Çəhrayı Yalan (19-cu Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 102
Səs ver:
(səs: 0)
Piknik etdiyimiz gündən üç gün keçmişdi. O gün yaddşımdan hec bir zaman silminəyəcəkdi. Mənə incə və narin bir şəkildə yanaşmışdı. Yanaşmağada davam edirdi. Belə etməsi, məni düşündürürdü. Onsuz, evdə hərəkət etmək belə istəmirdim. Hər seyi bir edirdik, bir yemək yeyirdik, bir dərsə gedirdik, evdə dərslərə bir yerdə hazırlaşırdıq, filmlər secib bərabər izləyirdik. Bizi bu piknik daha çox yaxınlaşdırmızdı bir birimizə. Mən isə ondan uzaq dayana bilmirdim. Uzaq qalmaq nə ona yaxşı gəlirdi, nə də mənə...
Axşam üstü düşmüşdü. Bu gün Fəqana vaxt ayıracaqdım. Bir azdan onunla gəzintiyə çıxacaqdım. Hər seyin başı ayağı söhbət idi. Söhbət eməklə hər işi qaydasına salmaq olardı. Otağımın qapısı döyüldüyündə "Gəl"dedim. Fəqan qapını yarı açıb, boylanaraq içəri baxdı.
"Gəldim deyəmki mən hazıram. Ancaq bil, çox söhbət etməyəcəm" dedi.

Bunu yol gedərkən bilcəkdim. Üstümü geyindikdən sonra otaqdan çıxıb aşağı düşdük. Ortalıqda atam ilə Mətanət xanım vardı. Hələdə ona səslənmirdi... Baxmayaraqki 2 aya yaxın idi burda yaşayırdım. Amma içdən içə sevirdim onu. Axı O, Cahada sahib çıxmışdı... Mənə təbəssüm etdiyində, məndə ona gülümsədim. "Hara gedirsiz?"deyə cana yaxın bir tərzdə dediyində, Fəqan araya girib "Biz bir az hava almağa çıxırıq. Tez qayıdarıq, narahat olmayın" dedi. Atam tərəf hec baxmadan evdən çölə çıxdıq. Çöldəki ayaz indidən üşüməmə səbəb olmuşdu. Qışı hec sevə bilmədim mən...

Küçəyə çıxıb yavaş - yavaş addımlamağa başladıq. Yolun sonuna qədər gedəcəkdik. Davam etdiyimiz yolda, Fəqan hələdə susmuş, bir sey danışmırdı... Danışmaqla bu qədərmi arası olmaz insanın?

"Danışmaq üçün çıxartdım səni çölə" dedim

"Təmiz hava beyinə yaxşı gəlir. Dili açmır Jasmin"

"Amma sən danışmalısan. Susmaq işə yaramır"

"Mən o günü içməsəydim, sənə səhəri hec nə danışmayacaqdım. Hələdə sənə hər seyi necə demişəm hec bilmirəm. Bunu özümə bağışlaya bilmirəm"

"Mən səni nə asdım, nə də kəsdim. Sənə qulaq asdım. İndidə problemini aradan qaldırmaq istəyirəm. Sən onu unutmalı onun yerinə həyatına başqasını salmalısan"

"Dedi, birini unuda bilməyib, yerinə başqasını ala bilməyən qız"

"Mənim bu vaxta qədər sevdiyim insan olmayıb. Sevmədiyimə görədə unutmağa çalışmıram"

"Sən get öz problemlərini həll et. Özünə vaxt ayır. Sonra mənim problemlərimə çarə taparsan"

"Açıq danış nə deməyə çalışırsan?!"

"Cahadı sevirsən?"

Verdiyi suala addığım adımımı saxladım. Cahadın adını eşidər eşidməz, ürəyimin sürət axışı yenə çoxalmağa başladı. Mən bu sualın olma ehtimalını belə düşünməmişdim... O, olmayanda darıxırdım. Onsuz hec bir işi görmək istəməzdim. Yanımda olan mənə hüzur bəxş edirdi. Məni əzizləməsini, qeydimə qalmasını sevirdim. Məni qucaqlayanda özümü güvəndə hiss edirdim. Hər sözü ilə mənə inam bəxş edirdi. Amma bu sevgi ola bilməzdi hə? Bu sevgi ola bilməzdi...

Beynimdən onunla bağlı düşüncələr keçərkən, hamısını bir kənara atıb "Əlbətdəki yox!"deyə səsimi ucaltdım. Ümüd edirəm səsim titrəməmişdi... Özümü bu mövzuda ələ vermək istəməzdim

"Sən hisslərini məncə sorğula... Onlar sənə nəyin nə olmadığını deyəcək" dedi

"Fəqan bu sualı mənə necə verirsən?! Bizim aramızda hec nə ola bilməz. Biz eyni evin içində yaşayırıq, biz bir ailəyik!"

"Ailə olduğun indi ağılına gəldi?! Sən ondan uzaq dura bilmirsən. Səhv olduğunu bilə - bilə ikinizdə bir birinizdən əl çəkmirsiz. Buna sevgi deyirlər Jasmin... Sən çoxdan bu sevginin közündə yanmısan!"

Onun haqqlı çıxartmaq istəmirdim. Belə sey yox idi. Olada bilməzdi... İki insan bir birinə yaxşı gəlirdisə, bu onların bir birini sevməsi mənasına gəlməzdi

"Söhbəti bağla! Elə sey yoxdu. Onu sevmirəm mən!" dedim. İçimdəki qəzəb sönmək bilmədiyindən, hecalara ayıraraq "Sev-mi-rəm!"deyə yenidən təkrar etdim.
"Mən sənlə gəzmək istəmirəm! Sən özün tək gəz!" deyərək yolun yarsından döndüm. Evə qayıdacaqdım... Bu yad planetlinin bu sözlərini daha çox eşidə bilməzdim. Normal olaraq, əsəbləşmək haqqım idi. O, mənlə danışmalı idi. Mən onunla yox...

Evə gəlib çatdığımda əsəblə otağıma daxil oldum. Düşüncəsi belə nədənsə məni dəli etmişdi. Ya Fəqan dediyi kimi idisə? Mən onu sevirdim? Səhv adam olduğunu bilə - bilə ürək onu sevə bilərdi?! Edərdi bunu mənə?! Düşünmə... Daha çox düşünsəydim, bu mövzu beynimə çox taxılacaqdı... Üstümü dəyişib, saclarımı yığaraq yerimə daxil oldum. Mənə görə yatmaq ən yaxşısı idi. Yatmağa çalışdıqca hec yuxum gəlmirdi. Havada olan külək səsidə otağımdan hiss edilirdi. Yenə dəyişmişdi bu hava. Sakit keçsəydi, olmazdımı? Yorğanı başıma qədər çəkib, gözlərimi yumdum. Eşitmək istəmirdim səsi...
Havasızlığa daha çox dayana bilməyib, yorğanı başımdan aşağı çəkdim. İndidə yağış damlalarının səsini eşitdim. Tək - tək atırdı... Yenə başladı mənim üçün kabus. İndi yatki yata biləsən...

Sağa - sola bir az daha fırlanıb, yatmadığımı gördüyümdə telefonu əlimə aldım. Bir az internetdə gəzməyin zərəri olmazdı. Sürətlənən yağış kəsənə qədər məni yuxu tutmazdı onsuz. İnterneti yandırdığımda bir çox insandan mesaj gəlmişdi. Onlardan biridə Cahaddan idi

"Qorxursansa yanına gələ bilərəm" deyə yazmışdı. Mesajı saat 11 dən atmışdı indi isə saat ikiyə qalmışdı... Çoxdan yatardı...
"Qorxuram. Amma sən indi yüzüncü yuxuda olarsan :)" yazıb göndərdim. Bir yatmayan mən idim. Telefonda bir az vaxt keçirtdikdən sonra otağımın qapısı döyüldü. Qapını ruh döyməyəcəyinə görə hər halda Cahad idi. Saniyə sonra qapı açıldığında, Cahadın içəri keçdiyini gördüm. Otağa düşən işıqdan onun olduğunu ayırd edə bilmişdim. Həmdə başqa bu saatda otağıma kim gələcəkdi ondan başqa? Mənə yaxın gəlməyə başladığında fısıltı şəkilindş "Yatmamışdım..." dedi. Yatmadığını görə bilirdim. Baş ucuma gəlib dayanaraq mənə baxdığında "Niyə gəldin?"dedim

"Çünki qorxursan"

"Hər qorxduğumda yanımda olacaqsan?"

"Əlimdən gəldiyi müddətcə hə"

"İndi nə edirik?"

"İndi yatırıq. Necə saatdı yuxusuz qalmışam, gözlərim ağrıyır"

"Yanıma gəlməyi əvvəldən planlaşdırmısan"

"Külək əsdiyi andan yanına gəlməyi fikiləşirdim. Yağışın yağmasıda mənə fürsət oldu"

Onunla yenə eyni yatağı paylaşlacaqdım. Fəqanın dedikləri anidən ağılıma gəldi. Bir başqası olsaydı, yanıma yaxınlaşmasına icazə verərdim? Ya qəlbim idi Cahadı istəyən?
Ona bir sey demədən çarpayının bir kücünə keçib, arxamı ona çevirdim. Çarpayının boş qalan tərəfində ağırlıq hiss etdiyimdə, yorğanın küncün özüm tərəfə çəkdim. Bu dəfəki hiss daha başqa idi. Hisslərimi indi burda, O yanımdaykən sorğulamaq istəmirdim.
Qəlbimdə ondan yana olmuşkən, ondan uzaq qalmaq istəmirdim. Mənə yaxınlaşdığını hiss etdiyimdə, əlini qarın boşluğuma qoyub məni özünə daha çox çəkdi. Başını boyun girəcəyimə salıb "Ehtiyyacım olan tək sey" dedi. Ah Fəqan sən mənim beynimi qarışdırdın... İndi özümü tikan üstündə oturmuş kimi hiss etdim. Cahadın ilıq nəfəsi boynumun üstündə idi. Ona tərəf çevrilib, ona baxmaq hissini içdən içə dəf etməyə çalışırdım. Dərindən nəfəs alıb verməyə davam etdiyimdə, Cahad məni daha möhkəm qucaqlayıb "Sənə nəsə olub"dedi. Ona bildirməli deyildim

"Hec nə olmayıb. Qorxuram və yuxum gəlir" dedim

"Mən yanındayam nəydən qoxursan?"

"Qorxmuram daha. Sən yanımda olanda mən hec nədən qorxmuram"

"Qorxacaq bir seydə yoxdu. Gözünü yum, yatmağa çalış"

"Yuxumda səni görüm Cahad?"

"Yuxunda məni qucaqlayacaqsansa gör"

"Səni qucaqlamaq üçün yuxuya ehtiyyacım yoxdu" deyib əlimi qarın boşluğumda olan əlinin üstünə gətirdim. Sonra azca başımı onun tərəfə çevirib ona baxdım. Bu qaranlıqda tək işıq yerim, gözləri idi. Nəfəsi üzümdə, burnu burnumun ucunda idi. Biz bu qədər yaxınikən, bu qədər uzaq qalmağıda bacara bilirdik. Məsum istəklərimiz var idi. Qucaqlmaq kimi... Məsum hərəkətlərimiz var idi. Dodaq kənarından öpmək kimi... Biz bunlarla bütünləşirdik. Əlinin birini üzümə yaxınlaşdırıb, barmaqlarını üzümdə yavaşca gəzdirdi. Üzümü oxşmağı davam etdirərək, alınımada bir öpücük qondurub "Yaxşıki yer üzünə düşmüsən mələk" dedi. Mənə ilk dəfə idi mələk deyirdi... Və ilk dəfə idi bu söz mənə deyilirdi. Mən atamdan belə sözlər eşitməmişdim. Məni belə sözlərlər əzizləməzdi... Atam ən son mənə nə vaxt qızım demişdi? Bu xoş sözə gözlərimi yumdum. İndi yağış damlalarının səsini, Cahadın isti nəfəsi əvəz etmişdi. İndi içimdəki qorxu keçmişdi. Ona sığınan tərəfimin məni hec vaxt yanıltmamasını istəyirdim. Bir dəfə üzüm gülsə olmazdımı?

Səhəri gözlərimi açanda Cahad çoxdan yanımdan getmişdi. Kimsə görməsin deyə getmiş olmalı idi. Dünən çox rahat yatdığımı düşünüb, gülümsünərək ayağa qalxdım. Güzgü qarşısına keçib özümə baxdığımda, üzümdə güllər açdığını gördüm. Fəqan hər nə qədər üzümün gülünü soldursada, Cahad yenidən bu gülləri özünə gətirmişdi. Üstümü dəyişərək gündəlik işlərimi həll edib otağımdan çıxdım. Ətrafda olan səssizlik diqqətimi çəkdi. Ev əhli hara yoxa çıxmışdı? Mətbəxə daxil olub bir seylər yedikdən sonra mətbəxi yığışdırmağa başladım. Ev işləri mənlik olmasada, ortalığı yığışdıra bilərdim. Mətbəxlə olan işim bitdiyində, İlkin mətbəxə daxil oldu. Onunla demək olar hec danışmırdım. Fəqan mənə hər seyi danışdıqdan sonra üzünə baxmaq istəmirdim. İşimdə bitdiyinə görə məni burda saxlayan bir sey yox idi. Mənə tərəf gəldiyində, mən yanından keçdim. Amma qolumdan tutub məni saxladı. Qolumu əlindən çəkməyə çalışıb "Qolumu burax!" dedim. Əlini qolumdan boşaltmağa başlayıb "Əlimi qolundan çəkəcəm səndə mənə qulaq asacaqsan" deyib əlini qolumdan çədki

"Sənin nəyinə qulaq asacam?" dedim

"Cahad səni incidər. Ondan uzaq durmaq sənin xeirinədi"

"Yenə Cahad mövzusu?!"

"Bir birinizin otağınızdan çıxdığınıza görə"

"Bizim nə etdiyimiz sənə qalmayıb!"

"Yatırsız onunla?" deyib üzümə əylənmiş formada baxdı. Hec utanması yox idi!

"Sən nə çox alcaq bir insansan! Şərəfsiz!" deyərək yanından keçmək istədiyimdə yenidən qolumdan tutub məni özünə tərəf çəkib
"Mənə şərəfsiz deməkdə tələsdin. Şərəfsiz sənin hər gecə yatdığın oğlandı! Məsum ayağına az yatın!" dedi. Var gücümlə onu itələyib ondan ayrıldım. Gözlərimin yaşardığını hiss etdiyimdə, dodaqlarımı bir birinə basdırdım. Qarşısında aciz görünmək istəmirdim! Dediyi kimi bir sey əsla aramızda yaşanmamışdı!

"Dodaqlarının arasından bir daha artıq kəlimə tökülsə, dərsini alacaqsan!" dedim

"Artı kəlimə tökülmür. Olan seylərdi... Hər halda bütün gecə bir birinizə nağıl danışmırsız. Cahad ağızının dadını yaxşı bilir" dediyində daha çox dayana bilmədim. Üzünə bir şillə çəkdim. Əlini şillə çəkdiyim üzünə gətirib toxunmağa başladıqdan sonra, məni anidən özünə tərəf çəkdi. Əsəbi baxışların gözlərimə dikdiyimdə, mənə ona eyni baxışla qarşılıq verdim. Baxdı... Baxdı... Baxışının sonunda anidən dodaqları dodağıma yapışdı. Əlləri ilə üzümü tutduğundan ondan ayrıla bilmirdim. Möhkəm öpüşündən sonra geri dayandığında, titrəyən əllərimi dodaqlarıma toxunurdum. Nə etmişdi? İlk öpüşümü niyə əlimdən almışdı...? Üstünə gedib sinəsini yumruqlamaya başlayıb "Heyvansan sən! Alcaq! Necə etdin bunu! Bu mənim ilk öpüşüm idi!" dedim. Yanağımı göz yaşım islatdığında donub qalmış bir ifadə ilə üzümə baxdı. Üzünə bir daha şillə çəkib, qaçaraq mətbəxdən çıxdım. Hamama daxil olub suyu açıq qoyaraq güzgüdən özümə baxdım. Öpmüşdü... Məni öpmüşdü... Dodağı dodağıma toxunmuşdu... Nifrət edirdim ona! Əlimə su alıb dodaqlarımı yumağa başladım. Amma yox keçmirdi... Sabunla yumağa başlayıb, möhkəmcə silməyə başladım... Ruhumu kirlətmişdi... Əlimin tərsi ilə dodaqlarımı silib, güzgüdə olan ağlaq yansımama baxdım. Məni nə günə qoymuşdu... Sevgilisi ola - ola qəzəb hissinə niyə gücə gələ bilməmişdi?!

Bir az daha ağladıqdan sonra üzümü yuyub otağıma qalxdım. Az əvvəl olanları unutmaq istəyirdim. Yuxu olmasını istəyirdim. Ayılanda bitəcəkdi... Ayılanda mən özümü belə hiss etməyəcəkdim. Bərbad hiss üstümdən qalxmış olacaqdı... Etdiyi iyrəncliyi, dediyi iyrənc sözlərinin cavabını mənə vermiş olacaqdı!

***

Gün boyu otaqdan çıxmamışdım. Cahadın zənglərinədə cavab verməmişdim. Bu gün bir dostu ilə işi olduğundan evə baş çəkməmişdi. Evə gəldiyində üzünə necə baxacağımıda hec bilmirdim. İlkin bu gün bu hərəkəti ilə mənim qəlbimi paramparça etmişdi... Gözümü boş divara zillədiyimdə, otağımın qapısı döyüldü. Səsimi hec çıxartmadım. Təkrar döyüldükdən sonra qapı açıldı. İçəri Fəqan daxil oldu.
Qapını bağlayıb içəri addımını atdığımda, çarpayımda oturaq şəkilə keçdim. Yanıma oturub qulağında olan qulaqcığı çıxardı. Bəlkə məni Fəqan başa düşərdi. Bəlkədə məndə mahnıya sığınmalı idim

"Sənin işin gücün ancaq mahnılara sığınmaqdı" dedim

"Sığınacaq bir kimsəm olmadığındandı"

"Mənə sığına bilərsən..."

"Sığınmaq üçün aramızda yalan olmamalıdı"

"Mənim yalanla işim olmaz. O siz qardaşların işidi" dediyimdə Fəqan mənə tərs - tərs baxdı. Başımdan böyük danışmışdım bir az.
"Elə demək istəmədim" deyib düzətlməyə çalışdım. Düzəldə bilmədim amma... Fəqan üzünü sol tərəfə çevirib dodaq altı bir seylər mızmızlandı. Ancaq dediklərini başa düşə bilmədim

"Nə öz özünə danışırsan?" dedim

"Sənində necə yalançı olmağını deyirəm"

"Mənim nə yalanımı görmüsən?!"

"Qardaşlar arasında gəzib ondan - ona, bundan - ona söz aparırsan?!"

Sualımı soruşmuşdu, yoxsa məni itdihammı edirdi?! Yanından ayağa qalxdım. Hər kəs mənim yaxşı niyyətimdən suyu istifadə edirdi!

"Fəqan nə dediyini o iki qulağın eşidir sənin? Bax mənlə zarafat edirsənsə, bu mövzunun zarafatı belə xoş deyil!"

"Zarafat etmirəm! Olanı deyirəm... Mən açıq sözlü insanam, yalanla dolanla işim olmaz!"

"Yalan dediyin nədi sənin?!"

"Çəhrayı yalanını deyirəm" deyib oda ayağa qalxaraq qarşıma dikildi. Bu baxışlar çox itici baxırdı. Səbəb? Bir səbəbi olmalı idi?

"Boşboğazlıq edirsən!"dedim

Nəydəb bəhs etdiyini hec bilmirdim belə... Gözlərini ara sıra mənə dikib ara sırada qaçırdırdı. Sonradan üzünə yarım bir gülüş gətirib

"Sənə dedimki Cahadı sevirsən. Sən isə dedinki yox sevmirəm. Sevmirsən amma hər gecə onun otağından çıxırsan. Buna okey... Bəs yaxşı bu gün İlkin ilə olan öpüşün nə idi?!" dedi

Bundan necə xəbəri olmuşdu? Məni yenidən niyə yaraladı? "Öpüşün ardın gördün?!"deyib qarşısında dik dayanmağa çalışdım. Mən utanılacaq nəsə etməmişdim! Utanılacaq biri olmalı idisə oda İlkin olmalı idi!

"Öpüşün ardın görmək nəyi dəyişdirir?!" dedi

"Üzünə şillə atdığım üçün öpdü... Məndə ayrılandan sonra yenə üzünə şillə atdım. Mən onunla istəyərkdən yaxınlaşmadım. Səhv edən biri varsa oda qardaşın oldu! Get onun canına yapış!"

"Mən hec nə etməyəcəm... Bilirsən niyə? Çünki sən hələdə mənim vecimə deyilsən!"

Yenə məni kicik vəziyyətə salırdı... Yenə eyni seyi təkrar - təkrar mənə yaşadırdı. Əlimi qaldırıb üzünə vurmaq istədiyimdə, əlimdən tutdu. "Buna cəsarət belə eləmə! Çox yazıq görünürsən!" dedi əlimi möhkəmdən yerə salarkən. Otaqdan bir göz qırpımında çıxıb getdiyində aşağı çökdüm. Bütün günümü, həyatımı mənə bərabad etmişdilər. Eyni evin içində qalıb, eyni evin havasını udmaq istəmirdim daha mən. Ayağa qalxıb sport çantamı çıxartdım. İçinə bir necə paltar yığıb, yığdığım pullarıda götürdüm. Gedəcəkdim... Çünki, mən bu evdə mən deyildim...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 102
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri