Çəhrayı Yalan (18-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 372
Səs ver:
(səs: 0)
Həftə sonu
Həftə sonu olduğundan, Cahad məni piknikə aparırdı. Soyuğa rəğmən, göyüzündə günəş vardı. Yağışlı günlərdən sonra göyüzünə günəş çıxmışdı. İndi maşında idik, yola düşmüşdük. Raminin maşınını bir günlük ondan borc almışdı. Dediyinə görə, əslində İlkinin maşını ona alınıbmış. Cahad isə aralarında daha çox söz söhbət düşməsin deyə, maşını İlkinə verib... İlkinin adı gəlincə canımı bir əsəb bürüyürdü. O, insan özündən başqa hec kimi düşünmürdü. Yaxşı ki onunla çoxda səmimi deyildim, onun hərəkətlərinə boyun əymirdim. Fəqanla axırıncı söhbətimizdən sonra çoxda ünsiyyətimiz olmamışdı. Dərsdən evə gəlib, otağa girib ordan çıxmırdı. Bir sözlə gözə görünməz olmuşdu... Onun ürək ağrısını dindirmək lazım idi... İllərdir bitməyən ürək ağrısını necə dindirəcəkdim? Bu günü yola verdikdən sonra onunla məşğul olmaq lazım idi. Özünə qurduğu planetindən ayrılmaq vaxtı idi...

Başımı maşının şüşəsindən çəkib Cahada nəzər yetirdim. Üzündə bilmədiyim bir təbəssüm vardı. Nəyə bu qədər təbəssüm edirdi, hec bilmirdim. Ancaq sevincli olduğu hər halından bəlli idi

"Xoşbəxtsən indi?" dedim

"Uzun yol, yanımda da sən... Hə, çox xoşbəxtəm"

"Uzun yolu məndə çox sevirəm. İnsanın fikiri dağılır. Sənlədə ilk dəfədi yola çıxıram"

"Aramızda olan problemlərin həll olunması üçün bu piknik şərt idi. Bizi bir - birimizə daha çox bağlayacaq"

"Sən yetəri qədər bağlısan mənə"

"Bəs sən? Sən yetəri qədər bağlanmısanmı mənə?" dediyində bir sey deyə bilmədim. Bağlılıq hər keçən gün daha çox artan bir hiss idi. Biz uzaqlaşmaqdan, daha çox artmasına kömək edirdik. Bunun sonunun necə olacağınıda hec bilmirdim. "Bağlılıq keçəri hissdi məncə"deyib söhbəti fərqli yerə çəkdim

"Keçəri hiss deyil. Bağlılıq keçəri bir hiss olsaydı, sən çoxdan keçib gedərdin məndən"

"Cahad, bağlılıqdı, xoşlanmaqdı, çox istməkdi bunların hamısı həvəsdi. İnsan həvəsini aldıqdan sonra daha xoşlanmağa belə davam edə bilmir. Bu hisslərin ardıcıl sonluqları belədi"

"Kimisə sevmisən bu vaxta qədər?"

"Yox... Sevginin necə bir sey olduğunu bilmirəm. Həm kimisə sevməkdə istəmirəm"

"Arada sevgi haqqında olan kitabları aç oxu. Bəlkə onda biləsənki sevgi nədi"

"Oxuyuram... Amma çatmır mənə... İnsan birini sevərkən, özünü unudur deyirlər. Mən isə özümü unutmamışam"

"İndi əlini tutsam nə olar?" deyə dediyində çıxmaza düşdüm. Mənə nəyisə sübut etmək istəyirdi... Əlimdən tutsaydı, hec nə olmazdı... Olmazdı deyilmi?

"Hec nə... Əlin əlimə dəymiş olar"dedim bivec şəkildə. Əlini dizimin üstündə olan əlimə yaxınlaşdırıb tutdu. Yenə əli əlimdə idi...
"Yol boyu əllərimiz belə qalacaq. Sənə görə bir problem olmazki?"dedi gülərək
Mənə nəyi sübut etməyə çalışırdın sən?! Olmaz desəydim, başqa bir sey ilə sınamağa çalışacaqdı... Qalsın əllərimiz belə, bir ziyanı olmaz

"Mənə görə olmaz, amma sən maşın sürürsən"

"Tək əllədə idarə edə bilərəm mən. Əlin əlimdə olsun bəsimdi"

"Əlim, əlindədi... Yola bax, ölmək istəmirəm mən"

"Qorxma bir sey olan deyil"

Gözlərin nəhayət üstümdən çəkib, yola baxmağa başladı. Maşını tək əli ilə idarə edirdi. Digər əli ilə əlimdən möhkəm tutmuşdu. Sanki, qaçası yerim var idi...
Yol boyu əlini əlimdən hec çəkməmişdi. Bildiyiniz əlim əlinə bağlı qalmışdı... İnsan yorulub çəkər... Elə bir yerə daxil olmuşduqki, yolun sağıda soluda ağaclıq idi. Qarşımızda düz yol var idi. Uzun yol, yanımda Cahad... İçimdə həmin qıpırtı, ürəyimdə də həmin sürətli döyüntü...

Bu qədər uzağa gətirməli nə vardı? Maşını yolun bir kənarında saxladıqdan sonra, əllərimizə baxdı. Ah, nəhayət ayrılırdı...
"Əllərimizi bir birindən ayırıram"dediyində "Bir zəhmət ayır daha"dedim. Əlini əlimdən çəkdikdən sonra barmaqlarımı oynatmağa başladım. Bildiyiniz keyləşmişdi... Maşından aşağı düşdüyümüzdə, arxa qapını açdı. Mənə aldığı çəhrayı rəngli əlcəkləri maşının arxasından götürüb "Bunları taxacaqsan"dedi. Off! Onları taxsam hərəkət edə bilməzdim.

"İstəmirəm..."dedim dodaq altı

"İstəsəndə, istəməsəndə taxacaqsan" dedi

Yanıma gəldiyində əllərimi ona tərəf uzatdım. Əlcəyi özü geyindirməyə başladı. Bir etmədiyi bu qalmışdı, bunuda etdi. "İndi güvəndəsən" deyib əllərimi öz üzünə basdırıb gülümsədi. Sonra maşının arxa hissəsin açaraq piknik səbətin çıxartdı. Hər seyi özü hazır etmişdi. Mən hec bir sey etməmişdim...
Onun arxasıyca irəllədim. Ağaclarla əhatə olunmuş yerdə, bir necə taxtadan hazırlanmış masa və stollar vardı. Kicik bir təpə başında da iki ədəd yelləncək var idi. Cahad əlindəki səbəti stolun üstünə qoyub içində mavi rəngli süfrə çıxardıb masaya sərdi. Yanına yaxınlaşıb kömək etmək istədiyimdə "Sən otur hər seyi özüm edəcəm"dedi. Cahad səbətin için boşaldarkən, məndə böyük taxta stolun bir kənarına oturub ətrafı seyr etməyə başladım. Burada dünyadan uzaq bir yer idi. Çox səssiz idi... Sakitlik höküm sürürdü... Tamda istədiyim sey bu idi. Hər kəsdən kənar, və hər kəsdən uzaq olmaq. Ətrafda da hec kimin olması işimə gəlmişdi. Cahad yanıma keçib oturaraq
"Bəyəndin buranı?"dedi.

"Bəyəndim. Amma yanımda sən olduğun üçün daha çox bəyəndim" dedim ondan bir sey gizlətməyərək. Burda olmağı ona borclu idim. Əlindən gələn hər seyi edən O, idi

"Əslində yerin bir mənası yoxdu. Əsas insanın yanında olanlardı. Ancaq mən yenədə sənin kicik istəklərini yerinə yetirmək istədim. Atanla olacaq işlər deyildi bunlar" dedi

"Atamın yadına belə düşmürəm desəm, yalan demiş olmaram. Yaxşı bir insan ola bilər. Amma hec vaxt yaxşı ata olmadı mənə. Əksiy buraxdı məni"

"Kefini pozmaq istəməmişdim"

"Yox pozulmadı kefim. Sənlə burda olmaq daha gözəldi"

"Elə isə bir seylər yeyək"

"Yeyək" deyib əlimdəki əlcəyi çıxartmaq istədikdə, əlimi tutub saxladı.

"Mən özüm öz əllərimlə yedizdirəcəm. Çıxartma sən əlcəklərini"dedi

İmkan verməyəcəkdi mənə. Əlcəyi təkrar əlimə salıb süfrəyə baxdım. Tək sey istəyirdim oda şokalad... Şokalıdıda yetəri qədər almışdı. Gözümlə şokaladı işarə edib "Ondan istəyirəm" dedim. Əlini işarə etdiyim şokalada atıb, götürdü. Şokaladı açıb mənə yaxınlaşdırdığında bir dişləm alıb yeməyə başladım.

"Şokalad yeyən insanlar xoşbəxt olur" dedi

"Mən onsuzda xoşbəxtəm indi" dedim

Gözüm ilə təkrar yedirməsini işarət etdim. Yenə bir dişləm alıb yeməyə başladığımda "Filmlərdəki kimi olmasın ha" dedim.

"Filmlərdə necə olur?"

"Şokalad qızın dodağının kənarında qalır. Oğlanda onu silir. Çox klassikdi"

"Səncə mənim bu klassikə ehtiyyacım var?"

"Məncədə yoxdu. Nəyə lazım boş bir seydi"

"Mən dodağının kənarına şokalad qalmasını gözləmərəm. İstəsəm toxunaram"

"Cahad bəydən iddialı çıxışlar" dediyimdə mənə bir az daha yaxın durdu. Dediyini etməz hər halda! Soyuq havada isti nəfəsi üzümə vurduğunda, üzümə tərəf "Şokaladını ye, az danış" dedi. Susub şokaladımı yeseydim həqiqətən yaxşı olacaqdı. Gözlərimi qırpıb "Yax-şı"dedim kəkələyərək. Burnumu sıxıb "Afərim belə ağıllı qız ol"dedi. Buna bax sən!
"Susmayacam!" deyib meydan oxudum.
"Demək susmayacaqsan..."deyərək daha çox yaxın dayanıb "Yenədə susmayacaqsan?"deyə əlavə etdi. Yox, ona boyun əymək istəmirdim. Gözlərimi onun üstünə zillədiyimdə, baxışları dodaqlarımı tapdı. Başını əydiyində, gözlərimi yumdum. Gözlərimi yumduğumda, dodaqlarını dodağımın kənarında hiss etdim. Bilmirəm niyə, amma gözlərimi hec açmadım. Bunu başqası etmiş olsaydı, onu döyərək üstümdən atmış olardım. Cahad yaxın dayandıqda isə axan sular durulurdu elə bil. Dodağımın kənarını basdıraraq öpdüyündən sonra kənara çəkilməsi ilə bu yuxudan ayılmış oldum. Bundan sonraki davranışlarımız necə olacaqdı? Üzünə lal dinməz baxmağa davam etdiyimdə "Şokaladın dadına baxırdım" dedi

"Şokaladın dadına dodaqlarımdan, baxırdın?"

"Dodaqlarından deyil, dodağının kənarından"

"Nə fərqi? Geri çəkilməyi bacarmasaydın nə olacaqdı?!"

"Səni öpmüş olacaqdım.Onda şokalada deyil, dodağının dadına baxmış olacaqdım"

"Necədə asand bir şəkildə deyirsən!"

"Sən nəyə əsəbləşdin? Səni öpmədiyimə?"

"Arsız olma!" deyə ciddiyyət ilə danışdığımda yanımdan ayağa qalxıb əlini mənə uzatdı.
"Gedək yellənəcəyə" dedi.Söhbətdən qaçmasına bax!

"Əlindən tutmayacam!"dedim

Əlini boş qoyaraq ayağa qalxıb, özüm yelləncəyə tərəf getməyə başladım. Yanımda onu görmədiyimdə, dönüb arxama baxdım. Olduğu yerdə qalıb tərpənməmişdi

"Niyə gəlmirsən?" dedim

"Əllərim boş qaldı"

"Belə olmasını sən istədin"

"Bilirəm... Hər seyi bərbad edirəm mən"

"Hec nəyi bərbad etmədin. Yanıma gəl" deyib qollarımın ikisinidə açdım. Bu günün bərbad olmasını hec istəmirdim. Mənim kimi Cahadında sevinməyə haqqı vardı. Uzaq üzünün güldüyünü gördüyümdə, qaçaraq yanıma gəlib, qollarını belimə dolayaraq məni qucaqladı

"Jasmin səni o qədər çox istəyirəmki... Səndə yaşaya bilmədiyim uşaqlığımı görürəm" dedi.

Onu incitməyə hec haqqım yox idi. Mənə yaxın olan insan O, idi. Mənə bənzəyən birindən özümü uzaq tutmağa hec dəyməzdi. "Onda indi uşaqlıq edək" deyib ondan ayrıldım. Yelləncəyin birinə mən mindiyimdə, digərinədə Cahad mindi. Yellənməyə davam etdiyimizdə "Yeni ilə az qalıb"dedim. Yeni ilidə onunla keçirtmək istəyirdim

"Yeni ili o qədərdə çox sevmirəm" dedi

"Sevməlisən. Yeni il yeni arzular deməkdi"

"Hər kəs üçün elə deyil... Mənasız bir seydi"

"Niyə belə düşünürsən?"

"Çünki, uşaqlar evində böyüyən uşaqlar var. O uşaqlar üçün Yeni il günü, şaxta baba gəlmir...
Hər il şaxta babaya məktub yazıb, valideyinlərinin onları ordan almasını istəyirlər. Axı, uşaqlar evi ana qucağını əvəz etmir..."

Bu sözündən sonra nə qədər mənasız danışdığımı başa düşdüm. Haqqlı idi, bu dediklərində. "Onda keçirtmərik" dedim

"Yox keçirdərik... Bəlkə sənlə olan yeni ilim daha uğurlu gələr" dedi

Uğur bizdən yana olardı görəsən?

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 372
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri