Çəhrayı Yalan (3-cü Bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 071
Səs ver:
(səs: 0)
Evə gəlib çatdığımızda, Cahad ac olmadığını bildirərək öz otağına çıxdı. Mən isə üstümü dəyişib, əl üzümü yuyaraq mətbəxə daxil oldum. Mətbəxdə Fəqanı tək başına yemək yeyən gördüm. Mənim gəlişimə hec fikir vermədən, yeməyinə davam etdikdə məndə qaz sobasının yanına yaxınlaşıb özümə yemək çəkdim. Dünəndən bura nəhayət, hazır yemək tapa bilmişdim. Qarşısına keçib oturduqda, bir saniyəliyinə mənə baxdı. Sonra təkrar yemək yeməyə davam etdi. Məndə yeməkdən yeməyə başlayıb, dünənki keçən günümü fikirləşməyə başladım. Demək olar yarıdan çox günüm bu mətbəxdə keçirdi. Ancaq yemək yeyilirdi... Yemək yeməsək ayaqda qala bilmərik hə? Həm yeməkdən yeyib həmdə Fəqana diqqət yetirirdim. Necə deyərlər, bir gözüm onun üstündə idi. Onu narahat etmək nədənsə xoşuma gəlməyə başlamışdı. Çünki, mən yox imişəm kimi rəftar edirdi. Və bu çox can sıxıcı bir sey idi. Təsəvvür edirsiz, 10 dəqiqədən çoxdur bir kəlimə belə kəsməmişdik... Yeməyini bitirdikdən sonra başını qaldırıb mənə baxaraq "Mənə belə baxmağı nə vaxt kəsəcəksən?"dedi. Demək dilini pişiklər aparmayıb, danışa bilirmiş.

"Kəsməyəcəm... Hansı planetdən gəlməyinə baxıram"

"Marsdan gəlmişəm"

"Marslılar deyib gülən olur. Sən yasdan gələnə oxşayırsan"

"Mən belə biriyəm. Hər yoldan keçənə xoş münasibət bəsləmirəm"

"Belə çıxır ki, mən yoldan keçənəm?!"

"Yox, sən bir başa bizim evdən keçirsən"

"Buz kimisən buz!"

"Onda mənə yaxın dayanma, donarsan" deyib masanın üstündə olan qulaqcığı əlinə alaraq ayağa qalxdı. Qulaqcığın bir tayın qulağına yerləşdirməyə çalışdıqda "Bir gün o qulaqcıq, sənin qulağına yapışıb qalacaq. Axrı əməliyyat ilə kəsib götürəcəklər"dedim. Üzünə bir saniyəlikdə olsa kicik bir təbəssüm gəldi. Təbəssümün üzündə yox edərək, qulaqcığı qulağına yerləşdirib "Yadıma salarsan, gələn dəfə bu zarafatına gülərəm çilli"dedi. Yanımdan eləcə keçib gedərək, mətbəxi tərk etdi. Mənə çilli demişdi? Əsəbləşəcəyimi düşündü hər halda... Ancaq mən çillərimi sevdiyim üçün mənə çilli deyilməsinidə sevirdim. Fəqan getdikdən sonra yeməyimə tək davam edib, yeməyi yedikdən sonra qabları yuyub öz otağıma çıxdım

***

Hazırlaşıb evdən çıxıb dayanacağa gəldim. Bu gün işim var idi. Ara - sıra dost tanışların işi çıxdıqlarında onların yerlərinə mən gedərək 5 - 10 manat qazanardım. Bu vaxta qədər bir necə müxtəlif gündəlik işlərdə işləmişdim. İndidə kitabxanaya gedib kitabaxananı təmizləyəcəkdim. İşləməkdən utanan bir insan deyildim. Hər dəfə atamdan pul almağa üzüm gəlməzdi. Nəzərə qatsaq ki, hazırlıq pullarım vardı...
Beynimdən keçən fikirləri atmağa çalışdığımda avtobusun gəldiyini görüb avtobusa minib boş yerə oturdum. Başımı pəncərəyə yasladığımda, sanki çölün havasını indi görmüş kimi oldum... Buludlar gizlənmişdi... Belə havanı hec sevməzdim mən. İçimə ağır bir kədər salardı...
Kitabaxanaya gəlib çatdıqda axşam üstü olmuşdu artıq. Tanış qız kitabxananı mənə əmanət edib getmişdi. Qapıda olan 'açıqdır' yazısını 'bağlıdır' edib işimin başına qoyuldum. Nə qədər cəld hərəkət etsəm mənim üçün o qədər yaxşı olacaqdı. Kitab rəflərinin tozun almalı, kitabları səliqəyə salmalı idim. Çox geniş bir yer deyildi. Ancaq balacada sayılmazdı... İşimi görməyə davam etdikcə, qulağıma göy gurultusu səsləri gəlməyə başladı. Səsi eşitməyim ilə içimə qorxu düşməsi bir oldu... Mən təbiət hadisələrinin hec birini sevməzdim və onlardan çox qorxurdum. Bu qorxu uşaq vaxtından canıma işləmişdi... Və də çıxmaq bilmirdi... Atam evdə olmayanda yorğanı başıma çəkib, ağlayardım... Məni tək qoymağı, indi mənim bu qorxunu yaşamağıma səbəb olmuşdu. Daha güclü bir göy gurultusu səsi eşitdiyimdə, əlimdə olan kitablar yerə düşdü.
"Qorxma Jasmin... Burda hec nə yoxdu... Adi səsdi" deyib özüm özümə təsəlli verməyə başladım. Yerə əyilib kitabı yığmağa başladıqda isə şimşək çaxdı... Əllərimin titrədiyini görüb, rəfə söykənərək, dizlərimi özümə tərəf çəkdim. Gözlərimi yaxşı olmağım üçün yumduğumda, içimi daha çox vahimə basdı. Bu işə yaramamışdı... Kitabaxanada o qədər işiqlı deyildi... Ətrafa nəzər yetirməyə başladığında, telefonumun zəng səsini eşitdim.Telefonun ekranına baxdığımda Cahadın zəng etdiyini gördüm. Mənə niyə zəng edib, deyə içimdən keçirtsəmdə çox gecikdirmədən zəngini açıb "Alo Cahad..." dedim tədirgin səsim ilə.
"Jasmin hardasan?"dedi. Bu məni niyə soruşurdu?

"Mən bir kitabaxanadayam. Məni niyə axtarırsan?"

"Sinif uşaqları tanışlıq üçün kafeyə toplaşmaq istəyir. Evdə olmadığını görüb zəng etdim. Bu vaxtı kitabaxana açıq olurki?"

"Məə - nn... Cahad mən çox qorxuram... Yanıma gələ bilərsən?"

"Nəydən qorxursan? Yaxşısan sən?"

"Havadan çox qorxuram... Gələcəksən?"dedim çəkinərək. Ünvanı deyərək telefonu söndürdüm. Gəlib, gəlməyəcəyini bilmirdim... Ancaq mən burdan, bu havada tək çölə çıxa bilməzdim. İnsaların müxtəlif fobiyaları olurdu. Məndə də bu idi... Qulağa bir az gülünc gələ bilərdi... İndi gülünc vəziyyətdə də ola bilərdim... 2 günlük tanıdığım adamı yanıma çağıraraq... Sanki, xilas oluşumu gözləyirdim. Məni xilas edəcək olan insanda O, idi... Dəqiqlərcə belə oturduqdan sonra ayaq səsləri eşitdim. Dizimə yasladığım başımı qaldırdıqda, Cahadın gəlişini gördüm. Məni görər görməz "Jasminn" deyib yanıma qaçdı. Yanıma çatdığında, dizlərin atıb aşağı əyildi. Yenicə başlayan yağışın səsini eşidər eşidməz isə onu qucaqladım. Başımı boyun girəcəyinə salıb, qollarımı möhkəmcə boynuna dolayaraq sıxmışdım onu. Yağış isə daha güclü yağmağa başladı. "Mənn yağış sevmirəm... Qorxuram..." dediyimdə əllərini kürəyimdə hiss etdim. Oda məni qucaqlamışdı...

"Jasmin qorxma, tək deyilsən burda. Bir azdan yağış dayanacaq. Sən günəş çıxdığın xəyal et" dedi

Gözümü yumub daha möhkəm sıxmağa başladım. Gözümün qarşısına günəş gətirsəmdə, yağış səsi günəş görünütüsünü pozurdu... Ağlamaqlı çıxan səs tonum ilə "Olmurrr"dedim. Dodaqlarını qulağıma yaxınlaşdırıb, saclarımın üstündən nəfəsin qulağıma verərək "Düşün ki, günlərdən bazar günüdü. Çox sevdiyin insanlar ətrafındadı. Siz hamınız, piknik etmək üçün bir meşəyə gəlmisiniz. Ətrafda top oynayan uşaqların gülücük səsləri var. Ağacların arasından isə günəş görünməyə başlayır. Onun istiliyi ətrafı isitməyə başlayarkən, sən bir yelləncəkdə yellənirsən. Sonra yelləncəkdən bezib, top oynayan uşaqlara qoşulursan. Top oynamaqdanda bezib süfrəyə keçirsən. Bir - iki sey atışdırdıqdan, sonra ayağa qalxırsan. Sən müxtəlif seylər etsəndə, günəş göyüzündən sənə baxmış olur. Günəşə baxıb gülümsünürsən... Oda sənə işığı ilə gülümsünür... İşığı gözünə düşdüyündən əlini gözünün qarşısına gətirirsən... Sonra bundan günəşin incidiyini hiss edirsən. Axı günəş, ay'ı çox sevdiyindən gecə olarkən öz işığını ona verib, göyüzünü tərk edir..."dedi. Sonrası böyük səssizlik... Dediklərinin təsiri altında qalmışdım. Sadecə dediklərini düşünmüşdüm... Əllərimi boynundan yavaşca boşaltmağa başlayıb, başımı qaldırıb ona baxdığımda "Sənn... Sən bu rahatlatmaq metodunu hardan bilirsən?"dedim.

"Sualı boş ver... De görüm, işə yaradımı?"dedi.

"Mənə piknik borcun olsun" deyib gülümsündüm.

"Səndə bu borcları üstümə yığa - yığa gedirsən xəbərin olsun. Ancaq söz, sənə piknik borcumda olsun. Özünü yaxşı hiss etdiyinə görə, indi soruşa bilərəm səndən, nə işin var burda?"dedi

"Mən arada sırada dostum üçün köməyə gəlib burda işləyirəm... Tərslikdən havada bu gün belə oldu... İşim yarıda qaldı"dedim

Məndən ayrılıb ətrafa göz gəzdirməyə başladı. Yerə tökülən kitabları gördükdə "Qalx ayağa gec olmadan işi bitirək. Sonrada evə gedək" dedi. Mənə kömək edəcəkdi... Ayağa qalxdığımda gözüm qapıya sataşdı. Çöldə nə tufan qopurdu... Amma içimə indi rahatlıq hissi daxil olmuşdu

"Təşəkkür edirəm Cahad... Mən belə havadan çox qorxuram... Həm gəlib məni sakitləşdirdin, həm də indi mənə kömək edəcəksən"dedim

"Qorxunun nə olduğunu mən yaxşı bilirəm...
Nəysə... Gəl kitabları səliqəyə salaq"dedi
Söhbəti daha çox açmadan bərabər işin başına qoyulduq

Saat 22:43 idi
Bizim işimiz indi bitmişdi. Ara - bir atan yağışa fikir vermədən, mağazanı bağlayıb kitabxanadan çıxdıq. Açarı sabah dostum gəlib məndən alacaqdı. Cahad olmasaydı, işim daha çətin olacaqdı... Bərabər bir taksiyə mindik. Arxada yanımda oturmuşdu... Çox yorulduğumdan başımı çiyninə yaslayıb, gözlərimi yumdum. Dəqiqələr sonra məndə başımda bir ağırlıq hiss etdim. Oda başını, başıma yaslamışdı...
Bu günün sonu bitirdi deyə, içimdən sevinirdim. Evə gəlib çatdığımızda, Cahad qapını açdı. İçəri daxil olduğumuzda ətrafda bir tək İlkinin olduğunu gördüm. Bizim hər ikimizdə başdan ayağa süzədən sonra "Siz bərabər idiniz?"dedi. Cahada dönüb baxdığımda, üzünün düşdüyünü gördüm. Bu iki qardaşın arasında hansı bir problemin olduğunu bilmirdim. Ancaq bu işdən əziyyət çəkənin, Cahad olduğunu dəqiq bilirdim...

Bölüm sonu

Müəllif: F.Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 071
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri