Çəhrayı Yalan (4-cü Bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 3 303
Səs ver:
(səs: 0)
Hər ikisinin baxışları bir - birini taparkən, Cahad mənə tərəf yaxınlaşıb yanımda dayandı. Dodaqlarını aralayıb "Sənə nəsə deməyə borclu deyilik biz"dedi. Haqqlı idi... Bizim onunla bərabər vaxt keçirtməyimizin, İlkinə nə aydiyyatı vardı?

İlkin sərt baxışlarını bir az yumşaltmağa başlayıb, mənə baxaraq "Saat gecdi, ona görə soruşdum. Bu saatlarda ehtiyyatlı olmaq lazımdır"dedi. Cahadın bir cavab verməsini gözləmədən "Sən bizə görə narahat olma. Nə də mən uşaq deyiləm... Gecəniz xeirə qalsın"deyib yanlarından ayrıldım. Yuxarı mərtəbəyə çıxıb öz otağıma tərəf irəllərkən, aşağıdan qulağıma İlkinin "Sənə yazığım gəlir... Evdəki qızdan istifadə etmək istəyəcək, qədər düşmüsən?" səsi gəldi. Bu cümlənin altında hansı məna yatırdı? Otağıma girmədən divara söykənib onlara qulaq asmağa başladım.

"Bəsdi! Mənim üzümə hər baxdığında, onu xatırlamağından bezmişəm mən! Mənim üzümdə, onu görmə... Mən O, deyiləm! Bunu mənə etmə! Mən bu həyata belə göz açmaq istəmədim... Əlimdə olsaydı, inanki doğulmamağı seçərdim mən ..."

Cahadın fəryad edərmişcəsinə səsi qulaqlarımda, əks - səda verməyə başladı... İki qardaş arasında nə baş verə bilərdi? Səsin kəsildiyini görüb, yavaşca qapını açaraq otağıma daxil oldum. Bilmədiyim çox sey vardı... Çox yorğun olduğumdan, fikirləşməyə hec vaxtım yox idi. Üstümü dəyişib, çarpayıma uzanaraq yatmaq üçün gözlərimi yumdum. Yatmağa çalışdıqca, ağlıma Cahad gəlirdi... Yaxşı insan idi? Yoxsa yaxşı insan maskasına bürünmüşdü? Bu evdə mənə tək yaxın olan insan Cahad idi... Mən özümdə onu özümə yaxın bilirdim... Bəs İlkinin dedikləri? Beynim ikinci gündən qazan olmuşdu... Düşünmə beynim, yat...

Bu gün səhər yeməyini hər kəs birlikdə yedik. 2 gündən sonra atamında üzünü görmüşdüm... Biz evdə də belə idik... Günlərlə üzünü görmədiyim zamanlarım olardı. Mətanət xanım ən çox Cahadla maraqlanmışdı... Cahad isə dodaqlarını açıb tək kəlimə etməmişdi... Məktəbə onunla bərabər gedəcəyimiz üçün masadan ilk O, yağa qalxdığında məndə ardıyca ayağa qalxdım. Cahad ayaqqabılarını geyindiyini gördüyümdə, yanına yaxınlaşıb "Məni gözlə ha"dedim.

"Yolu özün tanıyırsan. Səni gözləməyimə ehtiyyac yoxdu"dedi.

Tərsindən ayağa qalxmışdı?

"Gözləməyəcəksən onda?"

"Yox"

"Xətrinə dəyəcək nəsə etmişəm?"

"Uzaq dur məndən"

"Cahad dünən axşama görə belə edirsənsə..." dediyimdə sözümü yarıda kəsdi. Səsinin tonun azca qaldırıb "Söz başa düşmürsən?! Sənə məndən uzaq dur deyirəm! Dünən axşamıda unut! Hər seyi unut!"dedi. Qapını açıb möhkəm vuraraq çölə çıxdı... Arxamı döndüyümdə İlkinin mətbəx qapısının kənarında dayanıb, məni izlədiyini gördüm. Səhər - səhər çox pis qırılmışdım... Yuxarı qalxıb çantamı götürüb, aşağı düşərək ayaqqabımı geyinib evdən çıxdım. Küçəyə çıxdığımda Fəqanın məndən bir az irəlidə getdiyini gördüm. Ondan bir sey soruşmaq fikri özümə xoş gəlməsədə, başqa seçənəyimin olmadığını düşündüm. İri addımlar ilə yanına gəlib çatdığımda, tənginəfəs olduğumdan dərin - dərin nəfəs almağa başladım. Fəqan isə məni görəcək, arxaya dönüb baxdı. Təkrar qarşıya dönüb baxdığında, qulaqcığın bir tayın qulağından çıxardıb "Qaçış yarışı varda, mənimmi xəbərim yoxdu?"dedi. Yenə öz havasından geri qalmırdı!

"Sənə çatmaq üçün məcbur qaldım. Eşitsəydin belə olmazdı!"

"Yoluma davam etmək istəyirəm"

"Mənə cavab vermədən, hec yerə gedə bilmərsən. De görüm, İlkin ilə Cahadın yola gedə bilməmək səbəbi nədi?"

"Mən nə İlkinəm, nə də Cahad. Get onların özündən soruş"

"Onlar mənə cavab verməz!"

"Onların cavab vermək istəmədiyi, seyi mən sənə necə deyə bilərəm? Məncə sən onların işinə baş qoşma. İndi çəkil kənara yoluma davam edim"

"Hec nə deməyəcəksən?"deyib dodağımı büzməyə başladım. Üzüntülü baxışlarımı işə saldıqda, bəlkə yazığı gələr deyə düşündüm. Ancaq bir işə yaramadı... Qulaqcığı qulağına taxıb irəli addım ataraq getməyə başladı. Yox kicik bir ip ucu vermədən hec yerə gedə bilməzdi! Onun gedişinə baxa - baxa, yenidən qaçmağa başladım. Bunun nəticəsində ayağım yerdə olan kicik təpəyə ilişdi... Dizi üstü yerə düşdüyümdə "Lənətt!" deyə bağırdım. Bir bu əskik idi. Tozlanmış əllərimi çırpmağa başlayarkən, dizimin ağrıdığını hiss etdim. Bu sırada Fəqan dönüb arxaya baxdı. Mənim yerdə nə etdiyimi, başa düşməyə çalışırdı... Hamısı onun günahı idi! Ona fikir vermədən ayağa qalxmağa çalışdım. Əyilib dizlərimə baxdığımda, sol dizimdən qan çıxdığını gördüm. Yox bu gün dəqiq lənətli bir gün olacaqdı mənim üçün. Evə gedib dizimin işini həll etməli idim... Bir yanda da dərs vardı... Dərsə gecikəcəkdim... Daha çox vaxt itirmədən geri qayıtmaq üçün yola qoyuldum. Dizim incitsədə yeriyişim pozulmamışdı. Evə gəlib çatdığımda zəngi basdım. Ancaq açan olmadı... Hamısı evdən getmişdi... Üstümdə də açar yox idi... Piləkana çöküb oturduğumda, dərindən bir iç çəkdim. Dizimə baxıb üz gözümü turşutduğumda "Narahat olma, o yaradan ölməzsən..." deyə bir səs eşitdim. Qarşıma baxdığımda Fəqanı gördüm...
Fəqan geri qayıtmışdı? Ona baxmaqdan göz bəbəklərimin böyüdüyünü hiss etdim. Yanımdan keçib qapını açaraq, açıq buraxdı. Ayağa qalxıb irəli addım ataraq içəri keçdim. Fəqanda içəri girib qapını bağladığında "Sən keç otur, mən bir seylər tapıb gəlirəm" dedi. Çantamı yerə atıb, divana əyləşdim. Ondan belə hərəkət gözləmirdim... Yanıma gəldiyində aşağı çöküb, tibb çantasını açdı. Bunu gördüyümdə "Həkim, yaşayacam mən?"dedim. Pambığı dizimə ehmalca toxundurmağa başlayıb "Vaxtında müdaxilə olunmasaydı, indi halvanı yemiş olacaqdım"dedi. Yox, istəyəndə danışa bilirmiş...
"Yad planetlinin dili açıldı" dediyimdə mənə sərt baxış atdı. Spirti pambığa batırıb dizimə toxundurduğunda "Aaa" deyə dilimdən nida töküldü. Nəfəsini dizimə verib, üfləməyə başladığında, gözüm əllərinə sataşdı... Həm uzun, həmdə incə idi. Əlinin üstündə damarların yeri aydın bilinirdi. Mənim əlimdən daha qəsəy əli vardı...

Bint ilə dizimi sarmağa davam edərkən "Bir daha başqalarının işinə baş qoşma. Üç günlük tanıdığın insanlara, həyatında yer vermə. İnan ki, bu ən çox səni incidər. Bu dəfə dizin qanadı, etiyyatlı ol gələn dəfə ürəyin qanamasın" dedi.
Hər kəs bunu bacara bilməzdi... Mən maraqlı bir qız idim.. Soyuq olmağı bacarmazdım...

"Mənə bunları deyirsən, ancaq səndə bu gün planetindən ayrıldın... Mənə kömək etdin" dedim

İşi bitdiyi üçün ayağa qalxıb, mənə gülümsədi. Sonrasında mənə tərəf əyilib düz gözlərimin içinə baxdı. Bu yaxınlığı ürəyimin azca sürətli döyünməsinə səbəb oldu... Ona bu qədər yaxından baxmamışdım...
"Mən öz planetimdəyəm... Mənim işim budu. Çünki, ürək - damar cəhrahiyyəsi üzrə təhsil alıram. Gələcəyin həkimi olacam. Və indi ürəyinin sürətli döyündüyünü hiss edə bilirəm... Həycanlanma çilli" deyib yanımdan kənara çəkildi. Son yarım saatda mən nə yaşadım belə? Ətrafı təmizlədiyinə baxarkən, dərsə gec qaldığımı düşündüm. Həmdə, ikinci gündən... Səssiz sədasız evdən çıxdığımızda qapının kənarında taksi dayandığını gördüm.
Fəqan takisinin qapısını açıb "1 ci dərsə gec qalmısan, 2 ci dərsə çat hec olmaya" dedi. Mən taksinin arxa oturacağına əyləşərkən, oda qarşıya oturdu. Yol boyu sanki beynim durmuşdu... Məktəbə gəlib çatdığımda 1 ci dərsin bitiş zəng yenicə vuruldu. Tam vaxtında çatmışdım. Dəhlizdən sinifə tərəf irəlləyərkən, qarşıdan Cahadın gəldiyini gördüm. Onu görməmiş kimi edəcəkdim... Səhər mənə dediklərini unutmamışdım... Ancaq bu çoxda işə yaramadı. Çünki, oda məni gördü. Görməsi ilədə gözləri dizlərimə baxdı. Üz - üzə gəldiyimizdə "Sənə nə qədər zəng etdiyimdən xəbərin var? Dizinə nə olub?" dedi. Ah, bunun narahat olmaq havalarına bax...

Səhər mənə dediyi sözləri xatırlayıb "Mən hər seyi unutmusam... Və sənidə hal hazırda xatırlamıram"dedim

"Jasmin, mənə nə olduğunu deyəcəksən? Yoxsa mənə söz atmaqla məğul olacaqsan?"

"Bunu sən özün istədin!"

"Mən belə olmasını istəmədim... Səhər özümdə deyildim mən... Deyəcəksən mənə nə olduğunu?"

"Bilib nə edəcəksən? Həkimsən?"

"Həkim deyiləm, ancaq sən məni xəstə etməklə məşğulsan!"

"Mən sinifə gedirəm!"

Ona daha çox qulaq asmadan sinifə daxil oldum.
Çantamı partanın üstünə möhkəmcə çırpıb, parta arxasına keçib əyləşdim. Oda arxamca sinifə daxil olub yanıma gələrək, başımın yanl başında dayandı

"Başımın üstündən çəkil"

"Jasmin mən axşam o qədər əsəbi idimki... Axşamın əsəbi canımda qaldığında, səhər səninlə elə danışdım"

"Əsəbisənsə get başını vur divara! Mən o sözləri haqq edəcək hec nə danışmamışdım!"

"Yaxşı... İndi hər ikimizdə əsəbiyik... Əsəbimiz keçəndə danışarıq"

Bu sözünə başımı qaldırıb ona baxdım. Və səhərdən bəri fikir vermədiyim bir seyi gördüm. Aşağıdan yuxarı baxdığım üçün alının sağ tərəfində kicik bir yara olduğunu gördüm. Sacları ilə örtməyə çalışsada, aşağıdan yuxarı baxdığım üçün görünmüşdü... Ona diqqətlicə baxdığımı gördüyündə, hara baxdığımı bilmiş olacaq ki, əlini alınına gətirdi. Saclarının üstündən yaraya toxunmağa başlayarkən "Qapı... Qapıya dəyib"dedi. İnanım dediyinə? Yoxsa inanmış kimi edim?

"Bəlkə divara çırpmısan?" dedim ürəyimin üstünə oturan kicik ağrı ilə

"Xatırlamıram..." deyib dodaqlarının kənarını dişləməyə başladı. Xatırlamışdı...

Bölüm sonu

Müəllif: F.Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 303
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri