Çəhrayı Yalan (6-cı Bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 555
Səs ver:
(səs: 0)
Dodağımın altında "Yox"deyib yanına yaxınlaşdım. Mənə fikir verməməyə başlayıb soyuducunun qapısını açdı. Məndə yanı başında dikilib ona baxdım. Soyuducunun içinə baxmağı hələdə davam etdirdiyindən "Soyuducunun içində nə axtarırsan bilmək olar?"dedim. Sualıma bir cavab vermədən, soyuducudan bir alma götürüb qapısını bağladı. Bir almaya görə, dəqiqələrdi soyducuya baxırdı?

"Məndə alma istəyirəm" dedim əlindəki almanı işarət edib. Üzünə süni bir gülüş yerləşdirib "Ya səbr"dedi. Sonra almanı yuyub, iki yerə bölərək yarı parçasını mənə uzatdı. Almanı əlindən alıb, yeməyə başladım. Soyuducunu açıb yeni almada götürə bilərdim, ancaq onu çilədən çıxartmaq daha yaxşı idi

"Mən indi öz otağıma gedirəm, arxamca gəlməsən sevinərəm" dedi
"Sənin otağında mənim nə işim var hə?!"

"Evə gələndən yanımdan əl çəkmirsən. Bir rahat burax məni"

"İlkin yenidən üstümə gəlsə nə edəcəm?"

"Başının çarəsinə özün baxacaqsan. Bu dil ilə sən hər seyə çarə taparsan"

"Dilim bir işə yaramır"

"Onda kəs at yerə "

"Ah, bu fikir daha əvvəl niyə ağlıma gəlməmişdi görəsən?!"

"Ağılında bir işə yarmır onun üçün"

Son sözünə qaşlarımı çatdım. Son vaxtlarda çox ağılsız hərəkətlər edirdim. Fəqana, evdəki əşyalara zərər verib, sonra qorxuya düşən uşaqlar kimi baxmağa davam etdim. O isə hec məni vecinə almadı. Mətbəxdən çıxdıqdan sonra almanı yeməyə davam etdim. Deyəsən mən çox insan canlı biri idim. Mənimlə danışmaq istəməyən biri ilə israrla danışmağa çalışırdım... Bu məni bir miqdar üzərdi... Başıma hər nə gəlirdisə, bu xoş xasiyyətimin nəticəsində gəlirdi. Araya məsafə qoymağı bacarmalı idim mən... Mətbəxdən çıxıb otağıma daxil oldum. Bu günün sonu ancaq evdə keçəcəkdi... Hazırlıqlarım sabahdan başlayacaqdı. İki həftə idi ara vermişdim... Mən gələcəyin bir müəllimi olmaq istəyirdim. Coğrafiya müəlliməsi olmaq mənim uşaqlıq arzularımdan biri idi. Uşaqlığını yaşmayan birinin yalnız bir arzusu vardı. Günlərdi, anam mənə zəng etmirdi... Günlərdi, bir evin içində ola - ola atamın üzünü görmürdüm... Mən ailənin nə olduğunu bilmirdim... Atalar necə olurdu? Mənim atam pis ata idimi? Bax bunu belə bilmirdim... Mən ailədən yoxsul bir insan idim... Yoxsul...

Qaranlıq düşmüşdü... Cahad hələdə evə gəlməmişdi... Bu evdə bir tək onu özümə yaxın bildiyimdən, indi evin içində tək darıxırdım. Qonaq otağında tv - də cizgi filmi izləyirdim. Ramində mətbəxdən çıxıb yanıma oturdu. Böyük qardaşı nədənsə ortalıqda hec görmürdüm

"Bizimkilər incitmirki səni?" dedi
"Yox incitmirlər"
"Nəsə olsa burdayam. İşdə oluram deyə səninlə çox həm söhbət ola bilmirəm. Ancaq unutma səndə bu ailənin bir üzvüsən artıq"
"Məni hec kim bu ailənin bir üzvü hesab etmir"
"Niyə elə düşünürsən?"
"Cahadla İlkinin arasında olan mövzunu hec kim mənə demir. Axı iki qardaş nəyə görə bir birini sevmir?"
"Jasmin, İlkin Cahadı çox istəyir. Ancaq ki onu üzdə bildirmir, ürəyində sevir... Cahad da İlkinin onu hec sevmədiyini düşünərək, özü özünü incidir. Bu illərdi belə davam edir"
"Bir səbəbi olmalıdı ya yox?"
"Səbəbin mən sənə deyə bilmərəm. Bunu yalnız sənə Cahad deyə bilər. Onunda deyəcəyini düşünmürəm"
"Bax mən elə bundan bəhs edirəm. Məni ailənizdən biri kimi görsəydiniz mənə hər seyi deyərdiniz. Ancaq siz hər seyi məndən gizlədib, mənə yalanlar danışırsız!"
"Sakit ol Jasmin... Sən bu mövzunu boş ver"
"Boş verə bilmirəm... Məndə bu evdə yaşayıram... Arada qalmaqdanda sıxılıram mən"
"Jasmin, Cahad bəzi vaxtlar hec özü özünü başa düşmür... Uşaq vaxtından, beyni çox travma alıb... O, bizlərdən çox fərqlidi"
"Onsuzda sizin hamınız fərqlisiniz! Biriniz adamı hec adam yerinə qoymaz...Digəriniz ancaq adamın üstünə gələr... Cahad isə hec demək belə istəmərəm"

Ramin nəsə demək istəyirdiki, telefonuna zəng gəlməsi ilə yanımdan ayrıldı. Məndə əsəbi formada tvyə baxmağa davam etdim. Bu evdə insanı insan yerinə qoyan yox idi. Nə vaxta qədər mən hec nə bilməyəcəkdim? Məndən hər seyi gizlədəcəkdilər? Misal, Cahad uşaqlıqda nəyə görə travma alıb? Hər sey mənə yarım danışılırdı...

Dəqiqələr sonra evin qapısı açıldı. Bunlarda qapı kilitləmək, sonra o qapınıda açar ilə açmaq nə adət idi bilmirdim. Nəhayət, Cahad evin yolunu tapmışdı... Qonaq otağını süzüb, mənə baxıb "Tək niyə oturmusan?"dedi. Tv-ni söndürüb yanına gəldim

"Ramin yanımda idi. Telefonuna zəng gəldi deyə yuxarı çıxdı. Sən harda idin?" dedim

"Oo indidən hardan gəldiyim ilə maraqlanırsan?"

"Dördüncü dərsdən çıxansan, ona görə soruşdum"

"Soruşma"

Elə bir tonda 'soruşma' demişdiki, soruşduğuma peşman etmişdi məni... Kicik bir burxunluq ilə "Yaxşı... Bağışla..."dedim. Daha da bir sey demədən piləkana tərəf irəllədim. Otağıma gəlib, çarpayıma oturdum. Mənim nə həddimə idi? Hamsı çox maraqlanmağımdan irəli gəlirdi... Onlar məni hec vaxt bir ailənin üzvü olaraq görməyəcəkdilər. Elə isə mən niyə onları özümə yaxın bilirdim? Özüm özümə bunları fikirləşərkən, otağımın qapısı döyüldü. Cavab vermədiyimdə, yenidən döyüldü. Qısıq səsim ilə "Gəl..."dedim kim olduğunu bilmədən. Qapı açıldığında, Cahad içəri girdi. Aşağıda məni azarlayan bu deyildi? Yoxsa yarım qoyduğu işi tamamlamağa gəlmişdi? Qapını bağlayıb, qapıya yaslanıb səssizcə mənə baxmağa başladı. Məndə susduğumun fərqinə indi varmışdım...
"Sənin mənim otağımda nə işin var?"deyib səssizliyimi pozdum

"Elə demək istəməmişdim" dedi

"Elə dedin amma!"

"Bax bu gün hec xoş gün keçirməmişəm mən. Qəlbini qırmaq istəmədim"

"Qəlbim qırılmadı... Çünki, həddim olmayacaq söz dedim! İndi otağımdan çıxa bilərsən?"

"Mənə nə olduğunu soruşmayacaqsan?"

"Yox! Maraqlı deyil"

Nazikcə "Amma mən biri ilə danışmaq istəyirəm..."dedi. Qapıdan bir az aralandı. Qapını arxadan kilitləyib, mənə tərəf addımlamağa başladı. Çarpayımın yanına çatdığında "Başımı dizinə qoyub, yatmağa çox ehtiyyacım var... İcazə olar?"dedi. Cahad nəyə görə belə idi? Az əvvəl insana əsəb versədə, indi o uzun kipriklərinin arasından incə və bir o qədərdə qırılğan bir tərzdə baxırdı... Nə edəcəyimi bilmədim... Dodaqlarım aralı bir şəkildə qalmışdı... Onunla bir otaqda, kilitli bir qapı arxasında qalmaq məni bir balaca həyəcanlandırmışdı... Əlimi dizimə toxundurub "Olar..."dedim. Mənə baxmağı kəsib, adım ataraq çarpayıma oturdu. Sonra başını dizimə yaslayıb, sağ tərəf üstə uzandı. Dizimi qucaqlayıb, gözlərini yumdu... Uzun kiprikləri, üzünə çox gözəl yaraşırdı... Kiprikləri tərpənirdi... Dərindən nəfəs alıb verirdi... Üzündə olan məsum ifadəyə baxıb, məndə içdən bir nəfəs alıb verdim... Bu görüntünün altında nə yatdığını bilməmək, məni incitmişdi... Dodaqlarının azca aralandığını gördüyümdə, özümü itirmiş kimi oldum...

"Məndə uşaq vaxtı yağışdan çox qorxardım... Şimşək çaxdığında, mənim yatdığım yerə vurardı... Məndə yorğanı başıma çəkib, bükülərək yatardım..."dedi

Ardının necə olduğu haqqda, dəli kimi maraqlansamda, agizimi acıb tək bir kəlimə belə etmədim. Özünü hazır hiss etdiyində, mənə hər seyi danışacaqdı...

Gözlərini anidən açıb, altdan yuxarı mənə baxdı. Ona bir balaca təbəssüm etdim. Təbəssümə oda qarşılıq verdi... Sonra yenidən gözünü yumdu...

"Mənim sənə ehtiyyacım var imiş... Yadıma sal yatıb, durduqdan sonra üzündəki çilləri sayacam" dedi

Cümləsində sual yaradacaq çox məqamlar vardı. İlk əvvəl harda yatacaqdı? Və üzümdəki çilləri niyə sayırdı?

"Harda yatacaqsan?"

"Saclarımı oxşasan burda yata bilərəm"

"Səncə bu nə dərəcədə düzgündü?"

"Düzgün olub olmadığı məni maraqlandırmır... Mən rahatlıq və hüzur istəyirəm... Onuda sənin yanında tapmışam"

"Amma Cahad"

"Şşş mən yatmaq istəyirəm. Bunu bu gecə mənə çox görmə"

"Nəyə görə?"

"Sual verəcəksənsə, qalxıb gedəcəm..."

Qaçırdı... Lal olub, dinmədim... Ürəyimin ortasına bilmədiyim bir hiss oturmuşdu. Həyəcan desəniz deyildi... Qorxuyada oxşamırdı... Ancaq məni incidəcək tərzdən idi. Bir titrəmə kimi... Ürəyimin üstünə ağırlıq basan bir sey vardı... Əllərimi qaldırdıb, Cahadın saclarına yavaşca toxunmağa başladım. Toxunduğumu, əllərim belə hiss etmirdi... Sacları çox yumşaq idi. Əllərim saclarında, gözüm isə üzündə idi...
Boğunuq bir səslə "Jasmin..."dedi. Ardıyca
"Çillərin sənə çox yaraşır..." deyərək susdu

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri