Çəhrayı Yalan (11-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 324
Səs ver:
(səs: 0)
Mənə bağlanırdımı? Eşitdiyim sözün təsirindən çıxmağım bir az zaman aldı. Onun mənə belə bir söz deyəcəyini hec gözləmirdim. Əminəm sizdə gözləmirdiniz... Nə deyəcəyimi bilmədən, dodaqlarım araladığımda işarət barmağını dodaqlarımın üstünə basdırdı.

"Şşt ... Bir sey deyib nə özünü incit, nə də məni..." dedi

Barmağını dodağımdan çəkdikdən sonra, əli ilə çənəmi qavrayıb dodaqlarımı bir - birinə kilitlədi. Onun sehrinə qapılıb getmişdim...
"Bax belə, sakit ol və bu anın dadını çıxart" deyərək qarşıya baxdı. Sakit qala bilmirdim... Onu çətinə salacaq başqa bir sözdə demək istəmirdim. Ancaq bağlanıram nə demək idi? Siz mənim yerimdə olsanız nə edərdiniz?
Cibindən telefonunu çıxartdı. Nə etdiyinə baxarkən, qulağıma musiqi səsi gəldi. Musiqisindən başa düşdüyüm qədəri ilə "Pinhanin - Dünyadan uzak" mahnısı idi.
"Bilirsən bu mahnını?" dediyində
"Ən sevdiyim mahnıdı" deyə onu cavabladım.
Bu yerdə dünyadan uzaq idi... Tək qalmaq üçün belə yerlər şərt idi. Amma biz tək deyil, cüt idik. Qolunun birin açıb "Tək üşüyərsən, yanıma gəl" dedi. Üşüməkdən keçmişdi, donurdum mən. Ancaq onunla donmaq belə gözəl idi. Aramızda olan kicik məsafəni itirib onun qolları arasına girdim. Qolu ilə məni möhkəmcə sıxıb qucaqladığında, başımı sinəsinə yaslayıb gözümü yumdum. Yanımda etibar edə bildiyim bir adam vardı. Qulağıma xoş musiqi səsi gəlirdi. Qarşımda baxa biləcəyim möhtəşəm bir görüntü vardı. Mən isə gözlərimi yumub, bu anın dadını həqiqətən çıxartmaq istəyirdim. Çünki, onun yanında var olmaq mənə özümü xatırladırdı...

Digər əli ilə yerdə qalan əllərimi tək əlinin arasına aldı. Əlim kicik olduğundan, onun böyük əlində itmişdi. Çənəsi başımın tam üstündə idi. Bu anı ölümsüz etmək olardı? Ona daha çox sıxılmağa başladım. İtmək istəyirdim onun içində... Məni gizlətməyini, məni qorumasını...

"Ayırlmaq istəmirəm burdan"dedim

"Burdan? Yoxsa məndən?"dedi

Haqqlı idi uşaq. Panda kimi sarılmışdım ona. Amma üzsüzlüyümə salıbda, ayrıla bilmirdim.
"Həm burdan, həmdə səndən... Özümü ilk dəfədi lazımlı biri kimi hesab edirəm" dedim

"Onu kim dediki, sən lazımsız birisən?"

"Hec kim elə bir sey deməyib. Ancaq hamı mənlə elə rəftar edir. Lazımsız bir insan imişəm kimi davranır"

"Hamını boş ver. Bunu bil ki sən mənə lazımsan. Özünü elə hiss etmə"

"Hiss etmirəm daha... Hiss elətdirmirsən... Səndə mənə yaxşı gəlirsən. Bilmirəm, yaşıdıq deyəmidi yoxsa çox acı çəkdiyimizə görədimi, amma biz səninlə yaxşı yola getməyə başlamışıq"

Gülümsəmə səsi qulağıma yayıldıqda, başımı qalıdırıb ona baxdım. Onsuzda dib dibə idik.
"Sabah daha gözəl olacaq inan mənə" deyə dediyində yenidən başımı aşağı salıb gözümü yumdum. Ümüd edirdim... Ümüd edirdimki bundan sonra, hər sey daha gözəl olacaq aramızda...

***
Dünən axşam gecə evə gəldikdən sonra hər ikimizdə öz otaqlarımıza dağlışmışdıq. Günün sonu gözəl bitmişdi... Bir - birimizi qırıb incitməmişdik. Deyəsən, ikimizində qorxduğu sey idi. Qırmaq və incitmək... Dünən hər ikimizdə bir - birimizə qarşı daha diqqətcil idik. Bu da müsbət bir sey idi. Bazar günü olduğundan dərs yox idi. Bu gün doyunca yatmışdım. Otağımdan çıxıb aşağı düşdüyümdə saat 11 in yarsına gəlirdi.
Məncə bu gün evdə hec kim olmazdı. Mətbəxə daxil olub səhər yeməyimi yedim. Sonra mətbəxi yığışdırdım mətbəxdən çıxdım. Ətrafda hec kimin olmaması, işimə yaramışdı. Rahat hərəkət etmişdim. Mən evdə tək olduğumu düşünürdümki, yuxarı mərtəbədən Fəqanın saclarını qarışdıraraq aşağı düşdüyünü gördüm. Ona qarşı olan əsəbim hələdə öz yerində idi. Əslinə qalsa, ona əsəbləşməli deyildim. Sadecə mən çox danışan bir tip idim. Hər kəsə ürəyi yanan, bir problem olduqda kömək etməyə çalışan saf və səmimi bir qız idim. Fəqan iləsə səmimi olmağa dəyməzdi. Onu görməzdən gəlmək, O yox imiş kimi davranmaq daha məqsəsə uyğun idi. Onun onsuzda bu vəziyyətdə vecinə olmazdı. Ancaq ona bir qulaqcıq alıb verməli olduğumu xatırladım. Ondan sonra onunla işim bitərdi. Onun gəlişinə hec fikir verməyib, divana keçib əyləşərək tv ni yanırdım. O isə, mətbəxə daxil oldu. Onsuzda bu evdə iki secənək vardı. Ya mətbəxə daxil olub yemək, yemək ya da tv - yə baxmaq. Ki, onuda mən edirdim. Tv- nin səsini bir az daha artırıb günlük proqramlardan birinə baxmağa davam etdim. Çox keçməmiş Fəqan mətbəxdən çıxdı. Oturduğum divanın yanında ayaq üstə qaldı. Mənim isə gözüm tv-də idi. Ancaq yanımda dayandığını hiss edirdim

"Televizorun səsini alasan bəlkə?"dedi

Alardım... Niyə almayım, ağıllı qız idim mən. Tv nin səsini daha çox çoxaldıb, hər iki qolumu sinəmdə birləşdirdim. "Eşitmirsən məni?!"deyə səsini ucaltdığında, tv - nin səsini bir daha artırdım. Saniyədə qarşıma keçib, divanın üstündə olan pultu əlinə alıb televizoru söndürdü. Yenə üzünə baxmadım. Mən belə olsun istəmədim... Belə olmasına, özü şərait yaratdı... Özü istədi

"Ağlınca məni görməzlikdən gəlirsən?" dedi

Suallarıda bitmirdi... Gözlərimi süzdürməklə kifayətləndim

"Bunun mənim vecimə olduğunu düşünürsən?"

Nə istəyirdi məndən? Niyə getmirdi yanımdan?

"Əgər elə düşüncədəsənsə, səhv fikirdəsən. Belə etməyin sadecə məni çilədən çıxarda bilər. Başqada hec nə"

Özü özünə sual verib, cavab verməsidə ayrı bir hava idi. Səssizliyimi daha çox qoruya bilmədim. İçimdə tutsaydım, mənim üçün pis olacaqdı.
"Mən dünən boyumun ölçüsün artıqlaması ilə aldım. Bir daha səninlə işim olmaz... Məni hər kəsin içində yerin dibinə salmağını hec vaxt unutmayacam. Bilirəm, vecinə deyiləm... Məni istəmirsən belə... Amma bunu hiss etdirməli deyildin, onsuzda hiss etdirənlər çoxdu... Səndə onların sırasına qoşuldun. Ürəyim qırılmadı amma... Çünki, qırılacaq bir yeri qalmayıb" deyib ayağa qalxdım. Bu sözlərimidə ciddiyə alacağını hec düşünmürdüm. Düşüncəmdə də saniyə keçmədən haqqlı oldum

"Boyunun ölçüsünü almağına sevindim. Mən yeni dost tanış istəmirəm... Sən mənlə ünsiyyət qurmağa çalışarkən, mən səndən daha uzağa qaçmaq istəyirəm. Ünsiyyət qurmaq, ünsiyyətdə olmaq mənə görə bir sey deyil. Gecdə olsa bunu başa düşdün" dedi

Daha bir cavab vermək istəmədim. Bundan sonra lazım olmadığı müddətcə, ağızımı açıb ona bir kəlimə belə deməyəcəkdim. Səssizliyimi gördükdən sonra, bir başa evdən çıxdı. Fəqanından üstündən belə xət çəkildi


Telefonuma gələn mesaj səsini eşitdikdə, telefonumu əlimə aldım. Ekranda Cahaddan gələn mesajı gördüm

"Hardasan?" deyə yazılmışdı

"Evdəyəm" yazaraq göndərdim

Cahad görəsən harda idi? Bunu düşündüyümdə ondan ikinci mesaj gəldi

"Məndə otağımdayam. Deyəsən xəstələnmişəm ayağa qalxa bilmirəm. Yanıma gəlib xəstənə baxarsan? Sənə görə xəstə olduğumu unutma"

Yanına gedim deyə bütün günahı mənim üstümə atırdı. Sanki, dünən axşam olduğumuz yerə onu mən aparmışdım! Ayağa qalxıb yuxarı çıxdım. Qapını döyərək otağına daxil oldum. Yorğanı başına qədər çəkmişdi, hec görünmürdü

"Cahad?"deyə onu səslədim. Amma bir cavab verməmişdi. Addım atıb çarpayısına yaxınlaşdığımda "Xəstə..."dedim. Yorğanı başından aşağı salıb "Qızdırmam var, üşüdürəm" dedi. Bu uşağa nə olmuşdu belə? Dünən məndə orda idim. Ancaq mən sağlam idim. Əlimi alınına yaxınlaşdırıb qızdırmasına baxmaq istədim. Alını buz kimi idi. Nə qızdırmasından danışırdı? "Cahad alının buz kimdi sənin, xəstəyə falanda oxşamırsan" deməyim ilə, qolumdan tutub məni özünə tərəf çəkdi. Bir əlini belimə keçirdikdən sonra, özümü çarpayısının boş qalan hissəsinə uzanmış formada tapdım. Cahad üstümə tərəfə əyildiyində "Cahad nə edirsən?!"dedim
Gözlərini hec qırpmadan üzümə baxmağa davam etdiyində "Çoxdan etmək istədiyim seyi" dedi. Bu oğlan nə danışırdı?!
"Dəlisən sən?! Sən məni nə hesab edirsən?! Bir - iki xoş sözə aldanıb, səninlə bir olacağımı düşündün?!"deyib onun üstümdən itələməyə çalışdım. Amma Cahad hec tərpənmədi belə... Qaşları çatılmağa başladı... Üzündəki az əvvəl olan xoş ifadə silindi...

"Məən mənn sadecə çillərini saymaq istəmişdim..."dedi

Səsində olan kövrəlməni hiss etməmək üçün, kar olmaq lazım idi... Yanımdan ayağa qalxdığında, titrək səsi ilə "Niyə qorxdun məndən...? Ağılından elə seyi necə keçirtdin?! Hər sey gözəl ola bilərdi... İndi çillərini saymış ola bilərdim. Burnun üstünə kicik bir öpüşdə qondura bilərdim. Bəlkə, bir az saclarınıda qoxlaya bilərdim... Necə gözəl olduğun haqqda da danışa bilərdim... Amma sən hər seyi korladın..." dedi. Və mən hec nə deyə bilmədim

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 324
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri