Çəhrayı Yalan (2-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 3 927
Səs ver:
(səs: 0)
(8 ay Sonra)
Mən bətnimdə olan, canlının qatili olmaq istəmirdim. Onunda hər uşaq kimi dünyaya göz açmağ haqqı vardı. Körpəm, məni secmişdi... Anası olaraq məni görmüşdü... İndi necə ondan imtina edim? O gündən sonra atasından bir xəbər ala bilməmişdim... Səssiz sədasız çıxıb getmişdi... Körpəsinin var olduğunu bilə - bilə...
Onla yarım qalan xəyallarımı, mən öz körpəm ilə tamamlayacaqdım. Əlimi bətnimə yerləşdirib gözlərimi yumduğumda, qulağıma "Mən hər zaman sənin yanında olacam, mən səninləyəm..." səsi gəldi. Gözlərimi açıb sağ yanıma baxdığımda onu gördüm. Və acı içində kicik bir təbəssüm etdim. Bizə sahib çıxan biri vardı...

(8 Ay Əvvəl)
Donmuş şəkildə mənə baxdığını gördükdə, irəli bir addım daha atıb boşqabı ona uzatdım. Hec bir sey demədən əllərini havaya qaldırıb, boşqaba tərəf yaxınlaşdırdı. Boşqabın digər tərəfindən tutduqdan sonra "Mən sənə qapı açmamışdım, sən isə mənə çörək arası bir seylər gətirmisən"dedi. Qapını açmaması üçün hələdə əsəbi olsamda, bir insanın ac qalmasınada dayana bilməzdim mən.

"Ac olduğun üçün... Böl, bərabər yeyək"

"Yeyəcəm... Ancaq səndə məndən aşağıda olanlar haqqında hec nə soruşmayacaqsan"

"Yaxşı... Mənə etibar edib nəsə deməyin üçün hələ çox tezdi. Biz bir - birimizi tanımırıq"

"Tanış olmaq lazımdı onda. Nə də olmasa bu gündən etibarən bərabər yaşayacağıq"

"Təsüf... Mən tək yaşamağa öyrəşmişdim. Bir gündə 7 insan ilə bir evin içində yaşamaq məni çox sıxır" deyib çörəyi əlimə alaraq özüm böldüm. Çörəyin yarı hissəsin ona uzatdığımda, təbəssüm edərək əlimdən aldı. Çörəkdən bir dişləm alıb yeməyə başladığında "Sabah sənə qapı açmaq mənə borc olsun"dedi. Bu sözünə gülümsəmədən keçə bilmədim...

"Evdə yemək bişirən olmayacaq?"deyib məndə çörəkdən bir dişləm aldım

"Bu gün baş qarışıq oldu deyə yemək olmadı. Anam çox vaxt hazır bişirib qoyur. Birdə böyük qardaşımız Ramində yemək bişirir. Bəlkədə indi gəlib, nəsə hazırlayır. O, bizi ac qoymaz"

"Hə, bu gün bir tək onunla tanış olmamışam. Oratlıqda görsənməyib"

"İşdə olur, çox vaxtda nişanlısı ilə iş çıxışı görüşür deyə, evə bizdən gec gəlir"

"Nişanlı olduğunu bilmirdim"

"Sevgiyə tez qurban getdi amma olsun. O, indi çox xoşbəxtdi"

"Bir gün hamı, sevgi hissinə qurban ediləcək... Hələlik" deyərək arxamı ona tərəf çevirib irəli atdım atdım. Sevginin nə olduğunu hələdə bilmirdim. Bu gün sonuda belə bitmişdi. Mənim üçün ən yaxşısı otağıma gedib yatmaq olardı

***

Yeni ev, yeni otaq olduğu üçün yerim yad gəlmişdi mənə. Gecə dəfələrlə ayılıb sağa - sola çevrilmişdim. Bu gün mən səhərimi başqa açmışdım... Üstümdə mənə yad olan bir məktəbli formasıda vardı... Üstümdə ağ düyməli sadə köynək, qara rəngli kloş ətək vardı. Qıvırcıq saclarımı arxaya atıb güzgüdə özümə baxdım. Göz altı ətrafımda olan çillərim artmışdı. İnsanların əksi mən çillərimi çox sevərdim. Kürən olduğum üçündə özümü şanslı hesab edirdim. Özümə baxmağı kəsib, yemək üçün aşağı düşdüm. Mətbəxdən danışıq səsləri gəlirdi. Daha doğrusu ağız deyəni qulaq eşitmirdi. Çəkinərəkdə olsa mətbəxə daxil olduğumda, oğlanların dördünüdə mətbəxdə gördüm. Ramin qaz sobasının yanında digərləri isə masa ətrafımda idi. Fəqandan başqa hamısı mənə baxdığında "Sabahınız xeir"dedim. Ramin mənə baxıb gülümsənməyə başladı.
"Sənində sabahın xeir olsun. Səndə artıq bu ailədən olduğuna görə, süfrəmizdə sənədə yer var. Özünü bizə yad hiss eləmə"dedi cana yaxın bir tərzdə. Az da olsa məni başa düşəcək bir insan var idi. Cahadın yanı boş olduğundan onun yanına keçib oturdum. İlkinin mənə baxdığını görsəmdə, mənim baxışlarım Fəqanın üstündə idi. Qulağında yenə qulaqcıq vardı... Gözümü üstündən hec çəkmədən baxdığımda "O, qıza deyin mənə az baxsın" dedi. Cahad gülməyə başladığında, Fəqana daha dik baxmağa davam etdim. Ramin masaya yaxınlaşıb, Fəqanın qulağında olan qulaqcığın bir tayın çıxardıb "Jasmin sənin yad planetli olmağına baxır. Süfrə arxasındasan, mahnını sonra dinləyərsən"dedi. Fəqan gözlərini Raminə süzdürdükdən sonra "Qızın adının, Yasəmən olduğunu bilmirdim"dedi. Ona daha çox sərt baxıb "Jasmin"deyə düzəliş verdim.

"Mənim üçün fərq etmir"

"Mənim üçünsə edir!"

"Etsin... Bu mənim vecimə deyil"

"Amma mənim vecimədi!"

"Səsin beynimə düşür. Danışma"

Cavab verməyib başımı aşağı saldım. Bu niyə belə idi? Bir yad planetli ilə eyni evin içində yaşamaq, baş ağrıdıcı bir sey idi. Cahad çiynini yavaşca qoluma vuraraq, qulağıma "Məktəbə bərabər gedərik?"dedi. Onunla getməkdən başqa, bir şansım olmadığına görə "Gedərik" dedim. Səssizcə yeməyimizi yeyib bitirdikdən sonra otağıma çıxıb çantamı götürərək aşağı düşdüm. Hər kəs ortalıqdan dağılmışdı. Cahad ilə mən qalmışdım. Evdən çıxıb çölə çıxdığımızda, çölün kənarında olan divarda İlkini bir maşına söykənən gördüm.

"Jasmin, gəl məktəbə səni mən aparım" dediyində Cahada dönüb baxdım. Cahad isə üzünə kinayəli bir gülüş gətirib "Sən maşınla get onda"deyib arxasını çevirərək irəlləməyə başladı. Onun gedişinə baxmağı kəsib qarşıma döndüm

"Cahad bizlə gəlsə olmaz?"

"Olmaz... Yalnız sən gələ bilərsən"

"Səbəb nədi?"

"Ürəyim belə istəyir deyə"

"Məndə onda səninlə gəlmirəm. Sənə yaxşı yol!"

Addımlarımı iri ataraq yeriməyə başladım. Cahad məktəbi və sinifi tanıdığından onunla getmək daha düzgün olardı. Cahada çatmayacağımı görüb, bir az daha sürətli addımlar ataraq, səsimin tonun qaldırıb "Cahad dayan" dedim. Səsimi eşitdiyi üçün ayaq saxladı. Yanına çatdığımda "Yanında mənədə yer var?" dedim. Bərabər addımlamağa başladığında "Maşınla gedə bilərdin"dedi

"Hava almaq istədim. Həmdə yerimək daha yaxşıdı"

"Soyuğu sevirsən onda?"

"Yox... Dözümüm yoxdu soyuğa. Mən yayı sevirəm"

"Papaq və şərif taxmağından bilməli idim. Daha möhkəm soyuqlar düşəndə nə edəcəksən bəs?"

"Üst - üstə papaq taxacam onda" dediyimdə ikimizdə gülməyə başladıq. Yolu beləcə söhbətləşərək bitirib, məktəbə gəlib çatmışıdıq. Məktəbə daxil olduğumuzda bir çox gözlər bizim üstümüzdə idi. Cahad deyəsən məktəbdə tanınırdı. Yavaş bir səs tonunda "Hər kəs səni tanıyır deyəsən"dedim

"Mən tiktok fenomeniyəm ona görə. Sən tanımırdın məni?"dedi

Başımı ona baxıb 'Yox'mənasında yellətdiyimdə, Cahad anidən çiynimdən tutaraq məni özünə tərəf çəkdi. Başım sinəsinə dəydiyində "Əkbər, Jasmini az qalsın əzəcəkdin! Dəhlizdə qaçanda sağına - soluna bir diqqət et!" dedi. Başımı azacıq qaldırıb, ona baxdım. Sanki, çox yol qət etmiş kimi, nəfəs alırdı... Hələdə belə qaldığımızın fərqinə varıb "Cahad..."dedim. Adını eşidər eşitməz, əlini çiynimdən çəkdi. Məndə boğazımı təmizləyib geri durduğumda, qarşıma çönüb baxdım. Qarşımda şirin bir tipdə əsmər bir oğlanı gördüm. Mənə baxmağa davam edirdi... Gur qara saclarının qarşısını qarışdırıb "Səni daha əvvəl bu məktəbdə görməmişəm. Mən Əkbər"deyə əlini mənə uzatdı.
"Yeniyəm məktəbdə"deyərək əlimi ona uzatmağa çalışdıqda, Cahad qolumdan tutub "Biz sinifə getməliyik"dedi. Oğlanın əli havada qalarkən, yanından ayrıldıq. Dəhlizdə irəllədikcə "Belə niyə etdin?!"dedim.

"Mənim O, uşaqdan xoşum gəlmir ona görə"

"Sənin xoşun gəlmirsə, bu mənimdə xoşuma gəlməyəcəyi mənasını verməz. Mənim işimə qarışma!"

"İlk dəqiqdən əl görüşmək nədi?"

"Sənə nə?!"

"Mən sənin qardaşınam, səndə mənim bacımsan bunu unutma"

"Uşaqlaşma! Bunun həqiqətdə belə olmadığını ikimizdə çox gözəl bilirik"

"Sakit ol... Sinifə gəlib çatdıq" deyərək bir sinifin qapı kənarında dayandı. Qapını döymədən içəri, keçdiyində məndə ardıyca getdim. Sinifdən gəlın hay - küy səsi bizim içəri girməyimiz ilə kəsildi. Sinifdə partanın üstündə oturan qızlar, pəncədə kənarına çıxan oğlanlar vardı. Mən nə deyəcəyimi bilməzkən, Cahad "Tanış olun, yanımda gördüyünüz qızın adı Jasmindi. Kiminsə ona qarşı bir səhv hərəkət etdiyini görsəm, həmin adam qarşısında məni görəcək"dedi. Divar küncünə tərəf keçib, son partaya əyləşdiyində məndə gəlib onun yanına oturdum. Başqa tanıdığım bir adam olmadığından, onun yanı daha yaxşı idi.
Bütün dərs boyunca müəllimlər ilə tanış olub, sinifədə öyrəşməyə çalışmışdım. Ancaq o qədərdə isti bir münasibət almamışdım. Dərs bitdiyində Cahad ilə bərabər məktəbdən çıxdıq.
Cahadda gah isti münasibət bəsləmişdi, gah soyuq... İnsan bir cür münasibət bəsləməli idi məncə. Eynən, Fəqan kimi...
Cahad atdığı addımını saxladığında, məndə ayaq saxldım. Niyə dayanmışdı?

"Niyə yolumuza davam etmirik?"

"Çünki, gözümə mağazların birində bir sey sataşdı. Və onu sənə almalıyam"

"Mən hec nə istəmirəm səndən"

"Alacağım seyin nə olduğunu bilmirsən hələ. Ona görə arxamca gəl"

Hec nə başa düşmədən arxasıyca getdim. Geyim mağazasının birinə daxil olduqda, papaq olan vitrinlərə tərəf getdi. Papaq alacaqdı? Qaşlarımı çatmağa başlayıb yanına yaxınlaşdım. Əlinə çəhrayı rəngli bir əlcək götürüb mənə baxdı. Əlcək? Onu neynirdim?

"Əlcək alacaqsan?"

"Həə, əllərin üşüməsin deyə"

"Çox sağ ol... Amma istəmirəm"

"Bəs sənin soyuğa dözümün yox idi?"

"Yoxdu... Ancaq mən əlcəksizdə idarə edirəm. Həm əlcək taxanda yoxdu artıq"

"Mən alıram taxıb taxmamğın öz işindi"

Əlcəyi alaraq mağazdan çıxdıq. Durduq yerə əlcək sevdasına hardan düşmüşdü bilmirdim. Bəlkədə beynində bütün dərs boyu bunu düşünmüşdü... Əlcəyi mənə uzadıb "Bəlkə taxasan?"dedi. Əlində olan çəhrayı rəngli əlcəklərə baxdım. Başqa rəngə yaxın belə durmadan, bu rəngdə əlcəyi secmişdi. Əlcəyi alıb, əlimə taxmağa başladım. Taxıb bitirdikdən sonra əllərimi ona görsədib "Əllərim daha üşümür"dedim. Mənim artıq, çəhrayı əlcəyim vardı...

Bölüm sonu

Müəllif: F.Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 927
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri