Çəhrayı Yalan (9-cu Bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 416
Səs ver:
(səs: 1)
Günəş Ay'ı çox sevməsəydi, işığını ona verib tərk edərdimi göy üzünü? Demək günəş, ay'ı sevir... Amma eyni göyüzündə olmaqlarına rağmən onların qovuşmağı imkansızdı...
Səhərimi gecədən qalan bu düşüncələr ilə açmışdım. Buludların arxasında gizlənən günəşi gördükcə, düşüncələrimə haqq verməyə başlamışdım. Bu səhər ortalıq çox sakit idi. Cahadı dünən o ağac altında qoyub gəlmişdim. Qaçaraq bir seyləri yoluna qoymağa çalışmışdım...
Hazırlaşıb aşağı düşdüm. Atam qapıdan çıxmaq ərəfəsində idi. Başımı aşağı salıb yanına gəldim. Bir qızı olduğunu xatırlayacaqdı?

"Necə gedir, evə öyrəşə bilmisən?"dedi

Mən nələrə öyrəşmədim...?
Mən təkliyə, çarəsizliyə, acıya öyrəşən bir qızam... Bir evin sözümü olar?
Qarşısında dik dayanmağa çalışıb "Neçə vaxtdı sənin üzünü hec görmürəm ata" dedim. Özümü nə əzdirməyi sevərdim, nə də əzik kimi görünməyi

"Başım obyektlərə o qədər qarışıbki, hər sey üst - üstə gəlir son günlər. Sən darıxma, əvəzin çıxacam. İstəsən istirahətə göndərə bilərəm səni. Hə nə deyirsən? Yaxşı gələr sənədə"

"Bir az qayğı göstərsən... Mən pul istəmirəm ata"

"Qızım uşaqlaşma"

"Uşaqlaşmaq istəyirəm ata... Şokalad istəyirəm, yelləncəyə minmək istəyirəm, çoxlu şar istəyirəm... Mən bunları səninlə etmək istəyirəm"

"Söz vaxtım olanda dediklərinin hamsını edəcəyik. İndi işə gec qalıram. Gəl yol üstü sənidə məktəbə atım"

"Söz verirsən mənə ata?" dediyimdə gözünü arxaya boyaladı. Söz vermədiyini görüb, arxama çevrilib baxdım. Piləkanın başında Cahad dayanmışdı. Çoxdanmı orda idi? Ona baxmağı kəsib qarşıma çevrilikdə, atam üzündə təbəssüm yaradıb "Cahad oğlum səndə gəl bərabər sizi məktəbə aparım"dedi. Uşaqlaşmaq, istədim deyəndə maşınla məktəbə getməyi nəzərdə tutmamışdım... Cahadın cavabın gözləyirdim... Aşağı düşdüyünü hiss etdiyimdə yanı başıma baxdım. Yanımda dayanmışdı... Məni xilas etməsini istəyirdim...

"Rəşad əmi, bizim sinif yoldaşımıza sözümüz var. Bu gün onuda götürüb məktəbə elə gedəcik. Başqa vaxta qalsın" dedi. Ona minnətdar ola bilərdim...

Atam başqa söz demədən razı olub getdi. Bizdə Cahadla bərabər evdən çıxdıq. Səssizcə yolumuza davam edirdik. Amma deyiləcək, nə qədər sözlər vardı... Addımlarını yavaş - yavaş atırdı. Məndə ona ayaq uydurmağa çalışırdım. Həm düz yola baxırdım, ara birdə sol tərəfimə dönüb ona baxırdım. Yanımda olarkən, belə ona baxmaq istəyi içimdə yaranırdı. Son vaxtlar içim hec də düzgün seylər istəmirdi.
Səssizliyin ardından "Demək uşaqlaşmaq istəyirsən..."dedi. Bizə qulaq asmışdı... Yolumuzu davam edərkən "Qulaq asmağın hec düzgün olmayıb"dedim

"Bərabər uşaqlaşaq?"
"Mən atamla istəyirəm"
"Atan səni sözün yaxşı mənasında yola verir. Atanı gözləyənə qədər qocalarsan"
"Bu qədər açıq sözlü olma!"
"Özünü daha çox incitməyə dəyməz. Bəzi həqiqətlərə qarşı kor olmaq lazım deyil"
"Off Cahad"
"Jasmin sənə pikinik borcum vardı. Bəlkə o borcumu ödəyim? İstəklərinin hamısınıda piknikdə yerinə yetirərik"
"Soyuq havada pikinik xoşlamıram mən"
"Jasmin bəhanə axtarma. Razılaş"
"Fikirləşərəm"
"Yəni razı oldun"
"Olmadım fikirləşərəm dedim!"
"Mən bunu razı olmaq kimi qəbul edirəm"

Gözlərimi ona süzdürüb, yanaqlarımı şişirtdim. Hər sey az imiş kimi birdə başıma piknik çıxmışdı. Sanki, bu gün xoş tərəfi tutmuşdu. Ya da gözündə yazıq kimi görünmüşdüm. Düşündükcə, məktəbə gəlib çatdığımızı gördüm. Məktəbədə adım atarkən, dünəni xatırladım. Əkbər ilə qarşılaşacaqdım... Cahad özündən əmin tərzdə adımlar ataraq içəri daxil oldu. Məndə çəkingən adımlar ilə yanında yeriməyə başladım. Hər kəsin gözü yenə üstümüzdə idi. Bu baxışlar nə vaxt kəsiləcəkdi? Sinifə gəlib çatdıqda Cahad ilə öz partamıza keçib oturduq. Löhvə kənarında dayıb, sinifdən olan iki qız bizə baxırdı. Cahadda bu baxışları gördüyündən "Nəsə olub?"dedi. Bu baxışların sirri mənədə maraqlı idi. Hüsniyə adında olan qız "Sənə baxmırıq, Jasminə baxırdıq. Dünən digər sinif yoldaşlarımız ilə kafedə görüşüblər. Ancaq bizi çağırmayıblar. Əkbərdə gəlibmiş"dedi. Cahad dodaqlarını bir - birinə möhkəmcə basdırmağa başladı. Üzündə yarım bir gülüş əmələ gətirdi. Və bu gülüş əsəbdən yaranan bir gülüş idi.
"Mən niyə dəvətli deyildim?"dedi parta üstündə olan əlləri ilə oynamağa davam edərkən

"Çünki sən dünən dərsə gəlməmişdin" dedim

"Telefon deyə bir icad var"

"Sən dünən səhəri xatırlamırsan? Necə zəng edərdim sənə?"

Sualımı verdiyimdə, Əkbər sinifə daxil oldu. Arada qalmaq istəmirdim. Söz söhbət çıxmasını isə hec istəmirdim. Əkbərlə gözlərimiz bir saniyəliyinə kəsişdi. Sonrasında nə O, mənə baxdı, nə də mən ona... Uşaqlar ilə söhbətləşməyə başladığında, rahatlaşmışdım. Təhlükə məndən uzaq keçmişdi. Canlı bomba isə yanımda otururdu. Dizlərini titrədirdi...
"Sakit ol..."deyə qulağına pıçıldayıb, kənara çəkildim.

"Ola bilmirəm... Ayağa qalxa bilərsən? Sinifdən çıxmalıyam, hava almaq istəyirəm" dedi

Razılaşmaqdan başqa bir çarə görmədim. Dərs başlamadan sinifdən çıxdı. Cahad sinifdən çıxar çıxmaz, Əkbər yanıma gəlib "Bir az danışa bilərik?"dedi. Razı olduğumda, sinifdən çıxdıq. Dəhlizin sonunda yerləşən pəncərə qarşısına keçib dayandıq

"Eşidirəm səni" dedim

"Dünən elə danışmaq istəmədim mən. Niyyətim Cahadı sənə pisləmək deyildi. Ki, Cahad pis bir insanda deyil"

"Ondan bir canavar kimi danışan sən idin!"

"Xəbərin var deyə düşündüm... Mən hardan bilim ki, sən hec nə bilmirsən"

"Hec kim mənə hec nə danışmır"

"Çünki, hamını Cahad susdurur... Cahad bu mövzuların danışılmasını hec xoşlamır. Ona bir vaxt yaxın olan hər kəsdən uzaq dayanır. Kənardan ona baxan hər kəs onun yerində olmaq istəyir. Hətda onu tanımayan qızlar, onunla bərabər görünməkdən ötrü can atır. O, tanımadıqlarına qarşı çox yaxşı rəftar edir. Ancaq biz isə onun keçmişi olduğumuzdan, bizi görmək istəmir"

"Bu bağlı qutuları hec sevmirəm... Bildiyim tək sey odu ki, Cahad olmaq istədiyi kimi biri deyil. Olmaq istədiyi ilə olduğu görünütüsü çox fərqlidi"

"Get Jasmin... Onun yanına get... Sual vermə... Amma ona yanında olduğunu hiss etdir"

"Yerini bilmirəm... Həm məni yanında istəməz"

"3 cü mərtəbəyə çıxıb sol tərəfə dön. Sonra başa qədər gedib yenidən sol tərəfə dön. Qarşında bir piləkan görəcəksən, piləkan ilə çıx. Yolun sonu, onu sənə gətirəcək"

Əkbər yanımdan ayrıldıqdan sonra qolumda olan saata baxdım. Dərs saatı yaxınlaşmışdı... Ya dərsə girəcəkdim, ya da onun yanına gedəcəkdim... İri addımlar ataraq, onun yanına getməyi secdim. Məncə Əkbər, hələdə bir yaxşı dost idi... Və Cahadın xətrini çox istəyirdi
Piləkanın sonu onu mənə gətirmişdi... Divara baxdığımda 'Yanğın söndürən' yazılan yazı taxatasını gördüm. Piləkanın ən başında oturmuşdu. Bura bir çox şagirdin gizli yeri olmalı idi. Varlığımı hiss etsin deyə, boğazımı təmizləməyə çalışdım. Səsi eşidər eşidməz piləkanın sonuna baxdı. İndi adım atıb, yanına gedə bilərdim. Pillələri çıxıb yanına adım atdıqca, dodaqlarını dişləyirdi. Yanına çatdığımda, sol tərəfinə keçib soyuq buz daşın üstünə oturdum. Başını aşağı salıb "Soyuqdu bura"dedi

"Soyuğu boş ver... Sən necəsən?"

"Hava kimi, parçalı buludluyam"

"Ümüd var?"

"Ümüd öləli illər olub... Sən necəsən bəs?"

"Sənin kimiyəm"

"Sən günəşli ol... Çünki, buludlar dolanda ağlayır"

"Sən ağladınmı?"

"Həmdə neçə gecə... Canım çıxana qədər. Deyirlər ha canın çıxar, amma səsin çıxmaz. Məndə eləyəm"

Gözlərində yaranan bulanıqlığı gördüyümdə, içimdən kicik sızıltı keçdi. Hər seyi acıb danışsaydı, mən ona düz yolu göstərərdim. Amma indi bizim getdiyimiz yol, hec güvənli deyildi... Hər an bu yolda qəza törədə bilərdik.

"Bu dəfədə mən səndən icazə istəyirəm"dedim

"Nə icazəsi?"dedi

Gözlərim ilə gözlərini işarət edib, məcburəndə olsa gülümsəməyə çalışdım. Nəmli kipriklərini qırpdığında, razılıq verdiyini başa düşdüm. Əllərimi üzünə yaxınlaşdırdım. Əllərim əsirdi... Əllərimin əsməsini görməzdən gəlməyə çalışdım. Baş barmağımın tərsi ilə göz altlarına toxundum. Saniyə çəkmədən, hər iki gözlərini yumdu. Üzünün siması məsum bir ifadə almışdı. Ona bu qədər yaxın dayanmağımın səbəbi nə idi? Ürəyim ona doğru can atırdı... Onu özümə bənzədərdim deyə ola bilərdimi? Mənə bənzəmirdimi? Tək fərqimiz mənim günəşi, onun isə yağışı sevməsi idi. Acıların dili olsa, nələr danışmaz, nələr deməzdi... İçimdə qopan kicik fırtınalara inad işarət barmağım ilə, nəmli kipriklərinə toxunmağa başladım. Bir birinə kilitlənmiş dodaqlarını aralayıb "Uşaq idim... 8 yaşım vardı..."dedi. Səsimi çıxarmadan, ardını gözlədim...

"Bir gün boyunca zirzəmidə ac susuz qaldım..."dedi

Yanağına bir damla yaş süzüldü... Dodaqları tirtrəməyə başlamışdı. Ağlamaq hissini dəf etməyə çalışırdı... Yaşlı gözlərini aralayıb mənə baxdığında "Günahım yox idi Jasmin... Günahım yox idi mənim... 8 yaşında bir uşağın nə günahı ola bilərdi? O gün o zirzəmidə elə soyuq vardıki, donuram deməyimə rəğmən hec kim məni ordan çıxartmadı... Bir az daha gec çıxarılsaydım, bəlkədə ölümüşdüm"dedi. Və daha çox dayanmağa gücüm çatmadı. İcazə belə almadan, qollarımı boynuna atıb onu özümə tərəf çəkib möhkəmcə qucaqladım. İsti nəfəsimi boynuna verməyə davam etdim. Oda məni qucaqladığında dodaqlarının arasından,
"Valideyinlərin cəzasını uşaqlar çəkməməlidi..." cümləsi töküldü. Bu yaşadıqlarının bir hissəsi idi... Digər yaşadıqları nə idi?

"Ardın danışacaqsan?"dedim

"Ardını xatırlamıram" dedi

İnsan pis anıları xatırlamaq istəməzdi... Nə də mən onun üstünə gəlməyəcəkdim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri