Çəhrayı Yalan (17-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 141
Səs ver:
(səs: 0)
Ortada qısqanılacaq bir sey yox idi. İki insan bir biri ilə oturub söhbət edə bilməzdimi?

"Sən məni nəyə görə qısqandın?!" dedim

"Yanında başqa birini görməyə dayana bilmirəm... Səndə üstümə çox gəlirsən"

"Üstünə gəlib etmirəm. Sevgili, dost bir birini qısqanar. Sən isə mənim hec nəyimsən. Qısqanmağa haqqın yoxdu!"

"Var! Biz bir ailəyik, eyni evin içində yaşayırıq. Səni qısqanmağa ən çox mənim haqqım var!"

"Qısqanmağa davam et onda! Məni hələ Əkbərin yanında çox görəcəksən!"

Son sözümdən səni məni özünə tərəf çəkdi. Bu yaxınlığımız hec xoşuma gəlməmişdi... Kipriyini belə tərpətmədən, mənə baxırdı. İnsan kipriyini qırpıb, gözünü oynadar hec olmaya!

"Dediyini bir daha təkrar et" dedi

"Qulağın eşitmir?"

"Təkrar et!"

"Cahad söhbəti bitir!"

"Mən bitirirəm, sən isə söhbəti uzadırsan! Yox, nəymiş Əkbərin yanında bunu çox görəcəkmişəm... Sən onun ilə danışmağa davam etsən, mən olmayacam!"

"Qarşıma şərt qoyma. Xoşum gəlmir belə seylərdən mənim"

"Jasmin, ortaq məxrəcə gələk?"

"Boş qısqanclıqlarını yığışdır. Mən Əkbər ilə sənə görə söhbət edirdim. Mənim onunla başqa söhbətim yoxdu. İndi gələ bilərik ortaq məxrəcə?"

"Gələ bilərik..." deyib, burnumun üstünə dodaqlarını basdırıb kicik öpüş qondurdu. Geri çəkildikdən sonra "Çox şirinsən... Şirinliyinə dayana bilmirəm" dedi. Bu sözü ilə az əvvəl məndə yaranmış olan əsəbimi, aldı apardı...
Mızmızlanmağa başlayıb "Şirini bu gün çox yordun"dedim

"Könlünü necə, geri qazana bilərəm?"

"Özün fikirləş"

"Tapdım... Bu həftə sonu piknikə gedək?"

"Hava daha çox soyuq olmasa olar"

"Olmaz, olsada səni yorğana büküb apararam"
dediyində güldüm. Hec kinli qalmağı bacarmırdım mən. Mənim güldüyümə görə, oda güldü... Gülüşü insanın içini isidirdi... Soyuqda donsam belə, gülüşü ilə qızınardım...
Hələdə aramızda bir məsafə olmadığına nəzər yetirdiyimdə "Məni buraxmaq fikirin var? Yoxsa pandalar kimi sarılmağa davam edəcəksən mənə"dedim. Mənə hələdə sarılı qaldığının fərqinə vardıqda, əlini belimdən çəkib "Sənə sarıldığıma hec fikir verməmişdim. Məənnn mən ən yaxşısı otağıma gedim"dedi. Bəzən aradan qaçmaq daha məqsədə uyğun idi...

Axşam üstü düşmüşdü. Hava getdikcə qaralmağa doğru gedirdi. Bir ara aşağı düşmüşdüm. Ramin bu gün evdə olmuşdu. Ona axşama yemək bişirməyə kömək etmişdim. Sonra yorulduğumdan yuxarı çıxmışdım yenidən. Hava tutqunlamışdı... Son günlərdə tez - tez yağışlar yağırdı. Bu yağışlar nə vaxt bitəcəkdi? Dekabrın son həftlərin yaşayırdıq. Yeni il yaxınlaşırdı... Yeni ilə yeni arzularım yox idi. Ümümiyyətcə mənim çox böyük arzularım olmamışdı bu vaxta qədər. Hər zaman kicik arzular ilə özümü ovundurmağı bacarmışdım. Böyük seylərdə əsla gözüm olmamışdı... Bunu özüm üçün mənfi bir sey hesab edirdim. Ətrafımda olan digər insanların yaşama eşqinə baxdıqda, özümü qocalmış kimi hesab edirdim. Dərsə get, evə gəl, işlə yenidən evə qayıt... Bu idi həyatım... Həyatımı ifadə etmək üçün, nəyinki dörd cümlə, dörd söz belə bəs edirdi...
Pəncərədən evin çölünü izlədiyimdə, Fəqanı həyitdə gördüm. Bu soyuqda, evin çölündə dayanmışdı... Mənim otağımın pəncərəsinə baxdıqda, hər ikimiz bir birimizi gördük. Başın sonra aşağı saldı... Bu oğlan nə etmək istəyirdi? Dünən sərxoş olub evə gəlirdi, bu gün çöldə soyuqda dayanırdı...
Hec bir seydə bilmirdim... Onsuzda O, mənə nəsə deməzdi...
Pəncərə qarşısında dayanıb bir az daha çölə nəzər yetirdim. Həmdə Fəqanın evə gedib getməmisənə fikir verirdim. Ancaq O, isə hələdə çöldə idi. Evə getməyə niyyəti yox idi. Mən burda dondum, O çöldə donmadı!
Yenə üstümə olmayacaq bir vəzifə alacaqdım. Məndə düşəcəkdim aşağı... Hə, ağıllanmayacaqdım... Bu təmiz ürəklə, ağıllanmağım çətin olardı...
Üstümü qalın edib evdən çölə çıxdım. Arxa bağçada özü üçün fırlanırdı... Addım səsi eşitdikdə arxasına baxaraq məni gördü. Səssizmi qalacaqdım? Yoxsa danışıb bir sözmü deyim?

Mən bu iki secim arasında qalarkən, Fəqan məndən cəld davranıb "Səssizliyinə öyrəşməmişəm..." dedi. İlk dəfə idi, ona ürəkdən güldüm...
Kicik adımlar ilə yanına gəlib dayandım. Təbəssüm edirdim, lakin danışmırdım...
"Sənə susmaq hec yaraşmır biləsən" dediyində üzümdəki təbəssüm daha çox böyüdü. Yad planetlidən belə sözlər eşitmək...

"Danışdıqda, mənə cavab vermirsən deyə məndə susmağı secirəm" dedim

Ah, nəhayət danışa bilmişdim. Mən hər danışanda, qəlbimi qırırdı. Onun yanına gəlməklə, buna şərait yaradırdım.

"Bu gün bir istisna olsun. Sən sual ver məndə cavab verəcəm" dedi

Bu dəqiq Fəqan idi? Yad planetli hara getmişdi?

"Planetində hər sey qaydasındadı? Sən belə davranmazdın" dedim

"Planetim dağılmaq üzrədi"

"Səndə dağıntı altında qalmayasan deyə, mənimlə danışmaq istəyirsən. Düz başa düşdüm hə?"

"Mən çoxdandı dağıntı altında qalmışam. Hec kimdə məni xilas etmir"

"Immm... Onda ilk sual gəlir. Dünən gecə niyə o halda idin?"

Gözlərin uzağa dikdi... Nəsə düşünürdü... Gözlərin yumdu... Bir necə saniyə keçdikdən sonra açdı... Gözünü uzaqdan çəkib, mənim üstümə saldı

"Deyəcəm sənə hər seyi... Amma sən soyuqda qalmağı sevmirsən. Bəlkə içəri kecək?"

Mən dəqiqələrdi bu sözü deməsini gözləyirdim?! Düzdü soyuqda qala bilmirdim. İndi getməkdə istəmirdim... Onun danışmaq istəməsində havanın böyük rolu olduğunu düşünürdüm. Evə qapansaydı hec nə danışmazdı. Nə də mən vaxt itirmək istəmirdim!

"Evə girmək istəmirəm... Həm üşümürəmdə, üstüm qalındı... Mən səni nəyin incitdiyini bilmək istəyirəm. Mənə bir seylər desən bəlkə üstündən yük götürülər"dedim
Başını 'yaxşı' mənasında yellədib, əllərini cibinə saldı. Danış, adam...!

"Mən içən insan deyiləm, təbiətimə tərsdi. Hər sey üst - üstə yığıldığı üçün dünən o qədər içmişəm. Hec işə yaramadı... Səhər yuxudan oynandan, bu vaxta qədər başımda böyük ağrı var. Dərmanda atdım keçmədi... Sənində başını çox ağırtmaq istəmirəm..."dedi

Bura qədər mənə hər sey aydın olmuşdu. Bəs bundan sonrası? "İndi gələk, səbəbə... Necə deyim hec bilmirəm..."deyib dərin bir iç çəkdi.

"Fəqan, necə varsa elədə de. Nə çox, nə də əksik..." dedim

"Biz Rəvanə ilə keçmiş məhləmizdən tanışıq. Uşaqlığımız bir yerdə keçib. Mən isə uşaq yaşımdan onu sevmişəm. Sevgim isə bu günə qədər qarşılıqsızdı. Onu sevdiyimi bilsədə, mənə hec bie şans tanımadı... Rəvanə İlkin ilə sevgilidi... Bunu məndən gizlədib, illərdi mənə demirlər. Mənim sol tərəfim yox vəziyyətindədi hal hazırda" dedi

Daha böyük şok yaşadım... İlkinin mədəsi belə bir seyi necə götürmüşdü? Həyat bu qardaşların üzün hecmi güldürməzdi?
"İlkin... İlkində onu sevdiyini bilirdi?"dedim bu cür həqiqətin şokundan çıxmağı bacarıb.

"Hər seydən xəbəri olan, İlkin bunu bilməyəcəkdi? Bilir... Bilə - bilə mənimlə oynayır! Mən bu həqiqəti biləndən sonra belə oldum... Kimə güvənim? Öz qardaşım məni kürəyimdən vurarakən, mən kimə etibar edim daha? Amma ən böyük axmaqlıq özümdədi. Hələdə Rəvanənin sevgisini özümə yük edirəm. Onu gördükdə, onun tilsiminə qapılıb gedirəm... O gündə ona görə sənin qəlbini qırıb, sənə yox imiş kimi davrandım... İnan nə etdiyimi hec özüm bilmədim... İçimdə ona qarşı olan sevgi yana nifrət mənim gözümü hələdə kor edib"

Ürəyi belə seyə necə dözmüşdü? İçində fəlakət qoparkən, hər kəsə qarşı buz kəsməyi bacarmışdı... Mən daha nə deyəcəyimi hec bilmirdim... Bunu bir qardaş, digər qardaşa necə etmişdi?

"Sən ürək həkimi olacaqsan, öz ürəyinə bir çarə tap. Bax, yoxsa mənim, ürəyim xəstə olsa sənin yanına gəlməyəcəm" dedim

"Güldürməyə çalışma məni. Hec güləsi halda deyiləm"

"Səni güldürməyi mən bacara bilmərəm... Sən mənə gülmürsən"

"Yalandan gülüm? "dediyində addım atıb qarşına keçdim. Cibimə yerləşdirdiyim əlimi çölə çıxardıb, yuxarı qaldırdım. Fəqan isə nə etdiyimə baxırdı. Barmaqlarımı alının kənarına incə şəkildə toxundurub, masaj etməyə başladım

"Başının ağırısı üçün..."dedim

Bir necə saniyə gəzdirdikdən sonra, anidən əlini əlimin üstünə qoyub, aşağı saldı. Əlləri hələdə əlimi tutmuşdu

"Əllərini üşütmə... Baş ağrım keçən deyilən mənim... Ürəyimin ağrısı kəsmədikcə, başımın ağrısıda kəsməz" dedi

Gözüm yenə əllərimizə sataşdı... Əlini əlimdən çəkmək fikri vardı? Yoxsa mən çəkim?
Gözləri əllərimizi tapdığında, tez əlini çəkdi. Oh, çox şükür...

"Mənə dediyin qaydaları özünədə de... Bəlkə işə yarayar" dedim

"Mənim qaydalarımın özümdən başqa hər kəsə xeyiri var. Hamıya köməklik edib psixoloq olan şəxs, özünə gəlincə xəstə olur"

"Mən xəstəni sağaldacam. Sən isə həkimin işinə qarışmayacaqsan"

"Hec nə istəmirəm... Nə xəstə olmaq, nə də sağalmaq"

"Mən isə həkim olmaq istəyirəm. Sözümü yerə salma"

"Yaxşı razı olaram. Ancaq bu həkim xəstə işinə bu həftədən deyil, gələn həftədən başlayaq. Bu aralara dərslərim çox olur"

Buna razı olardım... Onu bu dünyaya geri qaytarcaqdım...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 141
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri