Çəhrayı Yalan (8-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 845
Səs ver:
(səs: 0)
Sualıma cavab versin deyə, gözlərimi gözlərinə dikdim. Bu sualın cavabını hər halda verə bilərdi. Kiminsə işinə qarışmırdım...

"Səncə nəyə görə döyünər?"dedi

Cavabını özüm bilmiş olsaydım, ondan hec nə soruşmazdım. Tam dəqiq hec nə bilmirdim... Onun üçün ağılıma ilk gələn cavabı deyərək "Qorxudan ola bilər?"dedim

"Ciddisən sən?"

"Yəni elə düşünürəm mən. İnsan birindən qorxduqda sürətli döyünməzmi ürək?"

"Qorxu səbəbi nədi?"

"Fəqan sən mənə cavab verəcəksən, yoxsa məni suallar ateşinə tutacaqsan?"

"Ürəyin sürətli döyünməsi hadisəsi, qan axışı ilə əlaqəli bir seydir. Beyinin qanına qırmızı siqnal ötürür, sonra ürək sürətli şəkildə döyünməyə başlayır. Sən qan axışına diqqət et..."

Ona necə diqqət edəcəkdim? Əlimdə olan bir sey deyildi... Fəqan mənə kicik bir baxış atıb, yuxarı çıxmağa davam etdi. Bəlkə, beyinimə çox taxdığım üçün belə idi... Əlimi ürəyimin üstünə gətirdim. İndi normal döyünürdü... Deməli beynim indi qırmızı siqnalı göndərmirdi... Off... Nə dəyişik, terminlər ilə başa salmışdı. Sanki, çox başım çıxırdı danışdıqlarından... Bu məsələnin üstündə daha çox qalmadan, məndə öz otağıma çıxıb üstümü dəyişdirdim. Sonra aşağı düşüb, yemək yedim. Nədənsə, günortalar evdə hec kim olmurdu. Fəqanda gözə görünməz idi. İlkin iləsə qarşılaşmamaq üçün can atırdım, desəm yeri idi. Mətbəxi yığışdırdıqdan sonra yenə öz otağıma çıxıb, dərs etməyə başladım. Hər dərs etdikcə, ağılıma Cahad gəlirdi. Beynimin içinə yerləşmişdi! Ona çox əsəbi idim mən... Tək onun qayğıya, istəyə ehtiyyacı yox idi... Mənimdə bu hisslərə ehtiyyacım vardı. Biri tərəfindən, qayğı və istək necə göstərilərdi hec bilmirdim. Bu yaşıma qədər atam saclarımı oxşamamışdı... Problemlərimə qulaq asmamışdı... Mənə 'qızım' kəliməsini deməyi belə çox görmüşdü. Yəqin, bunu sizdə başa düşmüsünüz. Mənim atam yox kimi bir seydi. Adı var, özü yox...
Hansı bəs? Hər ata qızının nağıl qəhramanı idi? Köhnə yaşadığımız məhəlləmizdə bir ata ilə qız vardı. Anası uşaq yaşlarından dünyasını dəyişmişdi. Ancaq həmin qonşu qızını o qədər çox sevib, qeydinə qalırdıki mən belə bəzən O, qızın paxıllığını çəkərdim. Bir çox qız, Nəfəs'in yerində olmaq istəyərdi...
Bu fikirləri ağılımdan çıxartmağa çalışıb, dərs yazmağı davam etirdim. Amma ağılımın ucunun bir yerində, ata qız münasibəti ilişib qalmışdı... Mən ona dəfələrcə addım atmışdım. O isə, hər dəfə atdığım addım üçün məni peşman etmişdi... 'Ata' kəliməsini belə deməyə çəkinər olduğum vaxtlarım oldu... Mən niyə bir övlad kimi sevilmədim? Verdiyim suala gözlərimin dolduğunu gördükdə, ağlamayım deyə gözlərimi sildim. Qarşımda duran kitab, dəftəri örtüb ayağa qalxdım. Uşaqlar ilə görüş saatınada az qalmışdı. Hazırlaşıb evdən çıxmaq daha məqsədə uyğun idi. Üstümü geyindikdən sonra, gözüm Cahadın mənə aldığı çəhrayı rəngli əlcəyə sataşdı. Taxım, taxmayım deyə düşündüm... Əlcəyi əlimə alıb taxdığımda, ikinci bir qərarsızlıq ilə əlcəyi yenidən yerinə qoyub, otağımdan çıxdım

***
Uşaqlar ilə bir məkana yığılmışdıq. Çay sifarişlərimizi verib söhbət edirdik. Daha doğrusu onlar edirdi, mən qulaq asırdım. Üç oğlan, beş qız yığışmışdıq. Qızların ən cana yaxın qızı Səkinə idi. Ortalığıda O, güldürürdü.

"Sizə demədən Əkbəridə dəvət etmişəm ha. Harda olsa indi gələcək"dedi

Bu Əkbər, O Əkbər idimi?

"Hansı Əkbər?"dedim

"Bilmirəm tanıyırsan ya yox. Əsmər bir oğlandı, həmdə çox şirindi. Əvvələr Cahad ilədə dostluqları olub" dedi

Tanıdığım Əkbər idi... Cahadla dost olub sonra ayrılma səbəbləridə beynimə yerləşdi. Ancaq hec kimdən hec nə soruşmayacaqdım. Nəsə bilsələrdə, kiminsə mənə nəsə deyəcəyini düşünmürdüm. Sözümün üstünə Əkbəri içəri daxil olan gördüyümdə, Xalid "Yaxşı adam sözün üstünə gələr. Gəl bəri"dedi. Əkbəri bizə tərəf gəldiyində, məni görməyi gözləmirmiş kimi, mənə baxaraq "Salam... Xoş gördüm"dedi.
Mənim yanım boş olduğundan mənim yanıma keçib oturdu. Dedikləri kimi çox şirin bir uşaq idi. Saclarını düzəltməyə başladığında, yenə ara Səkinə daxil oldu. Sinifin çox danışan qızı

"Sabahdan bizim sinifə keçirsən hə?"

"Həə, bu gündən gəlməli idim. Amma sabaha qaldı"

"Sinif canlandı, həm Jasmin gəldi, həmdə sən"

"Jasminin ayağı uğurlu imiş. Ardıyca mənidə gətirdi"

"Əkbər bilirsən? Jasmin Cahadın ögey bacısı sayılır. Eşidəndə bizdə şoka düşmüşdük"

"Bilirdim. Jasminlə bir - iki söhbətimiz olub. Cahadın adın eşidib qaçacağımı düşündünüz?"

Bunlar Cahadı nə hesab edirdi? Bu arxasıyca danışmaq sayılmırdımı? Bu söhbətə çox dayana bilmədim

"Siz Cahadı nə olaraq görürsüz?"dedim

Masada oturan hər kəs baxışlarını yerə salmağa başladı. Biri mənim üzümə baxmayacaqdımı?!
Əkbərə dönüb baxdım... Yenə sacları ilə oynamağa başladı...

"Əkbər bəlkə sən cavab verəsən? Cahad canavar falandıda, mənimmi xəbərim yoxdu? Ondan bir canavar imiş kimi, bəhs edirsiniz... Bunun fərqindəsiniz?!" dedim

Cavab versin deyə, kipriyimi qırpmadan Əkbərə baxmağa davam edirdim. Nəhayət, sacları ilə oynamağı kəsmişdi...

"Biz sadecə zarafata danışırıq" dedi

"Bu zarafat hec xosuma gəlmədi!"

"Jasmin əsəbləşmə bu qədər... Cahad o vaxtı məktəbi yandırmağa çalışdığından sonra, hər kəs ondan uzaq durmağa başladı. Bəziləri hələdə ondan qorxur"

"Nəə? Bu düz söhbətdi?"

"Həə... Benzin töküb dəhlizi yandırmaq istədi... Əlində tutduğu alışqanı, əlindən yerə atsaydı özüdə havaya ucacaqdı, məktəbdə"

"Belə bir sey varsa, onu niyə məktəbdən atmayıblar bəs?!"

"Çünki, Cahad məktəbdən atılmaq istədiyi üçün belə bir sey etdi... Direktorda anasının dostu olduğundan, onu qovmadı... Cahad o gündən sonra bizi yanında istəmədi... Cahad, indi - indi normallaşır"

Bildiyiniz, eşitdiklərimdən şoka düşmüşdüm... Belə bir seyi niyə etmək istəsin? "Mənn mən getməliyəm..."deyib ayağa qalxdım. Eşitdiklərimdən sonra bu masa arxasında otura bilməzdim

Dayancaqda avtobusdan düşüb, evin olduğu məhləyə daxil oldum. Hava qaralmış, möhkəm soyuq düşmüşdü. Beynimin düşüncələri donmuşdu... Niyə bir insan məktəbi yandırmaq istəsin? Nə kimi problemi var idi? Beynim çox seylə yüklənmişdi... Artıq onu gördüyümdə, nə edəcəyimi bilmirdim. Düz yoluma davam etdiyimdə, yol kənarında olan böyük ağaca gözüm sataşdı. O ağacın altında, taxtadan düzəldilmiş balaca stol vardı. Stolda adam oturduğunu gördüm. Yolum ora olduğundan, məcbur ağacın yanından keçməli idim. Ağaca tərəf yaxınlaşdığımda, onun altında oturanın Cahad olduğunu gördüm. Başını aşağı saldığından məni görmədi. Mən isə səssizcə dayanıb ona baxırdım. Başını qaldırdığında, yerdə gördüyü ikinci kölgə ilə mənə tərəf çevrildi. Məni görməyi gözləmirdi... Məndə onu...
Yanına tərəf addım atıb, dayandım. Eləcə ona baxdım... Mən onun mənə hər seyi danışmasını istəyirdim. Hər seyi danışsaydı, səhvi və düzü ilə onun yanında ola bilərdim. İndi isə bu kicik yalanlar ilə onun yanında olmağım alınmır.

"Mənə baxmağa davam edəcəksən? Yoxsa evə gedəcəksən?" dedi
"Sən hansını istəyirsən?"

"Yanımda qalmağını... Ancaq bu da alınmaz"

"Səhər baş verənlərə görə?"

"Yox... Hava soyuqdu, üşüyərsən deyə"

"Bir az qalmaqla üşümərəm. Yanında mənə yer ayır"

Stolun bir kənarına Cahad, bir kənarınada mən oturdum. Bu saatda, bu ağac altında nə işimiz vardı bilmirdim... Biz səhər yaşanan hadisələrə inad yenə bir arada idik. Qürursuz idim? Ya onu tək qoyub gedə bilmirdim? İkisidə eyni seyi ifadə etmirdimi...?

"Əlcəkləri niyə taxmırsan?" dedi

"Ehtiyyacım olduğunu düşünmədim. Hardan bilə bilərdimki, gecə vaxtı bir ağacın altında oturacam"

"Mənimdə ağılıma gəlməzdi... Amma insan oturarmış"

"Evdə də ola bilərsən. Bu soyuqda burda oturmaq nəyə yarayır?"

"Mən evdən qaçıram... Ev məni boğur... İmkanım olsa, qaçıb gedərəm bu ölkədən"

"Məndə elə imkan var. Ancaq mən ölkəmi sevdiyimdən getmirəm"

"Ətrafımdan qaçıram mən... Sevmirəm buranı... Hər daşı, toprağı eynidi... Məncə arxana belə baxmadan, qaç bu ölkədən"

"Qaçmaq çıxış yolu deyil Cahad"

"Bəzən qaçmaq xilas olmaqdı"

"Hara gedərsən məsələn?"

"Bilmirəm... Minərəm bir qatara, dilini, dinini, irqini bilmədiyim bir yerə gedərəm. Məni başa düşməsələrdə olar. Gözlərinə baxaraq, hər seyi başa düşərəm mən. Sıfırdan həyat quraram özümə, yetərki uzaq olum hər seydən"

Susduğunu gördüyümdə, öz özümə təbəssüm etdim. Nə saf istəkləri vardı... Amma qaçıb getmək dildə deyildiyi, qədər hec də asand deyildi

"Bir gün özünü istəklərini yaşadığın yerdə taparsan. Arxana belə baxmadan qaçıb gedərsən... Tərk edərsən bu şəhəri... Amma gedəndə xatirələri özün ilə aparma. Yandır... Sonra küllərini tök dənizə. Qoy dalğalar yuyub aparsın" dedim

"O gün mütləq gələcək. Və məndə sənin dediklərini edəcəm. İndi isə getmək barəsində olan xəyallarımı qoyuruq bir kənara. Həqiqətimizə qayıdırıq. Məsələm, sənə indi soyuqdu. Gedək evimizə?"

"Üşüyürəm düzdü... Ancaq bura evdən daha hüzurludu... Səninlə hec bu qədər sakit və səmimi söhbət etməmişdim"

"Jasmin, əllərini qızdırmağıma icazə verərsən?"

Yenə bir icazə... Yox desəm bu anın bütün gözəlliyi pozulaqcaqdı. Səhərki vəziyyətimizə qayıtmış olacaqdıq. İndi isə hec, əl belə dəyilməyəcək qədər çox gözəl idik. Dediyim kimi, bir işdən qaçmaq hec də problemləri həll etdiyimiz mənasına gəlməzdi. Əksinə, daha çox problem yaradardı...
Əllərimi ona uzadıb "Sadecə burda daha çox qalmaq üçün icazə verirəm"dedim. Üzündə yarım bir gülüş əmələ gətirdi. Əllərini əllərimə toxundurub tutduğunda "Bunun sonu, dünən axşam kimi olmayacaq..."dedi. Əllərimi dodağına yaxınlaşdırıb, üfləyərək isti nəfəsini əlimə verməyə başladı. Ürəyim yenə sürətli döyündü... Hey, qan axışlarım sakit olun... Özümü sıxıb durmuşdum. Getmək istəyirdim, amma əllərim Cahadın əlində idi. Getsəydim, əlləri boş qalacaqdı...

"Gələn dəfə əlcəklərini geyinmək yadından çıxmasın. Yoxsa bir az daha nəfəsimi əllərinə versəm, nəfəsim bitəcək"dediyində gülmədən qala bilmədim. Güldüyümü gördüyündə, oda gülməyə başladı. Amma birdən birə ağılıma, məktəbi yandırmaq istəməsi yadıma düşdü. Əllərimi əllərinə etibar etdiyim adam, olduqca dəyişik idi...

"Əllərim istiləşdi..."deyib məcburən gülümsəməyə çalışdım. Bir seylərin tərs getdiyini başa düşmüş olacaqki, əllərimi yavaşca aşağı endirdi. Üzündəki gülüş yoxa çıxdı... Mən deyəsən, hər seyi yenə bərabad etmişdim

"Jasmin... Qəlbini hec qırmaq istəmirəm... Ona görə evə gedə bilərsən sən? Mən bir az daha tək qalıb, gələcəm"dedi

Bu sözünü gözləyirmiş kimi yanından ayağa qalxdım. Hec olmaya, bu günün sonu gözəl bitəydi... "Çox gec gəlmə amma" dedim ona sağollaşmaq mənasında əl edərək. Bir sey demədiyini gördüyümdə, getmək üçün irəli addım atdım. Hər seyi əlimə, üzümə bulaşdırırdım mən...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri