Çəhrayı Yalan (16-cı Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 2 989
Səs ver:
(səs: 0)
Bu cür görüntünün altında, onuda incidən bir seylərin var olması, düşüncənsi mənə pis təsir etdi. Cahadın üzü gülməzkən, Fəqandamı onun kimi idi? Onlar kimi olma dedikdə, nəyi dediyini hec başa düşmədim. Onlar bir birilərinə yalan danışıb, bir birlərindən çox seyi gizlədirdilər. Belə edərək, hər kəsə ziyan vurmuş olurdular. Fəqanın gözlərinin dərinliyində də bunu görürdüm. Gözlərini silməyə başlayıb, ardından gülərək əlini yuxarı qaldırdı. Barmaqlarına baxıb, dörd barmağını mənə göstərdi.
"Mən sənə iki qayda demişdim. Bu da üçüncü qayda olsun. Özünə bu həyatda dəyər ver. Başqalarına verdiyin dəyər, səni dəyərsiz edər" dedi. Barmaqlarına bir daha baxdığında, qəh qəhə çəkdi. "Mən dörd barmaq tutumuşam, amma qayda üç idi. Nəynək, qayda dördüdə deyirəm. Bunu ağlının bir kənarına dəqiq yaz" deyib işarət barmağını mənə salladı.

"Qayda 4. Ürəyinə birinin xəbərsiz daxil olmasına, icazə vermə. Ürəyinə bir açar vur. Açarıda at dənizə. Ürəyinə daxil olmaq istəyən insan, bacarırsa o dənizdən açarı tapıb özü çıxartsın"

Dahiyənə fikirlərini sərxoş olarkən, belə əsirgəməmişdi. Dediklərinə qulaq asmaqdan başqa, edə biləcəyim başqa bir sey yox idi.
"Səənn... Sən hec mənə cavab vermirsən. Mən öz özümə danışıram burda?!"dedi dodağının kənarını qıvrıldıb. Səssiz olduğumun fərqinə vara bilmişdi!

"Bir fincan qəhvə?" dedim

"İki olsun"

"İki niyə?"

"Sənsiz içməyəcəm. Bir qəhvənin 40 il xətri olarmış"

"40 il səni görəcəm?"

"Görməsəndə xatırlayarsan..."deyib başını masaya qoydu. Susmağım daha yaxşı imiş. Onu eləcə qoyub qəhvə hazırlamaq işinin başına keçdim. Qəhvəni hazırladıqdan sonra hər iki bardağa qəhvə əlavə edib masaya gətirdim. Qəhvəni ayılması üçün tünd etmişdim. Qəhvədən bir qudum içdikdən sonra dodağını əli ilə təmizləməyə başlayıb "Zəhər imişki bu" dedi. Bu idi zəhər?

"Zəhər səni bu günə qoyandı!"

"Hec dava edəsi halımda deyiləm"

"Səsini kəs onda!"

"Səndə"

Aman Allahım! Onu bu halda qoyub yuxarı çıxmaq vardıda, amma mənim ürəyi yumşaq qəlbim buna razı olmurdu! Neynək, sabah günün görərdi!
Qəhvəni içib bitirdikdən sonra onu köməklik edib, öz otağına qədər gətirdim. Çarpayısına atdığımda yastığını möhkəmcə qucaqladı. Gözləri çoxdan yumulmuşdu. Dilində isə yenə eyni sözü təkrarlayırdı
"Nə sevgili, nə də qal dost..."
Bu cümləyə bu qədər niyə taxılmışdı? Səsinin azaldığını gördüyümdə, yatdığını başa düşdüm. Burda daha çox qalmağın bir mənası yox idi daha. Otağından çıxıb öz otağıma gəldim. Günün sonu indi yaxınlaşmışdı. Yatmaq zamanı idi. Gecələr xeirə...

***

Axşam rahat yata bilmədiyimdən səhərimi o qədərdə yaxşı açmamışdım. Hələdə yuxu üstümdə qalmışdı. Səhər hec kimi görmədən Cahad ilə evdən çıxıb məktəbə gəlmişdik. Dərslərdə beynimi çox yormuşdu. Üçüncü dərsin olmağına baxmayaraq yuxum gəlirdi. Gözlərimi məcburi bir şəkildə açıq saxlamışdım. Qulağım isə müəllimin danışdıqlarında deyil. Uzaqdan uzağa mənə diqqət yetirən Əkbəri gördüyümdə, ona təbəssüm etdim. Dünənki dərsdə də Cahada görə hec yaxınlaşmamışdı mənə. Bu gün isə danışmaq istəyirdim onunla. Bəlkə Cahadla onu yenidən barışdırdım...
Cahadın bizə nəzər saldığını gördüyümdə, dayana bilməyib "Bir problem var?"dedim

"Yox idi... Amma belə görürəm olacaq"

"Olmasın!"

"Ona təbəssüm etmə səndə!"

"Qarışma mənə!"

"Sən var ha sən..."deyib sözünün ardını gətirmədən susdu.

"Mən nəə?! Sözünün ardın de"

"Sən adamı qatil edərsən!"

"Sən qatil olmağa meyillisən"

"Görəndə deyər gündə bir adam öldürürəm!"

Susub bir sey demedim! Müəllimin gözü üstümüzə döndüyündən... Zəng vurulan kimi mən nə edəcəyimi yaxşı bilirdim!
Zəng vurular vurulmaz parta arxasından ayağa qalxıb, Cahadı hec gözləmədən sinifdən çıxdım. Əkbərin qarşıda getdiyini gördüyümdə "Əkbər dayan" deyib onu səslədim. Atdığı addımını saxlayıb döndü. Yanına gəlib "Narahat etmədimki?" dedim

"Yox əksinə xoş oldu"

"Sevindim... Olar bir az danışaq?"

"Olar danışaq. Bufetdə gedək? Həm qarşıqlı oturub çayda içərik" dediyində razılaşdım. Bufetə gəlib çaylarımızı aldıqdan sonra boş masaların birinə əyləşdik

"Eşidirəm Jasmin səni"

"Uzatmadan danışacam sənə. Mən Cahadla səni barışdırmaq istəyirəm"

"Buna Cahad razı olmaz"

"Cahad mənə həyatın danışdı... Mən onun etdiyi səhvləri düzəltmək istəyirəm. Onla danışmağı hec sınamısan?"

"Bu məsələyə niyə bir tərəfli baxırsan? Soruş gör, mən onunla yenidən dost olmaq istəyirəm hec?"

"Bağışla... Hec belə düşünməmişdim... Sənin istəyəcəyini düşündüm... Əkbər, Cahadın pis biri olmadığını səndə bilirsən. Köhnə xatirələrə görə bəlkə fikirləşəsən?"
"
Bilmirəm... Fikirləşərəm..." dediyində gözüm bufetin qapısının kənarına sataşdı. Cahad divara yaslanıb, ordan mənə baxırdı. Adi baxış deyildi... Əsəbi və gərgin görünürdü... Baxışlarımız kəsişdiyində, nə etməli olduğumu bilmədim. O, isə yavaş adımlar ilə biz tərəfə gəlirdi. Onun əlindən hecmi rahat bir söhbət edə bilməyəcəkdim mən?
Masaya gəlib çatdığında "Söhbətinizə məndə qoşula bilərəm?" dedi. Əkbər hansı vəziyyətin içinə düşdüyünü hec bilmədi...

"Otura bilərsən" dedi

Cahad bu sözə güldü... Gülüş səsi bufetə yayıldı. Normal gülüşlə gülmürdü. Ələ salmaq istərmişcəsinə bir gülüş idi. "Oturaq... Görək siz nə danışırsız" deyib stol çəkərək yanıma oturub "Danışın mən eşidirəm" dedi. Bu uşaq niyə belə idi?

"Cahad, bu nə hərəkətdi?"

"Söhbətinizi edin! Məndə qulaq asım!"

"Etmirik hec nə! Mən qalxıb gedirəm!"

Ayağa qalxdığımda qolumdan tutdu. Dəli olmuşdu! "Otur!" dedi düz səsi ilə. Əkbərin ayağa qalxmaq istəməsini hiss etdiyimdə, təkrar yerimə oturdum. Əkbər masaya bir az daha yaxınlaşıb "Bu davranışına nə ad verək sənin?!" dedi. Mənədə maraqlı olan bir sual!

"Ürəyim belə davranmaq istəyir, məndə davranıram. Bunu keyfim ilə kahyası istəyir!"

"Birinə öz əşyan kimi davranmaqdan əl çəkmədin!"

"Jasmin mənim əşyam deyil! Ona dəyər verirəm mən!"

"Budu dəyər vermək?! Halbuki, O qız sənin yaxşılığını istədiyi üçün bu masaya mənlə birgə oturdu. Niyyəti sənlə məni barışdırmaq idi"

"Nəə? Jasmin, Əkbər düz deyir?"

Off! Hər zamanki kimi hər seyi əlimə üzümə bulaşdırdım! Əkbər masadan ayağa qalxıb, getdi. Cahad ilə aramız beləcə yenə dəymiş oldu!"Mən iki dostun yenidən birləşməsini istədim" dedim dilimi udmuş formada.

"Mənim işlərimə bir daha qarışma! Bunu hec sevmirəm!"

"Qarışmadım! Yaxşılıq etmək istədim!"

"İstəmirəm! Yaxşılığımı düşünmə!"

"Düşünmərəm!"deyib ayağa qalxdım. Bəzən o qədər qırıcı ola bilirdiki...
Bufetdən çıxıb sinifə daxil oldum. O, hələdə divarların yox etmək əvəzinə, özünə yeni divarlar hörməyə davam edirdi... Hər sey onun istədiyi kimi olsun, istəyirdi... Amma hər zaman bu belə ola bilməzdi...

Dərsin yarsından Cahad yenə ortalıqdan yoxa çıxmışdı. Məndə dərs bitdiyindən evə gəldim. Üzüm bir gülürdüsə, iki ağlayırdı... Onla yola getmək hec asand deyildi. Hec nəyi altdan almırdı... Qulaq asmadan insanları yarğılayırdı. Onu danışdırmayacaqdım... Mətbəxə keçib yeməyin altın yandırdım. Bu sırada Fəqan mətbəxə daxil oldu. Fəqanın dünənki halınıda hec düşünməyəcəkdim... Mənə göz altı baxdığını gördüyümdə, yeməkdən bir qab özümə çəkib masaya keçib oturdum. İştahımda yox idi yeməyə...
Özünə çay süzüb qarşıma oturduğunda, hələdə gözlərinin üstümdə olduğunu gördüm. Yox, amma danışmayacaqdım... Cahad, mənə dərs olsun!

"Bu gün yaman səssizsən..." dedi

Yediyim yeməyi yarıda saxlayıb, qısaca "Hə" dedim

"Hec soruşmayacaqsan, dünənki halımı?"

"Yox"

"Dəqiq sənsən? Sən bu vaxta qədər mənə 50 cürə sual verməli idin"

"Sənə sual versəmdə, cavab verməyəcəksən. Özümü boşuna yormaq istəmirəm"

"Sənə nəsə olub"

"Hec nə olmayıb mənə. Bu gündə səssiz olmaq istəyirəm. Sizin istədiyiniz kimi!"

"Bu sən deyilsən amma"

"Mən sənin vecinə deyiləm! Məni düşünmüş kimi edib, özünü aparma! Narahat olma dünənki vəziyyətini hec kimə deməmişəm. Hec kimdəndə hec nə soruşmamışam. Onsuz məni bu evdə adam yerinə qoyan yoxdu!"

Tək nəfəsdə ayağa qalxdım. Məni əsəb xəstəsi edəcəkdi bu qardaşlar! Masanın yanından keçib getdiyimdə, qapı kənarında dayanıb bizə qulaq asan Cahadı gördüm. Yanından düz keçib, otağıma daxil oldum. Otağıma daxil olmağım saniyə çəkmədən, Cahad qapını açıb içəri keçdi.
"Otağımdan çıx çölə!" deyə səsimi ucaltdım. O isə əksinə məni eşitməmiş kimi etdi. Qapının yanına gəldiyimdə yenidən "Çölə çıx!"dedim.
"Çıxmıram" deyib bir əli ilə belimdən tutaraq məni qapıya yaslayıb, qapı ilə öz arasına aldı.

"Sənin bu gün etdiyin hərəkəti, bağışlamayacam!" dedim

"Bilərəkdən etmədim"

"Mənə maraqlı deyil!"

"Soruş nəyə görə elə etdiyimi soruş!"

"Soruşmuram!"

"Jasmin... Məni dəli eləmə!"

"Nəyə görə etdin?!" dedim çarəm qalmadığını görüb. Nəfəs, alış verişini qaydaya salmağa başladı. Son dəfə dərindən nəfəs aldıqdan sonra "Qısqandım..."dedi. Bu mənə görə səbəb sayılmırdı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 989
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri