Məni tək
qoymazdın.İndi qızıma baxıb səni
xatırlayıram.. Kaş, üçümüz birlikdə dənizi seyr
edərdik..
Raul dərinnən nəfəs alaraq, özünü indiki
halına cəmləməyə çalışdı.
"Səma" - deyə səsləndi. Cavab gəlmədi. Yanyörəsinə baxdı, gördü Səma yoxdu. Təşvişə
düşməyə başladı, qızcığaz hara yoxa çıxa bilər
axı? Elə axtarmağa başlayırdı ki, qarşıda
Səmanın itlə oynadığını gördü. Cəld yanına
yaxınlaşdı.
"Sənə deməmişəm yanımdan ayrılma Səma?"
- Raul sərt şəkildə dedi
"Ata, gör necə şirin itdi, çox sevdim bu iti" -
Səma həyəcanlı şəkildə cavab verdi
Raul o qədər əsəbləşmişdi ki, qarşısında duran
qadını belə hiss etməmişdi.
"Gəl, gedirik evə" - Raul sərt şəkildə dedi
"Narahat olmayın, mənim itim qızınızı sevdi,
ona zərər verməz" - cavan qadın Raula
mırıldandı
Raul baxışlarını qadına yönəltdi və :
"Yenə siz? Bügun ikinci dəfədi qarşılaşırıq." -
Raul cavab verdi.
"Çox güman ki, qismətdir" - qadın təbəssüm
edərək.
"Mən qismətə inanmıram!" - Raul sərt şəkildə
qadına cavab verdi
"Qızım, gəl gedirik"
"Ata, yalvarıram sənə, getməyək, mən sevdim
bu iti, oynamaq istəyirəm, yalvarıram sənə" -
Səma üzgün şəkildə atasına dedi
"Kobud olmağınıza ehtiyac yoxdu, qoyun
oynasın" - qadın Raula mırıldandı
"Yaxşı" - cavan oğlan cavab verdi və getdi
skamyada oturdu
Cavan qız da Raulun yanına gələrək :
"Olar, əyləşim?" - söylədi
"Buyurun" - Raul mırıldandı
Cavan qız Raulun yanında əyləşdi, bir qədər
səssiz qaldılar. Sonda qadın Raulu danışdırmaq
qənaətinə gələrək :
"Mən Ceyla" - dedi
Raul dinmədi. Həqiqətən də istəmirdi
danışmaq. Qadın qarşısındakı insanın bu
qədər kobud, həyatdan bezmiş olduğunu hiss
edə bilirdi. Məhz, onun susmağı da ondan irəli
gəlirdi.
"Sizi bu qədər sıxan şey nədir?" - Ceyla dilləndi
"Məni özümdən başqa heçnə sıxmır" - Raul
cavab verdi
"Gül kimi, qızınız var. Siz özüvüzə nə qədər də
qapansaz, bu qapanma halınız axır-əvvəl
qızınıza da təsir edə bilər, bunu heç
düşündünüzmü? - Ceyla Raulun üzünə
baxaraq dedi
" Qızım axır-əvvəl məni anlayacaq, başa
düşəcək"-Raul ayağa qalxaraq dedi və qızının
yanına doğru getdi.
"Səma, gəl gedirik"
Səma qadından sağollaşdı amma Raul
sağollaşmadı, heç üzünə belə baxmadı.Evə
doğru hərəkət etdilər. Raul danışmırdı. Səma da üzgün şəkildə evə gedirdi. Birdən balacanı
ağlamaq hıçqırığı tutdu. Raul :
"Noldu, qızım niyə ağlayırsan?
" Hər kəs xoşbəxtdi, sahildə mənim yaşıdlarım
anası ilə, atası ilə gəzirdi, nə deyirdilər
alırdılar.
Raul yavaş yavaş qızının nə deyəcəyini
anlayırdı, donmuşdu.
"Ata, anam hardadı? Anamı istəyirəm.." Səma
ağlayaraq.
"Qızım,sənin anan..." - demək istəyirdi ki,
birdən yox bacarmayacam. Mən bacarmıram.
Qızım anasını soruşur mən isə ona heçnə deyə
bilmirəm. Raul elə bilmişdi ki, ürəyində deyir
bu ifadələri, amma Səma eşidirdi atasının nə
dediklərini.
"Ata, sən mənnən gizlədirsən.Anama nolub?
Hardadı anam? Anamı istəyirəm..." - Səma hər
şeyi alt-üst eləyərək dilləndi.

Raul artıq çökmüşdü, bilmirdi necə izah etsin.
O mavi gözlər ağlayırdı qarşısında.Heçnə deyə
bilmirdi qızına, heçnə.. Bacarmırdı..
" Qızımıza hər baxdığında məni xatırla.. "

Müəllif:Nicat
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri