Çəhrayı Yalan (1-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 745
Səs ver:
(səs: 0)
Bölüm 1 - İlk Tanışlıq

Jasmin'in dilindən
(8 ay Sonra)
Başından bəri bir evin içində 4 yad oğlan ilə, birgə yaşamağıma razı olan adam atam idi. Bütün günahlarımın səbəbləridə burdan qaynaqlanırdı... İndi nə edəcəyimi bilmirdim... O, çox sevdiyim insan məni yarı yolda qoyaraq, çıxıb getdi... Həyatı kimi sevgisidə, yalan imiş...
Mənim isə bu yalanın içində tək həqiqətim, körpəmin var olması idi... Onun varlığından yenicə xəbər tutmuşdum... Və məni həyata yenidən bağlayan yeganə sey onun var olması, birdə bizə sahib çıxan, digər əmisi idi...

(8 ay Əvvəl)
Noyabr ayında olduğumuzdan havalar çox soyuqlamışdı. Mən soyuğu sevməzdim. Nə də soyuğa dözümüm yox idi. Yağışdan, göy gurultusundan, şimşək çaxmasından çox qorxardım. Uşaqlıqda atam gecələri evə gec gələrdi, məndə evdə tək qalardım. Mənim valideyinlərim 7 yaşım olarkən boşanmışdılar. Mən atamla qalmışdım... Çünki, anam yenidən başqa bir adam ilə evlənərək, Moskvaya köçmüşdü. Böyüdükcə məni yanına çağırsada mən onun təklifini qəbul etməmişdim. Atamı çox sevdiyimdən deyil, ölkəmi tərk edə bilmədiyim üçün. Məni sözdə sevən bir atam var idi. Əmələ gəlincə isə ortalıqda görünməzdi. İndidə atam evlənmişdi... Məndə bu evlilik nəticəsində, bir gündə 4 ögey qardaşa sahib olmuşdum... Bəli, düz oxudunuz... Atamın evləndiyi qadının 4 oğlu var idi. Qadını ikinci görüşüm idi. Birinci görüşümüzdə hamımız bir restorana yığışıb, tanış olmuşduq. Tanış deyəndə, sadecə adlarını öyrənmişdim. Masa ətrafında başqa bir söhbət getməmişdi. Onlarla söhbət etməyə maraqlıda deyildim... İndidə yeni evimizə tərəf üz tuturdum. Atam bizim evimizi, Mətanət xanım isə öz evlərini satmışdı. Bu pulları birləşdirib, yeni dizaynda olan 2 mərtəbəli ev almışdıq. Bu gündən sonra bir evin içində 7 insan yaşayacaqdıq... Yatsam yuxuma girməzdi... Amma bu yuxu deyildi... Çünki, ayıla bilmirdim bu yuxudan...

***

Evə gəlib çatdıqda, qapının zəngini basdım. Üşüdüyümdən əllərimi isitməyə çalışırdım. Zəng səsi bitsədə qapı açılmadı... Yenidən zəngi basıb, qapınıda döyməyə başladım. Evdə hec kim yox idimi? Qapını daha möhkəm döyməyə başladığımda, qapı üzümə açıldı. Qarşımda evin ikinci oğlu olan, Fəqanı gördüm. Mənim üçün olduqca dəyişik bir uşaq idi. Bütün gün qulağında qulaqcıq olaraq, mahnıya qulaq asardı. Hec kimədə qaynayıb qarışmazdı. İlk görüşümüzdə də bir kənara çəkilib oturmuşdu.
"Bir qapını açmaq bu qədər çətin gəldi?"deyib sözə başladım. "Zəhmət olmasa, bundan sonra evin açarını üstündə gəzdir. Sənə hər dəfə qapı açan deyiləm mən. Mahnımı yarıda kəsmə!"deyərək əlində tutduğu qulaqcığı təkrar qulağına keçirtdi. Ona daha çox fikir vermədən içəri keçdim. Ayaqqablarımı çıxartmağa başladığımda, yanımda dayandığını və getmədiyini gördüm. Əyildiyim üçün, aşağıdan yuxarı ona baxaraq "Niyə getmirsən?"dedim

"Ayaqqablarını düzgün çıxardıb, çıxartmamağına baxıram"

"Mənim ayaqqabı çıxartmağımdan sənə nə?"

"Eyni evin içində yaşayırıq... İndi o ayaqqabları birləşdirərək düz şəkildə yerinə qoy"

"Taxıntın var demək... Yaxşı sən deyən olsun" deyib ayaqqabılarımı üst - üstə qoyaraq, ayaqqabı şkafına yerləşdirdim. Mənə tərs - tərs baxdığını gördükdə "Mən sənin taxıntılarına öyrəşən deyiləm. Sən mənim sərbəstliyimə öyrən. Nə də olmasa eyni evin içində yaşayırıq hə?" deyib gülərək yanından keçdim. Qarşımda geniş qonaq otağı vardı. Birdə divanda uzanan Cahad... Cahad evin kicik oğlu idi. Bu da evdə idi... Ancaq nədənsə qapı 10 dəqiqəyə açılmışdı... Mənim gəldiyimi gördükdə bir az dirçəlməyə başlayıb, kürəyini divanın küncünə söykədi. Ona sərt şəkildə baxmağa başladım. Bir qapı açmaq bu qədər çətin olmalı deyildim... Bu sırada Fəqan isə yuxarı çıxırdı...
Mən ona sərt şəkildə baxmağa davam etdikcə, Cahad gülürdü... Cahadla bərabər eyni məktəbdə oxuyacağımızı xatırladıqda isə məni əsəb daha çox bürüdü. Mən bu dörd qardaş ilə necə baş edəcəkdim?

"Bu baxışlarının səbəbi qapını açmadığım üçündü?"

"Qapını açsaydın, qapının qulpu əlinə yapış qalacaqdı?"

"Yapışmazdı, ancaq açar götürməməyin mənim günahım deyil"

"Siz qardaşlara söz çatdırmaq olmur!"

"Əsəbləşmə əziz bacım"

"Bacın?!"

"Atamla anam evləndiyinə görə, artıq səndə mənim bacım sayılırsan. Hər zaman istəmişəm bir bacım olsun. Ona qardaş olum məndə. Əminəm səninlə gözəl yola gedəcəyik"deyə kinayəli bir şəkildə danışdı. Yəni məni hec istəmirdi!

"Mənə bir qardaş lazım deyil! Qardaşlığını özünə saxla. Sağ ol" deyib yuxarı çıxmaq üçün irəli adım atdım. Üçüncü addımımı atdığımda "Sabah məktəbdə səni bir qardaşın kimi qoruyucam"dedi. Sanki, qəsdən edirdi... Damarıma basdığını bilirdi... Onunla eyni məktəbə gedib, eyni sinifdə oxuyacaqdıq... Məndən bir yaş böyük idi. Ancaq məktəbə bir il gec getmişdi... İndi onun cəzasını çəkmək mənə qalmışdı. "Mənim kimisə məni qorunmasına ehtiyyacım yoxdu. Birdə qardaş bacı kəliməsini işlətmə! Etdiyin bu davranış, hec xoş deyil biləsən!" deyərək yanından ayrıldım. Otağıma daxil olub çarpayıma oturdum. Əsəbdən dizlərimi titrədirdim... Mən hər kəslə yola gedən bir qız idim. Amma bunlar məni yolumdan edirdilər... Ələ salmış kimi danışmasaydı, dediyi sözlərə bu cür ciddi reaksiya verməzdim. Of ata... Tək yaşamağımada icazə vermədin...
2 qardaş ilə bu cür şəkildə qarşılaşdımsa digərləri ilə necə olacaqdı hec bilmirdim... Eh, mən nə gözləyirdim? Mehriban şəkildə yola gedəcəyimizi...? Üzümə qapı açmaq istəməyən insanlardan mənə xeir gələsi deyildi...
Başımı bir az otağımda qatdıqdan sonra sıxıldım. Aşağı düşməli idim... Otaqdan çıxıb, aşağı düşdüyümdə mətbəxdən səs gəlirdi. Kim olduğunu bilməsəmdə, mətbəxə daxil oldum. Mətbəxdə var olan şəxs İlkin idi. Digərlərinə nisbətən görünüşcə, əsmər bir tip idi. Saclarının qarşısı alınına tökülmüşdü, üzündə isə azca saqqal vardı. Mən isə qapı kənarından dayanıb ona baxırdım... İlkin isə pomidor doğramaqla məşğul idi. Başını qaldırıb, məni gördüyündə çox azca bir təbəssüm etdi. "Orda dayanma gəl içəri" dediyində irəli addım atıb yanına gəldim. Digərləri kimi görəsən bu da məni azarlayacaqdı? Yumşaqca "Deyəsən nəsə bişirirsən" dedim

"Pomidordan ancaq pomidor yumurta bişirilə bilinər. Sevirsənsə bərabər yeyə bilərik" dedi

Normal bir insan kimi danışmışdı...

"Başqa secənək olmadığına görə yeyərəm. Nəsə kömək lazımdı?"

"Yox balaca sən kec əyləş. Mən özüm hazır edəcəm"

"Yaxşı necə istəsən. Təklif var israr yox"

Mən masa arxasına əyləşdikdə, İlkin tavanı çıxardıb qazın üstünə qoydu. Yerinə düşmüşdü, çünki acmışdım... İlkin yeməyi bişirməyə davam edərkən, mətbəxə Cahad daxil oldu. Az əvvəlki siması yox idi. Çox ciddi dayanmışdı... Soyducunu açıb içinə baxmağa başladığında, dönüb İlkinə baxdım. Ona tərəf hec baxmadan öz işini görürdü. Cahad isə soyducudan pendir və pomidor çıxartdı. Onları doğradıqdan sonra masanın bir tərəfinə oturdu. Məndə eləcə baxdım...

"Yeməyi niyə gözləmirsən?"

"Acam ona görə"

"Hazırdı axı yemək"

"Sən nə çox sual verirsən adama. Bir qapı açmadıq deyə, borclu çıxdıq"

"Əsəbləşəcək bir sey demədim mən"

"Sənin var oluşun, adama əsəb verməyə başlayıb artıq"dediyində İlkin yeməyi masaya gətirdi. Özüdə masaya əyləşdikdən sonra "O mənim bişirdiyim yeməyi yesə, zəhərlənər. Ona görə yemir"dedi. Gözüm Cahad ilə İlkin arasında gedib gəldi...
Cahad "Yenə başlama! İmkan ver iki tikə çörəyimi yeyim. Sonra rədd olub öz otağıma çıxacam" dedi. Yəqin, danışıqları belə idi... Ancaq zarafat edər yanlarıda yox idi. Üz ifadələri çox sərt dururdu. İlkin bir çəngəl yeməkdən alıb yeməyə başladığında "Zəhərin olsun" dedi. Yox, bu qədəridə çox idi. Qarışmayım - qarışmayım deyirəmdə, ancaq belə danışıq tərzidə hec olmurdu. Cahad masadan ayağa qalxıb əlində olan tikəni boşqabın kənarına qoyub "Onsuzda zəhərim elədin... Çox sağ ol qardaş..."dedi. Mətbəxdən çıxdıqdan sonra İlkinə dönüb "Niyə elə danışdın onunla?"dedim

"Çünki, elə lazım idi"

"Lazım deyildi... Sənin kimi Cahadda ac idi"

"Balaca yeməyini ye, danışma"

"Mən haqqsızlığa göz yuma bilmərəm!"

"İki qardaşın arasına girmək sənə düşməyib"

"Aranıza girmirəm. Ancaq dediyin kəlimə hec düzgün olmadı... O sənə qarşı qırıcı tərzdə danışmadı. Əksinə səni yola verməyə çalışdı"

"Hamıda Cahadın tərəfin tutar olub. Biz onunla belə yola gedirik. Öyrəşsən yaxşı olar" dediyində daha çox dayana bilməyib ayağa qalxdım. Yeməyəcəkdim o yeməyi...
Çörəyin yarı kənarını kəsib içini pendir və pomidor ilə dolduraraq mətbəxdən çıxdım. Otağımın qapısına çatdıqda, otağımın yanında olan Cahadın otağının qapısına baxdım. Mən insanların alcaldılmasına dayana bilmirdim... Qapısını döydüyümdə "Gəl" deyə səs eşitdim. Qapını açıb içəri keçdiyimdə, Cahadı dərs masanın yanında gördüm. Mənə baxdıqdan sonra, baxışları əllərimə tərəf çevrildi. İçimi kicik həyəcan bassada "Tək yemək istəmədim... Bərabər yeyək?"dedim

Bölüm sonu

Müəllif: F.Goncha (Lusi)

Ps. Mentalitetdən kənar hekayədi.İçində əks olan davranışlar və ifadələr yer almaqdadı..
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 745
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri