Çəhrayı Yalan (13-cü Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 295
Səs ver:
(səs: 1)
Üzümə bir xeyli baxdı. Mən isə onun danışmasını gözləyirdim. Deyəsən, çətin yerdən sual vermişdim ona

"Bir qulaqcıq almaq ilə mənim qəlbimi bərpa etdiyini düşünürsən? O qədər asand deyil çilli"
dedi

"Nəyi nə ilə qiyaslayırsan?! Sən dünən məni necə kicik vəziyyətə saldığından xəbərin oldu?!"

"Ardınca Cahad getdi... Cahad sənə məncə hər seyi unutdurar"

"Cahadın adın çəkmə!"

"Cahad... Cahad mənim qardaşımıdı, məndə onun adın istədiyim qədər deyərəm. Ca - had!"

Bu dəli ilə daha çox söhbət etmək istəmirdim mən! Qıcığlığına salırdı! Səhv olduğunuda hec qəbul etmək istəmirdi!

"Nə qədər istəyirsən çək adın! Mən gedirəm!" dedim

"Mənsiz hec yerə gedə bilmərsən"

"Gedərəm! Və səndə mənə qarışa bilmərsən!"

"Qarışmıram sənə! Amma mənsiz bu saatda evə tək başına getməyə icazə verə bilmərəm"

"Sən ciddisən?! Siz qardaşlar məndən nə istəyirsiz? Elə bilirsiz sizin malınızam mən? İlkini bitir, Fəqanı başlayır! Mənim siz olmamışdanda əvvəl həyatım belə idi. Mən tək idim... Tək! Hər işimi özüm görürdüm. Gecə düşsədə, evə özüm tək gəlirdim. Mənim atam mənlə maraqlanmırdı... Mən öyrəmişəm"

"Məndə sənlə maraqlanmıram! Nə də sənə maraqlıda deyiləm! Cahad istədi deyə məcbur qaldım"

"Cahad?"dedim başa düşməyərək. Nə əlaqə?

"Kafedə olanda onunla mesajlaşırdıq. Səni gördüyümü dedim. Oda onu tək qoyma, hava dəyişir, qorxar Jasmin dedi... Qardaşımın sözünü yerə salmamaq üçün saatlarca səni gözlədim. Yoxsa mənim sənlə işim olmaz" dedi

Cahad istəmişdi deyə... Cahadın səhər qəlbini qırsamda, Cahad məni düşünmüşdü. Cahad necə ürəyə sahib idi? Mənlə küs kimi görsənsədə, mənə yaxşılıq etmək istəyirdi. Mən qırdığım qəlbi düzəltməli idim. Çox uzatmadanda Fəqanla razılaşıb evə getməli idim

"Başqa nəsə demədi?" dedim

"Dedi"

"Nə?"

"Onunda qəlbini qırmısan deyəsən. Onun kimi birinin qəlbini qırmısansa mənim sənə sözüm yoxdu"

"Oda hər seyi gəlib sənə deyir!"

"Səbəbin nə olduğunu demədi! Ancaq sənə onu deyim bil, onu incitmə... O yetəri qədəri incinib bu həyatdan... Hec olmaya sən etmə. Çünki, o sənə həqiqətən dəyər verir. Hec kimə qarşı vermədiyi dəyəri sənə verir"

"Sən hardan bilirsən, mənə deyər verdiyini?"

"Gözlərindən görürəm... Sənə mərhəmət dolusu baxır... Başqalarına isə nifrət dolu"

Başqalarına baxmasına hec fikir verməmişdim. Baxışlarının necə olduğunu bilmirdim. Amma mənə baxdıqda, baxışlarında olan incəliyi hiss edə bilirdim. Fəqan ilə söhbəti daha çox uzatmadan dayanacağa gəldik. Taksi ilə getməyimizi israr etsədə, məndə avtobusla gedəcəyimizi bildirdim. O avtobusa minmirdi deyə, çığallıq etdim bir az. Gözlədiyimiz avtobusda hələ gəlib çıxmamışdı. Dayanacaqda donmaq üzrə idim

"Keçi inadı var səndə! Taksi ilə gedəcəkdikdə!" dedi

"O qədər pulu taksiyə niyə veririk! Pul qalar cibimizdə!"

"Pul fikirləşən olub mənim üçün, qulaqcığımı qıran qız. Qulaqcığı qıranda da pulu fikirləşərdin!"

"Sənin işin gücün ancaq davadı Fəqan!"

"Mənim ya sənin?!"

"Gedirsən çıx get sən. Mən avtobus gözləyəcəm"

"Neynək gözləyək görək! Donub eləsən hec qolumuda tərpətməyəcəm! Allah Cahada da səbr versin. Sənlə necə yola gedir bilmirəm. Hələ üstünə - üstünə axmaq kimi sənidə düşünür"

Daha hec nə demədən gözlərimi ona süzdürdüm. Məndə evə tez getmək istəyirdim. Cahadı görmək üçün... Ona bir üzr borclu idim. Məni düşünən insana bunu etməyə haqqım yox idi. Fəqan ona aldığım qulaqcığı telefonuna taxıb, mahnı qoşub dinləməyə başladı. Məndə eləcə yanında oturmuşdum... Paxıllığım tutmuşdu. O mahnı dinləyirdi, mən isə yox. Dəqiqlər keçmişdi, nə avtobus gəlmişdi nə də Fəqan dilini açıb bir kəlimə kəsmişdi. O öz dünyasında idi. Mən isə soyuqdan üşüyürdüm. Qolum ilə qoluna möhkəmcə toxundum. Gözlərini açıb, mahnını saxlayaraq "Nə istəyirsən?"dedi

"Məni insan yerinə qoymağını! Mahnı dinləyirsən, mənlə maraqlanmırsan"

"Cəzanı çəkirsən sən! Özün istədin belə olmasını"

"Off! İndi Cahad olmuş olsaydı, mənim başımı qarışdırmaq üçün əlindən gələn hər seyi edərdi"

"Cahad deyə - deyə mızmızlanma qulağımın dibində. Mən Cahad deyiləm!"

"Qayıt öz planetinə! Sənə bu dünyada yer yoxdu!" deyib hər iki qolumu sinəmdə birləşdirdim. Çox acımasız idi, həmdə çox...
Qulaqcığın bir qulağını mənə uzadıb "Al qulağına tax. Və səsini kəs" dedi. İndi dediyini etməsəydim daha çox söz söhbətimiz düşəcəkdi. Qulaqcığı qulağıma taxdıqda, xoş bir musiqi səsi eşitdim. Fəqan əlini çiyninə toxundurub "Yaslana bilərsən"dedi. Bir saniyəlik, şoka düşmədim deyil... Başımı yavaşva çiyninə qoydum. Qulağıma gələn musiqi səsi "Faik Rauf - Bu mutlulukmu?" mahnısı idi. Rus mahnılarını çox sevərdim ... Başını başıma yaslandığında, bir qəribə oldum. Yox Fəqandan elektirik aldığımı falan düşünməyin, bu tam fərqli bir sey idi. Axı, ondan belə bir sey görməmişdim... Qolunu qoluma dəydirib, özü tərəfə möhkəmcə sıxdığında, mahnının səsin kəsdi. Nə olduğunu başa düşməyə çalışırdım

"Bu söhbəti sənə danışacam. Sonra bir daha açmayacam" dedi

Durduq yerə bu nə idi? Beynindən nə keçmişdi?

"Cahad... Cahad mənim ən sevimli qardaşımdı. Onu kiminsə incitməyini, qəlbini qırmasını istəmirəm. Sənə bağlandığını bilirəm mən. Özü deməyib mənə, ancaq mən qardaşımı yaxşı tanıyıram. Və bunun belə olduğunu bilirəm. Asand - asand hec kimə bağlanmaz Cahad... Nə də kimisə sevib həyatına salmaz. Ətrafında çoxlu qız olsada, ilk dəfədi birinin üstündə əsdiyini, titrədiyini gördüm. Hec Rəvanəni belə bu qədər düşünməyib, Cahad... Jasmin səndə ona qarşı, içində kicikdə olsa bir hiss varsa, onu itirmə... Onu hec nə də səhv başa düşmə. Cahad pis olmağa layiq olan bir insan deyil. Onun divarlarını sən yıxa biləcəksən. Yıxılmasının vaxtıdı"

Fəqan danışdıqca beynimdə, bu səhər yaşadığımız səhnə canlandı. Onu çox pis yerdən incitdim mən... Gözlərimi yumub, onu anı ağılımdan silmək istədiyimdə burnuma bir qoxu doldu. Qəhvə qoxusu... Fəqanın ətiri qəhvə qoxurdu. Qoxunu azca içimə çəkdikdən sonra, gözlərimi açdım. Mənə bunları deyərək, beynimi nəyə görə daha çox qarışdırdı? Dilimdən bir söz düşmürdü deməyə... Uzaqdan gələn avtobusu görməyim ilə onun yanından anidən ayağa qalxdım. Bir cavab vermək istəmirdim...

Evə gəlib çatdığımızda ətraf qaranlıq idi. Hər kəs öz otağına çəkilmiş olmalı idim. Məndə öz otağıma daxil olduqdan sonra bir xeyli düşünməyə başladım. Ürəyim Cahada tərəf getsədə, ağılım oturduğun yerdə qal deyirdi. Nə edim? Gedimmi yanına? Çıx bu düşüncə ağlımdan! Ən yaxşısı ona bir mesaj atmaq idi. Telefonumu əlimə aldım. Online olduğunu gördüyümdə yazmağa başladım.

"Bu gün çox axmaqca davrandım bilirəm... Bağışlaya biləcəksən məni?" yazaraq göndərdim. Hələdə online idi. Amma mesaja baxılmamışdı. Kimlə yazışırdı bu oğlan?! Bir az daha gözlədim. Hələdə oxunmadığını gördüyümdə "Bəlkə mesaja cavab verəsən!" yazdım. Mesajımın hər ikisini oxudu. Yenə bir cavab gəlmədi... Bu qədərdə bəs idi! Otağımdan çıxıb onun otağının qarşısına gəldim. Otağın qapısını döymək fikiri ağlıma gəlsədə, sonrada səsi çıxar düşüncəsi ilə bu fikirdən əl çəkdim. Qapını açıb eləcə içəri keçdim. Otaq qaranlıq idi. Bir tək çarpayının üstündə kicik telefon ekranının işığı görünürdü. Otağa girdiyimin fərqinə varanda telefon əlindən çarpayının üstünə düşdü. Bu qaranlığa daha çox dayana bilmədən, otağın işığını yandırdım. Bir birimiz ilə baxışmağa başladıqda "Nəyə gəlmisən?" dedi

"Mesajlarıma baxmırdın!"

"Jasmin çıxa bilərsən otağımdan? Yuxum gəlir yatacam"

"Özünü hec nə olmamış kimi aparma. Məni düşündüyünü bilirəm"

"Fəqanın ağzında söz qalmış olsaydı adımı dəyişdirərdim!"

"Özün niyə gəlmədin yanıma?"

"Qırğınam sənə Jasmin..."dedikdən sonra başını yerə saldı. Ağzımdan çıxan iki kəlimə sözə yiyəlik etmiş olsaydım, belə olmaycaqdı!
Yanına gəlib çarpayısının bir yanına oturdum. Məni bağışlaması üçün nə deyə bilərdim?

"Cahad... Mən inanki bilərəkdən etmədim. Niyyətim nə səni qırmaq idi, nə də incitmək... İndi özüm o qədər pis olmuşamki, sənə nə deyim nə deməyim hec bilmirəm" dedim

"Mənə inan... Səndən başqa hec nə istəmirəm mən... Yanımda olanda qorxma hec nədən"

"Mən səni tanımırdım deyə..."dediyimdə "İndidə tanımırsan" deyib sözümü yarıda kəsidi.

"Tanımağa çalışıram"

"Mən isə sənə özümü tanıtdırmıram. Səndə məndən qaçırsan"

"Cahad mən səni başa düşməyə çalışıram"

"Jasmin, sən mənim uşaqlar evində böyüdüyümü bilirsən?" dediyində dodaqlarım aralanmağa başladı... Mən düz eşitmişdim?
Düz eşitdiyimə bir daha əmin olmaq üçün "Necəə?"dedim

"Bilmirsən... Bil Jasmin, mən 8 yaşıma qədər uşaqlar evində böyümüşəm. Daha doğrusu zirzəmisində..." deyib susdu. Bu mənim həyatda, ikinci şok oluşum idi

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri