Çəhrayı Yalan (7-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 2793
Səs ver:
(səs: 0)
Cümləsinə qapılıb getdiyimdən, saclarını oxşamağı kəsdim... İçimi titrədən hiss ilə, onun üzünə çəkinərək baxdım. Gözləri yumulu idi... Bəs mən nəyə görə ona çəkinərək baxırdım? Hansı ara ona qapılmaq hissini öyrənmişdim mən? Onunla bu qədər yaxın olmağım, ona can yandırmağım, hər daim gözümün onu axtarması, düzgün bir sey deyildi... Mən özüm yaralı idim, kiminsə yarasını sarmaq mənim boyumun ölçüsünü aşardı... Digərlərinə necə yanaşırdımsa, onada elə yanaşmalı idim. Onun məni özünə çəkməsinə icazə verməyəcəkdim. Əlimi saclarından çəkdim... Cahadda bir tədirginlik yaranmağa başladı. Kipriklərini açmaq üçün oynadırdı. Ancaq gözləridə tam açılmırdı... Dodaqlarını aralayıb "Saclarımı oxşamayacaqsan?"dedi. Oxşamaq istəyirdim... Amma oxşasaydım, buna daha çox öyrəşəcəkdim... Susduğumu gördüyümdə, gözlərin açıb üzümə baxdı. Az əvvəl ulduz kimi parıldayan gözlərimin, işıltısı itmişdi... Ona baxa biləcəyim qədər boş və mənasız baxırdım. Üzümü diqqətli incələdikdən sonra, başını dizimdən çəkib oturuş vəziyyətinə keçdi

"Mənim bilmədiyim nəsə oldu?" dedi

"Yox... Əllərim yoruldu"

"Gözlərin elə demir"

"Gözlərimdə yorulub"

"Jasmin... 5 dəqiqə əvvəl hər sey gözəl idi. İndi nə oldu?"

"Cahad, məncə sən öz otağına getməlisən"

"Qovursan otağından?"

"Qovmuram... Ancaq getməyini istəyirəm... Olmaz belə... Biz iki yad insanıq... Bir evin içində yaşamağımız, bizim bir doğma olduğumuz mənasına gəlməz"

"Yaxşı... İstənməyən yerdə qalmaram Jasmin... Gecən xeirə qalsın"deyib çarpayıdan düşdü. Mənə bir daha dönüb baxmadan, qapının kilitini açıb, otağımdan çıxdı. Əlimi sürətli döyünən ürəyimin üstünə yerləşdirdim. Bu sürətin səbəbi qorxu idi? Dərindən nəfəs aldıqca, daha çox sürətlənirdi... Ayağa qalxıb pəncərə qarşısına keçdim. Pəncərəni açaraq, təmiz havanı içimə çəkməyə başladım. Evin çöl qapısının bağlanma səsini eşitdikdə, pəncərədən boylanıb aşağı baxdım. Evdən çıxan Cahad idi... Evə bir az əvvəl gələn Cahad, yenə gedirdi... Bu saatda hara gedərdi, nə edərdi bilmirəm...

***

Bu səhər hər kəsdən gec mən ayağa qalxmışdım. Hər kəs işinə gücünə gedərkən, mən indi evdən çıxmağa çalışırdım. Cahad da hec gözümə dəyməmişdi... Bəlkədə hər kəsdən daha tez ayağa qalxıb getmişdi. Hec nədən xəbərim yox idi. Evdən çıxıb qapını açarla bağlamağa çalışdığımda tanıdıq bir səs "Bağlama..."dedi. Dönüb arxama baxdığımda, Cahadı gördüm. Həmdə dünən axşam üstündə olan geyimlər ilə... Sacları hec daranmamış kimi, çox qarışıq dururdu. Gözləridə insana yuxulu baxırdı. Bu o demək idi ki, axşam gecəni evə gəlməyib... "Mənə niyə elə baxırsan?" dediyində başımı yellətmək ilə kifayətləndim. Qapının yanından kənara çəkilib, kicik piləkandan aşağı düşdüm. Səssizcə yanından keçib getdiyimdə "Yanında qalmağıma icazə vermiş olsaydın, indi hər sey çox başqa olardı" dedi. Bu bardağı daşırmaq üçün, bəs idi! Əsəbi halım ilə arxaya çevrilib, möhkəm addımlar ataraq qarşısına dikildim

"Sən nə danışdığının fərqindəsən?! Mən sənə mənim otağımda qalmaq üçün niyə icazə verməli idim?! Mənə tək səbəb göstər!"

"Pis idim... Pis... Bunu başa düşmədin?! Mən hər kəsi çiynəyib, sənə gəldim... Bir kənarda qıvrılıb yatacaqdım... Sənə zərərim belə dəyməyəcəkdi... Sənsə bunu mənə çox gördün"

"Mən sən hər pis olanda, gələcəyin bir ünvan deyiləm... Dünən səhər üzümə belə baxmazkən, axşamı mənim otağıma gəlməyin, məni aşacaq bir seydi! Sənin gah soyuq olub, gah isti olmağın mənim beynimi qarışdırır! Və sən mənə hec yaxşı gəlmirsən!"

"Qoxursan hə?"

"Nəydən qorxuram?!"

"Qorxursanki, mən kimi özünə xeiri belə olmayan adama aşiq olarsan... Qorxma amma... Mən aşiq olunası, bir adam deyiləm"

İnsan bu qədər açıq sözlü olardımı? Dodaqlarım bir - birinə kilitləndi. Yenə eyni hiss içimə daxil oldu. Bu hiss qorxu idi hə?

Dodaqlarımı aralayıb "Səən - sənnn"deyib kəkələdiyimi gördüyümdə, əlimi yumruq edib çiyninə vurdum. Hec tərpənmədiyini gördüyümdə, bir daha sinəsinə vurdum. Çox əsəbləşmişdim, çox...

Bir daha vurduğumda, hər iki biləyimdən yavaşca tutub, məni özünə tərəf çəkdi. Yorğun və yuxulu gözləri ilə gözlərmin içinə baxmağa davam etdi. Dişimin dibində "Burax məni!"dedim. Başını sağ və sol tərəfə yellətməyə davam etdi

"Bir cavab almayınca buraxmayacam!" dedi

"Nə cavabı istəyirsən?! Sən mənim nəyə görə üstümə gəlirsən?!"

"Mən gəlmirəm hər seyi özün edirsən... Etiraf edəcəksənki, qorxursan"

"Vallah sənin beyinin yaxşı işləmir. Beynini bu boş işlər ilə yorma!"

"Etiraf ett"

"Qorxmuram!"

"Qorxmasaydın, axşam otağında qalmağıma icazə verərdin"

"Cahad... Mən həqiqətən səndən qorxmağa başlayıram... Amma bu qorxmaq, o qorxmaq deyil" dedim içimə dolan ağlamaq hissini dəf etməyə çalışıraq. Həqiqətən qorxduğumu görüb, əllərini biləyimdən boşalatdı.

"Mən səni qorxutmaq istəmişdim... Qorxma... Get dərsinə"dedi

Bu sözü gözləyirmiş kimi, yanından çəkilib getdim. Gözümdən yanağıma axan göz yaşımı silib, yoluma davam etdim. Niyə belə davranmışdı mənə? İçindəki bu kin nə idi? Problem dediyin sey, hər kəsdə vardı. Amma Cahad problemləri özünə dərd edib, insanlara qarşı istifadə edirdi. Və buda hec normal bir sey deyildi...

***

Son dərs bitdikdən sonra məktəbdən çıxıb, evə tərəf yol getdim. Cahad bu gün dərsə gəlməmişdi... Məndə sinif yoldaşlarımın bir necəsi ilə tanış olmuşdum. Axşam üstü görüşdə təyin etmişdik. Sanki, Cahad olmadıqda hər sey yaxşı getmişdi. Evə gəlib çatdığımda, açarı çıxardıb qapını açdım. Evə daxil olub, ayaqqabılarımı çıxartdıqda qarşımda Fəqanı gördüm. Nəyə görə, hər evə gələndə bunlardan birini görməli idim? Yenə ayaqqabımı düzgün çıxardıb çıxartmamağıma baxacaqdı?

"Mən ayaqqabılarımı, sən deyən kimi düzəltməyəcəm" dedim

"Vecimə belə deyil" dedi

Halbuki, ilk gün vecinə olmuşdu... Bəs başımın üstünü kəsdirmə səbəbi nə idi?

"Qapıda məni qarşılama, səbəbini öyrənim onda?" dedim

"Çox yox 5 dəqiqə vaxtını alacam... Qonaq otağına kecək"

"Xeirdi?"

"Xeirdi ya deyil bir azdan bəlli olacaq"

"İnşallah xeirdi" deyib qonaq otağına keçdim. Divanın bir küncündə oturdum. Fəqanda yanıma gəlib divanın bir küncünə keçib oturdu.
"Buyur eşidirəm səni" dedim söhbəti ilk özüm açaraq. İlk əvvəl alt dodağının kənarını dişlədi, sonra əllərini bir birinə keçirdi. Ona baxdığımı gördüyümdə, tez baxışlarımı onun üstündən çəkdim

"Bundan sonra sənə qaydalar yazacam. Səndə o qaydalara əməl edəcəksən"dedi

Nə qaydasından bəhs edirdi? 2 gözüm, 4 göz şəkilində açılaraq "What gülüm?"dedim. Mənə gözün süzdürdü... Bu ailədə normal bir insan vardı?

"Qayda 1: Kiminsə şəxsi işinə burnunu salma" dedi

Qaşımın hər ikisinidə çatıb, əsəbi bir formada ona baxdım. Çünki, çox əsəbləşmişdim! Möhkəmdən qışqırıb "Kim kimin işinə burnunu salır hə?!"dedim

"Qulağım kar oldu! Nə qışqırırsan kar var qaşında?!"

"Səndə nə dediyinə bax!"

"Son zamanlar sənin burnunu, ancaq bizim şəxsi işlərin arasında tapıram! Və bu artıq mənim xoşuma gəlməməyə başlayıb. Çünki, ziyanın Cahad çəkir... Öz işinə və həyatına bax, bir zəhmət"

"Mən Cahadın həyatına qarışmıram! Əksinə Cahad məni çıxılmaz vəziyyətə salır!"

"Axşam evdən gedən Cahad idi amma"

"Sən hardan bilirsən bunları?!"

"Cahad məndən hec nə gizlətməz... Səhər olan söhbətinizə qədər hər seyi gəlib mənə danışdı. Onun istəyi sadecə kicik bir qayğı və istəkdi... Səndə ona bunları verə bilmirsənsə, onun həyatına daxil olmağa çalışma"

"Mən ancaq siz qardaşlardan azar eşidəcəm?! Təkəm deyə üstümə bu qədər gəlirsiz mənim?! Məndə insanam Fəqan... Mənimdə hisslərim var... Amma sən bunu hardan biləsənki... Sən bir yad planetlisən axı!"

"Qayda 2: Söhbətlərdə zeytun yağı kimi, üstə çıxmağa çalışma!"

Son sözündən sonra ayağa qalxdım. Onunlada danışmaq boşuna idi. Hamısı bir olub qardaşlarını qoruyurdu... Amma mənə fikir verən yox idi. Nə də olmasa yad qızı idim mən! Ayağa qalxarkən gözüm masanın üstünə olan telefona və onun yanında olan qulaqcığa sataşdı. Fəqana dönüb baxdım, birdə yenidən masanın üstünə... O qulaqcıq Fəqandan başqasının ola bilməzdi... Ani hərəkət edib qulaqcığını əlimə aldım. Var gücümlə dartıb qulaqcığı iki yerə böldüyümdə, əlimdən almağa çalışdı

"Səənn sən bitdin çilli!"dediyində qulaqcığı əlimdən buraxıb, masanın digər tərəfinə qaçdım. "Qayda 3: Mənə ağıl öyrətməyə çalışma! İntiqamım acı olar!"deyə bağırdım. Qulaqcığı əlində sıxmağa başladı. Qulaqcıq ilə nəfəs alan insanın, necə olduğunu siz düşünün indi... Qulaqcığı əlində sıxdıqca, üzündə olan çənə sümüyü çıxmağa başladı. Deyəsən çox əsəbləşdirmişdim!

"Bunu bu gün almışdım... Sənin xəbərin var, bu qulaqcığa nə qədər pul verdiyimdən?!"dedi
Masanın digər başında, hər zaman qaçmağa hazır olmuş bir vəziyyətdə dayanaraq "Yox xəbərim yox idi! Olsada hec nə dəyişməzdi! Yenə edərdim?!"dedim. Qulaqcığı əlindən yerə atıb "Yenə edərdin hə?!"dedi imalı bir şəkildə
"Həə edərdim! Necə ki etmişəm"dedim.

"Sən özünü ölü say çilli!" dedi

Masanın başına fırlanıb məni tutmaq istəsədə alınmadı. Mən qaçdıqca oda masanın ətrafında qaçırdı, amma tuta bilmirdi məni. Dəqiqələrdi qaçdığımızdan, nəfəsim daraldı. Stolun birinin başından tutub dayanaraq "Mən təslim..." dedim. Fəqanda tənginəfəs şəkildə yanıma gəlib dayandı

"Sən bir qatilisən!" dedi

"Qulaqcıq qırdıq deyə qatilmi olduq?"

"Mənim o qulaqcıq ilə nəfəs aldığımı bilirsəndə hə?"

"Həə bilirəm, nə olsun?!"

"Sinə boşluğumda, iki ağ ciyər arasında, sternunun  dyafram kəsiyi üstündə, 4, 5-6 costae'lərin arxa üzündə, üçdə ikisi orta kəsiyin solunda, üçdə bir sağında yer alan, qəlbimi tapıb qırdın ha, halal olsun sənə onda!"dedi tək nəfəsdə. Ağızı açıq şəkildə dediklərini qulaq asdım... Şair burda nə demək istəyib?

"Mən bu nağıldan hec nə başa düşə bilmədim" dedim

"Sən mənim işimə nağıl deyə bilməzsən! Mən saatlarca baş yoruram!"

"Yaxşı ki, ürək həkimi olacaqsan, ikidə bir başıma vurub durursan!"

"Dua elə vaxtım yoxdu. Dərs oxumalıyam... Ancaq bu iş burda bitmədi!"

"Necə qorxdum, axşam yata bilməyəcəm qorxudan"

"Sən zarafata sal neynək"deyib getmək üçün yanımdan keçdi. Fürsət məncə bu fürsət idi...
"Yad planetli..."deyib tez yanına gedib qarşısına dikildim. "Nəə?"deyib üzümə baxdı.
"Ürək başqa bir adamın, yanında nəyə görə sürətli döyünər?"dedim. Ürəyim hec kimin yanında sürətli döyünməzdi. Bir tək Cahad'dan başqa...

Bölüm sonu

Müəllif: F.Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2793
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri