Çəhrayı Yalan (5-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 3 839
Səs ver:
(səs: 0)
8 ay Sonra
Sanki, qonaq otağının ortasına böyük bir bomba atılmışdı. Atam hamilə olduğumu öyrənmişdi...
Qarşısında dik dayanmağa gücüm yox idi. Mənə kəsgin şəkildə baxan, baxışlarına məruz qalmışdım... İçimdə qorxu vardı... İçimdə titrəyiş vardı... Balaca canım ilə balaca körpəmi necə qoruyacaqdım mən? Titrəmə bədənimə yayıldığınından, özümü sıxmağa başladım. Atam üstümə gəlib, üzümə möhkəm bir şillə çəkdi...
Əlimi sağ yanağımın üstünə gətirib, ona nifrət dolusu baxışlarım ilə baxdım. Atam "Mənə elə baxma kücük! Hansından peydahlamısan hə?!"deyərək, hər iki əlini çiynimə yerləşdirib məni sirkələməyə başladı. Mən isə bir cavab verəcək vəziyyətdə deyildim. Ağlamamaq üçün dodaqlarımı sıxsamda, göz yaşlarım sözümə baxmadı...

"Sənin kimi qız olmaz olsun! Məni öldürməkdi sənin niyyətin?! Amma sən narahat olma ölən sən və sənin yetimcən olacaq!"

Məni möhkəmcə itələdi. Ayağımın burxulması nəticəsində, üzü üstə yerə düşdüm. Bir əlim ilə yerdən dəstək alıb ayağa qalxmağa çalışarkən, digər əlimi bətnimə yerləşdirdim. Körpəm qorxurdu görəsən? Bu qədər zəif və gücsüz anası olduğu üçün, məndən utanırdı? Sən məndən möhkəm yapış körpəm... Əlbət, bir gün meydan oxumaq sırası bizədə gələcək...

"8 Ay Əvvəl"
Müəllim sinifə daxil olduğundan hec bir sey deyə bilmədən yanıma oturdu. Bütün dərs boyu onun gözü mənim dizimdə, mənim gözüm isə onun alınında idi... Və mənə nəsə deməsəydi, məndə onda nəsə demiyəcəkdim... Bu gün səhər açarı aparıb verə bilmədiyimdən, məcbur qalıb günorta dərs çıxışı aparıb verəcəkdim. Bunu fikirləşib, yavaşdan oflamağa başladım. Cahad dəftərini açıb, əlinə qələm aldı. Nə etdiyinə baxdığımda yazı yazmağa başladığını gördüm. Saniyə kecmədən dəftəri qarşıma qoyduğunda, dəftərə baxdım. İçinə "Dizin ağrıyır?"yazmışdı. Ona göz altı baxıb, kicik bir təbəssüm etdiyimdən sonra, qələmi əlimə alıb məndə "Alının ağrıdır?"yazdım. Dəftəri onun tərəfə çəkdiyimdə, yazını oxumağa başladı. Gözlərini dəftərdən çəkib mənə dikdi. Olduqca yumşaq baxırdı... Üzündə isə hec mimika yox idi. Sadecə kipriklərini tərpədirdi. Mən isə onun kipriklərinin uzun və gur olduğuna indi fikir vermişdim. İnsafsızın kipriklərinə bax...
Yenə dəftərə bir seylər yazdıqdan sonra mən tərəfə uzatdı. Dəftərə baxdığımda bu dəfə fərqli bir yazı ilə qarşılaşdım...

"Ağrıdan alınım deyil, ürəyimdi... Ancaq sənin ürəyinin ağrımasını istəmirəm. Dizinin ağrıması kifayətdi... Hə, birdə kipriklərimə az bax :)"

Gözümü çəkmədən kipriklərinə baxanda, bu da olmalı idi. Hər seyi hiss edirdi... Dəftərə daha bir sey yazmadan, dəftəri bağladım. Dəftəri yazmayıb bağladığımı gördüyümdə, mənə azca yaxın dayanıb "Bu nə demək olur?"deyə qulağıma doğru pıçıldadı. Çox yaxın dayandığından azca kənara çəkilib
"Bu o demək olur ki, mənim day sənə sözüm yoxdu" dedim. Günlərdən sonra güldüyünü gördüm... Gülüşü ilə zəngin səsini eşitdiyimdə, gülərək ayağa qalxıb "Əla zarfat idi"dedi. Zarafata salaraq deməmişdim... Ayağa qalxmaqda başqa çarə görmədiyimdən, məndə ayağa qalxdım

"Alınının necə əzildiyini deyəcəksən?" dedim

"Belə görürəm qaçış yerim yoxdu... Dünən axşam çox əsəbləşdim deyə, otağıma çıxanda başımı əsəbimdən divara çırpdım... Yəni, sənin zarafata dediyin seyi, mən axşam etmisəm"

"İnsan nə qədər əsəbi olsada, özünə necə belə zərər verə bilər hə?!"

"Mən öyrəncəliyəm... Sən bunları düşünmə"

"Mənə görə oldu hə? Mən olmasaydım, İlkin ilə..." dediyimdə, sözümü yarıda kəsib əlini dodaqlarıma basdırdı. Allahdan sinifdə hec kim yox idi...

Məsafəmizin hec olmadığını gördükdə, geri çəkilmək istədim. Ancaq digər əli ilə belimdən tutub məni özünə tərəf çəkdi. Əlini dodaqlarımdan çəkməyə başladığında "Özünü hec nə üçün günahkar sayma... Mən özümü tanıdığımdan bəri, İlkin ilə belə yola gedirik... Yəni, getmirik..."dedi. Gözlərinin dərinliyində kicik bir boşluq yarandı... İfadəsiz şəkildə baxmağa çalışdı... Amma bu onda, çoxda alınmırdı... Gözlərinin parıltısı ölmüş kimi gəldi... Ya da mən bu gözlərə inanacaq qədər, saf idim...

Səssiz qalıb tərpənmədiyimi gördüyündə, əlini belimdən boşaldıb, məndən ayrılaraq boğazını təmizlədi. İndi ona nəsə demiş olsaydım, məni qıracağından əmin idim... Hər sey üçün bir vaxt lazım idi. Dodaqlarının kənarı azca qıvrılmağa başladığında "Səssizliyini sevdim... Üstümə gəlinməsini hec xoşlamıram"dedi. Keçib getmək istədiyində partanın tininə dəydi. Ancaq əsəbləşmədi... Daha çox güldü...
"Bu partalar məndən nə istəyir, inan hec bilmirəm"deyib gülərək sinifdən çıxdı. Onun gedişinə baxarkən, hələdə gülümsədiyimin fərqinə vardım. Tez özümü yığışdırdım. Bir gün işıq sacan günəş idi, bir gündə qaranlığa qərq olan ay...

***
4 cü dərsdən sonra Cahadı ortalıqda görə bilmədim. Hara getdiyindəndə xəbərim olmadı... Dərsdə bitdiyinə görə, evə getmədən birbaşa kitabaxanaya getdim. Kitabxanaya daxil olub, Günay ilə görüşüb açarı ona verdim. İşimdəndə razı qalmışdı. Daha doğrusu işimizdən... Günay ilə sağollaşıb qapıdan çıxmaq istəyimdə, qapıda Əkbər ilə rastlaşdım... Məktəbdə qarşıma çıxan həmin oğlan... Şirin bir səs tonunda "Sənn?"dediyində kipriklərimi qırparaq "Həə mənn" dedim

"Cahad da yanındadı?"

"Təkəm bu gün. Sən nə yaxşı burdasan?"

"Kitabaxanaya nə üçün gəlinər?"

"Mənimkidə çox yersiz sual oldu. Yaxşı mən səni tutmayım. Hələlik"

"Dayan Jasmin. Bərabər kitab secməyə nə deyirsən? Yəni, başqa bir işin yoxdusa"

"Yox, başqa bir işim yoxdu. Olar məncə"

Bərabər rəflərə tərəf irəlləyib kitab baxmağa başladıq. Görünüşcə çox şirin və yumşaq xasiyyətli bir insana bəznəyirdi. Mənim üçün əsmər oğlanlar, çox zaman şirin görsənərdi. Həm kitab secirdik, həmdə bir - birimizi tanımağa çalışırdıq. Bir seyidə öyrənmiş olmuşdumki, Əkbər gilin sinifləri az uşaq olduğundan bölünəcəkmiş. Ona görə Əkbərdə bizim sinifə keçəcəkmiş. Demək olar indi sinif yoldaşım ilə söhbətləşirdim...

***

Kitabaxandan çıxdıqdan sonra evə tərəf irəllədik. Evə ötürmək istədiyini dediyində, etiraz etmədən qəbul etmişdim. Çöl qapının kənarına çatdığımda "Gəlib çatdıq... Yol yoldaşlığın üçün təşəkkür"dedim

"Dəyməz Jasmin. Səni tanımaq mənədə xoş oldu. Tövsüyə etdiyin kitabıda bu gündən oxumağa başlayacam"

"Məktəbdə tək qalmışdım... Məlum məsələ bizim Cahad dəyişik xarakterdə olduğundan, gah yanımda olur, gah yox. Sabahdan etibarən sən yanımda olacaqsan"

"Cahadla yola getmək möcüzəvi bir seydi. Ancaq ürəyi təmizdi onun"

"Yaxınsınız onunla?"

"Əvvəl yaxın idik... 4 nəfərdən ibarət dost qrupumuz vardı. Sonra birdən - birə bizdən uzaq düşdü"

Əkbərdən bir necə sey öyrənə bilərdim... Əkbərə cavab vermək istədiyimdə, uzaqdan İlkinin maşının gəldiyini gördüm. Maşını daş hasarın kənarında saxladığında, Əkbərə dönüb "Başa düşdüm... Sabah görüşənə qədər"dedim. Əkbər sağollaşıb getdiyində, İlkin maşından aşağı düşdü. Onu gözləmədən evə daxil oldum. Ardımca gəlib evə girdiyində "O oğlan kim idi?!"dedi. Səsinin tonu hec xoşuma gəlməmişdi... Fəqanı piləkanlardan aşağı düşən gördüyümdə "Tanışımdı!"dedim. Yuxarı çıxmaq üçün adım atdığımda, arxadan qolumdan tutub məni saxladı. Dişimin dibində "Qolumu burax!"dedim. Qolumu buraxmaq istəməsədə, qolumu əlindən çəkməyi bacardım

"Bu necə tanışdı ki səni evə qədər ötürür?!"

"Bax, sənə nə?! Sənə nə?!"

"Biz bir evin içində yaşayırıq, mən bilməliyəmki sən evə kimlə gedib gəlirsən!"

"Mən sənin əşyan deyiləm! Mənə hec kim qarışa bilməz! Sən odun beynini götür, əl çək məndən!"

"Jasmin, sən məni çox səhv başa düşdün"

"Mənə birdə qarışmağa cürət eləmə!"

"Etsəm nə olacaq?!"dediyində Fəqan aramıza girdi. Məni öz arxasına keçirib, qarşımda dayanaraq "Qızdan nə istəyirsən?!"dedi. Fəqandan bu gördüyüm, və hec gözləmədiyim ikinci performans idi

"Evə oğlanla gəldiyindən xəbərin var?" dedi

"Yox idi, amma indi oldu... Olsada, bu hec nəyi dəyişdirmir. Qızın öz həyatı var. Sənin və ya mənim ona qarışmağım hec düzgün deyil"

"Sənin vecinə olmadığın üçün belə düşünürsən!"

"İlkin söhbəti böyüdüb, qızı narahat eləmə! Çıx yuxarı!"

"Sənin bu vecsizliyin bir gün məni öldürəcək!"

İlkin mənə hec baxmadan, yuxarı çıxdığında Fəqana baxdım. Məni qorumuşdu... Təşəkkür etmək üçün dodaqlarımı araladığımda, birdən təşəkkür edilməyin sevməz deyə düşündüm. Nə də olmasa, qarşımda bir yad planetli vardı.

"Təşəkkür etsəm, qəbul edərsən?"

"Etmərəm"

"Bəs nə edim?"

"Hec nə etmə"

Üzümü asıb, dodaqlarımı büzdüm. Hec nəyidə bəyənmirdi... Yenə ona eyni şəkildə baxmağa davam etdim. Gözlərimi qısıb, ona zilləyib baxdığımda, onun xoşuna gəlmirdi

"Mənə bir az elə baxsan gözlərin elə qalacaq. Sevimlidə görsənmirsən"

"Çirkinəm?"

"Çirkinsən demədim"

"Bəs nə dedin?"

"Çilli, məni çilədən çıxartma"

"O necə olur ki?"

"Sənin danışmağın ilə... Mən çox danışmağı sevmirəm... Sən isə çox danışan birisən"

"Nə edim dilimi kəsim?"

"Dilini kəsmə, ancaq dodaqlarını bağlı saxla"
Onun elə deməsi ilə dodaqlarımı bir - birinə kilitlədim. "Afərim sənə" deyərək arxasın mənə çevirib mətbəxə tərəf irəllədi. Deyəsən, məndə acmışdım... Niyədə acmayımki? Onu mətbəxdə də əsəbləşdirə bilərdim. Məndə arxasıyca gedib mətbəxə daxil oldum. Mətbəxə gəldiyimi görüb "Səndən qaçış yolum yoxdu mənim?"dedi

Bölüm sonu

Müəllif: F.Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri