Çəhrayı Yalan (15-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 879
Səs ver:
(səs: 0)
Bölüm Mahnısı: "Fərid Gasanov - Vecime deyil"

Fəqan'ın dilindən
Hər sabah 'Vecime deyil' deyib yuxudan ayılıram. Dilimin dediyini, ürəyim demir...
Bir çox sey vecimə idi. Anam, qardaşlarım, Rəvanə və həyatımıza yenicə daxil olan Jasmin. İnsanlar ilə ünsiyyətdən qaçalı, illər olmuşdu. Bu məndə birdən birə başlamışdı. Günlər, aylar keçdikcə belə olmuşdum... Məni belə etmişdilər...
Rəvanə ilə köhnə məhəllədən tanış idik. 11 yaşım olanda bizim evin yanında olan evə köçmüşdülər. O vaxtlar eşidə bilirdi... Məhəllədə olan bəzi uşaqlar onunla yola getməz, onunla oynamazdılar. Mən isə ayrı seckilik etmirdim. Onunla oynayar, vaxt keçirdərdim. Sonradan İlkində bizə qoşuldu. Biz hər üçümüz dostlaşdıq... İllər keçdikcə, mən böyüdüm. Və başa düşməyə başlamışdımki, mən ona dost gözündə baxmıram artıq. Sarı saclara, mavi gözlərə bir başqa tutulmuşdum. Üzündəki saf gülüşü görmədikdə dəliyə dönürdüm. 15 yaşım vardı, bu hissləri keçirtikdə... Hər seydə o yaşımdan sonra başladı...
Günlərin bir günündə Rəvanə eşitməməyə başladı. Bizdə yanında olduq. Ona bir vaxtdan sonra sevgimi etiraf etdiyimdə 'Sənlə məndən olmaz. Sən eşidirsən, mən isə eşidirəm' dedi. Hələdə o cümləsi qulaqlarımdadı... Bilirsiz nəyə görə? Mən belə deyən insan, 4 il sonra İlkin ilə sevgili oldu... Və hələdə bunu məndən gizlədirlər... Bilmədiyimi düşünürlər... Ancaq hara qədər gizlədəcəklər? Onların sevgili olduğunu öyrəndiyimdən sonra, insanlara qarşı içimdə bir güvənsizlik yarandı. Biri sevdiyim qız, biri isə qardaşım...
Mənə oynadığı oyunları 4 ildi məndə onlara oynayıram. Bilməmiş kimi edirəm, görməzlikdən gəlməyə çalışıram, amma bəzi hallarda da bunu özümə sığışdırıb qəbul edə bilmirəm. Məni tək başa düşən sey, mahnılardı... Vecsiz görünməyə çalışıram. Qəbul edirəm, bunu bacarıramda... Ürəyim isə bacarırmır? Hər dəfə onu görəndə ilk günki kimi həycanlanır. Üstəlik ürək həkimi olacam mən... Düşünəndə hec qulağıma xoş gəlmir. Öz ürəyim illərdir birini unuda bilmir... Göz görə - görə özünə zülüm edir. Hər dəfə onun bir gülüşünə yenilir... Sonra evə gəldikdə ürəyimə xatırladıram, axı o səni sevmir... Nəyə görə belə zülüm çəkdirirsən mənə? Axı O, qardaşım ilə çox xoşbəxtdi... Bu da mənim dünyamdı... Dünyama xoş gəldiniz...

Səhər çoxdan açılmışdı. Aşağı düşüb bir seylər yeyərək, yenidən otağıma çıxdım. Univerisetetə getməli idim. Yorucu dərslər, məni gözləyirdi... Saclarımı düzəltdikdən sonra güzgü qarşısında olan yanısımama baxdım. İndi bu otaqdan çıxarkən, üzümə bir maska keçirib çıxacaqdım. Olacaqdım, hec nəyi düşünməyən yad planetli...
Otağımın qapısını açıb çıxdığımda, Cahadın qapısının açıldığını gördüm. Jasmin gülərək otaqdan çıxdı... Üstünə baxdığımda, dünən axşamdan qalma geyimlərini gördüm. Gecəni, Cahadın otağında keçirtmişdi... Mənim fərqimə vardığında üzündəki gülüş silindi. Baxışlarını qısaldıb mənə baxmağa davam etdiyində, yanından keçib aşağı düşdüm. Ona etdiyi səhvləri başa salmaq içimdən hec gəlmirdi... Qardaşım bu səhvlərlər xoşbəxt idisə, mən susardım. Bu söhbətin ucunun Cahada toxunmasını istəmədiyim üçün səsimi çıxartmadım. Ancaq məni narahat edən sey, İlkin idi... İlkinin bunu nə görməsini, nə də bilməsini istəyirdim. Cahadın xoşbəxtliyinə kölgə salmasına icazədə verməyəcəkdim. Mən ayaqqablarımı geyinməyə başlayarkən, Jasmin yanıma gəldi

"Çox sağ ol... Dünən üçün, bu gün üçün..." dedi

Edilən yaxşılıqlar gözlə, görüldüyündə insanlara təşəkkür edilirdi, mən isə bunu sevmirdim

"Nə edirsiz edin, ancaq elə edinki evdə başqası görməsin" dedim

"Düşündüyün kimi bir sey olmayıb, Fəqan... Biz sadecə bir otaqda yatdıq"

"Jasmin, olub ya olmayıb məni maraqlandırmaz. Nə də üstümə vəzifə deyil mənim. Sadecə ehtiyatlı olun"

Qapını açıb, çıxdığımda "Fəqan..."deyə səslədi məni. Qapını bağlayıb təkrar ona dönərək
"Nə Jasmin?" dedim

"Mənə dünən Cahad hər seyi danışdı. Yəni, öz həyatın... Məndə artıq hər seyi bilirəm"

"Deməli, onun həyatında bir yerə sahib olmusan. Hər seyi bildiyinə görə, qardaşımı qəti incitmə"

"Bəs mən? Jasminidə incitmə deyən olacaq?!"

"Cahad... Cahad səni incitməməyimi məndən xahis edib. Ancaq gördüyün kimi mən incdirəm"

"İncitmə Fəqan... Mənimdə bir qəlbim var" dedi dodağının altında mızmızlanıb. Bu balaca qız, çox seyi dərindən dərk etmirdi. Və bu onun gələcəyi üçün hec yaxşı deyildi... Sözünə bir cavab vermədən evdən çıxdım. Bəzən hər sey insanın üstünə - üstünə gələrdi. Bu gün məndə o günlərdən birini yaşayırdım...

***
Günü yarılamışdım. Dərslərə güclə qulaq asmışdım desəm yeri idi. Beynim hec bir seyi götürmürdü. Ən son özümü nə vaxt belə hiss etmişdim bilmirdim. Rəvanə ilə İlkinin sevgili olduğu günün öyrəndikdəmi? Yoxsa onlara hər gün bu həqiqəti bilirəm, deyib susduğum günlərdəmi? Yenəmi o günü yaşayırdım? Ürəyimə ağırlıq edən hər seyi silib bir kənara atmaq istəyirdim. Sərxoş olsaydım, bəlkədə keçərdi... Hə, kişilər hər çətinə düşəndə içkilərə sığınır. Hələ, mənim kimi ildə dilinə bircə dəfə bu zəhərdən vuranlar üçün daha pis idi. Daha çox başqa bir sey fikirləşmədən özümü yaxın bir tanışın clubuna atdım. Bu gün hər sey kececekdi...

(Jasmin'in dilindən davam)

Dünəndən sonra Cahad ilə bir başqa yaxınlaşmışdıq. Bu gün bütün günü bir yerdə keçirtmişdik. Birinin ilk dəfə qeydimə necə qaldığına şahid olmuşdum. Üstümdə, əsib titrədiyini görmüşdüm. Bunu mənə hiss elətdirmişdi...
Gecə düşdüyündən otaqlarımıza çəkilməyin vaxtı idi. Amma biz isə hələdə qonaq otağında oturmuş tv-də bir filmə baxırdıq. Baxırdıq, deyil baxmağa çalışırdıq. Çünki, Cahad gözünü mənim üstümdən hec çəkmirdi

"Cahad mən utanıram, daha nə qədər mənə elə baxmağı düşünürsən" dedim
"Bütün ömrümün sonuna qədər baxaram sənə. Həmdə belə heyran - heyran"

"Baxa bilməyəssən"

"Nəyə görə?"

"Sən axı tərk edib gedəcəksən bu ölkəni"

"Biri qal desə getmərəm... Həm sən getmək söhbətini niyə açırsan?"

"Hec elə belə, ağılıma gəldi nəsə"

"Çıxart ağılından belə şeyləri. Mən sənsiz hec yerə getmərəm"

"Bunu zaman göstərəcək" deyib ayağa qalxdım. Bu gün çox yorulmuşdum, yatmağı düşünürdüm daha. "Otağına gedirsən?"deyib ayağa qalxdığında, başımı yelləməklə kifayətləndim. Piləkanı çıxdığımda, qonaq otağının işığını söndürərək arxamca gəldi. Otağımın qapısına çatdığımda dayandım. Oda dayanıb "Bu gün sənsiz yatacam"dedi. Güldüm

"O bir günlük olan bir sey idi"

"Məncə o qədərdə əminlikə danışma. Yağışın yağmasını gözləyirəm, yağan kimi özüm yanına gələcəm"

"Bu planından mənə hec bəsh etməmişdin!"

"İndi bəhs etdim"deyərək alt dodağın dişlədi. Mənə yaxınlaşıb, sol yanağıma bir öpücük qondurdu. "Gecən xeirə qalsın yasəmən ətrilim" deyə üzümə fısıldadı. Ardınca otağına tərəf yol aldığında, məndə tez otağıma keçdim. Əlimi qəlbimin üstünə qoyub, döyüntüsünə qulaq asmağa başladım. Hər dəfəmi belə olacaqdı?

Yarım saatdan çox idi sağa - sola fırlanırdım. Məni isə yuxu tutmaq bilmirdi. Gözlərim yuxudan hec açılmırdı, amma beynimin içi işlək vəziyyətdə özü ilə danışırdı. Yatmalı idim mən. Yatmalı! 'Of!'deyib yastığın digər üzünü çevirdim. Bu an otağımın qapısı açıldı. Kimsə dodağının altında "Nə sevgili, nə də qal dost..." deyə mahnı sözü mırıldanırdı. Otağa yalnız ay işğı düşdüyündən üzünü görə bilmirdim. Ancaq divara toxunub, işığı axtarmaq istədiyini görürdüm. İşığı yandırdığında, qarşımda Fəqanı gördüm. Fəqan məni gördüyündə, gülməyə başlayıb "Yolumu səhv salmışam..." dedi. Ayaq üstə güclə qaldığından, qapının qulpundan yapışıb, aşağı çökdü. İçmişdimi? Onu belə görməmişdim mən...

Çarpayımdan ayağa qalxıb yanına gəldim. Üzümə elə gülərək baxmağa davam edirdi. Sərxoş bir insana nə deyiləcəyinidə hec bilmirdim!

"Fəqann, eşidirsən məni?"dedim

"Yox eşitmirəm" dedi gözlərini yumaraq

Çiyninə toxunmağa başlayıb "Fəqan qalx ayağa sənə bir qəhvə hazırlayım"dedim. Gözünü anidən açıb "Imm qəhvə olar..."dedi. Bu qədər içib sərxoş olacaq nə vardı?! Ona hec yaraşdırmamışdım bu hərəkəti! Qolundan tutub ayağa qaldırmağa çalışdım. Çalışdım, çünki qaldırmağı bacarmadım!

"Fəqan kömək etsən!"dediyimdə əli ilə üz gözünü ovuşdurmağa başlayıb, yerdən dəstək alaraq ayağa qalxdı. Qapını açıb çölə çıxdığımızda, qolunu çiynimə atıb piləkanları ilə düşməyə başladıq. Ancaq Fəqan yenə dilində "Nə sevgili, nə də qal dost..."deyə mırıldanırdı.
Mətbəxə gəldiyimizdə, onu birbaşa stola otuzdurdum. Çaydanlığın altın yandırdığımda, Fəqan qəh - qəhə çəkdi öz özünə. Ardınca gülüşünü saxlayıb "Zəhləm gedir..."dedi. Ona nə olduğunu bilmirdim. Amma belə olması üçün ciddi bir səbəb lazım olduğunu, düşünə bilirdim. Yanına gəldiyimdə, gözlərinə yaş gəldiyini gördüm. Üzümə baxmağa başladığında "Sən... Sən onlar kimi olma..."dedi

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri